Məhkəmə qərarları › İş №2(102)-3949/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3949/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3949/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Respublika Xammal və X2 Mərkəzi Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" X3 Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 30 may tarixli, 2 (104)1303/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Respublika Xammal və X2 Mərkəzi Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" X3 Səhmdar cəmiyyətinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" X3 səhmdar cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 48/02-1 saylı protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən həmin əmlakla bağlı cavabdeh "xxxx" X3 Səhmdar Cə miyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və evin ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin 2(125)-472/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (C.Quliyev) iddia təmin edilməmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1303/2023 nömrəli, 30 may 2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Aygül İsgəndərova və Rəhman Muradov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respubl ikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

5. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

6. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

7. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kas sasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

8. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

9. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.

11. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron məhkəmə sistemindən çıxarışa əsasən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi 12 iyun 2023-cü il tarixində iş üzrə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçının kassasiya şikayəti isə məhkəməyə 16 avqust 2023-cü il tarixində daxil olmuşdur.

12. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə kassatorun elektron kabineti mövcud olmasa belə, onun vəkili Nümayəndə elektron kabineti mövcuddur. Belə olan halda mülki prosessual qanunvericiliyə əsasən qətnamənin elektron kabinetə yerləşdirilməsi, həmin məhkəmə aktının tərəfə rəsmi qaydada verilməsi hesab olunur.

13. MPM-ə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onl ara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır (maddə 135.6). Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (maddə 135.5) Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. (maddə 405.0.1).

14. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

15. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulan 2 aylıq kassasiya şika yəti vermə müddətini ötürdüyündən, həmçinin buraxılmış müddətin bərpası barədə vəsatət vermədiyindən kassasiya şikayəti qeyrimümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

16. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 30 may tarixli, 2(104)1303/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar