Məhkəmə qərarları › İş №2(102)-3944/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3944/2020

29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3944/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən İddiaçı, nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarş iddia qaldıraraq (sonradan iddia tələbi dəqiqləşdirilmişdir), yekun olaraq Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli m üqavilə üzrə almadığı 31,64 kv.m yaşayış sahəsinin dəyəri və zərər (əldən çıxmış fayda) qismində 72876,12 və 349,5 olmaqla, cəmi 73225,62 ABŞ dollarının, məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun,qüsurlu daxili divarlar üzrə işin dəyəri 12884 manat, Cavabdeh MMC-dən (VÖEN:0********) tutularaq (xx.xx.2019-cu il tarixə olan məzənnə 1ABŞ dolları + 1,7 manat olmaqla = 137.387,55 manat) ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-370/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda inşa edilmiş və xx.xx.2014-cü il tarixli 96 nömrəli alqı-satqı müqavil əsinə əsasən İddiaçı satılmış «B» literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28,35 kv.m sahəsi üçün İddiaçı tərəfindən artıq ödənilmiş 33.421 (otuz üç min dörd yüz iyirmi bir) manat məbləğində pulun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş lər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin sahəsi üzrə ölçmələr düzgün aparılmamışdır, mənzilin sənədi ilə müqayisədə faktiki olaraq çatışmayan sahəyə görə ona əlavə məbləğ, habelə əldə çıxmış fayda kimi faizlər, habelə çəkdiyi xərclərin əvəzi ödənilməlidir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamıdşır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şik ayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edilməməsinə görə cavabdehdən müqavilə üzrə almadığı 31,64 kv.m yaşayış sahəsinin dəyərini və zərər (əldən çıxmış fayda) tələb etmiş və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi təsdiq olunduğuna görə məsuliyyəti yaranmış və bununla əlaqədar iddiaçıya 33.421 (otuz üç min dörd yüz iyirmi bir) manat ödənilməsi təmin edilmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq cavabdehdən qanunsuz özündə saxlayıb faydalanmağa görə zərər(əldən çıxmış fayda) və müqavilə üzrə üzərinə götürdüyü, lakin icra etmədiyi öhdəlik üzrə zərəri(çəkdiyi xərc) tələb edir, başqa sözlə müqavilənin lazımi qaydada icra edilməməsinə görə ona zərər vurulduğunu iddia edir və buna görə iddiasının tam təmin olunmasını istəyir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş 271,44 kv.m sahədən 28, 35 kv.m az olaraq, faktiki 243,09 kv.m sahədən ibarət mənzil satdığı, 28,35 kv.m artıq sahə üçün pul aldığı nəticəsinə gəlmişdir. Cavabdeh bunu mübahisələndirməmişdir. İddiaçı iş üzrə keçirilmiş xx xxxx 2019-cu il tarixli, 13290 saylı rəydə göstərilən 3,29 kv.metrin mənzilin divarlarının orta hesabla 2 sm qalınlaşdırılması nəticəsində əmələ gəlmiş sahə hesab edilməsinə və 3.29 kv.m sahənin mənzil sahəsinə əlavə edilməsinə etiraz edir. Əsas kimi müqavilənin 3.1.1-ci bəndinin 3cü yarımbəndinə istinad edir və qeyd edir ki, cavabdeh mənzilin divarlarında suvaq işi gördükdən sonra ona təhvil verməli idi. Cavabdeh müqavilə üzrə götürdüyü bu vəzifəni yerinə yetirmədiyi üçün divarları öz hesabına suvamalı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə tikinti texniki-ekspert izasının xx xxxx 2019-cu cu il tarixli, 13290 saylı rəyində gəlinən nəticələrin şübhə altına alınması üçün əsaslar mövcud deyildir. Belə ki, ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edilə bilər. Qeyd olunduğu kimi ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, apelyasiya instansiyası məhkəməsi iş üzrə yekun qənaətə gələrkən həmin rəyin hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Bununla yanaşı, iddiaçı müqavilə öhdəliyini icra etməməklə 31.64 kv.m. əskik gələn sahəyə görə 2014-cü ildə (əsassız olarq 31.64 kv.m. sahə üçün x 1500 ABŞ dolları) cavabdehin aldığı 47460 ABŞ dollarının Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən əsassız əldə edilən gəlir kimi qiymətləndirsə bu dəlil də əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında da özgəsinin pul vəsaitinin əldə edilməsi nəticəsində faydalanmanı Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsi ilə əlaqələndirir. Demək ki, hazırki iş üzrə də iddiaçı cavabdehin onun pul vəsaitindən faydalanmasını sübut etməlidir. Əks halda cavabdehin tələbin bu hiss əsi üzrə məsuliyyətə cəlb edilməsi əsaslı olmaz. Bu halı sübuta yetirmək yükü isə əlbətdə ki, iddia edən tərəfin üzərinə düşür. Lakin iddiaçı tələbinin bu hissəsini sübuta yetirə bilməmişdir. Bununla yanaşı, cavabdehin də mülkiyyət maraqları qorunmalı və onun Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından mülki hüquqi məsuliyyətə cəlb edilməsi ilə həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü, lakin icra etmədiyi öhdəlik üzrə iddiaçının zərəri (cəkdiyi xərc) - 12 884 manat hissəsində iddianın rədd edilməsi ilə bağlı məhkəmənin mövqeyinin qanuni və əsaslı hesab etməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Çünki, iddiaçının istinad etdiyi rəy mötəbər sübut kimi qəbul edilsə b elə cavabdehin qeyd olunan mənzili “AĞ Dağ” suvağı ilə müəyyən hissəsinin üzlənməsi kimi bir vəzifəsi olmamışdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar