Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3945/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etməsi, birgə nikah dövründə əldə olunmuş əmlak) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, 2(105)-351/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassas iya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh2 atası, Cavabdeh1 isə sonuncunun əridir.
2. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərara əsasən, Cavabdeh2 10 sentyabr 2023-cü il tarixdə DİN-in “102” xidmətinə zəng vuraraq və Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək, 02 sentyabr 2023-cü il tarixdə yaşadığı Saray qəsəbəsində yerləşən evində atası İddiaçı tərəfindən hədələnməsi barədə verdiyi məlumat üzrə araşdırma aparılaraq toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.
3. Həmin material üzrə izahatı alınmış Ca vabdeh2 göstərmişdir ki, şikayət etdiyi İddiaçı onun doğma atasıdır. Bir müddətdir ki, atası İddiaçı ilə münasibətləri yaxşı deyil. Buna səbəb atasının əvvəllər və 02 sentyabr 2023-cü il tarixdə Saray qəsəbəsində onların yaşadığı evə gələrək anasının sağlığında ona verdiyi qızıl-zinət əşyalarını və özünün hədiyyə olaraq verdiyi əşyaların pulunu ondan tələb etməsi və buna görə də atası ilə aralarında münaqişə yaranması olmuşdur. Sonuncu 02 sentyabr 2023-cü il tarixdə atası İddiaçının stulu pəncərəyə çırparaq onu hədələməsi barədə polisə məlumat vermişdir.
4. Material üzrə izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, qızı Cavabdeh 1 ilə kürəkəni Cavabdeh2 2008-ci ildə ailə qurmuşlar və əvvəllər onlarla münasibətləri normal olub. Bir müddətdir ki, onlara verdiyi qızıl-zinət əşyalarını və aldığı mebellərin pulu olan 10.000 manat pulu geri tələb etsə də, onların qeyd olunanları geri qaytarmadıqları üçün aralarında tez-tez mübahisələr yaranmışdır. 02 sentyabr 2023-cü il tarixdə onların yaşadıqları Saray qəsəbəsində yerləşən evə gəlmiş, yenə də onlarla aralarında mübahisə yaranmış, heç kimə qarşı fiziki zor tətbiq etməmiş və heç kimi hədələməmişdir. Lakin, Cavabdeh2 münaqişə yaranması barədə DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10.000 manat pulun və ümumi dəyəri 3500 manat olan komplekt sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klonun və ümumi dəyəri 5600 manat olan sep və sepin üzərində olan Quran qabının alınıb, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər 2009-cu ilin mart ayında nikaha daxil olmuşlar. Həmin zaman iddiaçı elin adət-ənənələrinə uyğun olaraq qızına hədiyyə olaraq cehiz əşyaları alaraq, onların nikaha girdikləri vaxt Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Aİbalılıq bağ massivlərində yerləşən mənzilinə yığmışdır. 2021-ci ilin əvvəllərində cavabdehlər Abşeron rayonunun Saray qəsəbəsində torpaq sahəsi alaraq özləri üçün fərdi yaşayış evi tikməyə başlamışlar. Onlar 2023-cü ilin əvvəllərində evi tikib tam aldıqdan sonra evin içinə lazım olan məişət əşyaları almaq üçün 3 ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan 10.000 manat borc pul istəmişlər. İddiaçı cavabd ehlərin səmimiyyətinə inanıb 2023-cü ilin iyun ayında, 3 ay müddətinə qaytarmaq şərti ilə onlara 10.000 manat borc pul vermişdir. Cavabdehlər həmin borcu sentyabr ayının sonunadək qaytaracaqlarını bildirsələr də, lakin borclarını qaytarmaq istəmirlər. İddiaçının həyat yoldaşı X3 2022-ci ilin oktyabr ayında rəhmətə getmişdir. İddiaçı həyat yoldaşına məxsus ümumi dəyəri 3.500 manat olan komplekt sep, sırğa, üzük və sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5.600 manat ola sep və sepin üzərində olan Quran qabı qızıllarını evdən götürərək, müvəqqəti saxlanması üçün cavabdeh qızı Cavabdeh2 vermişdir. Sonra qızılları tələb etmiş, lakin cavabdehlər həmin qızılları da ona qaytarmaqdan imtina etmişlər. 10 sentyabr 2023-cü il tarixdə onların Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə gedib borcunu və qızılları cavabdehlərdən tələb edərkən, sonuncular onun barəsində Azərbaycan Respublikası DİN 102 qaynar xəttinə zəng edərək, onlarla mübahisə etdiyini bildirmişlər. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Maarif Abbasov tərəfindən 20 sentyabr 2023-cü il tarixdə toplanmış materiallar üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-510/2024 nömrəli qətnaməsi ilə (hakim S.Quliyeva) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, qızı Cavabdeh2 və kürəkəni Cavabdeh1 qızına verdiyi cehiz əşyalarının pulunu və qızıl-zinət əşyalarını tələb etmişdir. İddiaçı həmin məbləğin borc verilməsini, qızıl-zinət əşyalarını isə saxlamaq üçün ve rdiyini iddia etmişdir. Cavabdehlər isə onlara iddiaçının borc verməməsini, cehiz əşyaları hədiyyə almasını, qızıl-zinət əşyalarının isə anasının sağlığında ona hədiyyə verilməsini bildirmişdir. Bu hal işin mübahisəli halı olmaqla, iddiaçı tərəfindən əksi sübut olunmamışdır.
9. Belə olan halda, yəni nə qədər ki, tərəflər arasında borc münasibətlərinin yaranması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmiş, iddia tələbi 10.000 manat borcun cavabdehlərə verilməsi hissəsində əsassızdır və təmin edilə bilməz.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı mərhum arvadına məxsus qızılzinət əşyalarını tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan qızılzinət əşyaları idd iaçının mərhum arvadına, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmuşdur. İddiaçı həmin qızıl-zinət əşyalarının mərhum arvadı tərəfindən sağlığında qızına hədiyyə verilib-verilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, həmin hissədə də iddia təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3, 389.1, 442, 739, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(105)-1052/2024 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər İ.Dəmirov və F.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Apellyasiya kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı fərdi-müəyyən əşya olan əmlakın – qızıl-zinət əşyaların ona məxsus olmasını, qeyd edilən əşyalarının cavabdehin qeyri-qanuni sahibliyində olmasını tam sübuta yetirə bilməmişdir.
16. Məhkəmə araşdırmaları zamanı iddiaçı 10.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini göstərsə də, buna dair nə bir inci instansiya, nə apellyasiya icraatı zamanı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının izahatı iddianın təmin edilməsi üçün yetərli olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı pul hissəsində təmin etməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxmışdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara və mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşmışdır.
18. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 5.3, 157.2, 385.1, 386.1, 739.1, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 385.1.1-385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsin i xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(102)-3827/2024 nömrəli qərarı ilə (hakim Z.Babayevin məruzəsi ilə, hakimlər Z.Əliyev və V.Baxışova) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin “ümumi dəyəri 3.500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klonun və ümumi dəyəri 5.600 manat olan sep və sepin üzərində olan quran qabının cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi”nə münasibətdə təmin edilmədiyi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməsi ilk öncə cavabdehlərdən 10.000 manat məbləği ndə pul tələbinə münasibətdə iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı iddiaçının kassasiya şikayətinə münasibətdə hesab etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələblə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Həmin tələblə bağlı kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və kassasiya kollegi yası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 10.000 manat pul tələbinə münasibətdə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin tələblə bağlı kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
23. Bununla belə, kassasiya kollegiyası hesab etmişdir ki, iddiaçının mərhum arvadına məxsus qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona verilməsi hissəsində iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnamə sinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının iddiaçının mərhum arvadı X2 məxsus olması, eyni zamanda Cavabdeh2 həmin əşyaların ona mərhum anası tərəfindən bağışlanması və hazırda onda olmasını qeyd etməsi ilə qızıl-zinət əşyalarının mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilsə də, həmin hissədə iddianın rədd edilməsi ilə razılaşarkən, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının düzgün tətbiq edilməməsi diqqətdən kənarda qalmış, tələbin qanuni əsasını təşkil edən maddi hüquq normaları kimi Mülki Məcəllənin 213.1, 222, 225.1, 1151.1, 1151.2, 1200-cü maddələri, habelə Ailə Məcəlləsinin 32.1-ci maddəsi nəzərdən keçirilməmişdir.
25. Göründüyü kimi, iddiaçının cavabdehlərdən tələb etdiyi və Cavabdeh2 mərhum anası tərəfindən ona bağışlanmasını qəbul etdiyi qızıl-zinət əşyalarının iddiaçı ilə mərhum arvadı Fərqanə Rəhimovanın ər-arvad kimi birgə mülkiyyətində olması ilə yanaşı, Fərqanə Rəhimovanın ölümündən sonra həmin əşyaların mərhuma aid hissəsinin miras aktivinə daxil olması işin mübahisəsiz halı olsa da, mərhum Fərqanə Rəhimovanın birgə mülkiyyətində olan əmlakının yalnız özünə aid olan hissəsinə sərəncam vermək hüququna malik olması apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 222.3-cü maddəsinin tələbi baxımından yoxlanılmamışdır. Həmçinin mərhum Fərqanə Rəhimovanın birgə mülkiyyətində olan əmlakın özünə aid hissəsini qızı Cavabdeh2 bağışlaması qəbul olunduğu halda belə, miras aktivinə daxil olan həmin hissəyə münasibətdə də iddiaçının mərhum arvadına münasibətdə birinci növbə vərəsə kimi məcburi payın bağışlanmış əşya hesabına artırılması hüququnun olması Mülki Məcəllənin 1200-cü maddəsinin tələbi baxımından qiymətləndirilməmişdir.
26. Kassasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 14.1, 157.2, 213.1, 213.2, 213.3, 222.2, 222.3, 225.1, 385.1, 386.1, 739.1, 740.1, 740.2, 1145, 1151.1 və 1151.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2 və 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 106.2, 106.3, 217.1, 217.3, 217.4, 407.2, 416.1, 416.2, 417.1.3 və 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. Təkrar apellyasiya icraatında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 28 iyul 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, aparılan təhlil və hesablamalara əsasən qızıl-zinət əşyalarının bazar dəyəri 9.100 manat təşkil edir.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, 2(105)-351/2025 nömrəli qətnaməsi ilə (hakim A.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər S.Qafari və A.Hüseynzadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət əşyalarının dəyərinin əvəzi olaraq 5118,75 manat məbləğində pul vəsaitinin birgə qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı (araşdırılan hissədə) məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.
30. Kollegiya ilk öncə qeyd etmişdir ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının iddiaçının mərhum arvadı X2 məxsus olması, həmin əşyaların hazırda Cavabdeh2 olmasını qeyd etməsi ilə qızıl-zinət əşyalarının mövcudluğu, bu qızıl əşyalarının ər-arvaddan kimin istifadəsində olmasından asılı olmayaraq ər-a rvadın ümumi birgə mülkiyyət rejiminə aid olması işin mübahisəsiz halıdır.
31. Kassasiya məhkəməsinin qərarında irəli sürülmüş göstərişdən çıxış edən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 222.3-cü maddəsinin tələbi baxımından qiymətləndirmə apararaq hesab etmişdir ki, ər-arvadın əmlakının qanuni rejiminə əsasən mübahisə predmeti olan qızıl əşyalarının ½ hissəsi iddiaçının mülkiyyətinə aid olmaqla, mərhum Fərqanə Rəhimova birgə mülkiyyətində olan əmlakının yalnız özünə aid olan hissəsinə sərəncam vermək hüququna malik olmuşdur.
32. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mərhum Fərqanə Rəhimovanın birgə mülkiyyətdə olan əmlakın özünə aid hissəsini qızı Cavabdeh2 bağışlamasını təkzib edən mötəbər sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
33. Kollegiya vurğulamışd ır ki, iddiaçı qızıl-zinət əşyalarını həyat yoldaşı dünyasını dəyişdiyi üçün onun yas mərasimi ilə əlaqədar, bu müddət ərzində evə gələn şəxslər həmin qızılları götürməsin deyə Cavabdeh2 saxlamağa verdiyini iddia etsə də, bu xüsusatı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.
34. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddia olunan qızıl əşyalarından bir ədəd qızıl dəstin Cavabdeh2 məxsus olduğu, əri tərəfindən Cavabdeh 1yə hədiyyə alındığı, Cavabdeh 1 tərəfindən anasının sağlığında sonuncuya müvəqqəti istifadə üçün verildiyi bildirilsə də, bu göstərilənlər tərəfin şifahi dediklərindən ibarət olmaqla, heç bir sübuta əsaslanmır.
35. Bundan başqa, bu xüsusatla bağlı kollegiya vurğulamışdır ki, cavabdehlər nə birinci instansiya məhkəməsindəki araşdırma zamanı, nə də bundan öncəki apellyasiya icraatı zamanı bu barədə heç bir fikir bildirməmişlər.
36. Apellyasiya kollegiyası cavabdehlərin bu göstərdiklərini işin müəyyən edilmiş faktiki hallarına uyğun və inandırıcı hesab etmir.
37. Ali Məhkəmənin göstərişləri üzrə araşdırma aparan apellyasiya kollegiyası hesab etmişdir ki, Fərqanə Rəhimovanın ölümündən sonra iddia olunan əşyaların mərhuma aid hissəsinin miras aktivinə daxil olduğu, o cümlədən iddiaçının mərhumun birinci növbə vərəsəsi olması nəzərə alınaraq araşdırılan mübahisəyə qiymət verilməlidir. Mülki Məcəllənin 1200-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum arvadına münasibətdə bağışlanmış əşya hesabına birinci növbə vərəsə kimi məcburi pay hüququ va rdır.
38. Apellyasiya kollegiyasının qənaətincə, mübahisə üzrə Mülki Məcəllənin 1200-ci maddəsinin tələbi baxımından qiymətləndirmə aparılarkən mərhum Fərqanə Rəhimovaya münasibətdə vərəsələrin dairəsi müəyyən edilməklə məcburi paya qiymət verilməlidir.
39. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə mərhum Fərqanə Rəhimovanın birgə nikahından üç övladları vardır. Belə olan halda mərhum Fərqanə Rəhimovanın vərəsələrinin dairəsinə – ər və üç övladı (Elşad, Rəşad və Cavabdeh 1 Rəhimovlar) daxildir.
40. Apellyasiya kollegiyası miras kütləsinə daxil olan qızıl əşyalarının mərhum Fərqanə Rəhimova tərəfindən qızı Cavabdeh 1yə bağışlanmaqla, hazırda sonuncuda olduğunu, həmin əmlakın ½ hissəsinə iddiaçının pay hüququnun olduğunu, ½ hissəsi üzərində Fərqanə Rəhimovanın sərəncam hü ququnun olduğunu, eləcə də həmin ½ hissəyə vərəsələrin, o cümlədən iddiaçının məcburi pay hüququnun olduğunu, həmin əşyaların naturada bölünməsinin mümkün olmadığını nəzərə alaraq hesab edir ki, qeyd olunan əşyaların dəyəri müəyyən edilməklə iddiaçıya aid olunan hissə cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə kollegiyası araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan qızıl-zinət əşyalarının bazar dəyəri 9.100 manat təşkil edir.
42. Apellyasiya kollegiyası qeyd etmişdir ki, həmin qızıl-zinət əşyalarının bazar dəyərini təşkil edən 9.100 manat üzərində ½ hissədə iddiaçının payı müəyyən edilməli, 4550 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
43. Qızıl əşyalarının qalan ½ hissəsi (Fərqanə Rəhimovanın payı) miras kütləsinə daxil ol duğundan vərəsələrin dairəsi və Mülki Məcəllənin 1193-cü maddəsinin tələbləri nəzərə alınaraq ¼ -in (1137,5 manat) ½ hissəsi (568,75) üzərində iddiaçının məcburi payı müəyyən edilməli, həmin 568,75 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
44. Qeyd olunanları ümumiləşdirərək, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 5118,75 manat (4550 manat + 568,75 manat) cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
45. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulan müddət məsələsinə də qiymət verərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, qızıl əşyaları 2022-ci ilin iyun ayında mərhum Fərqanə Rəhimova tərəfindən qızına bağışlanmış, 2022-ci ilin oktyabr ayında Fərqanə Rəhimova vəfat etmiş, id diaçı araşdırılan iddia tələbi ilə məhkəməyə 2023-cü ilin oktyabr ayında müraciət etmişdir. Göründüyü kimi mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 14.1, 157.2, 213.1, 213.2, 213.3, 222.2, 222.3, 225.1, 1145, 1151.1, 1151.2, 1200-cü, Ailə Məcəlləsinin 32.1, 32.2, 34.2, 37.1-ci, Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 372.2, 384.0.2, 386, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
47. Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, 2(105)-351/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 386-cı, Mülki Prosessual Məcəllənin 372.6, 390, 384.0.2-ci maddələrinin tələbləri pozulmuşdur.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, mahiyyətini tam dərk etməmiş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi yalnız iddiaçının iddiasında qeyd etdikləri əsasında iddianın əsaslı olması qənaətinə gəlmişdir. İddianın əsasını Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardır. Həmin qərarda qeyd olunmuşdur ki, guya cavabdeh və həyat yoldaşı izahatlarında qızılların və 10000 manat pulun onlara verildiyini, lakin həmin pulun və qızılların hədiyyə kimi verildiyini bildirmişlər. Lakin, həmin qərarda təhqiqatçı tərəfindən izahatları təhrif olunmuşdur. Bir ədəd Quran qabı mərhum anasından qalan yadigardır. Onun dəyərinin isə 5600 manat olması mümkün deyil. Həm də bu Quran qabının iddiaçıya heç bir aidiyyəti olmamışdır. O, anasından qalan bir mənəvi mirasdır. Heç bir sadalanan digər qızıllar ona verilməmişdir. Evində olan mebellərin hamısının pulunu həyat yoldaşı vermişdir. İddiaçı cavabdehə bir tək paltaryuyan maşın almışdır. Onun da dəyəri təxminən 500-600 manatdır. Tələb olunan komplekt qızılın sənədləri məhkəməyə təqdim olunmuşdur. Lakin, məhkəmə buna əhəmiyyət verməmiş, komplekt qızılı da iddiaçının payı olduğu qənaətinə gəlmişdir.
50. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10. 8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
51. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
52. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericili yin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və digər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun iddianın Cavabdeh2 münasibətdə təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı i lə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya on lar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1200-ci maddəsinə əsasən Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
55. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.2-cü maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutl ar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tə ləblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmə dən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci ma ddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə (bax bənd 29-46), mübahisəli qızıl-zinət əşyalarının iddiaçı ilə mərhum arvadının birgə mülkiyyəti olması, həmin əşyalar cavabdehə bağışlandığı halda, iddiaçının mülkiyyətində olan hissəsinin, habelə arvadından miras qalmış hissədən məcburi payının dəyərinin tələb etmək hüququna malik olması nəticəsinə gəlmişdir.
59. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, qızıl-zinət əşyalarda iddiaçının payına düşən hissəsinin dəyərinin müəyyən edilməsi məqsədi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və alınmı ş rəyə uyğun olaraq həmin qızılların dəyəri müəyyən olunmuşdur. Cavabdeh hazırkı kassasiya şikayətində bu məbləği mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsində bununla bağlı dəlil irəli sürməmiş və qızıl-zinət əşyalarının dəyərinə dair başqa sübutlar təqdim etməmişdir.
60. Həmçinin qeyd olunmalıdır ki, kassator şikayətində tələbin 10.000 manat hissəsində əsassız olmasını qeyd etsə də, yuxarıda göstərildiyi kimi, iddia həmin tələbə münasibətdə rədd olunmuş və kassasiya məhkəməsinin əvvəlki icraatında dəyişdirilmədən saxlanılmaqla, bu tələbi ikinci apellyasiya baxışının predmetini təşkil etməmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsinə dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kol legiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, 2(105)-351/2025 nömrəl i qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.