Məhkəmə qərarları › İş №2(102)-3951/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3951/2023

29.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3951/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Həmid qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Həmid qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilit asiya X3rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3680/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 23.9.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 hüquqi şəxsində Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsinə təyin olunmuşdur. 29.3.2022ci il tarixdə Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının yardımçı heyətində tibb bacısı vəzifəsinə keçirilmişdir.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və X5 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə 3.10.2022-ci il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “e” bəndində nəzərdə tutulan əsasa görə) xitam verilmişdir.

3. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X2 Heyətinin sədri Anar Bayramova ünvanladığı 9.9.2022-ci il tarixli izahatında 14.8.2022-ci il tarixdən 20.8.2022-ci il tarixinədək xəstə olduğu üçün işdə olmadığını, bu barədə Agentliyin kadrlar şöbəsinə şifahi məlumat verdiyini, 12.8.2022-ci il tarixdə sonuncu dəfə işdən çıxarkən elektron imza kartını otaqdakı çəkməcəyə qoyduğunu, işdə olmadığı tarixlərdə X9, X10 və X17 onun imza kartı ilə etibarsız edildiyini, rəhbərlik tərəfindən onlara dəfələr lə imza kartlarının sosial agentlərə, yeni gələn işçilərə verilməsinin tapşırılmasını, buna görə də onlar imza kartlarını hər gün imza kartı olmayan əməkdaşlara rəhbərliyin tapşırığına əsasən verdiklərini, imza kartında istifadəçi adının olmasını, X13 24.6.2022-ci il tarixdə, X20 20.6.2022-ci il tarixdə onun imza kartı ilə, onun xəbəri olmadan etibarsız hesab edildiyini, həmin vətəndaşların vətəndaşların qəbulu alt sistemində qeydiyyatlarının olmadığını, üzərində imzası olmayan sənədləri həkimlərdən təhvil almadığını, adıçəkilən iki vətəndaşa aid olan finlərin ona məxsus kompüterin axtarış bazasında çıxmadığını, yəni bu şəxslərin müayinələri ona məxsus kompüterdə etibarsız edilmədiyini, həmin şəxsləri tanımadığını, üzərinə atılan şər və böhtanı qəbul etmədiyini, imza kartının kodunu Mətanə t Əliyevaya, Elyanə Əyyarzadəyə, Röya Məmmədovaya, Həlimə Hümbətovaya, Elnarə Həsənovaya və digər tibb bacılarına və sosial agentlərə rəhbərliyin tapşırığı ilə verdiyini, işdə olmadığı müddətdə kartdan istifadə edən şəxslərin bu işləri görməsini, kartı səliqəli formada qoyub getməsini, qayıdarkən kartın qapağının olmadığını gördüyünü göstərmişdir.

4. İddiaçı, X25, X15, X21 və X11 tərəfindən imzalanmış 8.9.2022-ci il tarixli sənədlərin təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, 8.9.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 və Təhlil şöbəsi tərəfindən onlardan aktlar istənilmiş 12 nəfər əlillik təyinatı aparılmış şəxsdən beşinin X6, X8, X16, X4, X14 aid olan müayinə aktları tapılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya X3rşı 3.10.2022-ci il tarixli **********1 nömrəli əmrin ləğv edilməsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X7 X31 Tibbi-Sosial Ekspert Komissiyasının Yardımçı heyətdə tibb bacısı vəzifəsinə bərpa edilməsinə və 3.11.2022-ci il tarixdən işə bərpa olunması barədə müvafiq əmr verildiyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İdda onunla əsaslandırılmışdır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini yalnız əmri və əmək kitabçasını aldıqdan sonra bilmişdir. Çünki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 23.9.2022-ci il tarixdə bitməli idi və iddiaçı hesab etmişdir ki, müqavilə müddətin bitməsi ilə bağlı ləğv edilmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair 2.11.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası təyin edilmiş, lakin, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediatora müraciəti nəticəsində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB150000xx/xx-2022 nömrəli arayış almışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-668/2023 saylı, 7 mart 2023-cü il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı X19Sosial Ekspert Komissiyasının Yardımçı heyətinə tibb bacısı vəzifəsinə müvəqqəti təyin edilmişdir. Müqavilənin 2.1-ci bəndindən müəyyən olunur ki, əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi əmək funksiyasının icrasını vəzifə təlimatına uyğun öhdəsinə götürmüşdür. Ekspertiza işlərinin normal gedişinə şərait yaradılmasını təmin edir. Tibbi qeydiyyatçının işinə nəzarət edir, həkim-ekspertlərin tapşırıq və təyinatlarının qeydiyyatını aparır və onların yerinə yetirilməsinə nail olur. Xəstələrin vəziyyətini nəzərə alaraq müayinə növbəsini təşkil edir, ehtiyac olduqda xəstələrə həkiməqədər tibbi yardım göstərir. Komissiya nın arxivinin düzgün saxlanmasını təmin edir. Tibbi-Sosial Ekspert Komissiyasının hesabatlarının tərtibində iştirak edir, göstəriş və tapşırıqları yerinə yetirir. Tibbi-Sosial Ekspert Komissiyasına daxil olan təlimatların və elmi ədəbiyyatın saxlanmasını təmin edir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi istehsal maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

9. İddiaçı ona etibar edilən elektron imza yaratma məlumatlarına və imza vasitələrinin qorunmasına cavabdeh olduğu, onların digər şəxs tərəfindən istifadəsinə yol verməməli olduğu halda bunu etməyərək saxta əlilliklərin təyin edilməsinə şərait yaratmaqla əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol vermişdir.

10. Məhkəmə iddiaçının işəgötürənən vəzifəli şəxsləri tərəfindən elektron imza yaratma məlumatlarının və imza vasitələrinin digər işçilərə verilməsinə dair göstərişlərinin olması, öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə yazması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, iddiaçı bu hallara dair sübutlarını məhkəməyə təqdim etməməklə yanaşı qanunsuz göstərişlərin olduğu halda belə məsuliyyətdən azad edilməyəcəyini bilməli idi.

11. Məhkəmə iddiaçının təqsiri sübuta yetirilmədiyi, ölkədə olmadığı halda onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəlilləri üzrə qeyd etmişdir ki, iddiaçının yol verdiyi kobud səhvlərin cinayət əməli ilə nəticələnməməsi halı onunla bağlanan əmək müqavil əsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsini istisna etmədiyindən, işəgötürənin məzuniyyətdə, ezamiyyətdə olan və ya əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verməsi yolverilməz olduğundan, barəsində araşdırma aparıldığını bilən iddiaçı ölkədən çıxması barədə işəgötürənə bu barədə məlumat verməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə bu dəlilləri də əsassız hesab etmişdir.

12. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol verməsi öz təsdiqini tapdığından, elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdeh olan imza sahibinin onların digər şəxs tərəfindən istifadəsin ə verməsi halı belə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət yaratdığından iş götürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi və 72-ci maddəsinin “ə” bəndi üzrə xitam verilməsi üçün əsasları olmuşdur. Ona görə də məhkəmə cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrini qanuni və əsaslı hesab edib iddia ərizəsini təmin etmir.

13. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 60, Əmək Məcəlləsinin 45, 49, 68, 70, 71, 72, 73, 80, 186, 187, 189, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı guya onun əmək funksiyası olan (vəzifə təlimatı cavabdeh tərəfindən təqdim edilməmişdir) əlilliklə bağlı sənədlərin qeydiyyatını həyata keçirirdi. Bu qeydiyyatın həyata keçirilməsi üçün iddiaçının adına elektron (asan) imza (bundan sonra “İmza”) rəsmiləşdirilmişdir (rəsmiləşdirmənin əsası cavabdeh tərəfindən təqdim edilməmişdir). Cavabdehin rəsmi işçisi olmayan sosial agentlər tərəfindən sözügedən sənədlərin rəsmiləşdirilməsi məqsədilə iddiaçı rəhbəliyin göstərişi ilə öz imzasını həmin agentlərə də verirdi. Yalnız iddiaçı deyil, onunla yanaşı cavabdehin digər ştat işçiləri də öz imzaları nı sosial agentlərə verirdilər. Rəhbərliyin göstərişi olduğundan iddiaçı imzanın digər şəxslərə verilməsinə görə məsuliyyət daşıdığı barədə məlumatsız (imza ilə bağlı məsuliyyət barədə hər hansı sənəd cavabdeh tərəfindən təqdim edilməmişdir) idi. Hətta, cavabdeh tərəfindən xidməti araşdırma aparıldıqda iddiaçı izahat verməkdən yayınmamış və imzanın digər şəxslərə verilməsini etiraf etmiş, lakin qeydiyyatın saxtalaşdırılmasını inkar etmişdir. Buna baxmayaraq, cavabdeh saxtalaşdırmanın kim tərəfindən aparılmasını araşdırmaq üçün hər hansı cəhd göstərməmişdir. Habelə, məhkəmə prosesi zamanı verilmiş izahatında iddiaçı bildirmişdir ki, məsələnin araşdırılması Dövlət Təhlükəsizlik Xidməti tərəfindən də aparılır və iddiaçı Xidmətə dəvət olunaraq orada izahat vermişdir. İzahat verərkən ona məlum olmuşdur ki, əlillik verilən şəxslər öz izahatlarında İddiaçı adında şəxsi tanımadıqlarını bildirmişlər. Nəhayət, cavabdehin xidməti məruzəsində qeyd edilmiş şəxslərdən 3 nəfərin sənədləri iddiaçı işdə olmadığı vaxtda etibarsız edilmişdir. Yəni, iddiaçının imzası saxlanc yerindən götürülmüş və üçüncü şəxslər tərəfindən istifadə olunmuşdir. Bu halda, iddiaçı tərəfindən “şəraitin yaradılması” kimi qiymətləndirilmişdir. Halbuki, iddiaçının bu barədə məlumatı olmamışdır.

16. Cavabdeh əmri verərkən məhz bu bəndə istinad etmişdir. Məhkəmə də qətnaməsində hesab etmişdir ki, iddiaçı “ona etibar edilən elektron imza yaratma məlumatlarına və imza vasitələrinin qorunmasına cavabdeh olduğu, onların digər şəxs tərəfindən istifadəsinə yol verməməli olduğu halda bunu etməyərək saxta əlilliklərin təyin ed ilməsinə şərait yaratmaqla əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol vermişdir”(səhifə 13, 4-cü abzas). Bu halda qəbul edilməlidir ki, iddiaçı üçüncü şəxslər tərəfindən saxta əlilliklərin təyin edilməsi barədə məlumatlı idi və bu şəxslər üçün şərait yaratmışdır. Halbuki, cavabdeh iddiaçı tərəfindən şəraitin yaradılmasına yönələn hərəkətləri sübut edə bilməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçı tərəfindən yol verilən “kobud səhvlərin” onun mənafeyinə ciddi xələl gətirdiyini də sübut edə bilməmişdir. Halbuki, məhkəmə prosesində iddiaçı tərəfindən bu ciddi xələlin gətirilməsinə dair sübutların təqdim edilməsi dəfələrlə tələb edilmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin bu maddəsinə istinad edilməsi əsassız olmuş və məhkəmə iddia tələblərini r ədd edərkən bu hala düzgün qiymət verməmişdir. Məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin səhv tətbiq edilməsi kimi qiymətləndirilməlidir.

17. Məhkəmə prosesi zamanı iddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində eyni “nöqsanlara” görə yalnız onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. Digər işçilərlə isə əmək müqaviləsinə işçilərin verdikləri ərizələrinə əsasən, işçilərin təşəbbüsü ilə xitam verilmişdir. Cavabdehin nümayəndəsi bu məsələyə münasibət bildirərək qeyd etmişdir ki, bu cavabdehin öz daxili məsələsidir və iddiaçı ilə olan mübahisəyə aidiyyəti yoxdur. Yəni, iddiaçının əmək müqaviləsinə digər işçilərlə fərqli qaydada xitam verilməsini etiraf etmişdir. Ha lbuki, Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, işəgötürən heç bir şəxsə münasibətdə ayrıseçkiliyə yol verməməlidir. Lakin cavabdeh Əmək Məcəlləsinin bu tələblərini kobud surətdə pozmuş və hər hansı səbəbdən iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermişdir. Məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi, Əmək Məcəlləsinin 16-cı maddəsinin tətbiq edilməməsi kimi qiymətləndirilməlidir.

18. Məhkəmə işi hərtərəfli araşdırmış və tərəflərə kifayət qədər şərait yaratmışdır. Lakin məhkəmə sübutları tam araşdırsa da, onlara düzgün qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki: “...iddiaçının işəgötürənən vəzifəli şəxsləri tərəfindən elektron imza yaratma məlumatlarının və imza vasitələrinin digər işçilərə verilməsinə dair göstərişlərinin olması, öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə yazması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, iddiaçı bu hallara dair sübutlarını məhkəməyə təqdim etməməklə...” Rəhbərlik tərəfindən imza ilə bağlı göstərişlərin verilməsini sübut etmək məqsədilə, iddiaçı tərəfindən bu məsələ ilə bağlı araşdırma materiallarının Dövlət Təhlükəsizlik Xidmətindən sorğu edilməsinə dair vəsatət verilmişdir. Lakin məhkəmə bu vəsatəti təmin etməmiş və araşdırma materialları sorğu etməmişdir. Ərizənin verilməsi ilə bağlı iddiaçı ərizənin fotoşəkilini, fotoşəkilin çəkilməsinə dair məlumatları və çəkilməsi koordinatlarını (cavabdehin binası) təqdim etmişdir. Habelə, iddiaçı bildirmişdir ki, o, ərizəni verdikdən sonra əmək müqaviləsinə onun ərizəsinə əsasən xitam verilmiş hesab edərək Türkiyəyə getmişdir. Yalnız əmək kitabçasını alarkən ona məlum olmuş dur ki, əmək müqaviləsinə onun ərizəsi ilə deyil, cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Hesab edirik ki, məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Bu isə məhkəmənin Mülki Prosessual Məcəllənin 81, 88, 77.1, 77.3 və 217.4-cü maddələrinin tələblərini pozmaqla sübutları tam və hərtərəfli tədqiq etməməsinin birbaşa nəticəsidir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3680/2023 nömrəli iş üzrə 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. M əhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki h alları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməz.

22. Belə ki, işdə olan sübutlarla, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, yəni 72-ci maddəsinin “e” bəndindəki halı pozması açıq-aşkar təsdiq olunur.

23. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.

24. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini, yən i 72-ci maddəsinin “e” bəndindəki halı pozması əsası ilə yəni, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə ləğv etmişdir.

25. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün ilk növbədə ona təhkim olunmuş imza səlahiyyətli elektron imza kartının şifrəsini digər əməkdaşlara verməsi, həmçinin elektron imza kartını nəzarətsiz qoyması nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əlbətdə ki, iddiaçının əmək vəzifəsini kobud şəkildə pozması nəticəsində 5 vətəndaşın “əlillik” altsistemində verilmiş imtinalarının onun elektron imza kartı vas itəsilə etibarsız edildiyi və sonradan həmin şəxslərə başqalarına aid olan müxtəlif müayinə protokollarına əsaslanaraq əlillik təyinatı aparıldığı məlum olmuşdur. Bununla da işəgötürənin qanunla qorunan mənafeyinə ciddi ziyan dəymişdir.

26. İddiaçıya elektron imza kartı təhkim edilməsi işin mübahisəsiz halıdır. Bunu iddiaçı hər hansı bir formada mübahisələndirmir. İddiaçının əmək funksiyası onunla bağlanmış əmək müqaviləsində konkret göstərilmişdir və o, da bu müqavilə ilə tanış olub onu imzalamışdır. İddiaçı “rəhbərliyin göstərişi ilə” ona verilmiş elektron imzanı digər əməkdaşlara verdiyini göstərsə də, bu cür göstərişin rəsmi qaydada verilməsinə yaxud bunun həqiqi olmasına dair işdə heç bir sübut mövcud deyildir. Ona görə də iddiaçının özünə məxsus imzanı başqa şəxslərə verilməsinə görə məsuliyyət daşımalı olduğundan məlumatsız olması onu hüquqi məsuliyyətdən azad etmir. Cavabdeh tərəfindən imza ilə bağlı məsuliyyət daşıdığı ilə bağlı hansısa sənədin təqdim edilməsinə də ehtiyac ola bilməzdi. Çünki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə görə iddiaçı bu cür məsuliyyət daşımalı olduğunu bilməli idi.

27. Əlbətdə ki, iddiaçı ona etibar edilən elektron imza yaratma məlumatlarına və imza vasitələrinin qorunmasına cavabdeh olduğu halda ondan digər şəxslər tərəfindən istifadəsinə yol verməməli olduğu halda buna əməl etməməsi nəticəsində saxta əlilliklərin təyin edilməsinə şərait yaratmış və bu da işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud pozuntu kimi qiymətləndirilir. İddiaçı üçüncü şəxslər tərəfindən saxta əlilliklərin təyin edilməsindən məlumatlı id isə və bu hadisələrin iştirakçısı olmuşdursa cinayət təqibi qaydasında aparılan araşdırma zamanı onun əməllərinə hüquqi qiymət verilməklə müvafiq qərarlar qəbul ediləcəkdir. Lakin bu halın baş verib-verməyəcəyindən asılı olmayaraq hazırki icraat çərçivəsində iddianın əsaslılığına hüquqi qiymət verilməlidir. Çünki, iddiaçı israr edir ki, o, əmək münasibətləri çərçivəsində intizam xətası törətməmişdir və buna görə də onunla bağlanmış əmək müqaviləsi qeyd olunan əsasla ləğv edilə bilməzdi. Lakin cavabdeh tərəfindən təqdim edilmiş sübutlar onun kobud intizam xətası törətməsini bilavasitə təsdiq edir.

28. İddiaçı digər işçilərdən fərqli olaraq onunla bağlanmış əmək müqaviləsinə fərqli əsaslarla xitam verilməsini ayrı-seçkilik kimi qiymətləndirsə də əvvəla onunla eyni xarakterli intizam xətası t örətmiş şəxslərlə əmək müqaviləsini onların təşəbbüsü ilə xitam verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə bir hal həqiqi olsa belə bu da hazırki iddianın əsaslılığına dəlalət etmir.

29. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən s onra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş materiallarında (bax.i.v.153-156) iddiaçı tərəfindən 12 sentyabr 2022-ci ildə yazıldığı və 19 sentyabr 2022-ci il tarixdən müddət gözləmədən öz təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə mövcud olsa da həmin ərizənin həqiqətən qeyd olunan tarixdə yazılması inandırıcı və ağlabatan deyildir. Əgər, həqiqətən qeyd olunan tarixdə iddiaçı belə bir ərizə yazmışdırsa, bunun iddia ərizəsində yaxud ona əlavədə qeyd e tməli idi. İkincisi, iddiaçı belə bir ərizəni qeyd etdiyi tarixdə yazsa və cavabdeh quruma təqdim etmiş olsaydı yəqin ki, buna dair də hər hansı bir sübutu məhkəməyə təqdim edə bilərdi, ancaq etməyib, demək ki, bu ərizə iddianın əsaslılığını “artırmaq” üçün sonradan düşünülmüş və yazılmışdır. Bu hal isə açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etmə kimi qiymətləndirilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, cavabdeh əmri verərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin e-bəndinə istinad etmişdir. Məhkəmə də hesab etmişdir ki, İddiaçı ona etibar edilən elektron imza yarat ma məlumatlarına və imza vasitələrinin qorunmasına cavabdeh olduğu, onların digər şəxs tərəfindən istifadəsinə yol verməməli olduğu halda bunu etməyərək saxta əlilliklərin təyin edilməsinə şərait yaratmaqla əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol vermişdir. Bu halda qəbul edilməlidir ki, İddiaçı üçüncü şəxslər tərəfindən saxta əlilliklərin təyin edilməsi barədə məlumatlı idi və bu şəxslər üçün şərait yaratmışdır. Halbuki, Cavabdeh iddiaçı tərəfindən şəraitin yaradılmasına yönələn hərəkətləri sübut edə bilməmişdir.

32. Digər tərəfdən, Cavabdeh İddiaçı tərəfindən yol verilən “kobud səhvlərin” onun mənafeyinə ciddi xələl gətirdiyini də sübut edə bilməmişdir. Halbuki, məhkəmə prosesində İddiaçı tərəfindən bu ciddi xələlin gətirilməsinə dair sübutla rın təqdim edilməsi dəfələrlətələb edilmişdir.

33. Hesab edirlər ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin bu maddəsinə istinad edilməsi əsassız olmuş və məhkəmə iddia tələblərini rədd edərkən bu hala düzgün qiymət verməmişdir.

34. Məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi, Əmək Məcəlləsinin 72cimaddəsinin “e” bəndinin səhv tətbiq edilməsi kimi qiymətləndirilməlidir.

35. Cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində eyni “nöqsanlara” görə yalnız onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. Digər işçilərlə isə əmək müqaviləsinə işçilərin verdikləri ərizələrinə əsasən, işçilərin təşəbbüsü ilə xitam verilmişdir. Cavabdehin nümayəndəsi bu məsələyə münasibət bildirərək qeyd etmişdir ki, bu cavabdehin öz daxiliməsələsidir və iddiaçı ilə olan mübahisəy ə aidiyyəti yoxdur. Yəni, iddiaçının əmək müqaviləsinə digər işçilərlə fərqli qaydada xitam verilməsini etiraf etmişdir.

36. Halbuki, ƏməkMəcəlləsinin 16-cı maddəsinə əsasən İşəgötürən heç bir şəxsə münasibətdə ayrı-seçkiliyə yol verməməlidir. Lakin, Cavabdeh ƏməkMəcəlləsinin bu tələblərini kobud surətdə pozmuş və hər hansı səbəbdən İddiaçıya münasibətdə ayrıseçkiliyə yol vermişdir.

37. İddia tələblərinin rədd edilməsi, Əmək Məcəlləsinin 16-cı maddəsinin tətbiq edilməməsi kimi qiymətləndirilməlidir.

38. Hesab edirlər ki, məhkəmə sübutları tamaraşdırsa da, onlara düzgün qiymət verməmişdir.

39. Qeyd etmək istəyirlər ki, rəhbərlik tərəfindən imza ilə bağlı göstərişlərin verilməsini sübut etmək məqsədilə, iddiaçı tərəfindən bu məsələ ilə bağlı araşdırma materiallarının Dövlət Təhlükəsizlik Xid mətindən sorğu edilməsinə dair birinci instansiya məhkəməsində vəsatət verilmişdir. Lakin, bu vəsatət təmin edilməmiş və araşdırma materialları sorğu etməmişdir. Sonradan, iddiaçı eyni vəsatəti Məhkəmədə də təqdim etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi də bu vəsatəti təmin etməmişdir.

40. Digər tərəfədən, Məhkəmə Qətnaməsində qeyd etmişdir ki: “...Əgər, həqiqətən qeyd olunan tarixdə iddiaçı belə bir ərizə yazmışdırsa, bunun iddia ərizəsində yaxud ona əlavədə qeyd etməli idi. İkincisi, iddiaçı belə bir ərizəni qeyd etdiyi tarixdə yazsa və cavabdeh quruma təqdim etmiş olsaydı yəqin ki, buna dair də hər hansı bir sübutu məhkəməyə təqdim edə bilərdi, ancaq etməyib, demək ki, bu ərizə iddianın əsaslılığını “artırmaq” üçün sonradan düşünülmüş və yazılmışdır. Bu halisə açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etmə kimi qiymətləndirilir.“

41. Ərizənin verilməsi ilə bağlı İddiaçı ərizənin fotoşəkilini, fotoşəkilin çəkilməsinə dair məlumatları və çəkilməsi koordinatlarını (Cavabdehin binası) təqdimetmişdir. Habelə, İddiaçı bildirmişdir ki, o, ərizəni verdikdən sonra əmək müqaviləsinə onun ərizəsinə əsasən xitam verilmiş hesab edərək, Türkiyə Cümhuriyyətinə getmişdir. Yalnız əmək kitabçasını alarkən ona məlum olmuşdur ki, əmək müqaviləsinə onun ərizəsi ilə deyil, cavabdehin təşəbbüsüilə xitam verilmişdir. İddiaçı iddia ərizəsində və iddia ərizəsində əlavədə bu halları ona görə göstərməmişdir ki, iddiaçının tələbləri əmək müqaviləsinə xitam verilməsi əsaslarının dəyişilməsi ilə deyil, ümumiyyətlə əmrin ləğv olunması olmuşdur.

42. Hesab edirlər ki, məhkəmə sübutları düzgünqi ymətləndirməmişdir. Bu isə məhkəmənin Mülki Prosessual Məcəllənin 81, 88, 77.1, 77.3 və 217.4-cü maddələrinin tələblərini pozmaqla sübutları tam və hərtərəfli tədqiq etməməsinin birbaşa nəticəsidir ki, bu da Bakı Apellyasiya Məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etira daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

44. Maddə

10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur.

45. Maddə 11 «b» bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslar la əmək müqavilələrini ləğv etmək hüququ vardır

46. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

47. Maddə 71.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanu nla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

48. Maddə 76.

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

49. Maddə 79.

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müə ssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

50. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

51. Maddə 83.

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiq lənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

52. Maddə 186. 53.

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxil i intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

54. Maddə 189

2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

55. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əm əl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Elektron imza və elektron sənəd haqqında” Qanun

56. Maddə 3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz.

57. Maddə 3.2. Azərba ycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

58. Maddə 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

59. Maddə 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir.

60. Maddə 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat q aydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.

61. Maddə 3.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır və ya təsdiq edilir. Maddə 3.7. Məlumat bildirişinin və elektron sənədin istifadəsi bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

62. Maddə 5.1. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur.

63. Maddə 5.2. İmza sahib i bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir

64. Maddə 5.3. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir. Yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır

65. Maddə 5.4. Elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

66. Maddə 5.5. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir.

67. Maddə 20.1. İmza sahibi aşağıdakı hüquqlara malikdir: 20.1.1. Mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı m əlumat almaq; 20.1.2. barəsində Mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq; 20.1.3. sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğvi barədə qərarlar, həmçinin Mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət etmək.

68. Maddə 20.2. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır.

69. Maddə 20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.

70. Maddə 20.4. İmza sa hibi gücləndirilmiş imzanın istifadəsi zamanı uyğun təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir

71. Maddə 20.5. İmza sahibi müqavilə bağlamaq üçün Mərkəzlərə müraciət edərkən təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.

72. Maddə 20.6. Bu Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

83. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

85. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki ha llara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

87. Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 iyun 2023-cü il tarixli 2(103)3680/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar