Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3945/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3945/2023 Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-559/2023 saylı iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən 3 nəfərdən – İddiaçı1, X1 və İddiaçı3 ibarət olmuş ailə üzvlərinə Ağcabədi rayonunun Poladlı kənd ərazisində 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 048 B kod 60812038 nömrəli şəhadətnamə verilmişdir.
3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, adıçəkilən 06 noyabr 2006-cı il tarixli müqavilədəki İddiaçı1 və İddiaçı2 adının qarşısındakı imzalar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəf indən icra edilmiş və imzalar özlərinə məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh1 və X4 (bundan sonra – cavabdehlər) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçılara məxsus Ağcabədi rayonu, Poladlı kəndində yerləşən 0,15 hektar torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvləridir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən ailə olaraq onlara Ağcabədi rayonu Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına müvafiq olaraq JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Özü ağır xəstə olduğuna görə 2006-cı ildə onun müalicəsi üçün arvadı İddiaçı2 Cavabdeh1 məcbur olub 400 manat məbləğində pul almışdır. Nüsrətin təkidi ilə 06 noyabr 2006-cı il tarixli müqavilə imzalanmışdır ki, guya torpağı Nüsrətə satmışlar. Lakin onlar arasında alqı-satqı olmamış və notariatda həmin alqı-satqı müqaviləsi qeydə alınmamışdır. Həmin vaxtdan etibarən aldıqları pulu qaytara bilmədiklərinə görə hal-hazıra kimi onlara məxsus mübahisəli torpaq sahəsini Cavabdeh1 istifadə etmişdir. Onların razılığı olmadan Nüsrət digər Cavabdeh2 da həmin torpaq sahəsinə gətirmiş və onlara aid torpaq sahəsini bir yerdə qanunsuz istifadə edirlər. Torpaqdan çıxmasını cavabdehlərdən tələb etsələr də, bu mümkün olmamışdır. Hazırda borclu olduqları 400 manat məbləğində pul vəsaitini geri qaytarmamışlar.
6. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilmiş, cavabdehlərin JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətində olan və Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir.
7. Məhkəmə JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni əsas götürərək hesab etmişdir ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan və Ağcabədi rayonu, Poladlı kəndi ərazi sində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən çıxarılmalıdır.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konsitutsiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 146.2, 146.3, 152.1, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.3, 111-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 14-cü, İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin onların mülkiyyətində olan Ağcəbədi rayonu Poladlı kəndində yerləşən 0.15 ha həyətyan ı torpaq sahəsinin zəbt etdiyini və onların çıxarılmasını xahiş etmişdir. Lakin o, həmin torpaq sahəsinə görə 2006-cı ildə iddiaçılara 400 manat məbləğində pul ödəməklə almışdır. Bununla bağlı bələdiyyənin təsdiq etdiyi iddiaçıların iştirakı ilə tərtib edilmiş Torpaq sahəsinin satılmasına dair müqaviləni təqdim etmişlər. Həmin müqavilədə hər iki tərəfin üzərinə notarial qaydada təsdiq edilməsi kimi öhdəliyin qoyulması əks olunmuşdur. İddiaçı tərəfin isə bundan qərəzli şəkildə boyun qaçırmasını və sonda bundan sui-istifadə edərək hazırkı tələblə müraciət etməsini nəzərə almamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh tərəfin iddia olunan torpaq sahəsinin hansı hissəsini zəbt edib-etməməsini də yoxlamamış və nəticədə ədalətli araşdırma aparmamışdır. Çünki hazırkı kateqoriya işlərə baxılarkən xüsusi biliyə malik olan şəxsin rəyinə zərurət yaranır. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün “GPS” cihazı ilə ölçü işlə aparılmalı, bunun üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli, iddiaçı tərəfin iddia etdiyi yerə subyektiv hüququnun olmaması kimi dəyərləndirilmə aparılmalıdır. Birinci instansiya məhkəməsi ümumiyyətlə, mübahisəli ərazinin yerini müəyyən etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmək üçün bu kimi halları araşdırmalı idi. İşdə olan alqı-satqı müqaviləsindən görünür ki, o, mübahisəli 0.15 ha torpaq sahəsini 2006-cı ildə alqı-satqı müqaviləsi bağlayaraq cavabdehlər Etibar və Gülüstan Mustafayevlərdən 400 manat məbləğində pulu ödəməklə almışdır. 16 ildir ki, həmin torpaq sahəsi onun istif adəsindədir. O, həmin torpaq sahəsində yaşayış evi inşa etdirmiş, müxtəlif növlərdə ağaclar əkmişdir. Müqavilədə hər iki tərəfin müqavilənin imzalanması və notarial qaydada təsdiqlənməsi öhdəliyi qoyulmuşdur. Lakin iddiaçılar notariusa gedib müqaviləni təsdiqləmək əvəzinə 16 il keçdikdən sonra torpaqdan çıxarılma tələbi ilə müraciət edərək əsassız varlamaq niyyətinə düşmüşlər. Birinci instansiya məhkəməsi işə baxarkən onun 2006-cı ildən mübahisəli torpaq sahəsinə sahiblik etməyini, həmin torpaq sahəsində tikili inşa etdirməyini və nəticədə əmlakdan istifadə hüququnu özündə saxlamaq hüququnun olmasını nəzərə almamışdır. İddiaçı tərəf müqavilədə imzaların onlara məxsus olmaması kimi dəlilləri irəli sürsələr də, təqdim edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 202 2-ci il tarixli ekspert rəyi ilə imzaların iddiaçılara məxsus olması öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, 2006-cı ildə bağlanmış müqavilə əsasında iddiaçılar həqiqətən də torpaq sahəsini ona satmışlar və o, həmin torpaq sahəsinin vicdanlı sahibidir. 16 ildir ki, iddiaçılar torpaq sahəsini ona satmışlar və o, torpaq sahəsini vicdanlılıq prinsipini rəhbər tutub sahib kimi istifadə etmişdir. Həmin torpaq sahəsində tikili inşa edərkən iddiaçılar bunu görmüşlər və etiraz etməmişlər ki, onlar tərəfindən torpaq sahəsinin satılması ilə razılaşmışlar. Torpaq sahəsinin rəsmiləşdirilməsi ilə əlaqədar dəfələrlə notariat orqanına gedib müqavilənin rəsmiləşdirilməsini tələb etsə də, müxtəlif bəhanələrlə iddiaçılar bundan boyun qaçırmışlar. Birinci instansiya məhkəməsi işin bu kimi hallarına dü zgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd etmək lazımdir ki, məhkəmə heç bir araşdırma aparmadan, həqiqətən də onun iddiaçının iddia etdiyi torpaq sahəsini istifadə etdiyini, ona məxsus tikilinin hansı torpaq sahəsində yerləşməsini müəyyən etmədən, mübahisəli əraziyə yerində baxmadan və ya bunun üçün məhkəmə tikinti-texniki ekspertizasını təyin etmədən iddianı təmin etmişdir. Hazırkı kateqoriya işlər üçün bu kimi prosessual addımların atılması zəruridir. Torpaq sahəsinin yeri müəyyən edilmədən hansı maddi hüquq normasına istinad edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Bu hissədə isə sübutlar məhkəmənin özü tərəfindən toplanılmalı olduğu halda, birinci instansiya məhkəməsi bu kimi prosessual addımları atmamışdır.
11. İddiaçı1 apelyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, o, 2006-cı ildə mübahisəli torpaq sahəsini müqavilə əsasında Cavabdeh1 400 manata satmamışdır. O, həmin vaxt yataq xəstəsi olmuş və buna görə də, heç bir müqaviləyə imza edə bilməzdi. Həmin müqaviləyə nəzər yetirdikdə görünür ki, müqavilədə olan möhür və müqavilənin tərtib olunduğu vərəq yenidir. Əgər həmin müqavilə 16 il bundan öncə tərtib edilmiş olsaydı, həmin müqavilənin tərtib olunduğu vərəq saralar və müqaviləyə vurulmuş möhür solğun olardı. Beləcə, həmin müqavilə sonradan tərtib edilmişdir. Ona görə də, adıçəkilən müqavilənin heç bir hüquqi əsası yoxdur. Əgər cavabdehlərin həqiqətən də ona pul verməsi aşkar olunarsa, o zaman onlar iddiaçıya qarşı yalnız pul tələbi ilə məhkəmədə iddia qaldıra bilərlər. İddiaçının mülkiyyətində olan zəbt etdikləri torpaq sahəsindən isə birmənalı olaraq çıxmalıdırlar.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apelyasiya instansiya məhkəməsi) 2(106)-559/2023 saylı iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), C.İmanov, T.Kərimov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(017)-1008/2022 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsindən çıxarılmas ı tələbinə dair iddiası təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan Ağcabədi rayonunun Poladlı bələdiyyəsinin möhürü və tərəflərin imzası ilə təsdiq edilmiş 06 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, JN 048 B kod 60812038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən İddiaçı1 və İddiaçı2 (habelə, uşaqları 15 iyun 1996-cı il təvəllüdlü İddiaçı3) mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsini İddiaçı1 və İddiaçı2 400 manat məbləğə Cavabdeh1 satmışlar. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rə yi ilə müəyyən edilir ki, adıçəkilən 06 noyabr 2006-cı il tarixli müqavilədəki İddiaçı1 və İddiaçı2 adının qarşısındakı imzalar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra edilmiş və imzalar özlərinə məxsusdur.
14. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması ba xımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərd in şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etm işdir.
15. Göründüyü kimi, iddiaçıların eyni yaşayış ünvanında yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, Cavabdeh1 tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, orada müxtəlif növ ağaclar əkərək, ev inşa edərək həmin evdə yaşamaq onun qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, İddiaçı1 həmin torpağın Cavabdeh1 tərəfindən istifadə edildiyini 2011-ci ildən bilməsi də öz izahatı ilə təasdiq edilir.
16. Habelə, iş materialları ilə İddiaçı1 tərəfindən ağır xəstə olduğu üçün 2006-cı ildə Cavabdeh1 400 manat məbləğdə pul vəsaitinin mərhum qardaşı X2 tərəfindən alınması etiraf olunur. Bununla yanaşı, mübahisəli torpaq sahəsi geri qaytarıldığı təqdirdə, iddiaçının həmin pulu özünün qaytarmağa hazır olmasını bildirməsi də qeyd edilən məbləğ pulun onun üçün alındığına dolayı da olsa, bir işarədir. Bu hal özlüyündə tərəflər arasında mübahisəli torpaqla bağlı möv cud razılaşmanın onun iradəsi ilə əhatə edildiyini tam sübut edir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsin dən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
18. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Həmçinin, 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
20. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblər inə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 0,15 ha mübahisəli həyətyanı torpaq sahəsi 2006-cı ildən Cavabdeh1 faktiki istifadəsindədir. Cavabdeh1 həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikdirmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və müxtəlif növ ağaclar əkmişdir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə cavabdehin istifadəsindədir. Lakin birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, tərəflər arasındakı qarşılıqlı münasibəti onların müqavilə üzrə əsl məqsədlərini və iradə if adələrini dəqiqləşdirmədən, yəni tərəflərin həqiqi iradə ifadələrinə uyğun şəkildə müqayisəli təhlil etməməyərək, işin faktiki hallarına qanunvericiliyin imperativ normalarını düzgün tətbiq etməməklə əsassız nəticəyə gəlmişdir.
22. Bu baxımdan, məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenum u göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 23. 06 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 2006-cı ildən sahibliyinə keçmiş və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir. Belə ki, onun bu sahibliyi tərəflər arasındakı müqavilə və ondan sonrakı uzun illər ərzi ndə hazırkı iş üzrə iddiaçıların davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan olunan qanunvericilik normalarına əsaslanır.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103).
25. Məhkəmə kollegiyası işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə görə mübahisəli torpaq sahəsinə dair iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 artıq heç bir subyektiv hüququ möv cud deyildir. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin satıldığı vaxt - 2006-cı ildə İddiaçı3 yetkinlik yaşına çatmadığından yuxarıda qeyd edilən müqavilədə onun da imzasına zərurət olmamışdır
26. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.2, 16.1, 157.2, 357, 358, 360.2, 404.1, 404.2, 425.1, 560.1, 560.2, 560.3.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun un 1.1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3, 217.2, 218.3, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06 noyabr 2006-cı il tarixli «Müqavilənamə»də imzalar İddiaçı1 və arvadı İddiaçı2 məxsus deyil. Lakin iddiaçılar tərəfindən imzalar icra edilmiş olsaydı, həmin «Müqavilənamə» qanun tələblərinə tərtib olunmadığı və imzalanma dığı üçün əhəmiyyətsiz əqddir, ona görə də dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakın üzərində hüquqlara xitam verilməsinə, ötürülməsinə və yaranmasına səbəb ola bilməz. Fərz edilsə ki, 06 noyabr 2006-cı il tarixli müqavilə hər iki tərəfin həqiqi iradə və arzularını əks etdirir, bu halda qeyd edilməlidir ki, həmin müqaviləyə əsasən eyni zamanda Cavabdeh1 da notariat qaydasında həmin əqdin təsdiq olunması barədə öhdəliyi götürmüş, lakin bu öhdəliyini yerinə yetirməsi üçün hər hansı atdım atmamış və iddiaçılardan tələb etməmiş, məhkəməyə müvafiq iddia irəli sürməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin üzərində Cavabdeh1 hüquqlarını nə qanunla, nə də ki qanuni qüvvəyə minmiş aktla tanınmır. Apellyasiya instansiya məhkəməsinin məhkəmə tərkibi iddia tələbi üzrə hüquqi qiymətl əndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını iddia etsə də, həqiqətdə və faktiki olaraq bunları etməmiş və bir çox halları nəzərə almamış, yol verdiyi prosessual pozuntuları nəticəsində həm Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmələrinin sadalanan Plenum qərarlarına faktiki olaraq riayət etməmiş, həm də maddi hüquq normalarını – Mülki Məcəlləsinin 357, 358, 360, 560-cı maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını və qanunvericiliyinin sair normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, apellyasiya kollegiyası iddianı rədd edərkən, əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, 06 noyabr 2006-cı il tarixli müqavilədəki İddiaçı1 və İddiaçı2 adının qarşısındakı imzalar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən icra edilmiş və imzalar özlərinə məxsusdur. Apellyasiya kollegiyası Mülki Prosessual Məcəlləsinin 14-ci maddəsinin tələbləri ilə müəyyən edildiyi kimi həqiqətə nail olmaq üçün bütün vəzifələrini yerinə yetirməmiş, İddiaçı1 prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. Belə ki, İddiaçı1 daimi bildirmişdir ki, o, 06 noyabr 2006-cı il tarixdə xəstəxanada stasionar müalicədə olmuş və hər hansı müqaviləni imzalaya bilməzdi. Hazırkı kassasiya şikayətinə əlavə edilmiş Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 851 nömrəli 24 iyul 2023-cü il tarixli m əktubundan da görünür ki, İddiaçı1 2006-cı ilin 26 oktyabr – 27 noyabr tarixlərdə, yəni 06 noyabr 2006-cı il tarixi daxil olmaqla «döş qəfəsinin daxilə keçən, kəsilmiş, deşilmiş yarasına görə aparılmış terakotomiyadan sonrakı vəziyyət. Sol əl barmaqlarının və biləyin hərəkət məhdudluğu» diaqnozları ilə, yəni kifayət qədər ciddi xəsarətlər nəticəsində həmin xəstəxanada stasionar müalicə almışdır. Cavabdeh1 isə iddia edir ki, guya 06 noyabr 2006-cı il tarixli müqaviləsi məhz Ağcabədi rayonunun Poladlı kəndində tərtib olunaraq imzalanmış və həmin müqavilə Poladlı bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuşdur. Göründüyü kimi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 851 nömrəli 24 iyul 2023-cü il tarixli məktubundan açıq-aşkar və qeydşərtsiz şəkildə müəyyən olunur ki, ağır xəsarətlərdən stasi onar müalicə alan İddiaçı1 06 noyabr 2006-cı il tarixdə məhz Ağcabədi rayonunun Poladlı kəndində adıçəkilən müqaviləni heç cür imzalaya bilməzdi! Xüsusilə nəzərə almaq lazımdır ki, 06 noyabr 2006cı il tarixli «Müqavilənamə»yə nəzər yetirdikdə görünür ki, «Müqavilənamə»də olan möhür və həmin əlyazmanın tərtib olunduğu vərəqləri yenidir. Əgər həmin «Müqavilənamə» 16 il bundan öncə tərtib edilmiş olsaydı, həmin «Müqavilənamə»nin tərtib olunduğu vərəq saralar və «Müqavilənamə»yə vurulmuş möhür solğun olardı. Beləcə, sözügedən «Müqavilənamə» sonradan tərtib edilmişdir. Ona görə də apellyasiya kollegiyasının istinad etdiyi 26 yanvar 2022-ci il tarixli ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox idi, iddianın rədd edilməsində danılmaz bir sübut kimi qəbul olunmamalıdır. Çü nki həmin sübut işin digər halları və sübutlarla uzlaşmır. Bu səbəblərdən də adı çəkilən «Müqavilənamə»nin heç bir hüquqi əsası yoxdur. Apellyasiya kollegiyası isə Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələblərini yerinə yetirmiş olsaydı, eyni zamanda həmin Məcəllənin 218.2-ci maddəsinin müddəalarına da əsaslanaraq sözügedən halları müəyyən edib kifayət qədər zidiyyətli məqamlara aydınlıq gətirmiş olardı, lakin bunlardan faktiki olaraq yayınmışdır. Qeyd olunanlardan əlavə, İddiaçı1 apellyasiya kollegiyasına bildirmişdir ki, cavabdeh məhz onun torpaq sahəsinin üzərində heç bir yaşayış evi inşa etməyib, cavabdehin iddia etdiyi evin isə onun torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Apellyasiya kollegiyası bu halları ümumiyyətlə yoxlamamış, Cavabdeh1 evin inşasını və qanuni əsaslarla inşa etməsi barədə təsdiqləyici sənədləri tələb etməmiş, Cavabdeh1 iddia etdiyi fərdi yaşayış evin «Torpağın mülkiyyətə verilməsinə dair» JN 048 B kod 60812038 nömrəli şəhadətnamədə göstərilən Ağcabədi rayonu Poladlı kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsinin üzərində inşa olunubolunmamasının müəyyən edilməsi üçün müvafiq məhkəmə ekspertizasını təyin etməmişdir. Mülki işin materiallarında Cavabdeh1 tərəfindən mübahisəli torpaq sahəsinin üzərində hər hansı fərdi yaşayış evinin inşasını təsdiq edən nə qanuni şəkildə icazəverici sənədlər, nə də ki hər hansı ekspert rəyi mövcuddur. Habelə, iş materialları ilə İddiaçı1 tərəfindən ağır xəstə olduğu üçün 2006-cı ildə Cavabdeh1 400 manat məbləğdə pul vəsaitinin mərhum qardaşı X2 tərəfindən alınması etiraf olunur. Bununla yanaşı, mübahis əli torpaq sahəsi geri qaytarıldığı təqdirdə, iddiaçının həmin pulu özünün qaytarmağa hazır olmasını bildirməsi də qeyd edilən məbləğ pulun onun üçün alındığına dolayı da olsa, bir işarədir. Bu hal özlüyündə tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın onun iradəsi ilə əhatə edildiyini tam sübut edir». İddiaçı1 qardaşının aldığı pulun şərtlə irəli sürülmüş qaytarması barədə təklif sadəcə olaraq vəfat etmiş qardaşının borclu qalmaması barədə arzusudur və məhz ona görə, yəni milli mentalitet baxımından bu yükün üzərinə götürməsinə hazır olduğunu bildirmişdir. İddiaçının qardaşı Şıxəli Mustafayev tərəfindən cavabdehdən 400 manat məbləğində pulun götürülməsi iddiaçıların niyyətlərinə dair sübut kimi istifadə oluna bilməz və əsassız bir mülahizədir.
29. Kassator mövqeyini A zərbaycan Respublikası Konstitusiyasının 29 (İİ hissə), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 144.1, 146, 157.2, 178.1, 225.6, 329.1, 334, 337, 394-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli «X.Mirzəliyevin şikayəti üzrə» qərarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu i l tarixli qərarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 218.2, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
33. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
34. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
35. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
39. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarı
40. Səlahiyyət ve rilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüq uqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçıların tələbi mülki hüquq münasibətlərində rəhbər tutulan dürüstlük qaydasına uyğun gəlmir və hüquqdan sui-istifadə qadağası nəzərə alındıqda iddianın təmin edilməsi üçün əsas yoxdur.
50. Kollegiya bildirir k i, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçıların dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüq uq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-559/2023 saylı iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.