Məhkəmə qərarları › İş №2(102)-3951/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3951/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3951/2021 15.09.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2021-ci il tarixli, 2(103)2273/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(010)3243/2020 nömrəli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Y. Əliyev küçəsində yerləşən 7 saylı ev, 3 otaqlı 3 sayl ı mənzilə istifadə hüququna xitam verilməsi, iddiaya görə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-2273/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bununla belə, Cavabdeh məhkəmə kollegiyasına kassasiya şikayətindən imtina barədə ərizə göndərərək, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Ərizə Cavabdeh tərəfindən imzalanmışdır və notarial qaydada təsdiq edilmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya nəzərə alır ki, kassator şikayətindən imtina etməsi və bunun hüquqi nəticələrinin ona məlum olması barədə iradə ifadəsini yazılı formada tərtib edərək ərizə ilə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, Cavabdeh ərizəsi təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2021-ci il tarixli, 2(103)-2273/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2021-ci il tarixli, 2(103)2273/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar