Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3952/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Zaqatala rayonu Əliabad Bələdiyyəsinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3952/22 (Açar sözlər: servitut hüququ, mülkiyyət hüququnun toxunulmazlığı) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları
1. Zaqatala rayonu, Əliabad qəsəbəsində ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X1, X3, X6, Balacayev Həbibulla Şakir oğlunun adına 0,1185 ha torpaq sahəsi və tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmış həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 139,15 kv.m olan fərdi yaşayış evi yerləşir.
2. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,0222 ha torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsi üzərində inşa ediləcək fərdi yaşayış evinin layihəsini RİHBA-nın Memarlıq və tikinti şöbəsində qeydiyyata aldırmış və 2015-ci ildən həmin evin tikintisinə başlamışdır.
3. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və o nun ümumi birgə mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh2 məxsus torpaq sahəsi qonşu ərazilərdə yerləşir.
4. Zaqatala Rayon Məhkəməsinin 2(033)-599/2012 nömrəli, 27 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən zəbt edilmiş eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kv.m) və İddiaçı məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolunun açılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. 5. 05 noyabr 2020-ci il tarixli akta əsasən İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və baxılması üçün X8 Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli, xx/xx-06099 saylı müraciətlə bağlı Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində qeyd olunan ünvanda yanğın-texniki müayinə keçirilmi ş və müayinə zamanı Zaqatala rayonu, Əliabad qəsəbə sakini İddiaçı məxsus həyətyanı sahəyə və orada yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun eninin 3 metr, uzunluğunun 67 metr olduğu, İddiaçı məxsus fərdi yaşayış evinə gedən (dalan) yolun qərbində Cavabdeh2 məxsus fərdi yaşayış evinin yerləşdiyi, gediş-gəliş (dalan) yolundan yanğın avtomobillərinin sərbəst manevr etməsinin mümkün olmaması, Cavabdeh2 məxsus fərdi yaşayış evinin 2 mərtəbəli inşa olunması, fərdi yaşayış evinin şimaldan boş torpaq sahəsi ilə, cənubdan kənd yolu ilə, şərqdən dalan yol ilə, qərbdən qonşuya məxsus həyətyanı sahə ilə həmsərhəd olması, fərdi yaşayış evinin torpaq sahəsi ilə dalan yolun sərhədində məsafə gözlənilmədən inşa olunduğu aşkar olunmuşdur.
6. İddiaçı hazırda servitut hüququ əsasında 6 metr enində p iyada və nəqliyyat yolunun verilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Zaqatala rayonu Əliabad Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evə və həyətyanı sahəyə servitut hüququ əsasında 6 metr enində piyada və nəqliyyat yolunun (keçidinin) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun tərəfindən Fövqaladə Hallar Nazirliyinə müraciət olunaraq, bədbəxt hadisənin baş verməsi halında ona məxsus evə gedən yoldan xüsusi təyinatlı nəqliyyat vasitəsinin (yanğınsöndürən və s.) keçidinin mümkünlüyünün araşdırılmasını xahiş etmişdir. FHN Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın söndürən nəqliyyat vasitəsi ayrılmış və həmin yoldan keçmənin qeyri-mümkün olmasını bildirmişlər və bu barədə ona akt təqdim etmişlər.
9. Cavabdehlə aralarında baş tutmuş uzun sürən məhkəmə araşdırmalarının nəticəsində məhkəmə orqanları yekunda ona Mülki Məcəllənin 255-262-ci maddələrini xatırladaraq bildirmişlər ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən 3 metr enindən savayı, dövlət tərəfindən yolun məxsusi olaraq ona ayrılması barədə heç bir rəsmi sənəd olmadığından ona bu şərtlər daxilində əlavə yolun verilməsi qeyri-mümkündür və o, bələdiyyəyə, hüquqlarını pozan digər şəxsə qarşı servitut hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər. O da vətəndaş olaraq məhkəmə instansiyalarının tövsiyyələrini əsas g ötürərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Cavabdeh Zaqatala rayonu Əliabad Bələdiyyəsinin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, iddiaçının açılmasını tələb etdiyi yol Bələdiyyə mülkiyyətində olan torpaqlar hesabına mümkün deyil. İddiaçı digər Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi və yaşayış evi hesabına öz ev və həyətyanı sahəsinə gedən yolu genişləndirmək niyyətindədir. Daha əvvəl iddiaçın mülkiyyətində olan torpaq sahəsinə və evinə gediş-gəliş yolu açılmışdır. İddiaçı isə bununla kifayətlənməyərək yolun genişlənməsini istəyir.
11. Cavabdeh2 da iddiaya etiraz edərək göstərib ki, onun yaşadığı evin həyətyanı sahəsi yalnız ona məxsusdur. İddiaçıya başqa yerdən yol verildiyi halda, həmin yoldan istifadə etməyərək, onun həyətyanı sahəsindən özünə qanuns uz yol açaraq ondan istifadə edir. Həmin yoldan böyük yük maşınlarını da keçirir. 2015-ci ilin avqust ayından qanuni sənədlər əsasında evinin tikintisinə başlamışdır. Tikintiyə başladığı müddətdən iddiaçı müxtəlif təşkilatlara əsassız şikayət və böhtanlarla müraciət edir. İndiyə qədər bir neçə instansiya məhkəmələrinə, Ali Məhkəməyə qədər şikayət etsə də, iddiaçının şikayətləri əsassız olduğu üçün rədd edilmişdir. İddiaçı ona öz evində rahat yaşamağa imkan vermir.
12. Birinci instansiya məhkəməsi yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinə yerində müayinə keçirmiş, müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçıh oğluna məxsus həyətyanı torpaq sahəsinə və evinə gediş-gəliş üçün nəzərdə tutulmuş eni 3 metr olan yol mö vcuddur. İddiaçı həmin yolun Cavabdeh2 istifadəsində olan və üzərində ona məxsus fərdi yaşayış evi inşa edilmiş torpaq sahəsi hesabına genişləndirilməsini istəyir. Müayinə zamanı fotoşəkillər çəkilərək işə əlavə edilmişdir.
13. Zaqatala Rayon Məhkəməsinin 2(033)-807/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Tural Həsənov)
14. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun mövcudluğu eni 3 metr olmaqla, uzunluğu naturada 67 metr olan (200 kv.m.) iddiaçının mülkiyyətinə verilmiş AN 286907 sayl ı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş bələdiyyənin ümumi istifadəsində olan yolun cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmişdir. Həmin qətnamədə qeyd edilən və tədqiq edilən sənədlər arasında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2012-ci il tarixli 15104 saylı ekspert rəyinə əsasən İddiaçıh oğluna məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən evə və həyətyanı torpaq sahəsinə giriş yolu eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm), Əliabad bələdiyyəsinin 25 iyun 2012-ci il tarixli 1833 saylı arayışında 1996-cı və 2003-cü illərdə aparılan islahat xəritələrində yolun mövcudluğu və İddiaçıh oğlunun mülkiyyətinə verilmiş AN 286907 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş bələ diyyənin ümumi istifadəsində olan yolu X2 tərəfindən qanunsuz zəbt olunduğu müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 tərəfindən zəbt edilmiş eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm) və İddiaçı məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolu açılması qət edilmişdir. İddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,1185 ha həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən iddiaçının mülkiyyətində olan yaşayış evinə eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm) gediş-gəliş yolu nəzərdə tutulmuş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən həmin yolun açılması qət edilmiş və qeyd edilən yol açılmışdır. İddiaçı hazırda servitut hüququ əsasında 6 metr enində piyada və nəqliyyat yolunun verilməsini tələb edir.
15. Birinci instansiya məhkəməsi qeyd edib ki, həmin yolun açılması yalnız cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,0222 ha torpaq sahəsinin üzərində yerləşən və 2015-ci ildə inşasına başlanılan fərdi yaşayış evinin sökülməsi hesabına mümkündür. Bu nəticəyə gəlməyə tərəflərin izahatları, qanuni qüvvəsini almış məhkəmə qətnamələri, ekspert rəyi və yerində müayinə zamanı çəkilmiş fotoşəkillər əsas verir.
16. Birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçının servitut hüququ əsasında yolun açılması tələbi təmin edildiyi halda, cavabdehin yaşadığı fərdi yaşayış evi sökülməlidir, hansı ki, həmin fərdi yaşayış evi Zaqat ala rayonu Əliabad qəsəbəsində yerləşən “yaşayış məntəqələri təyinatlı” 0,0222 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmaqla Cavabdeh2 mülkiyyətinə verilmişdir. Lakin, yaşayış evi hazıradək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda həmin cavabdehin inşa etdiyi fərdi yaşayış evi Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də vətəndaşlara yaşayış evlərinin tikintisi məqsədilə ayrılır. Ev tikildiyi vaxtdan etibarən cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşayır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, cavabdehin ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Həmçinin, evin sahibi Cavabdeh2 həmin əmlaka gözlənilən mülkiyyət da hüququ vardır.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə servitutla yüklülük həmin əşyanın mülkiyyətçisini, sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etməməlidir. Hazırki iddianın təmin edilməsi isə mülkiyyətçi olan cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin təyinatı üzrə istifadəsindən məhrum edir və mülkiyyətçinin Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və pozulmasına gətirib çıxarır.
18. Birinci instansi ya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 152.5, 255.1, 255.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88 və 89-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verib, qətnaməni ləğv, iddia tələbini təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun məzmunda əsaslandırılıb.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-307/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov) Apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
21. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya məhkəməsinin işi tam, hərtərəfli, tam və obyektiv araşdırmamasına, sübutlara düzgün hüquqi qiymət verilməməsinə istinad edilmiş, işin düzgün həlli üçün ekspertiza təyin edilməli olduğu halda, ekspertiza təyin edilməmişdir. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı et iraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 255.1. Ser vitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüq uqun inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tər əfindən qiymət verilib.
30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi servitut verilməsi barədədir.
32. İşin müəyyən edilən hallarına görə isə Zaqatala Rayon Məhkəməsinin 2(033)599/2012 nömrəli 27 dekabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,1185 ha həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən iddiaçının mülkiyyətində olan yaşayış evinə eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kvm) gediş-gəliş yolunun açılması qət edilmiş və qeyd edilən yol artıq açılmışdır. Üstəlik, iddiaçının hazırda servitut kimi tələb etdiyi yolun açılması yalnız cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,0222 ha torpaq sahəsinin üzərində yerləşən və 2015-ci ildə inşasına başlanılan fərdi yaşayış evinin sökülməsi hesabına mümkündür.
33. Məhkəmə kollegiyası iddia tələbi üzrə gəlinən nəticəni və tətbiq edilən maddi hüquq normalarını işin hallarına uyğun hesab edir.
34. İşdən görünür ki, birinci instansiya məhkəməsi işin hallarını müəyyən etmək üçün yerli müayinə aparmış, işin halları həm də bu müayinə nəticəsində müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası işin düzgün həlli üçün ekspertiza təyin edilməli olması barədə kassasiya şikayətinin dəlillərini əsasız sayır. Çünki iddiaçı bu dəlili işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürməyib. Bu baxımdan həmin dəlilin kassasiya instansiyasında irəli sürülməsi istisna edilir.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.