Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3955/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-2900/2019, hakim N.Ə.Misirzadə) İddiaçı Cav abdeh MMC və XXX qızına qarşı cavabdehlər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC və XXX tərəfindən XXX ünvanda yerləşən yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmiş, XXX qızının İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında xx xxxx 2009-cu il tarixdə bağlanmış 258 saylı müqavilənin etibarsız sayılması, 22869 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13840/2019, hakimlər R.Ə.Qurba nov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş, XXX ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m olan mənzilin XXX qızı tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə istifadə və sahiblik hüququnun tanınması və həmin mənzilə köçürülmasi qət edilmiş, ilkin iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən XXX verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh MMC və XXX qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzılə köçürülməsi, Cavabdeh MMC ilə XXX arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda XXX qızı ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflə rin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə ziddiyyətli nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən tərəflər arasında bağlanılmış müqavilələrin podrat müqaviləsi olduğunu qeyd etsə də, həmin müqaviləyə iddia müddətinin tətbiqinin yolverilməz olması barədə əsassız nəticəyə gəlmişdir. Halbuki, ilk iddiaçı mübahisəli mənzilin eyni zamanda başqa şəxsə satıldığından məlumatlı olmasına baxmayaraq bununla bağlı heç bir tələbi olmamış və 10 ildən sonra hazırki tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayət ini müdafiə edərək təmin edilməsini xahiş etdilər Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəfl ər arasındakı mübahisə Cavabdeh MMC tərəfindən inşa edilən Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m olan mənzillə bağlıdır. Həmin mənzilə dair xx xxxx 2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən MMC həmin mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 22869 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra həmin mənzilə dair xx.xx.2009-cu il tarixdə Cavabdeh MMC ilə XXX arasında digər alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC həmin mənzili XXXya təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 20328 manatı ödəməyi öhdəsinə götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökm ü ilə Cavabdeh MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlu Azərbaycan Respublikası CMnin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ilkin olaraq xx xxxx 2009-cu il tarixdə ona satıldığına görə mənzil ona təhvil verilməlidir. Qarşılıqlı iddiaçı isə bildirmişdir ki, o mübahisəli mənzili təmir etdirməklə, hazırda orada yaşayır və kommunal xidmət haqlarını ödəyir. İddiaçı isə 10 il ərzində mənzillə bağlı heç bir orqana müraciət etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsinin saxtadır, bu da onunla sübut olunur ki, mənzilin dəyərinin ödənilməsi barəd ə iddiaçının ödəniş qəbzində möhür yoxdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı mübahisəli mənzilə dair sahiblik və istifadə hüquqları əldə etmişdir; lakin həmin mənzil qarşılıqlı iddiaçının qanunsuz sahibliyində və istifadəsindədir; qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair bağladığı müqavilə özü-özlüyündə əhəmiyyətsiz olmaqla etibarsız əqddir və həmin müqavilənin yenidən etibarsız hesab edilməsinə zərurət yoxdur. Cavabdeh MMC ilə XXX qızı arasında bağlanmış müqavilə özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqd olduğuna görə ilk iddiada irəli sürülmüş müəyyən etmə (əqdin etibarsız hesab edilməsi) iddiasının təmin edilməsinə və ona görə də həmin tələb üzrə müddətin keçib-keçməməsi məsələsinə qiymət verilməsinə zərurət yoxdur. Birinci instansiya məhkəməsinin Mül ki Məcəllənin 452.1-ci maddəsinə istinad etməsi də əsassızdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzillə bağlı müqavilə ilkin olaraq iddiaçı ilə bağlanmış olsa da, qeyd edilən mənzil xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilə əsasında cavabdeh XXXnın sahiblik və istifadəsinə verildiyindən, iddiaçının mövcud ilkin iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 452.1-ci maddəsinin dispozisiya şərtlərini düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İşdən mübahisəsiz qaydada müəyyən edildiyi kimi, həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzilə dair Cavabdeh MMC ilə eyni məzmu nlu müqavilələr- xx.xx.2009-cu il tarixdə mübahisəli mənzilin ilk iddiaçıya 22869 manat müqabilində təhvil verilməsi, bundan 14 gün sonra, yəni xx.xx.2009-cu il tarixdə isə qarşılıqlı iddiaçıya 20328 manat müqabilində təhvil verilməsi barədə müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin anlayışı və növlərini müəyyən edən 324-cü maddəsinin tələblərinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtəfəli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337-ci maddəsi ilə isə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunverici etibarsız əqdlərin iki növünü- əhəmiyyətsiz əqdləri və mübahisə edilən əqdləri fərqləndirir. Uydurma əqdlər, yalan əqdlər, qeyri-ciddi əqdlər, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı və ya on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığ əqdlər, Mülki Məcəllə və ya müqavilə ilə müəyyənləşdirilmiş məcburi formanı pozmaqla bağlanan əqdlər, icazə alınması zəruri olan, lakin icazə alınmadan bağlanan əqdlər, əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinin pozulması ilə bağlanan əqdlər özü-özlüyündə əhəmiyyətsiz olmaqla, mübahisələndirilməsinə zərurət yoxdur. Cavabdeh MMC ilə qarşılıqlı iddiaçı arasında bağlanmış müqavilə yuxarıda sadalanan əhəmiyyətsiz əqdlərin heç birinə aid edilməməklə, mübahisələndirilən əqddir. Digər tərəfdən, MMC ilə həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı arasında bağlanmış müqavilələr eyni formada, eyni məzmunda, alıcıların iradə ifadəsinə, əqdim məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. Bununla bərabər, qanuni qüvvəyə minmiş hökmlə həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçının eyni qaydada Cavabdeh MMC-nin direktor u olan Kazım-zadə Kazım Ələsgər oğlu tərəfindən aldadılmaqla, müqavilə üzrə ödədikləri məbləğlərin ələ keçirilməsi müəyyən edilmişdir. İşin digər bir mübahisələndirilməyən halı ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlunun eyni mənzili həm ilk idda üzrə iddaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya satmaqla onlara məxsus pul vəsaitlərinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə tərəflər eyni statuslu zərərçəkmiş kimi tanınmışdır ki, həmin hökmlə də hər hansı tərəfin mübahisəli mənzilə münasibətdə üstün hüququ olması müəyyən edilmir. Bu halda, Cavabdeh MMC ilə qarşılıqlı iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olmas ı barədə gəlinən nəticə ümumiyyətlə əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin podrat müqaviləsinin əsaslarını müəyyən edən 752-ci maddəsinin tələblərinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh MMC mübahisəli mənzili həm ilk iddia üzrə iddiaçıya, həm də qarşılıqlı iddia üzrə iddiaçıya təhvil vermək barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsi ilə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. Bu halda həmin maddənin hazırki mübahisəyə aid olmaması barədə gəlinən nəticə də əsassızdır. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına və ümumilikdə mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməməklə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamaqla maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3955/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3955/2020
07.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver