Məhkəmə qərarları › İş №2(102)-3947/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3947/2021

05.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3947/2021 05.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili X4 oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1275/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 0045736 nömrəli əmək kitabçasının və 02.12.2019-cu il tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, İddiaçı 06.12.2018-ci il tarixdə “X1” Şirkətinə təchizat üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, 16.01.2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən azad olunmuşdur. 02.12.2019-cu il tarixli əmək müqaviləsinin 1.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətli dövrə bağlanmışdır. 02.12.2019-cu il tarixli əmək müqaviləsinin 1.4-cü maddəsinə əsasən işin ilk 3 ayı sınaq müddəti sayılır. Sınaq müddəti ərzində istənilən tərəf müqaviləyə xitam vermə haqqında digər tərəfə 3 gün əvvəl bildiriş göndərməklə əmək müqaviləsini ləğv edə bilər. 16 yanvar 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, “X1” Şirkətinə təchizat üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş İddiaçı 16.01.2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı - cavabdeh “X1” Şirkətinə qarşı “işə bərpa və əmrin ləğvi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 460 nömrəli əmrin ləğvini, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə və cavabdeh şirkətdə təchizat üzrə mütəxəssis vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X1 B.V.” Azərbaycan Respublika sındakı filialı ilə təmsil olunan “X2” Şirkəti ilə İddiaçı arasında 02 dekabr 2019-cu il tarixdə EA1227-168593 nömrəli əmək müqaviləsi bağlanmışdır. (ƏMR№ 60-122 SCO- 2019) Əmək müqaviləsinin 1.1.-ci bəndinə əsasən hazırkı əmək müqaviləsi müddətli dövrə bağlanmışdır. Həmin müqavilənin 1.3.-cü bəndinə əsasən bu müqavilə 02.12.2019-cu il tarixdən 30.11.2020-ci il tarixədək qüvvədədir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən işin ilk üç ayı işçinin sınaq müddəti sayılır. Sınaq müddəti ərzində istənilən tərəf, müqaviləyə xitamvermə haqqında digər tərəfə 3 gün əvvəl bildiriş göndərməklə, əmək müqaviləsini ləğv edə bilər. Həmin müqavilənin 1.5.-ci bəndinə əsasən bu müqavilənin tərəfi olan işçi və işəgötürən arasında yaranan hər hansı mübahisə Azərbaycan Respublikası əmək qanunvericiliyinə əsasən həll edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən İşçi təchizat üzrə mütəxəsisi vəzifəsinə həmin müqavilənin 2.3.-cü maddəsinə əsasən işçi Azərbaycan Respublikası qanunvericiliyində, işəgötürənin aktlarında əks olunmuş aşağıdakı vəzifə və funksiyaları icra edir: a) avadanlıq və materialların müəyyən edilmiş vaxt çərçivəsində daşınması və çatdırılması üçün lazımi tədbirlərin görülməsini təmin edir; b) idxal, ixrac, tranzit, yola salma və nəql gömrük sənədləşmələrinin aparılması; c) müvafiq məlumatları daxil etməkdə, materialların təşkilinə aid layihə Məlumat Sisteminin idarə olunması və hazırki müqaviləyə əlavə olunmuş vəzifə və öhdəliklər (qoşma A) adlı sənədlə nəzərdə tutulmuş tələbləri vicdanla və müvafiq qaydada yerinə yetirir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən işçinin əsas aylıq əmək haqqı 1.902 (bir min doqquz yüz iki) manat təşkil edir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən gündəlik olaraq 10 (on) manat gündəlik nəqliyyat təzminatı ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən 12 (on iki) manat gündəlik nahar təzminatı ödənilir. Həmin müqavilənin 12.1.-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Həmin müqavilənin 12.2.-ci bəndinə əsasən işəgötürən bu əmək müqaviləsini ləğv edərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. O, 05 fevral 2020-ci il tarixdə telefonuna gəlmiş SMS vasitəsi ilə iş yerinə dəvət olundu, orda onu bir sənədə imzalatmaqla, əmək kitabçası geri qay tarmış və ona bildirilmişdir ki, onun işəgötürənlə bağlanmış əmək müqaviləsi 16 yanvar 2020-ci il tarixdə ləğv edilmişdir. Əmək kitabçasından görünür ki, o, 16 yanvar 2020-ci il tarixdə 460 saylı ƏMR ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. Bu günə qədər qanunvericiliklə nəzərdə tutulmuş sənədləri, o cümlədən işdən azad olunmağı haqqında əmr və son-haqq hesaba dair sənədlər iddiaçıya rəsmi olaraq təqdim olunmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-952/2020) İddiaçı cavabdeh “X1” Şirkətinə qarşı “işə bərpa və əmrin ləğvi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgöt ürən qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçini 3 gün (13.01.2020) əvvəldən xəbərdar etməklə onunla əmək müqaviləsinə (16.01.2020) xitam vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd bir hərəkət olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Eyvazov və F.Talışınskidən ibarət tərkibdə, iş № 2(103)-1275/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)952/2020 saylı iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 02.12.2019-cu il tarixdə 3 ay sınaq müddəti nəzərdə tutulmaqla müddətli əmək müqaviləsi bağlanılmış və müqavilənin 1.4-cü bəndində işəgötürənin sınaq müddətində işçini bu barədə 3 gün əvvəlcədən xəbərdar etməklə əmək müqaviləsinə xitam verməsi imkanı nəzərdə tutulmuşdur. 13.01.2020-ci il tarixdə qiymətləndirici tərəfindən işçinin fəaliyyəti qiymətləndirilmiş və onun texniki bilik və bacarıqlarının tutduğu vəzifəyə uyğun olmaması barədə rəy verilmişdir. Həmin gün işəgötürən tərəfindən işçiyə onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildiriş göndərilmiş və bundan 3 gün sonra, yəni 16.01.2020-ci il tarixli əmrlə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən x itam verilmişdir. İşəgötürən tərəfindən qeyd olunan əsasla (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri və tərəflər arasında bağlanılmış 02.12.2019-cu il tarixli əmək müqaviləsinin şərtləri yerinə yetirilmiş və bu barədə əsaslandırılmış əmr verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2(103)-1275/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya inst ansiyası məhkəməsində 17 fevral 2020-ci il tarixdə işə baxılan zaman İddiaçı işdən azad olunmasına dair əmrin surəti təqdim edilmişdir. Həmin əmrdə onun Əmək Məcəlləsinin 68-ci maddəsinin d bəndinə əsasən işdən azad olunması göstərilmişdir. Əmrdə isə işdən azad olunmasının əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndi göstərilmişdir. Əmrin əsasını təsdiq edən heç bir sübut işə əlavə olunmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 yanvar 2020-ci il tarixli bildirişdə qeyd olunur ki, tutduğu vəzifəyə görə peşəkarlıq səviyyəsi aşağıdır. Lakin peşəkarlıq səviyyəsi cavabdeh tərəfindən bildiriş yazılarkən qiymətləndirilməmişdir. Halbuki şirkətdə işin keyfiyyət göstəricilərinin qiymətləndirmə sistemi mövcuddur. İddiaçı işə qəbul edilərkən iki müsabiqədən, müayinədən keçmişdir. Birin ci müsabiqə üzrə onun əmək funksiyaları ilə bağlı və ikinci müsabiqə üzrə kadrlar idarəsi tərəfindən aparılmış və məqbul hesab edildiyindən işə qəbul olunmuşdur. Cavabdeh texniki və psixoloji müsabiqədən sonra əmək müqaviləsinə imza atmaqla iddiaçının işə yararlı olduğunu təsdiq etmişdir. Onun rəhbəri olan XXX tərəfindən bütün aidiyyəti şəxslərə ünvanlanan və iddiaçıya təqdim edilmiş xasiyyətnamədə bildirmişdir ki, «təəssüflər olsun ki, iqtisadi məhdudiyyətlərə görə layihənin gözlənilməz təxirə salınmasına görə» biz təşkilatımızı yenidən qurmalı və İddiaçı kimi əməkdaşımızı kənarlaşdırmalıyıq. Xasiyyətnamədən göründüyü kimi İddiaçı işdən kənarlaşdırılmasının əsası onun peşəkarlıq səviyyəsi deyil, işlədiyi təşkilatın yenidən qurulmasıdır və rəhbər bunun öz imzası ilə təsdiq etmişdir. Faktik i olaraq o ixtisar olunaraq işdən azad olunmuşdur. Məhkəmə bu məqama qətnaməsində belə qiymət vermişdir ki, bu sənəd şübhə doğurur, amma bu şübhələrin aradan qaldırılması üçün heç bir hərəkət etməmişdir. Bundan başqa işə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmənin tələbi ilə onun işdən azad olunmasına dair əmrə imza etmiş şəxsin səlahiyyətinin yoxlanmasına dair sorğu verilmişdir. Sorğuya cavab olaraq məhkəməyə həmin əmrə imza edən XXX səlahiyyətlərini təsdiq edən X3 tərəfindən verilmiş etibarnamə təqdim edilmişdir. Həmin etibarmədə qüvvədə olan müddət göstərilməmişdir. Belə olan halda etibarnamənin müddəti 08 noyabr 2018-ci ildə bitmişdir. Məhkəmə kollegiyasının nəzərinə bu qanun pozuntusu çatdırılmasına baxmayaraq məhkəmə ümumiyyətlə bu məsələyə öz qətnaməsində qiymət verm əmiş, elə bil məhkəmə prosesində sənədlərə imza atan şəxsin səlahiyyətli olub-olmadığı heç bir əhəmiyyət kəsib etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişlər. Cavabdehin vəkili X4 oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki M əcəlləsi 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. T am fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. 53-cü maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əmək mü qaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin d bəndinə əsasən əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan hallarda xitam verilə bilər. 70-ci maddəsinin “d” bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416.-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya və kassasiya şikayətinin dəlilləri əmr verilərkən və ona bildiriş verilməzdən əvvəl peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin aparılmasının təmin olunmaması, onun işdən azad olunmasına dair əmri imzalayan şəxsə verilmiş etibarnamənin müddətinin bitməsi, faktiki olaraq əmr imzalanarkən onun belə səlahiyyətinin olmaması, işəgötürənin sələhiyyətli orqanlara göndərmiş olduğu bildirişin məzmununda göstərilənlərin (müəssisədə işlərin yenidən qurulması (iddiaçı hesab edir ki, bu ixtisardır) onun işdən çıxarılmasına əsas olması, onun işdən çıx arılmasına dair əmrdə əsasın Əmək Məcəlləsinin 68-ci maddəsinin d bəndi göstərilmiş olsa da, əmək kitabçasında faktiki olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinin göstərilməsi ilə bağlı olmuşdur. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, işdə olan 16 yanvar 2020-ci il tarixli əmrin surətindən görünür ki, işçinin işdən azad olunmasına dair əmr menecer/ insan resursları, təşkil və İT üzrə müdir vəzifəsində olan XXX tərəfindən imzalanmışdır. O, bu əmri 08 noyabr 2017-ci il tarixli etibarnaməyə əsaslanmaqla imzalamışdır. Etibarnamənin qüvvədə olduğu müddət göstərilməmişdir. Belə olan halda isə etibarnamənin müddətinin bir il müddəti ilə məhdudlaşması mübahisəsizdir. Mübahisələndirilən əmr isə 16 yanvar 2020-ci il tarixdə verilmiş və həmin əmrin verilməsinə əsas olan qiymətləndirm ə rəyi 13 yanvar 2020-ci il tarixdə həyata keçirilmişdir. İş materiallarında qiymətləndirmə rəyinin və əmrin verilməsi zamanı səlahiyyətləri müəyyən edən başqa bir etibarnamənin mövcudluğu müəyyən edilmir. Belə olan halda apellyasiya instansiya məhkəməsi faktiki olaraq ilkin olaraq qiymətləndirmə rəyini və əmri imzalayan şəxsin bunları həyata keçirməsi zamanı səlahiyyətinin olub-olmamasını yoxlamalı və bundan sonra işin digər hallarının araşdırmasını davam etdirməli idi. Bununla yanaşı iddiaçı 10.01.2020-ci il tarixdə XXX tərəfindən imzalanmış məktuba istinad edərək onun işdən çıxarılması əsasının sınaq müddətində özünü doğrultmaması və ya digər əsas deyil, məhz işləmiş olduğu müəssisənin yenidən qurulması ilə bağlı olması və faktiki olaraq ixtisar olunmasını göstərir. Müəyyən edildi ki, h əmin məktub 10.01.2020-ci il tarixdə imzalamış, iddiaçının qiymətləndirilməsi 13 yanvar 2020-ci ildə həyata keçirilmiş və işdən azad olunma ilə bağlı əmr isə 16 yanvar 2020-ci il tarixdə verilmişdir. İddiaçının göstərilən dəlillərinin aydınlaşdırlıması məqsədi ilə apellyasiya instansiya məhkəməsi həmin məktubla iddiaçının işdən azad olunmasına dair əmrin verilməsi ilə hər hansı bağlılığının olmasının aydınlaşdırılması zəruri olmuşdur. Digər tərəfdən iddiaçı iddia edir ki, onun işdən azad olunmasına əsas olan əmrdə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin d bəndinə istinad olunsa da əmrin qeydiyyatının aparıldığı əmək kitabçasında isə Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə istinad olunmuşdur. Bu halda da işin araşdırılmasının hərtərəfli aparılmasını təmin etməli olan apellyasiya i nstansiyası məhkəməsi həmin yanlışlığın texniki və ya hər hansı səbəbdən yaranmasını müəyyən etməli və həmin dəlilin aydınlaşdırılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi dəlillərin hər hansı biri üzrə araşdırma aparması müəyyən edilmir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların k onstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericili k aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1275/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar