Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3950/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddiası və Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə evdən çıxarılma, fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və əşyaların mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X4 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə evdən çıxarılma tələbinə dair ilkin iddia, Cavabdeh1n və Cavabdeh2 İddiaçı qarşı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilmiş hesab edilməsi və əşyalarının mənzildən çıxarılması tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1338/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı və Cavabdeh2 bacı qardaş, Cavabdeh1 isə onların atasıdır.
2. Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 ha torpaq sahəsi İddiaçı 4/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh2 1/6 hissə paylarına uyğun olaraq mülkiyyətə verilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestirində 10 nömrə ilə, reyestir kitabının 61 nömrəli vərəqində dövlət qeydiyyatı aparılmışdır. 3. 23 fevral 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 0,11 ha torpaq sahəsini və ümumi sahəsi 190,8 kv metr olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır.
4. Ağdam rayonu, Kəlbahüseynli kəndində 0,11 ha yerləşən ümumi sahəsi 190,8 kv metr olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə Cavabdeh2 tam mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrə ilə, reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Ağdam Rayon Məhkəməsinin 2(013)-1666/2019 nömrəli xx.xx.2019-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı üç uşağı ilə birlikdə Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0,33 ha torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir. H əmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı Əfqanıstan vətəndaşı X5 ilə olan nikahından üç uşağı varldır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərə onun tərəfindən 4000 (dörd) manat kompensasiya ödənilməklə Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 ha torpaq sahəsində yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Ağdam rayonu, Kəlbahüseynli kəndində, 0,33 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi əvvəllər onun və anasının, hazırda isə onun, Cavabdeh1 və Cavabdeh2 mül kiyyətindədir. Göstərilən evlə bağlı Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-1666/2019 saylı qətnaməsinə əsasən onun və himayəsində olan 3 övladının həmin evə köçürülmələri qət edilmiş, daha sonra atası və qardaşı iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-95/2021 saylı qətnaməsinə əsasən, Ağdam rayonu, Kəlbahüseynli kəndində, 0,33 ha torpaq sahəsi vərəsələr onun 4/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh2 1/6 hissə paylarına uyğun olaraq naturada bölünməsi qət edilmişdir. Bundan sonra icra məmurunun da iştirakı ilə həmin evə köçmişlər. Lakin cavabdeh olan qardaşı Cavabdeh2 və onun həyat yoldaşı elə İcra Məmurunun yanında onu və övladlarını döyərək onları bir neçə saat ərzində həmin evdən qovub çıxarmışlar. Başqa yerdə yaşamaq üçün yerləri olmadığına görə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
8. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə hüququna xitam verilmiş hesab edilməsi və ona məxsus əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu, Kəlbahüseynli kəndində olan 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-1666/2019 saylı qətnaməsi ilə həmin evə köçürülərək evin bir otağına əşyalarını yığmış, lakin heç vaxt həmin evdə yaşamamışdır. O, qeyri rəsmi ailə q urduğu Əfqanıstan vətəndaşı X5 adlı şəxsin həmin kənddə tikdirdiyi 3 otaqlı yaşayış evində yaşayır, Gültəkin onun mülkiyyətində olan evdən xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxmış və ayrıca təsərrüfat kimi qeydiyyatdan keçmişdir. İddiaçı əşyalarının onun mülkiyətində olan evdə qalması onun bir mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır.
10. Ağdam Rayon Məhkəməsinin 2(013)-255/2023 nömrəli 23 fevral 2023-cü il tarixli qərardadı ilə yuxarıda göstərilən qeyd olunan qarşılıqlı iddia ərizəsi Cavabdeh1 aid hissədə baxılmamış saxlanılmışdır.
11. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-255/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.R.Məmmədov) ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin olunmuş, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh2 mülkiyyətində olan Ağdam rayonu, Kəlbahüseynli kəndində 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190,8 kv metr olan fərdi yaşayış evindən ilk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququna xitam verilmiş hesab edilməklə İddiaçı məxsus əşyaların həmin evdən çıxarılması qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 ha torpaq sahəsi İddiaçı 4/6 hissə ilə, Cavabdeh1 1/6, hissə ilə və Cavabdeh2 1/6 hissə ilə payların uyğun olaraq mülkiyyətlərində olmuş, Cavabdeh1 0,33 ha torpaq sahəsini payına düşən 0,11 ha torpaq sahəsini və ümumi sahəsi 190,8 kv metr olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. Hazırda qeyd olunan fərdi yaşayış evi bütövlükdə Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı isə 0,33 ha torpaq sahəsində yerləşən qanuni əsaslarla mülkiyyətində olan Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını tələb etdiyi ev və ya mənzil yoxdur.
13. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi əsassızdır.
14. Birinci instansiya məhkəməsi göstərmişdir ki, İddiaçı Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olmuş 0,33 ha torpaq sahəsində yerləşən evə köçürülsə də, hazırda Cavabdeh2 mülkiyyətindı olan Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamır və mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmir. İddiaçı qeyri-rəsmi ailə qurduğu Əfqanistan vətəndaşı X5 adlı şəxsin Ağdam rayonu, Kəlbahüseynli kəndində tikdirdiyi evdə yaşay ır və xx.xx.2021-ci il tarixdən ayrıca təsərrüfat kimi qeydə alınaraq atasının təsərrüfatından çıxmışdır. Göründüyü kimi Ağdam rayonu, Kəlbahüseynli kəndində 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190,8 kv metr olan fərdi yaşayış evi bütövlükdə Cavabdeh2 xüsusi mülkiyyətidir və İddiaçı məxsus əşyalarının mübahisəli evdə qalması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Belə olan halda Cavabdeh2 mülkiyyət hüququ müdafiə olunmalı və mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 152.1 və 152.5, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İlkin iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, sözügedən əmlakın 4/6 hissəsi onun payına düşür. Onun və övladlarının yaşamağa evləri yoxdur. Həyat yoldaşı onlara heç bir ev tikməmişdir. Cavabdehlər olan atası və qardaşı mübahisəli evdə onlara yaşamağa imkan vermirlər.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-1338/2023 nömrəli mülki iş üzrə 06 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunması hissədə ləğv edilməklə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh2 mülkiyyətində olan Ağdam rayonu, Kəlbahüseynli kəndində 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190,8 kv metr olan fərdi yaşayış evindən iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququna xitam verilmiş hesab olunmaqla İddiaçı məxsus əşyaların həmin evdən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh2 İddiaçı qarşı irəli sürdüyü qarşılıqlı iddia tələbi rədd edilmiş, ilk iddia tələbinin təmin edilməməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılm ışdır.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qarşılıqlı iddianın təmin edilən hissəsi üzrə nəticə və əsaslandırma ilə razılaşmamış, qeyd etmişdir ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)1666/2019 saylı qətnaməsinə əsasən, İddiaçı və himayəsində olan 3 övladının mübahisəli evə köçürülmələri qət edilmişdir. Bundan sonrakı dövrdə İddiaçı başqa yerdə yaşayış sahəsi əldə etməsi müəyyən edilməmiş, qarşılıqlı iddiaçı bu halı təsdiq edə mötəbər sübutlar təqdim edə bilməmişdir.
20. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiy yət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Baxılan işdə isə İddiaçı qanunun tələb etdiyi qaydada adına qeydə alınmış əmlak aşkarlanmır. Ağdam rayon İHB-nin Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinin 77 saylı xx.xx.2022-cil tarixli arayışı isə İddiaçı başqa yerdə yaşayış sahəsi ilə təmin edildiyini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz.
22. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edib, Ağdam rayonu, Kəlbahüseynli kəndində 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190,8 kv metr olan fərdi yaşayış evindən iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququna xit am verilmiş hesab edilməli olması qənaətinə gələrkən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin maddi hüquqi əsaslarını da müəyyən etməmişdir. Bununla da məhkəmə mübahisənin düzgün həlli üçün işin faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normasının tətbiqindən yayınmışdır.
23. Məhkəmə kollegiyası bundan başqa hesab etmişdir ki, ilk iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı ilk iddiasını məhkəmə onun belə iddia qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə təmin etməmişdir. Birinci instansiya məhkəməsinin bu qənaəti əsvaslı olmuşdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-cu il tarixdə ********** nömrə ilə qeydiyya alınmış çıxarışın surətinə görə İddiaçı X1 və Cavabdeh2 onun tərəfindən kompensasiya ödənilməklə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdiyi Ağdam rayonu, Kəlbahüseynli kəndində 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 190,8 kv metr olan fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestirində 10 nömrə ilə, reyestir kitabının 87 nömrəli vərəqində dövlət qeydiyyatı vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı ididaçı Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqdim etdikləri sübutları, mötəbər sübut kimi qəbul etməmiş, iş üzrə olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)- 1666/2019 saylı qətnaməsi üzrə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ağdam rayon Kəlbahüseynli kəndində yerləşən, Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsini əsas gətirərək, qarşılıqlı iddianı təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutlara əhəmiyyət verməmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2019-cu ildə köçdüyü mənzildə uzun müddət yaşamamasını, Əfqanıstan vətəndaşı olan həyat yoldaşının Kəlbahüseynli kəndində tikdirdiyi fərdi yaşayış evi ndə 1997-ci ildən hal-hazıra kimi yaşamasını, onun Ağdam Rayon Məhkəməsinin əvvəlki qətnaməsi ilə formal olaraq onun mülkiyyətində olan evə köçürüldüyünü nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qarşılıqlı iddiaçının mülkiyyət hüququnu pozmuş, sübutları əsassız olaraq mötəbər sübut kimi qəbul etməmiş, aidiyyəti dövlət qurumunun - Ağdam RİHB-nın Xındırıstan kəndi üzrə nümayəndənin arayışını mötəbər sübut kimi qəbul etməmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə olan qətnaməsində göstərdiyi dəlillər, işin hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kas sasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.
27. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə
140. Reyestrin mə zmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilə r və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:
34. Maddə 158.1.2. əmlakdan istifadə hüququ.
35. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
36. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
37. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
38. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
39. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. İş materiallarına görə cavabdehi birinci instansiya məhkəməsini n qətnaməsindən apellyasiya şikayəti verməmiş, iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı ididanın təmin olunması hissədə ləğv edilməklə qarşılıqlı iddia rədd edilmşidir. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verməmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı qarşılıqlı iddianın rədd olunmasından kassasiya şikayəti verdiyindən hazırkı apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən mülki prosessual normalarına uyğun hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Hesab edir ki, apellyasiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasən işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq və i şin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun əsaslandırılmış qətnamə qəbul etmişdir.
53. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı və qarşılıqlı idida üzrə cavabdeh İddiaçı mübahisənin predmeti olan yaşayış evindən başqa yaşayış sahəsinin olması müəyyən edilməmiş, qarşılıqlı iddiaçı tərəfindən həmin faktı təsdiq edəcək sübutlar məhkəməyə təqim edə bilməmişdir.
54. Qarşılqlı iddiaçı göstəriri İddiaçı Ağdam rayonu, Kəlbahüseynli kəndində 1997-ci ildən özbaşına tikili olan yaşayış evi vardır və göstərilən tarixdən üç uşağı ilə birlikdə həmin evdə yaşayır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı mübahisənin predmeti olan yaşayış evinə köçürülməsi barədə Ağdam Rayon Məhkəməsin in 2(013)-1666/2019 nömrəli 11 sentyabr 2019-cü il tarixli qətnaməsi qəbul olunan zaman həmin hal müəyyən edilməmiş, qətnamədən sonra əsasən İddiaçı hər hanı daşınmaz əmlak, o cümlədən yaşayış evi əldə etməsi sübuta yetirilmir.
55. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1338/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv