Məhkəmə qərarları › İş №2(102)-3954/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3954/2021

31.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3954/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı2 və digərlərinin cavabdeh Əliyev Rəfail İsam oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3954/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı2 və vəkili X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)341/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, Zərdab rayonu, AİK-nın 29 noyabr 1997-ci il tarixli, 10 saylı Qərarı ilə Zərdab rayonu, Gödəkqobu kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün onlara və digər ailə üzvlərinə ayrılmış 2,28 ha torpaq sahəsindən cavabdehin məcburi olaraq çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.M.Qubadov) iddia təmin edilərək, cavabdehin Zərdab rayonu, AİK-nın 29 noyabr 1997-ci il tarixli, 10 saylı Qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Zərdab rayonu, Gödəkqobu kəndi ərazisində yernləşən və “Torpağa mülkiyyət hüququna dair” JN-184 saylı Dövlət aktına əsasən iddiaçılara və digər ailə üzvlərinə məxsus olan 2,28 ha torpaq sahəsindən çıxarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Zərdab rayon AİK-nın 29 noyabr 1997-ci il tarixli, 10 saylı Qərarı ilə kənd təsərrüfatı istehsalı üçün iddiaçıların və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu, Gödəkqobu kəndi ərazisindən 2,28 ha torpaq sahəsi verilib. Sözügedən torpaq sahəsi hazırda iddiaçıların və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Lakin, mülkiyyətçilərdən biri olan Südabə Astanova payını müəyyən etmədən və digər ailə üzvlərinin razılığını almadan, 2004-cü ildə həmin torpaq sahəsini aralarında sadə yazılı formada bağlanmış müqaviləyə əsasən 25 il müddətinə cavabdehə icarəyə verib. Lakin, həmin müqavilə notarial qaydada bağlanmayıb və həmin müqavilədən irəli gələn hüquqlar dövlət qeydiyyatından alınmayıb. Bundan başqa, sadə yazılı formada həmin müqavilə bağlanarkən mülkiyyətçilərdən olan hazırki iddiaçılardan notarial qaydada təsdiq edilməklə razılıq alınmayıb. Hazırda mübahisəli torpaq sahəsindən iddiaçıların iradəsinə zidd olaraq cavabdeh istifadə edir və nəticədə onların torpaq sahəsinə olan mülkiyyət hüquqları pozulub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 213.1, 213.2, 213.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyas iya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyin i Mülki Məcəllənin 157.4, 213.1, 213.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı2 və vəkili Çingiz Mansurov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı1, Cavabdeh, vəkili Vəkil1 və üçüncü şəxs Südabə Astanova məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasın onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edi lmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Zərdab rayon AİK-nın 29 noyabr 1997-ci il tarixli, 10 saylı Qərarı ilə kənd təsərrüfat ı istehsalı üçün iddiaçıların və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu, Gödəkqobu kəndi ərazisindən 2,28 ha torpaq sahəsi verilib. Sözügedən torpaq sahəsi hazırda iddiaçıların və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Lakin, mülkiyyətçilərdən biri olan Südabə Astanova payını müəyyən etmədən və digər ailə üzvlərinin razılığını almadan, 2004-cü ildə həmin torpaq sahəsini aralarında sadə yazılı formada bağlanmış müqaviləyə əsasən 25 il müddətinə cavabdehə icarəyə verib. Lakin, həmin müqavilə notarial qaydada bağlanmayıb və həmin müqavilədən irəli gələn hüquqlar dövlət qeydiyyatından alınmayıb. Bundan başqa, sadə yazılı formada həmin müqavilə bağlanarkən mülkiyyətçilərdən olan hazırki iddiaçılardan notarial qaydada təsdiq edilməklə razılıq alınmayıb. Hazırda müb ahisəli torpaq sahəsindən iddiaçıların iradəsinə zidd olaraq cavabdeh istifadə edir və nəticədə onların torpaq sahəsinə olan mülkiyyət hüquqları pozulub. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülki yyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Cavabdeh, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində torpaq sahəsindən qanuni əsaslarla istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsası nı təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçıların və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətlərindədir. Digər tərəfdən, cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində torpaq sahəs i ilə bağlı “icarə müqaviləsinə” istinad etsə də, əvvəla həmin müqavilə bütün mülkiyyətçilərin razılığı və iradə ifadəsi əsasında bağlanmayıb, eləcə də həmin müqavilə üçün zəruri olan şərtlərə əməl edilməyib, yəni müqavilə notarial qaydada təsdiqlənməyib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlillərlə də razılaşmır və belə qənaətə gəlir ki, cavabdehin torpaq sahəsi ilə bağlı hər hansı hüququ (“icarə müqaviləsindən” irəli gələn və sar) pozulmuş olsa da belə, onun pozulmuş hüququ torpaq sahəsinin qanuni mülkiyyətçilərinin hesabına kompensasiya edilə bilməz. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, eyni zamanda hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin də lillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)-341/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar