Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3947/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Sabunçu rayonu Maştağa Bələdiyyəsinin nümayəndəsi X3, Cavabdeh X4 iştirakı ilə, İddiaçı Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1969/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Əş ir Səmədov) iş üzrə 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək X1 8280,50 manat məbləğində borcun alınaraq Maştağa Bələdiyyəsinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, cavabdeh X1 İddiaçı xeyrinə 2400 manat məbləğində icarə haqqı vəsaitinin tutulması qət edilmiş, iddianın təmin edilən digər hissəsi rədd e dilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılnışdır. İşin halları: İddiaçı Sabunçu rayonu Maştağa Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edərək, X2 Maştağa Bələdiyyəsinin nəfinə 8280,50 manat torpaq icarə pulunun tutulması və həmin 10000 kvadrat metr torpaq sahəsinin Maştağa Bələdiyyəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yaşayan X4 müraciətinə əsasən 26 dekabr 2005-ci il tarixdə əkinçiliklə məşğul olmaq məqsədilə 10000 kvadrat metr torpaq sahəsi 01 yanvar 2099-cu il tarixə kimi icarəyə verilmişdir. Həmin vaxtdan da indiyə heç bir icarə pulu ödənilməmişdir. Hazırda cavabdehin bələdiyyəyə torpaq borcu 8280, 50 manat təşkil edir. Cavabdehlə bu barədə dəfələrlə söhbət edilmiş, xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh X1 icarə pulunu ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Maştağa Bələdiyyəsikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamışdır. Cavabdeh icarə haqqını ödəməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişd ir. 02.02.2007-ci il tarixdən X6 iclasının qərarına əsasən torpaq icarə haqqı bir kvadrat metrə görə 5 qəpik müəyyən edilmişdir. Məhkəmə işə baxarkən bu hallara əhəmiyyət verməmişdir. Tərəflərin izahatları: İddiaçı Sabunçu rayonu Maştağa Bələdiyyəsinin nümayəndəsi X8 və cavabdeh X9 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni iş ə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 26 dekabr 2005-ci il tarixli “Torpaq icarəsi” müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa Bələdiyyəsi əkinçiliklə məşğul olmaq məqsədilə 10000 kvadrat metr torpaq sahəsini 01 yanvar 2099-cu il tarixə kimi Cavabdeh icarəyə vermişdir. Müqavilə üzrə illik icarə haqqı 200 manat müəyyən edilmişdr. Maştağa Bələdiyyəsinin 09 №-li 08.01.2018-ci il tarixli xəbərdarlığın surətinə əsasən X5 borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Maştağa Bələdiyyəsinin 02.02.2007-ci il tarixli 57 saylı protokolundan çıxarışa əsasən əkinçiliklə və bağçılıqla məşğul olmaq məqsədilə icarəyə verilən torpaq sahələrinin minimum icarə haqqı qiyməti 5 qəpik, ticarətlə bağlı torpaq sahələrinin qiyməti 2 manat müəyyən edilmiş, fərdi yaşayış, bağ evlərinin tikintisi və digə r kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə mülkiyyətə verilən torpaq sahələrinin minimum satış qiyməti zonalar üzrə 2 dəfə artırılması məqsədəuyğun sayılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək 8280,50 manat borcun cavabdehdən iddiaçı bələdiyyənin xeyrinə tutulması qət edilmişdir. İddiaçı iddianın təmin edilməyən hissədə mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən qətnaməni apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə illik icarə müqaviləsinin dəyəri 200 manat məbləğində müəyyən edilmiş, icarə haqqının (müqavilənin) dəyişdirilməsi barədə cavabdehlə razılıq əldə edilməyərək ona məlumat verilməmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclasında illik 200 manat olmaqla (yazılı ərizəsi ilə) borcun 2400 manat məbləğində olmasını etiraf etdiyindən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin etiraf edilən hissədə iddia təmin edilməli, digər hissədə isə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassa siya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində 02.02.2007-ci il tarixdən X6 iclasının qərarına əsasən torpaq icarə haqqının bir kvadrat metrə görə 5 qəpik müəyyən edildiyini göstərmişdir. Lakin tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə torpaqdan istifadə üçün illik icarə haqqı 200 manat müəyyən edilmiş, həmin müqaviləyə isə heç bir dəyişiklik edilməmişdir. Tərəflər arasında torpaqdan istifadə ilə bağlı münasibətlər icarə müqaviləsinə əsaslandığından bələdiyyənin ümumi iclasının qərarına əsasən torpağın icarə haqqının dəyişdirilməsi barədə cavadehə məlumat verilməməsi və müqaviləyə bu barədə hər hansı bir dəyişiklik edilməsi barədə tərəflərin razılığının olmaması, iddiaçının göstərdiyi məbləğdə pulun cavabdehdən tələb edilməsi üç ün əsas ola bilməz. Bələdiyyənin qərarı icarəçi X1 üçün hər hansı öhdəlik yaratmır, tərəflər arasındakı münasibətləri tənzimləyən sənəd icarə müqaviləsidir. Bələdiyyənin qərarına uyğun olaraq icarə müqaviləsində dəyişiklik edildikdən sonra X1un torpağın hər kvadrat metrinə 5 qəpik icarə haqqı ödəmək öhdəliyi yarana bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Maştağa Bələdiyyəsinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1969/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3947/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3947/2019
10.06.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver