Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3947/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsi və X16 cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə) cavabdehlər İddiaçı, Cavabdeh2, Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, şəhadətnamə əsasında əmlaka dair mülkiyyət hüququnun təsdiq edilməsi barədə çıxarışın ləğvi; normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsi və X16 cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “miras əmlakının qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin bərpa edilməsi, miras əmlakın payın müəyyən olunması, vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə) cavabdehlər İddiaçı, Cavabdeh2, Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “miras əmlaka payın müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4729/2024 nömrəli 19 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, Cavabdeh2 övladı Ələkbər Abbasovla faktiki nikah münasibətlərində olmuş, bu nikahdan xx.xx.2018-ci il tarixdə təvəllüdlü X24 doğulmuşdur. Məhkəmə qətnaməsi ilə Ələkbər X3 atası olması faktı müəyyən edilərək bu barədə xx.xx.2019-cu il tarixdə şəhadətnamə verilmişdir.
2. Ondan əvvəl mərhum X22 Nuriyeva ilə olan nikahından xx.xx.1993-cü il təvəllüdlü X16 doğulmuşdur.
3. X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra anası Abbasova X11 rayon notariat ofisinə müraciət edərək, mərhum oğlundan miras qalm ış əmlakları qəbul edib.
4. X5 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzil və ban nömrəsi WDB2100651B277608 və buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qalıb.
5. Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəsi Cavabdeh2 miras əmlakı olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzildən tam hissədə pay alıb. Bundan sonra hə min mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh2 adına qeydiyyata alınıb.
6. Bundan başqa, Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəsi Cavabdeh2 miras əmlakı olan ban nömrəsi WDB2100651B277608 və buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən tam hissədə pay alıb.
7. Cavabdeh2 vərəsəlik əsasında onun mülkyyətinə keçmiş “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini alğı-satqı müqaviləsinə əsasən X9 10000 manata satıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2 və Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə və **-BO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” markalı minik avtomobilinə azyaşlı oğlu X14 2/3 hissədə pay hüququnun tanınması, X26 Xidmət mərkəzinin notariat ofisi tərəfindən buraxılış ili 2000-ci il olan “Mercedes B enz E320” markalı minik avtomobilinə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoy ulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X1 onunla birlikdə Ağcabədi rayonunda yaşayıb, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə daimi şəkildə gedib. Həmin mənzildə daimi yaşayış olmayıb, yalnız Bakı şəhərinə gəldiklərində orada yaşayıb və yay aylarında həmin mənzildə X13 ilə qalıblar. X13 vəfat etdikdən sonra da fasiləsiz olaraq övladı ilə həmin mənzildə qalıblar, mənzilə sahiblik etməklə ondan istifadə ediblər. Bununla yanaşı, bu ilin oktyabr ayının sonlarınadək həmin mənzildə 2 ay övladı ilə birlikdə yaşayıb. Bundan əlavə, 2019-cu ilin mart ayında həmin mənzili öz maddi vəsaiti hesabı na təmir etdirməklə mənzilin vəziyyətində yaxşılaşmalar edib, mənzildə istifadə etmək üçün soyuducu alıb, mənzilin açıq balkonunu xeyli xərc çəkməklə bağlatdırıb. Eyni zamanda, onun cehizindən müəyyən əşyalar da, hazırda həmin mənzildədir. Göründüyü kimi, X5 X17 miras qalmış əmlaka faktiki sahiblik edib, öz hesabına yaxşılaşdırmalar aparıb, evə yeni əşyalar alıb, beləliklə də, Ə.Abbasovun qanuni nümayəndəsi olaraq miras əmlakı faktiki olaraq qəbul edib. X13 vəfat etdikdən sonra övladı olaraq oğlu X24 onun qanun üzrə vərəsələrindən biri olduğu halda, 2022-ci ilin oktyabr ayının sonlarında ona məlum olub ki, Ələkbər Abbasovun anası Cavabdeh2 mərhum həyat yoldaşından miras qalmış mənzilə dair ondan xəbərsiz çıxarış almaqla həmin mənzilə tam mülkiyyət hüququ əldə edib. Bu barədə məlumatı olduq dan dərhal sonra vəkilə müraciət edərək, övladı X14 qanuni nümayəndəsi olaraq övladının hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə müqavilə bağlayıb. Vəkilin sorğuları əsasında vərəsəlik işini əldə edib. Notariat orqanı tərəfindən həmin şəhadətnamə verilərkən mərhumun Cavabdeh2 başqa qanun üzrə vərəsələrinin olub-olmaması müəyyənləşdirilməli və vərəsəlik işinin açılması barədə həmin vərəsələrə bildiriş verilməli idi. Eyni zamanda X4 digər övladı X7 miras əmlakını təşkil edən qeyd edilən mənzili və minik avtomobilini qəbul etməsi və ya həmin əmlakdan imtina etməsi ilə əlaqədar vərəsəlik işində hər hansı bir ərizə və ya məlumat mövcud deyil. Yusif Abbasov miras əmlaka daxil olan mənzildə yaşamayıb, ondan istifadə etməyib və əmlaka sahiblik etməyib. X2 azyaşlı oğlu X17 miras qalmış qeyd edil ən mənzil azyaşlının qanuni nümayəndəsi olaraq tərəfindən tam şəkildə qəbul edilib. Notariat kontoru övladının qanunla birbaşa qorunan vərəsəlik hüquqlarını pozaraq Cavabdeh2 tam mülkiyyət hüququ barədə vərəsəlik haqqında şəhadətnamə verib.
10. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsi və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər.
11. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, məhkəmədə iddia ərizəsi qaldırılanadək X4 böyük oğlu X16 şifahi olaraq iddiaçıya bildirib ki, o, öz miras payından kiçik qardaşı X14 xeyrinə imtina edir. Bu səbəbdən, məhkəmədə X14 2/3 hissədə pay hüququnun tanınması barədə idd ia qaldırılıb. Lakin məhkəmə dövründə X16 miras əmlaka payının tanınması ilə bağlı məhkəməyə müraciət edib. X16 atasından qalan miras əmlakı nə notarial qaydada, nə də faktiki olaraq qəbul etdiyindən, mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş vaxt ərzində də Rusiya Federasiyasında olduğundan, mirasın qəbulu üçün heç bir hərəkət etmədiyindən, yəni həmin miras əmlakdan istifadə etmədiyindən və sahiblik etmədiyindən miras əmlaka pay hüququndan məhrum olub. Belə olan halda, vərəsəlik üzrə mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlər bərpa edilməli, X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil və “Mercedes Benz E320” markalı minik avtomobili miras əmlakı qəbul etmiş iki vərəsə, yəni X24 və Cavabdeh2 arasında bölünməklə hər bir vərəsənin 1/2 hissədə pay hüququ tanınmalıdır. Bundan əlavə, iddia ərizəsinin verilməsindən sonra əldə etdikləri məlumata əsasən, X5 miras qalmış “Mercedes-Benz E320” markalı minik avtomobili hal-hazırda 3-cü şəxsin mülkiyyətindədir. Tərəflərindən “X20” MMC-yə göndərilmiş vəkil sorğusuna gəlmiş xx.xx.2023-cü il tarixli 015/LBC saylı cavab məktubuna əsasən həmin “Mercedes Benz E320” markalı həmin avtomobilin hazırkı dövrə orta bazar dəyəri 17500 AZN təşkil edir. Odur ki, həmin avtomobil hal-hazırda 3-cü şəxsin mülkiyyətində olduğundan həmin avtomobilin dəyərinin yarı hissəsi Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən vərəsəlik üzrə mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlərin bərpa edilməsi, xx. xx.2018-ci il tarixdə vəfat etmiş X6 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə X14 1/2 hissədə pay hüququnun tanınması və **-BO*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan “Mercedes Benz E 320” markalı minik avtomobilin əvəzi olaraq həmin avtomobilin 1/2 hissəsinin dəyərinin, yəni 8750 AZN məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, X26 Xidmət mərkəzinin notariat ofisi tərəfindən buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” markalı minik avtomobilinə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında ye rləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 adına verilmiş 21,09.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və verilmiş 16.11 2020-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 mülkiyyətində olan Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilə və **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 200 0ci olan, “Mersedes Benz E 320” markalı, minik avtomobilinə onun 1/3 hissədə pay hüququnun tanınması, Ağcabədi Regional Cavabdeh1 notariat ofisi tərəfindən **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı, minik avtomobilinə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli və Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməs inin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. X16 iddia tələbini onunla əsaslandırmışdır ki, onun valideynləri boşandığına görə ümumiyyətlə onun həmin miras barədə məlumatı olmayıb. Yalnız məhkəmə mübahisəsindən sonra bu barədə məlumat alıb. Özü uzun müddətdir ki, Rusiyada Federasiyasında yaşayır. İddiaçı vərəsəlik şəhadətnaməsi üzrə 2/3 hissədə pay hüququnun tanınmasını tələb etməklə onun hüquqlarını əhəmiyyətli dərəcədə pozur.
14. X16 iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Ağcabədi Regional Cavabdeh1 Notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş xx.xx.2019-cu il tarix li və xx.xx.2020-ci il tarixli etibarsız hesab edilməsi, onun xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilə və mülkiyyətində olmuş 04BO-212 dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mercedes Benz E 320” markalı, minik avtomobilinə dair ötürülmüş vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətin ötürməsinin üzürlü hesab edilməsi və miras qalmış əmlakların 1/3 hissədə payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Ağcabədi Regional Cavabdeh1 Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-259/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə iddiaçı X7 nümayəndəsi və vəkilinin vəsat ətinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş icraatda olan iddiaçı X7 cavabdehlər Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə, Cavabdeh2 və İddiaçı qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ötürülmüş müddətin bərpa edilməsi və payların müəyyən edilməsi” tələbinə dair e-2(007)- 259/2024 nömrəli mülki işin İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə və Cavabdeh2 qarşı “mirasa əmlak payın müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair e-2(007)- 47/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi, bir icraatda birləşdirilmiş e-2(007)-47/2024 nömrəli mülki iş saxlanılmaqla e2(007)-259/2024 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
16. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X16 2(007)259/2024 nömrəli mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 2-ci bəndini aşağıdakı kimi dəyişdirmişdir: xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə onun 1/3 hissədə pay hüququnun tanınması, atasının mülkiyyətində olmuş **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən satılması nəticəsində əldə olunmuş pul vəsaitinin 1/3 hissəsində Cavabdeh2 alınaraq ona ödəni lməsi qət edilsin.
17. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X16 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, avtomobilin satılması barədə müqavilə təqdim edilmiş və məlum olmuşdur ki, qeyd edilən avtomobil 10000 manata satılıb. Eyni zamanda, tərəfindən Nizami Rayon Məhkəməsində müddətin bərpası ilə əlaqədar qaldırılmış e2(007)-259/2024 saylı mülki iş icraatda olan işlə birləşdirilib. Odur ki, iddianın dəqiqləşdirilməsi zərurəti yaranıb. Qeyd edilənlərə əsasən cavabdeh Ağcabədi Regional Cavabdeh1 Notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, xx.xx.2018-ci il tarixində vəfat etmiş atası X6 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə onun 1/3 hissədə pay hüququnun tanınması, atasının mülkiyyətində olmuş **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı minik avtomobilin Cavabdeh2 tərəfindən satılması nəticəsində əldə olunmuş pul məbləğinin 1/3 hissədə Cavabdeh2 alınaraq ona ödənilməsi, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə dair xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsin öhdəliyinin DƏDRX-in üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında Cav abdeh2 nümayəndəsi və vəkili Vəkil3 İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia tələblərini qəbul etməyərək, iddiaların təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs miras əmlaklarını faktiki olaraq qəbul etməyib, həmçinin miras əmlakları ilə bağlı notariat ofisinə müraciət etməyiblər. Miras cavabdeh tərəfindən qəbul edildiyindən ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilib, bundan sonra mənzilə dair çıxarış əldə olunub. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un qərarı 26 dekabr 2023-cü il tarixdə qəbul edilib. Lakin hazırkı iş üzrə vərəsəlik işi isə 2018ci ildə açılıb. Bu səbəbdən həmin qərar hazırkı işə tətbiq edilə bilməz. Hesab edir ki, mirasın qəbulu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət nəzərə alınmalıdır. Ələkbər Abbasov “Mərkəzi Klinika”da müalicə olunub, 20000 manat vəsait sərf edilib, ona məxsus olan avtomobil satılaraq müalicəsinə xərclənib. Cavabdeh2 mərhuma xərclənmiş pulları İddiaçı və Yusif Abbasovdan tələb edəcək.
19. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-47/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddiaçının iddiası qismən təmin, üçüncü şəxsin iddiası tam təmin edilmiş, iddiaçının və üçüncü şəxsin miras qalmış əmlakı qəbul etməsi üçün bura xılmış müddət bərpa edilmiş, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, həmin mənzildə X14 1/3, X7 1/3 və Cavabdeh2 1/3 hissədə miras payları müəyyən edilmiş, **-BO-*** dövlət nömrə nişanlı, 2000-ci il buraxılışlı, “Mercedes Benz E320” minik markalı avtomobilin satışından əldə edilmiş 10000 manat məbləğində pulun 1/3 hissəsi, yəni 3333 manatın Cavabdeh2 alınaraq İddiaçı, 3333 manat isə X10 ödənilməsi qət edilmiş, iddiaçının iddiası qalan hissədə təmin edilməmişdir.
20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 miras qoyanın ölümündən sonra mirasın qəbulu üçün Ağcabədi rayon notariat ofisinə müraciət etsə də, mərhumun digər vərəsələri haqqında məlumat verməyərək, miras əmlakı üzərində tam hissədə pay almışdır. Qanunvericiliyin tələblərindən görünür ki, mərhum Ələkbər Abbasovun anası Cavabdeh2 ilə yanaşı, övladları Əli Abbasov və Yusif Abbasov da onun birinci növbəd ə vərəsələridir. Yəni onların hər birinin əmlakdan bərabər pay almaq hüququ var və onlar əmlak üzərində olan paylarından imtina etməyiblər.
21. Məhkəmə hər iki iddia tələbinin “mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətinin bərpa edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırda iddiaçı mərhumun ölümündən sonra övladı ilə fasiləsiz olaraq Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında qaldıqlarını, mənzili və mənzilin eyvanını təmir etdiyini və bununla da miras əmlakını faktiki olaraq qəbul etdiyini qeyd etmişdir. Buna dair qonşular tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt təqdim edilmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş və qonşular tərəfindən tərtib edilmiş digər bir aktda X13 öldükdən sonra həmin mənzilin mərhumun anası Cavabdeh2 tərəfindən istifadə olunduğu, mənzildə təmir işlərinin aparılmadığı göstərilmişdir. Hazırda iddiaçının mərhumdan miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi halı iş materialları ilə öz təsdiqini tapmamışdır. Digər vərəsə Yusif Abbasov isə miras əmlakları barəsində məhkəmə mübahisəsi zamanı xəbərdar olduğunu qeyd etmişdir. Həmçinin İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Yusif Abbasov mərhumun ölümündən sonra miras əmlakının qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Buna baxmayaraq, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Yusif Abbasov mərhum Ələkbər Abbasovun ölümündən sonra mirası faktiki qəbul etməmələri və ya mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmələri mirasdan i mtina kimi qəbul edilməməlidir. Belə ki, mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir. X13 isə xx.xx.2018-ci il tarixində vəfat etmiş (miras açılmış), həmin dövrdə də MM-in 1246 və 1273-1-ci maddələri qüvvədə olmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Belə olan halda, məhkəmə hesab edir ki, qüvvədən düşmüş müddəalar iddiaçıya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə tətbiq edilməməli, mərhumdan miras qalmış əmlakın qəbul edilməsi üçün buraxılmış müddət bərpa edilməlidir.
22. Məhkəmə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürm əyən üçüncü şəxs Yusif Abbasovun iddia tələblərinin “Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli və Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələkbər Abbasovun vərəsəsi Cavabdeh2dır. O, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakları Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzildən və ban nömrəsi WDB2100651B277608 və buraxılış ili 2000 olan Mercedes Benz E320 minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur. Müəyyən edilmişdir ki, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi və Ağcabədi rayon notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələkbər Abbasovun vərəsələri tam şəkildə araşdırılmamış və iş üzrə əhəmiyyətli hallar nəzərə alınmamışdır. Ağcabədi regional Cavabdeh1ndə notariat ofisində və Ağcabədi rayo n notariat ofisində xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələkbər Abbasovun vərəsələri müəyyən edilərkən onun anası Cavabdeh2 nəzərə alınmış, lakin övladları notariat ofisinə dəvət edilməmiş, ümumiyyətlə mərhumun vərəsələri kimi müəyyən edilməmişdir. “Ağcabədi regional Cavabdeh1ndə notariat ofisində və Ağcabədi rayon notariat ofisində adı çəkilən şəhadətnamələr tərtib edilərkən digər vərəsələr müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilməlidir.
23. Məhkəmə hesab etmişdir ki, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli və Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətn amələr etibarsız hesab edilməli və miras əmlakları üzərində vərəsələr İddiaçı oğlu X14, X7 və Cavabdeh2 payları müəyyən edilməlidir. Belə ki, hazırda mərhumdan iki əmlak miras qalıb. Bunlar Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil və “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir.
24. Məhkəmə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil münasibətdə qeyd etmişdir ki, həmin mənzil hazırda Cavabdeh2 mülkiyyətindədir. Məhkəmənin yuxarıda göstərilən qənaətinə əsasən Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş, reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edildiyindən, mənzilə dair DƏDRX-də Cavabdeh2 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməlidir. Adıçəkilən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinin DƏDRX-in üzərinə qoyulması barədə qətnamədə əlavə qeyd nəzərdə tutulması üçün zərurət yoxdur. Çünki qeyd edilən hissədə qətnamənin icra olunması icra orqanın vəzifəsidir.
25. X4 vərəsələri olan X14, X7 və Cavabdeh2 hər biri miras əmlakı olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzildən bərabər hissədə, hər birinin 1/3 hissədə pay hüququ müəyyən edilməlidir. Digər miras əmlakı olan “Mercedes Benz E320” minik markalı **-BO*** dövlət nömrə nişanlı avtomobil isə Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş, reyestrdə 2V126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh2 adına qeydiyyata alındıqdan sonra sonuncu həmin avtomobili xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən X9 10000 manata satmışdır. Hazırda iddiaçı əmlakın dəyərinin “X20” MMC-nin məlumatına əsasən 17500 manat olduğunu qeyd edərək, həm avtomobilin dəyərinin 1/2 hissəsinin, yəni 8750 manatın Cavabdeh2 alınaraq ona ödənilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs isə avtomobilin satışından əldə edilən pul vəsaitinin 1/3 hissəsinin Cavabdeh2 alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə əmlak satılmazsa tərəflərin əmlak üzərində 1/3 hissədə ola biləcək paylarını və əmlakın satış qiymətini nəzərə alaraq, hesab etmişdir ki, mübahisələndirilən hissədə iddiaçının tələbi qismən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin tələbi isə tam hissədə təmin edilməklə Cavabdeh2 əmlakın satış dəyəri olan 10000 manatın 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 xeyrinə tutulmalıdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1322, 1243, 1255, 1133, 1145, 1146, 1151-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 88, 217.4, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Mübahisə həll edilərkən Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 202 3-cü il tarixli qərarının tələbləri deyil, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinin və Mülki Məcəllənin 7-ci maddəsinin tələbləri əsas götürülməlidir.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4729/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X18 (sədrlik edən və məruzəçi), X21 və X8) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquq əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu qərarın həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi birbaşa göstərilmişdir. Hazırkı iş Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarından əvvəl icraata gütürülməklə həmin qərar elan olunduqdan sonra yekun qərar qəbul edildiyindən birinci instansiya məhkəməsi həmin qərarı mübahisəyə tətbiq etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 1133.1, 1133.2, 1145, 1146, 1243.2, 1255-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərba ycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarından göründüyü kimi artıq 26 dekabr 2023-cü il tarixindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Lakin işin halları ilə müəyyən olunur ki, hüquq münasibətləri əvvəlki tarixlərdə yaranmışdır.
34. Miras qoyan öləndən sonra iddiaçı və üçüncü şəxs mirası nə faktiki qəbul etmiş, nə də həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən heç bir notariat ofisinə yazılı müraciət etməmişlər.
35. Mülki Məcəllənin 7-ci maddəsindən göründüyü kimi mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Apellyasiya instansiyası məhkəmə si Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının tələblərini deyil, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinin və Mülki Məcəllənin 7-ci maddəsinin tələblərini əsas götürməlidir.
36. Başqa məsələlərlə bağlı (məsələn iddia müddəti ilə bağlı) işə baxan Konstitusiya Məhkəməsi mübahisələrə münasibətlərin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun baxılmasını irəli sürmüşdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarı”).
37. İddiaları təmin edən birinci instansiya məhkəməsi (və bu qənaətlə razılaşan apellyasiya instansiyası məhkəməsi) miras qoyan X6 ömrünün son günlərinin keçirtdiyi X15 iddiaçı və üçüncü şəxs deyil, Ələ kbər Abbasovun ailəsi (qardaşı) tərəfindən 20.000 manatdan borc alınaraq xərcləndiyini, onun yas mərasiminə və qəbirüstü abidəsinə xərclənən pulları nəzərə almamışlar. Halbuki mirasın kütləsinə daxil olan “Mercedes Benz E320” minik markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil məhz alınmış borcların ödənilməsinə sərf olunmuşdur.
38. İddiaçı bu iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Belə ki, bu predmetdə iddianı qaldırmaq hüququ X17 məxsusdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı iddaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən etiraz daxil olmuşdur.
40. Etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Konstitusiyası
41. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
42. Maddə 149, 7-ci hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
44. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
45. Maddə 1136. Nikahdank ənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.
46. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
47. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
48. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
49. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.
50. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
51. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
52. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
53. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
54. Maddə 1322. Vərəsəlik şəhadətnaməs i vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarı
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəs əlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
56. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
70. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində i rəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
71. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
72. Kassatorun iddiaçılar tərəfindən mirasın qəbul edilmədiyi, mübahisəli mirasla bağlı vərəsəliyin Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab ediləndən əvvəl açıldığı və buna görə də Mülki Məcəllənin 7-ci maddəsinə əsasən mirasın qəbul edilməsi ilə bağlı yeni qaydaların geriyə qüvvəsi olmadığı barədə dəlilləri əsassızdır.
73. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
74. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
75. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlan ğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
76. Vərəsəlik münasibətlərində vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini tənzimləyən Mülki Məcəllənin 1246-cı və 1248-ci maddələrinin tətbiqi üzrə əvvəlki məhkəmə təcrübəsinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməli idi. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirmiş sayılırdı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılm asına dair” 18 iyul 2014-cü il tarixli qərarı).
77. Buna görə də miras əmlakın bölünməsi barədə mübahisələr üzrə baxılan bütün iddialarda başlanğıc olaraq mirasa iddialı olan vərəsənin mirası qəbul edib etməməsi araşdırılır və bundan asılı olaraq miras əmlak bölünürdü.
78. Lakin tərəflər arasında miras əmlakın bölünməsi ilə bağlı mübahisələr davam edən və hazırkı iddia tələbi məhkəmənin icraatında olduğu dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyə n edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
79. Konstitusiya Məhkəməsi həmin qərarında, 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
80. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından 26 dekabr 2023-cü il tarixli qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə i şlərə şamil edilməsini qərara almışdır. 81. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir.
82. Buna görə də kassatorun Mülki Məcəllənin 7-ci maddəsinə istinadla irəli sürdüyü dəlil, habelə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən mirasın qəbul edilməməsi barədə dəlili əsassızdır.
83. Kassatorun miras qoyan X6 xəstəliyi ilə bağlı çəkilmiş xərclərin nəzərə alınmaması barədə dəlili ilə bağlı birinci instansiya məhkəməsində hər hansı tələb irəli sürülməmiş, apelyasiya instansiyası məhkəməsində də müalicə xərclərinə dair hər hansı sübut təqdim olunmamışdır.
84. İddiaçı bu iddian ı qaldırmaqda subyektiv hüququ olmaması, bu predmetdə iddianı qaldırmaq hüququnun X17 məxsus olduğu barədə kassatorun dəlilləri də qətnamənin ləğvinə əsas vermir. Çünki İddiaçı, Ələkbər Abbasovdan miras qalan əmlakdan payın özünə deyil, sonuncu ilə nikahdan xx.xx.2018-ci il tarixdə doğulmuş X17 ayrılmasını tələb edir. İddia ərizəsində iddiaçı kimi İddiaçı göstərilməsinə baxmayaraq, iddianın əsaslandırılmasından da açıq-aşkar müəyyən edilir ki, iddia tələbi azyaşlı Əli Abbasovun qanuni nümayəndəsi tərəfindən azyaşlının vərəsəlik hüququnun müdafiə olunması üçün qaldırılmışdır. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə miras qalan Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzildən X14 1/3 hissədə miras payı müəyyən edilmişdir. Həmin qətnamədə **-BO-*** dövlət nömrə nişanlı, 2000-ci il buraxılışlı, “Mercedes Benz E320” minik markalı avtomobilin satışından əldə edilmiş 10000 manat məbləğində pulun 1/3 hissəsinin Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi də, məhz avtomobildən Əli Abbasova düşən hissəyə uyğun olaraq onun qanuni nümayəndəsi kimi İddiaçı ödənilməsi kimi başa düşülməlidir.
85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
86. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
88. Məhkəmə kollegiyası yuxarıda göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4729/2024 nömrəli 19 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.