Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3950/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilkin, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə 2(106)-447/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Al i Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İmişli rayon məhkəməsinin (hakim Qurban Hacıyev) 2(036)-1696/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilk iddia tələbi təmin edilərək, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,97 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması və torpaq sahəsinin öz mülkiyyətçilərinə qaytarılması, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
2. Cavabdeh2 və Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən birgə apellyasiya şikayəti verilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X6 və X3) 2(106)-520/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsi-ilk iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmiş, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddianın rədd olunması hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-4281/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasının 28 noyabr 2023-cü il tarixli 2(102)-4281/2023 saylı qərarı (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Zəki Babayev və Abiddin Hüseynov) ilə kassasiya şikayəti təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 520/2023 nömrəli 4 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyun 2024-cü il tarixli, 2(106)-447/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 27 iyul 2022-cü il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsinin qismən -mübahisələndirilən hissədə (qarşılıqlı iddianın təmin edilməməsi hissəsində) ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətna mənin qəbul edilməsi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı 4560 manat pulun alınaraq Cavabdeh2 və Cavabdeh1 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2(106)-447/2024 saylı qərardadı ilə kassasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
9. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 həmin qərardaddan kassasiya şikayəti vermiş, həmçinin ərizə ilə müraciət edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. 10.Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-447/2024 saylı, 3 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
11. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən həmin qərardaddan kassasiya şikayəti vermiş, həmçinin ərizə ilə müraciət edərək 3 sentyabr 2024-cü il tarixli qərardaddan kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. 12.Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-447/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Hacıyev) 3 sentyabr 2024-cü il tarixli qərardaddan kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməməsi, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmı şdır.
13. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-447/2024 saylı, 3 sentyabr 2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məxsus elektron kabinetə yerləşdirilmiş, bununla da qərardaddan kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı həmin tarixdən başlamış və xx.xx.2024-cü il tarixdə bitmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmiş, yəni kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bitdikdən 13 gün sonra verilmişdir. Vəkil1 qərardaddan qanunla müəyyən olunmuş müddətdə kassasiya şikayəti verməməsinə səbəb kimi Cavabdeh2 qətnaməni və qərardadı poçt vasitəsi il ə rəsmi surətdə aldığını, ona görə də müddəti həmin vaxtdan hesabladıqlarını bildirmişdir. 14.Məhkəmə kollegiyası ərizədə qeyd edilən xüsusatları qərardaddan kassasiya şikayəti verilməsindən ötrü müddətin ötürülməsi üçün üzrlü hal kimi qəbul etməmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən və qərardad X4 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildiyindən MPM-in tələblərinə əsasən müddət də həmin vaxtdan hesablanmalıdır. Ona görə də, ərizədə göstərilən hallar müddəti n bərpası üçün əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 15.Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün mülki iş yenidən həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 133.1, 405.0.2-ci, 88-ci maddələrinin tələbləri pozulmuşdur. apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını poçt vasitəsilə yaşadığı ünvanda əldə etdikdən sonra kassasiya şikayəti vermək üçün vəkillə bağladığı "hüquqi yardım göstərilməsi"nə dair müqaviləyə 02.09.24-cü il tarixdə xitam verilmişdir. Həmin tarixd ən sonra vəkillə heç bir əlaqəsi olmamış, bu səbəbdən də vəkilin müddətin bərpası barədə ərizə verməsindən xəbərdar olmamışdır. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin ərizənin təmin olunmamasından yalnız həmin qərardadı xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Otuziki kəndində poçt vasitəsilə əldə etdikdən sonra xəbardar olmuş, bundan sonra 03.09.24-cü il tarixli qərardaddan kassasiya şikayəti vermək üçün digər vəkillə müqavilə bağlamışdır. Həmçinin "elektron məhkəmə" informasiya sistemində "elektron kabineti" yoxdur, ümumiyyətlə internetdən istifadə qaydalarını bilməmiş, “elektron” və “asan imza”ya malik olmamış, istifadəsində olan mobil telefon cihazının internətə daxil olmaq üçün müvafiq proqramlara malik olmamışdır. Məhkəmə kollegiyası göstərilənləri buraxıl mış müddətin bərpası üçün üzrlü hallar hesab edərək müddəti bərpa etməli olduğu halda, bunu etməmiş, iş üzrə tətbiq etdiyi həmin normanı yalnış şərh etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
19. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqa nının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
20. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 21.Maddə-128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyinedilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əs asən buraxılmış müddəti bərpa edir.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməkləverilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəm əsi tərəfindən qaytarılır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 29.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.İşdən göründüyü kimi, Cavabdeh2 elektron məhkəmə sistemində elektron kabineti olmuş (xx.xx.2022-ci ildən) və məhkəmə sənədləri, o cümlədən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-447/2024 saylı, 3 sentyabr 2024-cü il tarixli qərardadı həmin elektron kabinetə yerləşdirilmişdir. Buna görə də tərəfin nümayəndəsi və vəkili olmuş şəxslə bağladığı müqaviləyə 02.09.24-cü il tarixdə xitam verilməsi müddətin üzürlü hesab edilməsi üçün əhəmiyyətli hal deyil. 31.Qərardad eyni zamanda tərəfə kağız daşıyıcıda göndərilsə də, MPM-nin 135.6 və 135.5-ci maddələrinin tələblərinə əsasən rəsmi təqdim etmə qərardadın elektron kabinetə yerləşdirildiyi tarix (hazırkı halda xx.xx.2024-cü il) hesab edildiyindən qərardaddan kassasiya şikayəti verilməsi üçün 10 günlük prosessual müddətin axımı bitdikdən sonraxx.xx.2024-cü il tarixdə ka ssasiya şikayəti verilmişdir. 32.Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, Cavabdeh2 prosessual müddətin ötürülmə səbəbi kimi qeyd etdiyi hallar (elektron kabinetdən istifadə qaydalarını bilməməsi, istifadə etdiyi mobil cihazla internetə daxil olmaq imkanı olmaması, bacısının xəstəliyi və s.) müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz. Belə ki, müddətin bərpası üçün məhkəmə tərəfindən üzürlü hesab edilə biləcək hallar o hallar ola bilər ki, həmin hallar şəxsin iradəsindən asılı olmayaraq baş vermiş olsun və nəticədə kassasiya şikayətinin vaxtında təqdim edilməsi mümkün olmasın. Cavabdeh elektron məhkəmə sistemində elektron kabinet yaratdığı andan kabinetə daxil olan sənədlərə nəzarət etməyə (özü və ya nümayəndəsi vasitəsi ilə) borclu ol duğundan kabineti izləməməsi prosessual müddətin bərpası üçün əsas ola bilməz. O cümlədən bacısı-qarşılıqlı iddia üzrə digər iddiaçı Cavabdeh1 2024-cü ilin avqust ayında xəstəliyi ilə əlaqədar müalicə alması Cavabdeh2 tərəfindən sentyabr ayında kassasiya şikayəti verilməsinə maneə yaratmadığından bu hal da məhkəmə tərəfindən üzürlü səbəb hesab edilə bilməz. 33.Göstərilənlərə əsasən müddətin bərpasından imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan kassasiya şikayətində göstərilənlər mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. 34.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, a pellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 35.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-447/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.