Məhkəmə qərarları › İş №2(102)-3955/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3955/2019

29.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3955/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli 2(103)2644/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov, iş № 2(007)-3339/2018) İddiaçı cavabdeh Fətullayev Yaşar Yusif oğluna qarşı mənzilə köçürmə tələbinə dair iddia sı təmin edilərək onun azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı 01 oktyabr 2016-cı il tarixdə cavabdehin oğlu X2 ilə rəsmi nikaha daxil olmaqla həmin vaxtdan qayınatası Cavabdeh məxsus olan mənzilə köçmüş və birgə nikahdan bir uşaqları olmuşdur. 2017-ci ilin ortalarında aralarında baş vermiş narazılıqla əlaqədar valideynlərinin yanına köçmüşdür. 2018-ci ilin avqust ayın da iddiaçı iddia və dəqiqləşdirilmiş iddia tələbi ilə məhkəməyə müraciət edərək ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamasını, cavabdehin azyaşlı xəstə uşağı ilə onu mənzilə buraxmaması səbəbindən müvəqqəti olaraq xalasına məxsus mənzildə yaşamasını əsas göstərməklə uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək cavabdehin mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınmamasını, onun isə həmin mənzildə cavabdehlə birgə təsərrüfat aparmaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən mənzilə dair ailə üzvü kimi hüquq və vəzifələr əldə etməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil Cavabdeh tərəfindən “X3” MMC-dən 20 may 2004-cü il tarixli müqavilə əsasında alınmış və mənzilin dəyəri cavabdeh tərəfindən tam ödənilməklə o, həmin mənzil üzərində sahiblik və istifadə hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mülkiyyət hüququnun dövlət reyestrində rəsmiləşdirilməsinə dair “qanuni gözlənti” hüququna malik olmasını nəzərə alaraq mübahisəli mənzilə cavabdehin mülkiyyəti kimi yanaşmış və mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsaslanmaqla mübahisəni həll etmişdir. Məhkəmə kollegiyası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə və eləcə də “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsaslanaraq hesab etmişdir ki, İddiaçı mübahisəli mənzilin sahibi Cavabdeh ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından onun mənzilə köçürülməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası belə bir nəticəyə gələrkən eyni zamanda cavabdehin mənzilin sahibi kimi buna razılığının olmamasına əsaslanmışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmı ş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar