Məhkəmə qərarları › İş №2(102)-3950/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3950/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3950/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı2, vəkili Tağıyev Azər Məmmətağı oğlunun, Cavabdeh vəkili Şükürov Elxan Şükür oğlunun, üçüncü şəxs X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-913/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-53/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.M.Əhmədova) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 28.408 manat məbləğində pul vəsaitinin və 15 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizalar üçün çəkilmiş 200 manat xərcin 100 manatının iddiaçılara, 100 manatının isə cavabdehə aid edilməsi və onlardan alınıb dövlət büdcəsinə keçirilməsi, iddiaçılar tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun onlara aid edilməsi qət e dilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-913/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-53/2019 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 26.408 (iyirmi altı min dörd yüz səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-53/2019 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (X3 m übahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 48.590 manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 15.000 manatın, mənəvi zərərə görə 1.500 manatın və 30 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı2 “Superdoors” salon mağazasını etibarnamə əsasında işlətmiş və İddiaçı1 mağazanın direktoru kimi fəaliyyət göstərmişdir. Cavabdeh 2014-ci ildə həmin mağazaya gələrək Buzovna qəsəbəsində yerləşən bağ evində təmir işlərinin getdiyini və təmir işləri ilə əlaqədar plastik pəncərələrin lazım olduğunu və sifariş vermək istədiyini bildirmişdir. Bununla bağlı olaraq İddiaçı1 ilə şüşə, qapı və pəncərələrin satışı ilə məşğul olan X3 arasında 17 oktyabr 2014-cü ıl tarixdə müqavilə bağlanmış və X həmin evin pəncərələrinin quraşdırılmasını öz öhdəsinə götürmüşdür. Görüləcək işlərin qiyməti cavabdehlə razılaşdırılmışdır. in işçiləri tərəfindən cavabdehə məxsus evdə pəncərələrin quraşdırılmasna başlanılmış və ilkin olaraq 358 kv.m. sahəyə açılanların sayı 25 ədəd olmaqla, şüşələr tünd rəngli və profillərin də rəngi tünd olmaqla pəncərələr quraşdırılması razılaşdırılmış və həyata keçirilmişdir. Görülən bu işlər 63000 manat dəyərində olmuşdur. Lakin sonradan cavabdeh şüşənin rənginin bəyənilmədiyini, dəyişdiriləcəyini, həmçinin açılanların sayının artırılması, cam balkonun cəbhə profili ilə əvəz olunması və əlavə olaraq gözətçi otağına pəncərələrin əlavə edilməsini bildirmiş, bu işlərin həcmi 520 kv.m. olmuş, əlavə qiymətlər razılaşdırılmış, həmin işlər cavabdehə məxsus evdə yerinə yetirilmiş və cavabdehə təhvil verilmişdir. Ümumi olaraq görülmüş işlərin məbləği 152.440 manat olmuş, cavabdeh həmin məbləğin yalnız 105.000 manatını ödəmiş, qalan 48.590 manatı ödəməmişdir. Dəfələrlə cavabdehdən pulu ödəməsini tələb etsələr də, cavabdeh pulun ödənilməsindən yayınmış, aralarında olan şifahi razılaşmanı pozmuşdur. Pulun vaxtında ödənilməməsi səbəbindən iddiaçılar qarşısında götürdükləri öhdəliyi yerinə yetirə bilməmiş və bu səbəbdən maddi zərərə məruz qalmışlar. Cavabdeh tərəfindən iddiaçılara 15.000 manat məbləğində maddi ziyan vurulmuş, manatın dollara nisbətdə zəifləməsi, materialların qiymətinin qalxması və s. hallar nəzərə alınmalıdır. Belə ki, cavabdeh üçün görül müş işlərin hal-hazırda dəyərinin müəyyən edilməsi üçün “**” firmasına müraciət edilmiş və görülmüş işlərin dəyəri 198.780 manat müəyyən edilmişdir. Cavabdehin pulu vaxtında ödəməməsi nəticəsində iddiaçılar pulu ə çatdıra bilməmiş, bununla bağlı problemlər yaranmış və cavabdehin əməli nəticəsində onlar mənəvi zərərə də məruz qalmışlar. Belə ki, cavabdehin iddiaçıları aldatması, sonda pulu ödəməməsi səbəbindən dəfələrlə stress keçirmiş və psixikalarına ciddi şəkildə təsir etmişdir. Cavabdeh tərəfindən iddiaçılara vurulmuş mənəvi zərəri 1.500 manat məbləğində dəyərləndirirlər. Mənəvi ziyanı dəfələrlə həmin sahəyə gedib-gəlmələri, fəhlərlə vaxtında pul verə bilməmələri ilə əlaqələndirmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə koll egiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Şükürov Elxan Şükür oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası nəzərə almamışdır ki, iddiaçılar tərəfindən qeyd edilən işlər görülməmiş və pəncərə quraşdırılması ilə bağlı hər hansı xidmət göstərilməmiş, yalnız ekspertiza rəylərinə istinad etməklə bu hissədə yalnışlığa yol vermiş, ekspertiza qarşısında görülən işlərin keyfiyy əti və standartlara uyğunluğu barədə sual qoyulmamış və tədqiqat aparılmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Şükürov Elxan Şükür oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı2 və və onun vəkili Tağıyev Azər Məmmətağı oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qə bul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında üçüncü şəxs X3 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı1, Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Şükürov Elxan Şükür oğlunun, İddiaçı2 və onun vəkili X2 izahatlarını dinləyib hesab edir ki, aş ağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılarla cavabdeh arasında sonuncunun bağ evinə 521 kv.m. sahəyə alüminum profildən və “parket” şüşədən pəncərələrin (materialla birlikdə), 239 kv.m. sahəyə açılan alüminum profildən və “parket” şüşədən pəncərələrin, 1 ədəd hərəkətli qaraj qapısının, 1 ədəd köməkçi sahəyə giriş qapısının (kalitkanın) quraşdırılması barədə razılığa gəlinmişdir. Həmin işlərə görə cavabdehin konkret nə qədər məbləğ ödəməli olması hər hansı yazılı müqavilədə və ya digər sənəddə müəyyən olunmamış, tərəflər arasınd a işin nəticəsindən asılı olaraq qiymətin razılaşdırılması nəzərdə tutulmuşdur. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən görülən işlərə görə iddiaçılara 105.000 manat ödənilmişdir. Görülən işlərin keyfiyyəti cavabdehi qane etmədiyi üçün iddiaçılara öz iradını bildirmiş və həmin nöqsanlar işlərin aparılmasına cəlb edilmiş üçüncü şəxs tərəfindən aradan qaldırılmağa çalışılmış, lakin görülmüş işlər cavabdehi yenə də qane etmədiyi üçün onun tərəfindən nöqsanların aradan qaldırılması üçün başqa şəxslər cəlb edilmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunmasına dair mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmiş, mübahisəni mahiyyəti üzrə həll edərkən podrat müqaviləsinə dair mülki qanunvericiliyin müddəalara istinadı da əsa slı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər m uzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Cavabdehə məxsus evə pəncərələrin, qaraj qapısının və köməkçi sahəyə giriş qapısının quraşdırılmasına dair iddiaçılardan İddiaçı2la Cavabdeh arasında razılığa gəlinməsi və iddiaçı tərəfindən qeyd olunan işlərin görülməsinin təşkil etməsi, cavabdeh tərəfindən isə məhz iddiaçıya pul vəsaitinin ödənilməsi iş üzrə mübahisəsizdir və cavabdeh tərəfindən apellyasiya şikayətində də etiraf olunur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının öz növbəsində işlərin görülməsini üçüncü şəxsə həvalə etməsi cavabdehin iddiaçının qarşısında öhdəliklərinin yerinə yetirilməsi vəzifə sindən azad etmir. Belə ki, tərəflər arasında mövcud olan şifahi razılaşmaya əsasən sifarişin bilavasitə iddiaçılar tərəfindən icra edilməli olması cavabdeh tərəfindən iddia olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi görülən işlərin mahiyyətini nəzərə alaraq iddiaçıların bilavasitə özlərinin həmin işləri görməli olmasını əsassız hesab etmişdir. Belə ki, binaya pəncərə və qapıların quraşdırılması xüsusi bilik və bacarıqlar, avadanlıqların mövcudluğunu tələb edir ki, həmin işlərin bir və ya iki şəxs (iddiaçılar) tərəfindən özbaşına icra edilməsi mümkün deyil. Başqa sözlə, cavabdeh iddiaçılara sifariş verərkən dərk edirdi ki, tələb olunan işlər bilavasitə İddiaçı2 tərəfindən deyil, onun tərəfindən işə cəlb olunacaq başqa şəxslər tərəfindən icra olunacaqdır. Apelyasiya instansiyası məhkəm əsi izah etmişdir ki, iddiaçılarla üçüncü şəxs arasında öz növbəsində subpodrat müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər əsasında aralarında hər hansı mübahisə yarandığı halda, ayrıca icraat qaydasında baxılmalıdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, görülən işlərin keyfiyyətsiz olması, dəyərinin 85000 manatdan artıq olmaması və iddiaçıların gördükləri işlərdən sonra əlavə xərclərin tələb olunması əsası ilə iddianın təmin olunmamasına dair cavabdehin apelyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -763.1-ci m addəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -763.2-ci maddəsinə görə əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. -764.1-ci maddəsinə görə əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçılar tərəfindən görülmüş işlərin keyfiyyətsiz icra olunmasın ı iddia etsə də, qüsurların konkret nədən ibarət olması və onların aradan qaldırılması üçün çəkilən xərclərə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin həmin halı birinci instansiya məhkəməsində cavabdeh tərəfindən dəvət olunmuş şahid X6 da Cavabdeh bağ evində quraşdırılan pəncələrdə olan nasazlıqları və qusurları aradan qaldırdığını göstərsə də, bununla bağlı çəkilən xərclərə dair məlumat verə bilmədiyindən birinci instansiya məhkəməsi əsaslı olaraq cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləğini müəyyən etmək üçün iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəylərini əsas kimi götürmüşdür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə mühəndis texniki ekspertizasının 04 dekabr 2018-ci il tarixli, 28095 saylı rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Cavabdeh məxsus bağ evində yerinə yetirilmiş işlərin ümumi dəyərinin 2014-cü il tarixdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 130258,00 manat məbləğində olduğu müəyyən olunur. İş üzrə keçirilmiş əlavə məhkəmə mühəndis texniki ekspertizasının 23 aprel 2019cu il tarixli, 33964 saylı rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən cavabdeh Cavabdeh məxsus bağ evində yerinə yetirilmiş işlərin ümumi dəyərinin 2014-cü il tarixdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 133408,00 manat məbləğində olduğu müəyyən olunur. Belə ki, əlavə ekspert rəyində ilkin ekspertiza ilə sonrakı ekspertiza rəyi arasında yaranmış 3150 manat qiymət fərqinin qaraj və yardımçı tikililərin giriş-çıxış qap ılarının ilkin ekspertiza zamanı ekspertizaya təqdim edilməməsi ilə izah olunur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi əlavə ekspertizanın rəyi ilə müəyyən olunmuş 133.408 manatdan iddiaçıların onlara cavabdeh tərəfindən ödənilməsini etiraf etdikləri 105.000 manat məbləğində pul vəsaitini çıxmaqla, qalan 28.408 manat məbləğində pulun tutulmasını əsaslı hesab etmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində İddiaçı2 izahatında göstərmişdir ki, iddia tələbində göstərilən işin dəyərində qarajın qapısı qiyməti 2.400 manat və kalitkanın qiyməti 750 manat daxildir. İddiaçıların tələblərinin sübutu qismində təqdim etdikləri görülmüş işlərə və ödənişlərə dair vərəqdən (i.v. 14) müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən pəncərələrin dəyərindən 105.000 manat, qaraj qapısının dəyərindən isə 2.000 manat, yəni ümumilikdə 107.000 manat ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin vərəqin iddiaçılar tərəfindən tərtib olunmasını və məhkəməyə təqdim olunmasını nəzərə alaraq, cavabdeh tərəfindən aparılmış ödənişlərin sübutu qismində qiymətləndirmiş və hesab etmişdir ki, əlavə məhkəmə mühəndis texniki ekspertizasının 23 aprel 2019-cu il tarixli rəyi ilə cavabdeh Cavabdeh məxsus bağ evində yerinə yetirilmiş işlərin ümumi dəyəri olan 133.408,00 manat məbləğinə həmçinin qaraj və yardımçı tikililərin giriş-çıxış qapılarının dəyəri daxil olduğundan və qaraj qapısının dəyərindən 2.000 manatın ödənilməsi apellyasiya icraatı qaydasında əlavə müəyyən olunduğundan, həmin pul vəsaiti cavabdehdən tutulmalı olan məbləğdən çıxılmalı və birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin q ətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-913/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar