Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3953/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *3 oktyab r 2*24-cü il tarixli, 2(1*4)423/2*24 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq musiqi məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh məktəbin direktoru S.Z.Hüseynovanın 14.*6.2*23-cü il tarixli əmrinin ləğv edilməsi, Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində müəllimə vəzifəsinə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub iddiaçıya verilməsi, *7.11.2**3-cü il tarixdən *7.*2.2**4-cü il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının ödənilməsi, * 1.*7.2*22-ci il tarixdən 1*.11.2*22-ci il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının, ödənilməmiş məzuniyyət pulunun və son haqq hesabın cavabdeh təşkilatdan tutulub iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilmiş, əvəzçi qarmon müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin İİ hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi barədə X2 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün 16.*6.2*23-cü tarixd ən əmək haqqı hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli əlavə qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində əvəzçi qarmon müəllimi vəzifəsinə bərpa olunması qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *9 fevral 2*24-cü il tarixli, 2(1*4)-423/2*24 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovdan və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Gəncə Şəhər Bülbül a dına 3 nömrəli Uşaq Musiqi məktəbinə qarşı “işə bərpa, işdən azad olunma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməmişdir.
5. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *5 iyun 2*24-cü il tarixli, 2(1*4)-423/2*24 nömrəli qərardadı ilə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verdiyinə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim olunmadığına görə, geri qaytarılmışdır.
6. İddiaçı təkrarən kassasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2*24cü il tarixli, 2(1*4)-423/2*24 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmı ş müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
7. İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2*24cü il tarixli qərardadından kassasiya şikayəti və həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *3 oktyabr 2*24-cü il tarixli, 2(1*4)-423/2*24 nömrəli qərardadı ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovdan və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və iddiaçının Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2*24-cü il tarixli qər ardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2*24-cü il tarixli, 2(1*4)423/2*24 nömrəli qərardadı həmin tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinetinə yerləşdirilmiş, 19 avqust 2*24-cü ildə isə İddiaçı şəxsən müvafiq xəbərnaməyə imza etməklə, həmin qərardadı əldə etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2*24-cü il tarixli, 2(1*4)-423/2*24 nömrəli qərardadından hazırkı kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi isə, 2* sentyabr 2*24-cü il tarixdə “Elektron məhkəmə” informasiya sist emində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmuşdur.
10. Göründüyü kimi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2*24-cü il tarixli, 2(1*4)-423/2*24 nömrəli qərardadından kassasiya şikayətini prosessual müddəti ötürməklə vermiş və kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün prosessual hüquqi əsaslar müəyyən edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 qərardaddan kassasiya şikayəti üçün nəzərdə tutulan müddəti səhhəti ilə əlaqədar müalicə və müayinə olunduğuna görə ötürməsini göstərsə də, bununla bağlı heç bir sübut növünü təqdim etməmişdir.
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası nın 25-ci maddəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 13*.1, 133, 4*5, 4*5.*.1, 4*5.*.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *3 oktyabr 2*24-cü il tarixli, 2(1*4)-423/2*24 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 134, 134.1.5, 135.1, 135.2-ci maddələrinin tələbləri pozulmuşdur.
14. Belə ki, məhkəmənin hazırkı işlə bağlı qərardadı ilə iddiaçının konstitusiyada göstərilən məhkəmədə müdafiə hüququnun məhdudlaşdırılmaqla, qanunsuz qətnamədən verdiyi kassasiya şikayətinin Ali Məhkəmədə baxılmasına mane yaratmış dır. İş materiallarına nəzər yetirərkən müəyyən olunur ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmamış və onun işdən azad olunmağı barədə birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilən əmr Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Lakin sonradan cavabdeh orqan tərəfindən düzəldilərək, apellyasiya şikayətinə əlavə edilmiş əmri apellyasiya instansiya məhkəməsi sübut kimi qəbul edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bundan başqa elektron qaydada şəxsi kabinet vasitəsi ilə məhkəməyə göndərilmiş məhkəmə qərardadından görünür ki, hakim Şamil Rzaquliyev iddiaçının başqa tələblə bağlı işinə baxaraq, ziyanına qərar qəbul etmişdir. Lakin hazırkı işdə də, istər qətnamə qəbul edilərkən istərsə də, müddətin bərpasına dair ərizəyə baxılarkən həmin hakim tər kibdə işə baxılmasında iştirak etmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1*-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 13*.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 1 35.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 4*2.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadla rından kassasiya şikayəti verilə bilər. 4*5.*.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün müddətində kassasiya şikayəti verilə bilər. 4*8.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
18. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidi r. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
20. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
21. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
22. Hazırkı işin materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2*24-cü il tarixli qəra rdadı həmin tarixdə iddiaçının nümayəndəsinin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur. Beləliklə, müəyyən olunur ki, qətnamə iddiaçının səlahiyyətli nümayəndəsinə qanunla müəyyən olunmuş qaydada təqdim olunmuşdur.
23. Həmçinin müəyyən olunur ki, iddiaçı qərardaddan kassasiya şikayətini və müddətin bərpasına dair ərizəsini 2* sentyabr 2*24-cü il tarixdə vermiş, prosessual qanunvericiliklə müəyyən olunan müddəti yenidən ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 24. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
25. Beləliklə ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz iddiaçı daşımalıdır.
26. Qeyd olunmalıdır ki, iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərində müddətin üzürlü səbəblərdən buraxılmasına istinad olunmur. Kassasiya şikayətinin dəlilləri yalnız apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassızlığı ilə bağlıdır ki, həmin qətnamə hazırkı kassasiya baxışının araşdırma predmetini təşkil etmir.
27. Həmçinin, işə baxan apellyasiya məhkəməsinin hakimlərində Ş.Q.Rzaquliyevin əvvəllər iddiaçının iştirakı ilə olan başqa işə baxması qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı tərəfindən həmin hakimə qarşı mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulan qaydada etiraz verilməmiş və onun işə baxılmasına yol verməyən halların mövcudluğu müzakirə olunmamışdır.
28. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
29. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində gö stərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *3 oktyabr 2*24-cü il tarixli, 2(1*4)-423/2*24 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.