Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3954/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Abbasov Aqil Əzizağa oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İdd iaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyul 2019-cu il tarixli 101/K-2019 №-li əmrin ləğv edilməsi və məcburi iş buraxma üçün əmək haqqı ödənilməklə MMC-nə mağaza müdiri vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7731,76 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə (sədrlik edən hakim Fərrux Qasımov) İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cavabdehnə qarşı əmrin ləğv olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilmə barədə ilk iddia təmin edilm iş, Cavabdeh MMC-nin 05 iyul 2019-cu il tarixli 101/K-2019 №-li əmrinin ləğv edilməsi və məcburi iş buraxma üçün əmək haqqı ödənilməklə MMC-nə mağaza müdiri vəzifəsinə bərpa olunması qət edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov və Zəki Babayev) 09 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Binəqədi rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh MMC-nin vəkili Vəkiliş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cəmiyyətdə yaradılan Təftiş Komissiyası tərəfindən mağazada 29 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək aparılan təftiş zamanı 2019-cu ilin aprel, may ayları üzrə mağazanın kassasında ümumilikdə 7 731,76 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Bu fakt isə İddiaçı mağaza müdiri kimi öz işinə məsuliyyətsiz və etinasız yanaşmasının, vəzifə təlimatı ilə üzərinə qoyulmuş öhdəliyi icra etmədiyinin sübutudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək Məcəlləsində və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddəyə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Yəni, kassada aşkar olunan çatışmazlıq ilə Cəmiyyətə İddiaçı tərəfindən ziyan vurulması əməli arasında səbəbli əlaqə var. Bu o deməkdir ki, İddiaçı bu əməli qanuna ziddir, bu əməlin törədilməsi səbəbindən Cəmiyyətə ziyan dəymişdir və İddiaçı vurduğu ziyana görə Cəmiyyət qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgöt ürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Göründüyü kimi bu norma dispozitiv normadır. Yəni işəgötürəni işçilərlə tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamağa məcbur etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199.1 -ci maddəsinin əksər bəndləri işəgötürən ilə işçi arasında işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında yazılı müqavilə bağlanılması tələb edildiyi halda həmin maddənin “ç” bəndində tələb edilmir. Yəni həmin bəndə əsasən, işçi qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sər vətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İddiaçı Cəmiyyətə zərər vurması halı bu maddənin təsiri altına düşür. Qeyd olunan bu faktlar sübut edir ki, Cəmiyyət tərəfindən verilmiş 05 iyul 2019cu il tarixli 101/K-2019 nömrəli əmr qanuni və əsaslıdır. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416 -cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, tərəflər arasında 05 yanvar 2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-nə yerli satış kanallarının idarə edilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, 29 yanvar 2019-cu il tarixdə isə mağaza müdiri vəzifəsinə keçirilmişdir. Cavabdeh MMCnin 05 iyul 2019-cu il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı bildirir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada v erilməli olsa da, bu tələbə əməl olunmamışdır. O, işlədiyi müddətdə əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirmiş, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilməmişdir. Əksinə, qısa müddət ərzində vəzifəsi dəyişdirilərək mağaza müdiri vəzifəsinə təyin olunmuş və cavabdeh tərəfindən ona ayın ən yaxşı əməkdaşı sertifikatı verilmişdir. Onun işdən azad olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hallardan heç biri mövcud olmamışdır. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, 15 may 2019- cu il tarixdə satış mərkəzinin müdiri İddiaçı şirkətin əməkdaşlarına 13 may 2019-cu il tarixdə, saat 23:30 radələrində mağazada oğurluq hadisəsinin baş verdiyini və mərkəzi kassadan 7388 manat məbləğində pulun satış mərkəzinin yanı nda yerləşən binada fəhlə işləyən X1 tərəfindən oğurlandığını bildirmişdir. 16 may 2019-cu il tarixdə Samir Əliyev mağazaya gələrək kassadan 5010 manat pul götürdüyünü və həmin məbləği qaytarmağa hazır olduğunu bildirmişdir. Oğurluq hadisəsinin 13 may 2019-cu il tarixdə baş verməsi, iddiaçının hadisəni şirkətin rəhbərliyinə 15 may 2019-cu il tarixdə bildirməsi, kassadan 7388 manat pul oğurlandığı halda Samir Əliyevin 5010 manat pulun götürüldüyünü etiraf etməsi, 2378 manat pulun kim tərəfindən oğurlanmasının qeyrimüəyyən olması, kassanın Samir Əliyev tərəfindən hansı qaydada açılması hadisənin baş verməsində digər şəxslərin iştirak etməsinə şübhələr yaranmışdır. Baş vermiş hadisə ilə bağlı 17 may 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayon Polis idarəsinə müraciət edilmiş və iddiaçı həmin tarixdən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Bundan sonra təftiş komissiyası tərəfindən 29 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək olan dövrlərə görə təftiş aparılmış və məlum olmuşdur ki, 7731,76 manat çatışmazlıq iddiaçının öz işinə məsuliyyətsiz yanaşması nəticəsində yaranmışdır. Buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Dəfələrlə ona əmək kitabçasının götürülməsi ilə bağlı xəbərdarlıq olunsa da, iddiaçı əmək kitabçasını almamışdır. 07 avqust 2019-cu il tarixdə əmək kitabçası iddiaçıya təhvil verilmişdir. Məhkəmələr müəyyən etmişdirlər ki, mübahisələndirilən əmrdə iddiaçının işdən azad edilməsi üçün əsas Cavabdeh MMC-nin 17 may 2019-cu il tarixli 29/2019-Ü nömrəli əmrinə əsasən y aradılmış təftiş komissiyasının 12 iyun 2019-cu il tarixli aktı göstərilmişdir. Həmin akta əsasən Cəmiyyətin “Kənddən şəhərə” mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı mağazada 29 yanvar 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək olan dövrdə təftiş aparılmışdır. Təftiş zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin mağazasında ümumi məbləği 7731,76 manat çatışmazlıq vardır. Təftiş zamanı o da məlum olmuşdur ki, mağazada olan mövcud çatışmazlıqlar mağazanın müdiri vəzifəsində işləyən İddiaçı öz işinə məsuliyyətsiz və etinasız yanaşması nəticəsində yaranmışdır. Lakin həmin akt İddiaçı iştirakı olmadan tərtib edilmiş və onun tərəfindən imzalanmamışdır. Həmçinin “Kənddən şəhərə” adlı mağazada 7388 manat deyil, 5000 manat məbləğində pul çatışmazlığının olması və həmin çatışmazlığın iddia çının deyil, digər üçüncü şəxsin hərəkətləri nəticəsində yaranması Cavabdeh MMC-nin Səbail rayon polis idarəsinə ünvanlandığı ərizədə etiraf edilmişdir. Buna görə də, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsaslar mövcud olmamışdır. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ziyan vurulması faktı iş üzrə müəyyən edilmədiyindən bu fakt əsasında iddiaçıdan ziyanın tələb edilməsi barədə qarşılıqlı iddia da əsassızdır. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları dü zgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdeh MMC iddiaçının işdən azad edilməsi üçün istinad etdiyi 12.06.2019-cu il tarixli akt yalnız Cavabdeh MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş, aktda hər hansı maliyyə sənədlərinə istinad olunmamış, pul çatışmazlığının hansı qaydada müəyyən olunması və həmin çatışmazlığın iddiaçının konkret hansı təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində yaranması göstərilməmişdir. Bundan başqa iş materiallarında olan Cavabdeh MMC tərəfindən Bakı şəhəri Səbail rayon polis idarəsinə ünvanlanmış 14 iyun 2019-cu il tarixli ərizədə qeyd olunmuşdur ki, “Kənddən şəhərə” adlı mağazanın kassasından 7388 manat pulun oğurlanması ilə bağlı aparı lmış araşdırma ilə bağlı məlum olmuşdur ki, kassadan 7388 manat məbləğində deyil, 5000 manat məbləğində pul X1 tərəfindən oğurlanmış və həmin məbləğ ödənildiyindən şikayət və tələbləri yoxdur. Cavabdehin istinad etdiyi hallar (iddiaçının mağazadan pul oğurlanmasında iştirakı ilə bağlı şübhələr və s.) isə cinayət xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq oluna bilər. Lakin cavabdehin istinad etdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Mülki Məcəllənin 81-ci maddəsində də təsbit olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, üçüncü şəx sin hərəkətləri nəticəsində mağazada mövcud olmuş və sonradan həmin şəxsin özü tərəfindən aradan qaldırılmış pul çatışmazlığı iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilə bilməz. Buna görə də, həmin hal heç bir halda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması üçün əsas ola bilməzdi. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə gəlinən nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Səbail rayon polis idarəsinə ünvanlanmış 14 iyun 2019-cu il tarixli ərizədə qeyd olunmuşdur ki, “Kənddən şəhərə” adlı mağazanın kassasından 5000 manat məbləğində pul X1 tərəfindən oğurlanmış və həmin məbləğ ödənilmişdir. Yəni bu fakt üzrə cavabdehə ümumiyyətlə zərər dəym əmişdir. 12.06.2019-cu il tarixli akt üzrə 7731,76 manat məbləğində pulun tələb edilməsi isə ona görə təmin edilə bilməz ki, həmin aktda göstərilənlər hər hansı mötəbər sübutla təsdiq edilmir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar prossesual normalara uyğun qiymətləndirilmiş, iş üzrə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən fakt, yəni iddiaçının təqsiri üzündən mağazanın kassasında çatışmazlıq yaranması faktı mötəbər sübutlarla təsdiq olunmadığından cavabdehin həmin fakta istinad edərək ilkin və qarşılıqlı iddianın əsaslı olması barədə şikayətdə qeyd etdikləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətində qeyd edilən Əmək Məcəlləsinin 191.1, 191.2, 192.1 və 199-cu maddələrinə əsasən yalnız yuxarıda göstərilən hallar mövcud olduqda iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə həmin hallar müəyyən edilmir. Beləliklə də, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmişkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3954/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3954/2020
20.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver