Məhkəmə qərarları › İş №2(102)-395/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-395/2023

06.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-395/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Ağdam Rayon Təhsil şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, intizam tənbehinin mütənasibliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Ağdam Rayon Təhsil Şöbəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6337/2*22 nömrəli, 6 oktyabr 2*22-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş k assasiya şikayətinə 6 fevral 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağdam rayonundan məcburi köçkün olan İddiaçı (bundan sonra - iddiaçı) müəllim kimi əmək fəaliyyətinə *1.*9.1995-ci il tarixdə Ağcabədi rayonunda müvəqqəti yerləşən Ağdam rayon 91 nömrəli tam orta məktəbində başlamış, *1.*9.1996-cı il tarixindən *1.*9.1999-cu il tarixinədək Bərdə şəhərində yerləşən Ağdam rayon 12 saylı köçkün orta məktəbində müəllim işləmiş, *1.*9.1999-cu il tarixdən əmək fəaliyyətini Mingəçevir şəhərində müvəqqəti yerləşən Ağdam rayon 74 saylı orta məktəbində davam etdirmiş, *1.*9.2**1-ci il tarixdə Mingəçevir şəhərində müvəqqəti yerləşən Ağdam rayon 24 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur.

2. A zərbaycan Respublikası təhsil nazirinin 14.1*.2*21-ci il tarixli, K-129*/2 nömrəli əmrinə əsasən Ağdam Rayon 24 nömrəli tam orta məktəbdə aparılmış yoxlamanın nəticəsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin məsləhətçiləri Rəşad Musayev, Tükəzban Quliyeva və İddiaçı tərəfindən 22.1*.2*21-ci il tarixli akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, məktəbdə araşdırma zamanı saat *9:45 radələrində məktəbin texniki işçilərindən katibənin, laborantın, xadimələrin, kitabxanaçının və uşaq birliyi təşkilatının rəhbərinin işdə olmadıqları aşkar olunmuş, direktor İddiaçı tərəfindən əmr kitabı təqdim edilsə də, əmr kitabının evdə olduğu, dərs cədvəlinin ümumiyyətlə olmadığı, pedaqoji prosesi izləmək üçün məktəbdə hər hansı təsdiqedici sənədin olmaması, məktəbin coğrafiya müəllimi ilə bağlanmış əmək müqaviləsinə 2*.1*.2*21-ci il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmədiyi və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildirişin sistemdən çıxarılmadığı müəyyən edilmişdir.

3. Aparılmış yoxlamaların nəticələrinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1552 nömrəli, 3*.12.2*21-ci il tarixli əmri ilə Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru olan iddiaçının xəstə olması ilə əlaqədar işə çıxmadığı nəzərə alınaraq, o, işə çıxdıqdan sonra fəaliyyətində yol verdiyi nöqsanlara görə barəsində intizam tənbehi tədbirinin tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi İnsan resursları şöbəsinə tapşırılmışdır.

4. İntizam tənbehinin tətbiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirl iyinin K1552 nömrəli, 3* dekabr 2*21-ci il tarixli əmrinin icrası haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin K-112 nömrəli, 3 fevral 2*22-ci il tarixli əmri ilə Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə *3 fevral 2*22-ci il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1552 nömrəli, 3*.12.2*21-ci il tarixli əmri; nazir müavini Muxtar Məmmədovun 29.11.2*21-ci il tarixli xidməti məlumatı; Ağdam Rayon Təhsil Şöbəsinin ilk həmkarlar təşkilatının 16.12.2*21-ci il tarixli iclas protokolundan çıxarış, izahat və 22.1*.2*21-ci il tarixli akt göstərilmi şdir.

5. Ağdam Rayon Təhsil Şöbəsinin “İntizam tənbehinin tətbiqi barədə” *4.*2.2*22-ci il tarixli 12 nömrəli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 7*-ci maddəsinin “ç” bəndinə əsasən *3.*2.2*22-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1nə və Ağdam Rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İntizam tənbehinin tətbiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1552 nömrəli 3*.12.2*21-ci il tarixli əmrinin icrası haqqında” Azərbaycan Respublikasının təhsil nazirinin *3.*2.2*22-ci il tarixli K-112 nömrəli əmrinin və Ağdam Rayon Təhsil Şöbəsinin “İntizam tənbehinin tətbiqi barədə” *4.*2.2*22-ci il tarixli 12 nömrəli əmrinin ləğv edilməsi, *3.*2.2*22-ci il tarixindən məhkəmə qərarı qüvvəsini alana qədər olan dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, əmək fəaliyyətinə başladığı vaxtdan əmək müqaviləsinin ləğv edildiyi *3.*2.2*22-ci il tarixə kimi barəsində heç bir intizam tənbehi tətbiq edilməmiş, işlədiyi kollektivdə və tabeçiliyində olduğu təşkilatlarda böyük nüfuz və hörmətə malik olmuş, peşəsinə, yüksək müəllim adına şərəflə xidmət etmişdir. 2**1-ci ildə direktor vəzifəsinə təyin edildiyi Ağdam rayon 24 nömrəli tam orta məktəbi həmin vaxt Mingəçevir şəhəri 11 nömrəli tam orta məkt əbinin binasının bir hissəsində fəaliyyət göstərmiş, rəhbərlik etdiyi icma onun təşəbbüsü və müəllifliyi ilə 2**1-ci ildə ABŞ-ın “Uşaqların xilası təşkilatı” tərəfindən keçirilmiş qrant layihəsində iştirak edərək, qalib olmuş, Mingəçevir şəhərində yerləşən tikintisi tam başa çatmamış mədəniyyət evinin bir korpusu ayrılmış 7*** ABŞ dolları məbləğində qrant hesabına tam təmir edilmiş və Ağdam rayon 24 nömrəli tam orta məktəbi ora köçmüşdür. 2**4-cü ildə Ağdam rayon 24 nömrəli tam orta məktəbinin yerləşdiyi ərazidə yaşayan məcburi köçkünlər Mingəçevir şəhərinin digər ərazisində salınmış köçkün qəsəbəsinə yerləşdirildiklərinə görə məktəbin də həmin qəsəbəyə köçməsi tələb edilmiş, lakin yeni salınmış qəsəbədə məktəb binası inşa edilmədiyinə görə bu mümkün olmamışdır. Həmin qəsəbədə məktəb binas ının inşası üçün rəhbərlik etdiyi icmanın adından yeni qrant layihəsi hazırlamış, layihə uğur qazanaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan (maliyyəçi Dünya Bankı olmuşdur) 2** *** (iki yüz min) manat qrant (əvəzi ödənilməyən maliyyə yardımı) udmuş, udulmuş vəsaitin 3 faizi, yəni 6*** (altı min) manat məbləğində vəsaiti qrant layihəsinin şərtlərinə uyğun qaydada məcburi icma payı olaraq tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. 2**8-ci ildə məktəbin hazırda fəaliyyət göstərdiyi binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, məktəb binası inşa edildiyi dövrdə isə yenə özünün təşəbbüsü ilə ayrı-ayrı mənbələrdən xeyriyyə məqsədi ilə verilmiş maddi yardım vəsaitinin hesabına mobil tipli müvəqqəti məktəb inşa edilmiş və məktəbin fəaliyyəti davam etdirilmişdir. Sadalanan tə şəbbüslər və görülən işlər dövlətin mənəvi dəstəyi ilə tərəfindən həyata keçirilmişdir. Direktor vəzifəsində işlədiyi dövrdə dəfələrlə məktəbdə tədris və təlim-tərbiyə işinin təşkili, maliyyətəsərrüfat fəaliyyəti yoxlanmış və heç bir pozuntu aşkar edilməmişdir. Son olaraq 2*21-ci ilin fevral ayında Təhsil Nazirliyinin Audit və daxili nəzarət şöbəsinin əməkdaşları tərəfindən məktəbin maliyyə-təsərrüfat fəaliyyətinə dair sənədlər təftiş edilmiş və hər hansı bir pozuntu aşkar edilməmişdir. 22.1*.2*21-ci il tarixli aktda göstərilən nöqsanlarla istənilən müəssisədə, o cümlədən təhsil müəssisələrində də işçilərin işə gecikməsi və digər əmək intizamının pozulması halları baş verə bilər və bu hallar müntəzəm xarakter daşımadığı təqdirdə müəssisədə əmək və icra intizamına nəzarət edilməməsi kimi qə bul oluna bilməz. Digər tərəfdən akt tərtib olunan gün Nazirliyin əməkdaşları tərəfindən aparılan qəfil yoxlama zamanı məktəbin pedaqoji kollektivinin pandemiya şəraitinə baxmayaraq bütün heyətlə məktəbdə olmaları, dərslərin vaxtında və şagirdlərin yüksək davamiyyəti ilə aparıldığı müşahidə edilmişdir. Dərs cədvəlinin tərtib edilməməsi bağlı bildirir ki, dərs cədvəlinin qaralama forması hazır olsa da, həmin cədvəlin tərtib edilməsinə cavabdeh olan direktor müavininin səhhətində olan problemlərlə əlaqədar müalicə alması və buna görə də dərs cədvəlinin səliqəli formada tərtib edilməsinin yubadılması halı baş vermişdir. Tədris-metodiki sənədlərin hazırlanması, dərs cədvəllərinin tərtib edilməsi kimi fəaliyyət direktorun deyil, tədris və təlim-tərbiyə üzrə direktor müavininin normativ sənədlər lə müəyyən edilmiş əsas vəzifələrinə daxildir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2* dekabr 2*17-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil Sahəsi işçilərinin X2 X1”nın XVİİ bölməsinin 1, 3 və 7-ci bəndlərində təlim-tərbiyə və metodiki işlərinin təşkil edilməsi, zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanması, onların keyfiyyətinə məsuliyyət daşıması və tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi direktor müavininin əmək funksiyasına aid edilmişdir. Məktəbin coğrafiya müəllimi ilə bağlanmış əmək müqaviləsinə 2*.1*.2*21-ci il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam veril məsi barədə əmrin verilməməsi və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildirişin sistemdən çıxarılmaması ilə bağlı bildirir ki, məktəbin coğrafiya müəllimi öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə 2*.1*.2*21-ci il tarixdə müraciət etmiş, müvafiq əmrin hazırlanıb Ağdam rayon Təhsil şöbəsinə təqdim olunması ərizə verilən günün ertəsi günündə onun dərslərinin olması və Ağdam rayon Təhsil şöbəsinin təxminən 1** km məsafədə yerləşməsinə görə 1 gün yubanmışdır. Digər tərəfdən qüvvədə olan əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin bu barədə işçi tərəfindən ərizə verildiyi gün tərtib edilməsinin zəruri olması ilə bağlı tələb yoxdur. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində göstərilir ki, işçi bir təqvim ay ı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin normanın 3-cü bəndində isə qeyd olunur ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi işçi ilə bağlanmış əmək müqaviləsi yalnız 69-cu maddənin 3-cü bəndində sadalanan hallarda ərizədə göstərildiyi gün ləğv edilə bilər, digər hallarda isə 1 aylıq xəbərdarlıq müddətinə əməl edilməlidir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi isə imperativ norma olmayıb, işəgötürənin üzərin ə məcburi vəzifə qoymur. Buna görə də, 2*.1*.2*21-ci il tarixində verilmiş ərizə üzrə əmrin, yoxlamanın başladığı 22.1*.2*21-ci il tarixdə saat *9:** radələrinə kimi verilməməsi pozuntu kimi qiymətləndirilə bilməz. Bu baxımdan, 27 il kimi uzun müddət qüsursuz pedaqoji fəaliyyət göstərmiş, direktor olduğu dövrdə rəhbərlik etdiyi məktəbin bina ilə təchiz edilməsində, məktəbin normal fəaliyyət göstərməsində əməyi olmuş şəxsin əmək müqaviləsinə əmək qanunvericiliyinin ən sərt maddələrinin biri ilə xitam verilməsi həm ədalətsiz, həm də qanunsuz olmuşdur.

8. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(**5)-2279/2*22 nömrəli mülki iş üzrə 25 iyul 2*22-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddi açının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin hazırkı mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

12. Məhkəmə mübahisələndirilən əmrlə bağlı digər pozuntuya hüquqi qiymət verərək bildirmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan təxminən 3 ay sonra tətbiq etmişdir. Nəticə etibari lə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmrlərin ləğv edilməsi hissəsində tələb əsaslıdır və təmin edilməlidir. İddia həmin hissədə əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 1*, 7*, 71, 72, 76, 83, 186, 187, 189, 3**-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelly asiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinin hansı əsasla ləğv edilməsini əsaslandırmamış, yalnız Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, müddəti tətbiq etmişdir. İntizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçi intizam tənbehi verilə bilməz. Lakin iş materiallarından göründüyü kimi, araşdırılması tələb olunan halları, habelə araşdırmanın nəticəsində əldə olunan sənədlərin müvafiq aidiyyəti şöbələrdə araşdırılmasının zəruriliyini nəzərə almadan məhkəmə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsini tətbiq etmişdir. Halbuki, Əmək Məcəlləsi əmək və icra intizamını pozan işçiyə bir ay keçdikdən sonra intizam tənbehinin verilməsini istisna etmir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələbinə əhəmiyyət verməmişdir

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*3)-6337/2*22 nömrəli iş üzrə 6 oktyabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Belə ki, iddiaçıya istinad edilən pozuntular, saat *9:45 radələrində məktəbin texniki işçilərindən bəzilərinin işdə olmadıqları, əmr kitabı təqdim edilsə də, əmr kitabının evdə olduğu, dərs cədvəlinin ümumiyyətlə olmadığı, pedaqoji prosesi izləmək üçün məktəbdə hər hansı təsdiqedici sənədin olmaması, məktəbin coğrafiy a müəllimi ilə bağlanmış əmək müqaviləsinə 2*.1*.2*21-ci il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmədiyi və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildirişin sistemdən çıxarılmaması olmuşdur. Həmin pozuntuların əks edildiyi və iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil edən aktın məzmunundan belə nəticəyə gəlmək olur ki, akt tərtib olunan gün Nazirliyin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı məktəbin pedaqoji kollektivi bütün heyətlə işdə olmuş, dərslərin vaxtında keçirilmədiyi və şagirdlərin davamiyyətsizliyi müşahidə edilməmişdir.

18. Məhkəmənin qənaətinə görə göstərilən hal iddiaçının, “dərs cədvəlinin qaralama forması hazır olsa da, həmin cədvəlin tərtib edilməsinə cavabdeh olan direktor müavininin səhhətində olan problemlərlə əlaqədar müalicə alması və buna görə də dərs cədvəlinin səliqəli formada tərtib edilməsinin yubadıldığı” arqumentinin ağlabatan və inandırıcı olduğu qənaətinə gəlməyə imkan verir. Çünki əgər dərs cədvəli hazır olmasa idi (qaralama formasında), o zaman dərslərin keçirilməsi və şagirdlərin dərsdə olmaları mümkün olmazdı.

19. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imk anlarını da nəzərdə tutmuşdur və 1995-ci ildən müəllim kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə almışdır ki, ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar 2*21-ci ildə orta təhsil müəssisələrində tədris 29.*9.2*21-ci il tarixindən başlamışdır və məktəbdə müəyyən çatışmazlıqların həmin rejimin yaratdığı obyektiv səbəblərdən ortaya çıxdığı ehtimalı vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 (nümayəndə və vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi v ə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 7*, 71-ci maddələrinin tələbləri pozulmuşdur. İşə baxan məhkəmə Əmək Məcəlləsinin 71-ci maddəsinə istinad edərək qətnamədə qeyd etmişdir ki, kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin qanunla qorunan mənafeyinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Hesab edirik ki, məhkəmənin bu mövqeyinin hüquqi əsası yoxdur. Belə ki, Ağdam Rayonu 24 nömrəli məktəbdə nazirliyin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı tərtib edilmiş 22.1*.2*21-ci il tarixli aktın məzmunundan görünür ki, əmr kitabı yoxlayıcılara təqdim olunmamış, illik dərs cədvəli yazılmamış, pedaqoji prosesi izləmək üçün məktəbdə heç bir təsdiqedici sənəd olmamış, işçilər iş yerində olmamış, boş dərs saatları vakansiyaya çıxarılmamış, diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərə əlavə dərs saatları verilmişdir. Aktdan görünür ki, iddiaçı Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirməmiş, əmək və icra intizamının normal ahənginin təmin etməməsi tam sübut olunmuşdur.

22. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2*.12.2*17-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan X2 tarif – X3”nın 7-ci bölməsinin tələbi pozulmuşdur. Belə ki, mə hkəmə qətnamədə qeyd etmişdir ki, dərs cədvəlinin hazırlanması direktor müavininin funksiyasına aid olduğundan, direktor bilavasitə buna görə məsuliyyət daşıya bilməz. Məktəb direktoru müavinlər arasında vəzifə bölgüsündən asılı olmayaraq, onların icrasına nail olmalı və nəzarət etməlidir. Yoxlama dövründə dərs cədvəllərinin hazır olmaması bilavasitə direktorun vəzifə funksiyasına aiddir. Cədvəlin hazır olmaması işin ahənginin pozulması kimi qiymətləndirilməlidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl edilməsini məhkəmə nəzərə almamışdır.

23. MPM-in 76, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəməyə yoxlamanın keçirilməsinin hüquqi əsası barədə sənədlər və yoxlama aktı, əmr və direktorun izahatı və dig ər sənədlər təqdim olunmasına baxmayaraq, işə baxan məhkəmə bu sənədlərə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.

25. Kassasiya şikayətinə qarşı etiraz iddia ərizəsinin dəlillərinə əsaslandırılmışdır. uyğun Tətbiq edilən hüquq Əmək Məcəlləsi

26. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

27. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

28. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

29. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmə məsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə cidd i xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

30. Maddə 8*, 1-ci hissə. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

31. Maddə 8*, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin mü əssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

32. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncam ı, qərarı) ilə rəsmiləşdirilməlidir.

33. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin "ç” bəndi ilə ləğv edə bilər.

34. Maddə

187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı a y keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

35. Maddə 3** (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsin i və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibəti nə uyğun əsaslandırılmalıdır.

41. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmaya raq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.

46. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə qətnaməsi Cavabdeh1 kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6337/2*22 nömrəli mülki iş üzrə 6 oktyabr 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar