Məhkəmə qərarları › İş №2(102)-395/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-395/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-395/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.08.2021-ci il tarixli, 2(103)6266/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 17 noyabr 2016-cı il tarixdə Bakı-Tbilisi istiqaməti üzrə 320 ABŞ dolları dəyərində, 18 noyabr 2016-cı il tarixdə Tbilisi-Bakı istiqaməti üzrə 185 ABŞ dolları dəyərində, 12 yanvar 2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə 560 ABŞ dolları dəyərində, 13 yanvar 2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə 540 ABŞ dolları dəyərində aviabiletlərlə təmin edilmiş, göstərilən xidmətlərin ümumi dəyəri 1.605 ABŞ dolları təşkil etmişdir. Cavabdeh həmin aviabiletlərdən istifadə etməklə müvafiq istiqamətlər üzrə səfərlərini həyata keçirmiş, lakin iddiaçı tərəfindən təqdim olunan həmin aviabiletlərin dəyərini hazıradək ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1.605 ABŞ dolları əsas borcun, 321 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. Nəticədə cavabdehin 1.605 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarix lərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada ona hər hansı çətinlik yaratmamışdır.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(011)-1182/2 021 saylı qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh 1.605 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında qeyd olunan sifariş üzrə xidmətin göstərildiyi mübahisə doğurmur, buna baxmayaraq cavabdeh tərəf həmin xidmətin ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddia tələbi elektron aviabiletlərin təqdim olunması üzrə xidmətin dəyəri olan 1.605 ABŞ dolları hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir.

7. Cavabdehin öhdəliyinin icrası müddəti dəqiq müəyyən edilməmiş, iddiaçının xəbərd arlıq məktubu isə cavabdehə yalnız 2020-ci ildə təqdim edilmiş, elə həmin ildə də tərəflər arasında məhkəmə mübahisəsi başlamışdır.

8. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsinin iddia müddəti tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək hesab etmişdir ki, ərizə əsassızdır. Məhkəmə bununla bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər müqavilə mübasibətlərindədir. Cavabdeh dəfələrlə iddiaçı vasitəsi ilə aviabiletlər əldə etmiş və səfərlərə getmişdir. Ancaq sonuncu iki səfəri üzrə aldığı biletlərin dəyərini ödəməmişdir. İddiaçı 2017-ci ilin yanvarında satdığı biletlərin dəyərini ala bilmədiyinə görə cavabdehə yeni biletlərin satılmasından imtina etmiş və cavabdehdən dəyəri ödənilməyən biletlərin pulunu tələb etmişdir. Odur ki, iddia müddətinin axımı məhz 2017-ci ildən hesablanmalıdır. Bundan başqa, iddiaçı cavabdehə qarşı ilk dəfə 02 dekabr 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(011)-836/2020 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli 2(103)-5580/2020 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(011)-836/2020 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır). Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti ötürülməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 390, 406, 329, 862,445, 427,371-ci ma ddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.08.2021-ci il tarixli, 2(103)6266/2021 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1182/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsinin qismən - 17 noyabr 2016-cı il tarixdə əldə edilmiş 320 ABŞ dolları dəyərində və 18 noyabr 2016-cı il tarixdə əldə edilmiş 185 ABŞ dolları dəyərində biletlərə aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı biletin alğı-satqısının şifahi şəkildə həyata keçirilməsini, alğı-satqının nisyə xarakter daşımasını, ödənişin isə məhz 3-6 ay ərzində olacağını sübuta yetirməlidir, lakin iddiaçı bu halı təsdiq edə bilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabehə turizm xidməti göstərməmişdir, müxtəlif səfərlər üçün aviabiletlərin alınmasını təşkil etmişdir, yəni xidmət göstərmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin 17.11.2016cı il tarixdə satılmış 320 ABŞ dolları dəyərində və 18.11.2016-cı il tarixdə satılmış 185 ABŞ dolları dəyərind ə olan aviabiletlərə aid hissəsində 3 illik iddia müddəti ötürülmüşdür, belə ki, iddiaçı 24.11.2020-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla belə, müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə ilk dəfə məhkəməyə 02.12.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir, yəni həmin vaxt artıq birinci iki biletə münasibətdə iddia müddəti keçmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, digər 12 yanvar 2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə 560 ABŞ dolları dəyərində, 13 yanvar 2017-ci il tarixdə Adanaİstanbul-Bakı istiqaməti üzrə 540 ABŞ dolları dəyərində aviabiletlərə aid hissədə isə məhkəmə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı olan İddiaçı MMC-ni tanımamış, hüquqi şəxs olaraq ona müraciət etməmiş, aralarında turizm xidməti və ya nisyə bilet alınması barədə hər hansı bir formada razılaşma olmamışdır. Bilet və digər məqsədlər üçün zəruri olan sənədlər və ödəniş nağd olaraq bilet satışı ilə məşğul olan Fərhad adlı şəxsə verilmiş və onun vasitəsi ilə adına bilet rəsmiləşdirilmişdir. Həmin vaxtdan ötən üç ildən çox vaxt ərzində Fərhadla aralarında ödənişlə bağlı hər hansı bir formada danışıq olmamışdır. Əgər həqiqətən də biletin pulu ödənilməmiş olsaydı bu müddət ərzində Fərhad cavabdehin mobil telefonuna zəng edərdi və ya onda olan ünvanına ödənişlə bağlı yazılı müraciət edərdi. Əgər belə hallar olubsa, onda həmin sənədləri sübut qismində təqdim etməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının rəhbəri X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, qaldırılan məsələ tam araşdırılmamışdır. Məhkəmə prosesində vəsatət verilərək iddiaçı tərəfdən əvvəllər satdığı iddia edilən biletlərin ödənişinə dair müştəriyə verdiyi ödəniş qəbzlərinin surətinin təqdim olunması təklif edilsə də, müddətin ötməsi bəhanəsi ilə sənədin təqdim edilməsindən imtina edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin ödənişi təsdiq edən sübut təqdim edə bi lməmələrini göstərməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda iddia müddətinin ötməsi ilə bağlı da düzgün nəticəyə gəlməmişdir. İddiaçının rəhbərinin heç bir məntiqə uyğun olmayan mülahizəsi yəni, nisyə bilet satışı şifahi razılaşdırılmış və pulun ödənilməsi üçün ümumilikdə 3-6 ay nəzərdə tutulduğu əsas kimi qəbul edilmişdir. Halbuki, iddiaçı ilə cavabdehin arasında hər hansı bir formada razılaşma mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, işin iddia ərizəsində qeyd olunan faktik hallarını təkrarlamış, həmçinin qeyd olunmuşdur ki, sübut kimi təqdim olunan sənədlərdən görünür ki, iddia tələbində qeyd olunan biletlərə görə ödənişlər SF Travel MMC tərəfindən avia şirkətlərə ödənilmiş dir. Təqdim edilmiş X2 Assosiasiyasının “Agentin pul köçürmələri” haqqında çıxarışlarda və "xxxx" ASC-nin debet haqqında çıxarışda tələb olunan biletlərin nömrələri və ödəniş məbləğləri qeyd olunmuş və markerlə işarələnmişdir. X2 Assosiasiyasına iddiaçı MMC tərəfindən aviabiletlərə görə ödənişlər həftəlik (dekada) olaraq ödənilir. Belə olduğundan “Agentin pul köçürmələri” haqqında məlumatda bir çox biletlərə görə ödənişlər əks olunmuşdur. Hazırkı işə aid olan biletlər isə aydın olması üçün markerlə işarələnmişdir. Cavabdehə istifadə etdikləri elektron biletin kağız forması da təqdim edilmişdir. Göstərilənlərə əsasən İddiaçı MMC kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə

329. Əqdlərin formaları Maddə. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti ya lnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, ə mlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yə ni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşı rıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Maddə. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 22. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:...turizm məhsulu - turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçitərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər). Maddə

9. Turizm məhsulu satışının təşkili qaydaları

1. Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının l əğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi m üstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

25. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 17 noyabr 2016-cı il tarixdə Bakı-Tbilisi istiqaməti üzrə 320 ABŞ dolları dəyərində, 18 noyabr 2016-cı il tarixdə Tbilisi-Bakı istiqaməti üzrə 185 ABŞ dolları dəyərində, 12 yanvar 2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə 560 ABŞ dolları dəyərində, 13 yanvar 2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə 540 ABŞ dolları dəyərində aviabiletlərlə təmin edilmiş, göstərilən xidmətlərin ümumi dəyəri 1.605 ABŞ dolları təşkil etmişdir. Cavabdeh həmin aviabiletlərdən istifadə etməklə müvafiq istiqamətlər üzrə səfərlərini həyata keçirmiş, lakin iddiaçı tərəfindən təqdim olunan həmin aviabiletlərin dəyərini hazıradək ödəməmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. Kassasiya kollegiyası qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

31. Tərəflərin arası nda olan münasibətlər müqavilə əsasında yarandığına və tərəflərin öhdəlikləri də müqavilə öhdəlikləri olduğuna görə, hazırki iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti tətbiq olunmalıdır.

32. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzər ə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

33. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də mübahisəyə üç illik iddia müddətini tətbiq etmiş, iddia tələbinin 17.11.2016-cı il tarixdə satılmış 320 ABŞ dolları dəyərində və 18.11.2016-cı il tarixdə satılmış 185 ABŞ dolları dəyərində olan aviabiletlərə görə pul tələbinə aid hissədə 3 illik iddia müddətinin müddətinin keçdiyi barədə nəticəyə gəlmiş və bu hissədə iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi 12 yanvar 2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə 560 ABŞ dolları dəyərində və 13 yanvar 2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə 540 ABŞ dolları dəyərində aviabiletlərə aid hissədə isə iddia müddətinin keçmədiyini bildirmiş və bu hissədə iddianı təmin etmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır, işin hallarına və iddia müddətinin tətbiqini nəzərdə tutan maddi hüquq normalarının tələblərinə uyğundur.

35. Bəhs olunan biletlərin pulunun ödənildiyi barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 433-cü maddəsinə əsasən borclunun öz öhdəliyini qanunla icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödənilməsi öhdəliyin icrası sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kredi torun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

36. Bu normanın hazırki işə tətbiqi o nəticə törədir ki, əgər hazırkı iş üzrə cavabdeh göstərilmiş xidmətin dəyərini iddiaçıya deyil, onun direktoruna ödədiyini, lakin sonuncunun həmin vəsaiti hüquqi şəxsə ödəmədiyini hesab edirsə, həqiqətən də ödənişin hüquqi şəxsin adından ixtiyarlı şəxs kimi çıxış etmiş şəxsə ödənildiyini sübut etməlidir. Çünki qanuna əsasən belə ödəniş zamanı ödənişi qəbul edən şəxsdən sübutların tələb edilməməsinin riskini də ödəyən şəxs daşıyır. Lakin cavabdeh tərəfindən bu cür sübutlar təqdim olunmamışdır.

37. Həmçinin kassatorun iddiaçını tanımadığı, onunla hər hansı müqavilə bağlanmadığı barədə dəlill əri də əsassızdr. Çünki cavabdehin iddia tələbində bəhs olunan aviabiletlərdən istifadə etməsi və həmin biletlərlə səfər etməsi mübahisələndirilmir. Tərəflərin arasında eyni mübahisə üzrə Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-836/2020 saylı mülki işə baxılarkən cavabdehin nümayəndəsi cəmiyyətin xidmətlərinən istifadə etdiyini bildirmişdir.

38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.08.2021-ci il tarixli, 2(103)6266/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar