Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3953/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh vəkili X3 iştrakları ilə, Cavabdeh Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:X.B.Məhərrəmova; 2(004)-6587/2018) İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan uşaqlar X4,X5,X1 ilə birlikdə,Bakı şəhəri Yasamal rayonu,***************** saylı evin **** saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov, İ.S.Şirinov; iş 2(103)-1376/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh oğlunun apellyasiya şikayətinə münasibətdə,mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İşin halları İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,yetkinlik yaşına çatmayan uşaqları X4,X5,X1 ilə bi rlikdə Bakı şəhəri ******************************* saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır o,Cavabdeh ilə 31.08.2002-cu ildə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nigah dövründə üç övladı 21.10.2013 təvəllüdlü X4, 05.10.2004 təvəllüdlü X5 və 25.12.2014 təvüllüdlü X1 anadan olmuşdur. Nikah pozulmamışdır. Lakin uzun müddətdir ki,cavabdehlər ayrı yaşayırlar, cavabdeh onunla uşaqları ilə maraqlanmır. Onlar birgə nikahlarda bir neçə daşınar və daşınma əmlak sahibi olmuşlar. Bakı şəhəri ***************************** saylı yerləşən mübahisəli mənzil Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Reysteri Xidmətinin Bakı Şəhəri Ərazi idarəsinin 18.07.2017ci il ta rixli sorğuya cavabına əsasən Bakı şəhəri ***************************** cavabdehin mülkiyyətindədir.Həmin mənzil də o, cavabdeh və uşağlar qeydiyyatdadır. Həmin mənzil alınan gündən cavabdeh onları həmin mənzilə buraxmamış və həmin mənzildə yaşamalarına mane olmuşdur. Əvəzinə isə onun azyaşlı uşqaları ilə birlikdə özünün deyil, qardaşı X6 mülkiyyətində olan Bakı şəhəri ***************************** mənzil 20-də yerləşmişdir. Onun üç uşağı var,onlardan ikisi oğlandır,onlarının gələcək təminatı kimi və yaşayış yerlərinin etibarlı olması məqsədi ilə hesab etmişdir ki, qeydiyyatda olduqları və birgə nikah dövründə alınmış ******************************** saylı mənzilə köçmələri daha məqsədəmüvafiqdir. Göstərlilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Hüsen oğlunun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9,14,88,372,386-cı madəslərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32,34.1-ci maddələrinin, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinintələbləri, mübahisəli mənzilə tərəflərin nigah dövründə alınsada nigaha daxil olmazdan qabaq Bağırovun mülkiyyətində olan mənzilin satışından əldə edilən pulla alınması nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında Cavabdeh vəkili X7 kassasiyaşikayətininə uyğun izahat verərək, şikayətintəminedilməsinixahişetdi. Məhkəməkollegiyasınıniclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin təminedilməməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbləri nə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh Huseyin oğlu ilə X10 31.08.2002-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. Tərəflərin birgə nikahından X4 21.10.2003-cü il tarixdə və X5 05.10.2004-cü il tarixdə və X2 25.12.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşlar. Bakı şəhəri, ***************************************** mənzil 18 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 23.06.2011-ci il tarixdə qeydə alınmışdır. B akı şəhəri İcra Hakimiyyəti Başçisinin Aparatının 26.08.2009-cu il tarixli 033196 saylı orderin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, ************************* saylı mənzili Cavabdeh yaşamaq üçün verilmişdir. “xxxx” MTK tərəfindən verilmiş 23.05.2011-ci il tarixli 01/117 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, *************************************** saylı mənzilində Cavabdeh və İddiaçı qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin225.1.-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyy ətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsapsən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,İddiaçı Cavabdeh ilə 31.08.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan tərəflərin üç övladı 21.10.2003-cü il təvəllüdlü X4, 05.10.2004-cü il təvəllüdlü 05.10.2004-cü il təvəllüdlü və 25.12.2014-cü il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh Bakı şəhəri, ***************************** saylı mənzilini iddiaçı ilə birgə nikah dövründə almışdır və hal-hazıradək onun mülkiyyətindədir. İddiaçı uşaqlarla birlikdə mübahisə li mənzildə qeydiyyatdadır. İddiaçı uşaqlarla birgə mübahisəli mənzildə qeydiyyatda olsalar da, cavabdeh onların həmin evdə yaşamalarına maneçilik yaradır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, mübahisə predmeti olan mənzilin iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. İşin bu halını cavabdeh də mübahisələndirmir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından i barətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mübahisə predmeti olan mənzilin iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Çünki, bunu cavabdeh də mübahisələndirmir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh iddiaçının mübahisə predmeti olan mənzilə köçmək istəməsini hüquqdan sui istifadə hesab edir və buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni də əsassız hesab edir. Cavabdeh apellyasiya şikayəti ndə qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etsə də, bu dəlil əsaslı və qanuni hesab edilə bilməz. Çünki, qeyd olunan mənzil birgə nikah dövründə əldə edilmişdir. Bu hal, iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. İşə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası həmşinin hesab etmişdir ki, cavabdeh iddiaçının məqsədinin heç də istifadə hüququ olduğunu iddia etdiyi sözügedən mənzilə köçmək deyil, sadəcə qanunla ona verilən hüquqi imkanlardan suiistifadə edərək cavabdehi çoxsaylı və tərəflər arasındakı mübahisəni birdəfəlik həll etməyən gərəksiz məhkəmə proseslərinə cəlb etmək, bununla da cavabdehə psixoloji təzyiq göstərmək niyyəti güddüyünü bildirsə də, bu dəlillərini aydın şəkildə açıqlamamışdır. Belə ki, hazırki işdən cavabdehin iddiaçıya psixoloji təzy iq göstərmək niyyətinin olduğu açıq-aşkar görünmür. Cavabdeh tərəfindən iddiaçının həmin mənzildən istifadə hüququna heç vaxt maneə yaradılmayıbsa, onda cavabdehin bu iddiaya görə narahat olması da anlaşılan deyil. İddiaçının mübahisəli mənzildə əvvəllər yaşamaması da hazırki iddianın əsassız olmasına dəlalət etmir. Cavabdehin üzərinə vəzifə qoyan hazırki qətnamənin qanunvericiliyin tələblərinə zidd olması da başa düşülmür. Çünki, tərəflər arasında mübahisə mövcud deyilsə, cavabdeh hazırki qətnamədən niyə narazıdır? Əlbətdə ki, cavabdeh bu sualın həqiqi cavabını bəyan etsəydi, onun dəlilləri bəlkə də açıq-aşkar əsassız olmazdı. İddiaçının başqa mənzildə yaşaması və mübahisəli mənzilin ofis kimi istifadə edilməsi hazırki iddianın əsaslılığına təsir etmir. Çünki, qeyd olunan mənzil ofis kimi istifadə olunsa belə, onun təyinatı mənzildir və daşınmaz əmlakın dövlət reyestrində də mənzil kimi qeydə alınmışdır. İddiaçının mübahisəli mənzildə pay hüququnun tanınmasını və ayrılmasını tələb etmək əvəzinə, hazırki iddianı irəli sürməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Belə ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Cavabdeh isə iddiaçının hüquqdan sui-istifadə edərək ona ziyan vurmaq məqsədinin olduğuna dair məhkəməyə mötəbər sübut təqdim etməlidir. Çünki, bu halı sübut etmək yükü artıq onun üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi şərh olunanlara əsasən düzgün olaraq belə nəticəyə gəlmişdir ki,cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3953/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3953/2019
10.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver