Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3955/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili X5, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair \x X saylı Dövlət Aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003–cü il tarixli, 97 saylı qərarı ilə İddiaçı və onun ailə üzvü olan X4 adına Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.
2. İddiaçı bildirir ki, həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmişdir. Bundan başqa, cavabdehlərin ona məxsus olan torpaq sahəsini qanunsuz istifadə etmələri nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahəsini boşaltmalarını və ona vurmuş olduqlarını maddi ziyanı tələb etməsinə baxmayaraq, cavabdehlər onun qanuni tələblərinə məhəl qoymamışdır.
3. Cavabde hlər isə bildirirlər ki, iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməmişlər. Belə ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003–cü il tarixli, 97 saylı qərarı ilə ailə üzvlərinə Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN–0042 KOD 50409018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onların adına qeydə alınmışdır. Əksinə, iddiaçı cavabdehlərə öz torpaq sahəsindən istifadə etməyə imkan vermir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus olan 0,46 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsindən istifadəyə görə əldən çıxmış gəlirə görə 2.000 (iki min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin (hakim K.Məmmədov) 06 noyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X 50409018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin 0,16 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan, yəni torpaq sahəsindən istifadəyə görə əldən çıxmış gəlir tələbinə dair hissədə əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə Mülki Məcəllənin 152.1-ci və Torpaq Məcəllənin 111-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Şəmkir rayon AİK-nın 22 iyul 2003–cü il tarixli, 97 saylı qərarı ilə İddiaçı və onun ailə üzvünə 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN–0053 KOD 50409018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə onların adına qeydə alınmışdır. Cavabdehlər iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsi üzərində sahibinin istifadə hüquqlarının həyata keçirməyə imkan vermirlər. İddiaçının tələbi qanuni və əsaslıdır, onun mübahisəli torpaq üzərindəki JN–0053 KOD 50409018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsaslanan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməli bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Belə ki, JN–0053 KOD 50409018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına kənd təsərrüfatı torpaq sahəsi mülkiyyət hüququ əsasında X6 və onun ailə üzvünün adına qeyd olduğu müəyyən edilir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.Hüseynzadə) 04 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, X saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Şəmkir rayon u, Qasımalılar kəndində yerləşən 0,46 ha torpaq sahəsindən çıxarılması, iddianın torpaq sahəsindən istifadəyə görə əldən çıxmış gəlirə görə 2.000 (iki min) manat məbləğində pul tələbinə dair hissədə rədd edilməsi, iş üzrə ekspertiza xərcinin cavabdehlərə aid edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, X 50409018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı məxsus Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində yerləşən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutularaq istifadə edilmiş və iddiaçının öz torpa q sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneə yaradılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın qismən təmin və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qətnaməsində məhkəmə araşdırması zamanı işin faktiki hallarını tərəflərin mövqeyi baxımından düzgün qiymətləndirməmiş, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinin 127-ci maddəsinin 2, 4, 7-ci bəndinin tələblərini pozmaqla sanki, bilərəkdən tətbiq olunan maddi hüquq normalarını tam əks mənada tətbiq etmiş və prosessual qaydalara əməl etməmişdir. Məhkəmə kollegiyası həmin qətnaməni çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə qətnaməsi haqqında 24.11.2005-ci il tarixli, 04 saylı qərarının 2.2-ci bəndinin tələblərinə riayət etmədən çıxarmışdır. Çünki həmin bəndə əsasən məhkəmə qətnaməni maddi prosessual hüququ normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Dövlət adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı ola məhkəmə qətnaməsinin hüquqi nəzəri, təcrübi cəhətdən düzgün tətbiq edilməsi, vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir. Belə ki, məhkəmə kollegiyasının təyin etdiyi əlavə məhkəmə tikinti-texniki ekspertizasının Alternativ Ekspertiza mərkəzi tərəfindən verilmiş 14.07.2020-c tarixli 262 saylı rəyində heç bir əsaslanma olmadan həm iddiaçıya məxsus JN 053 saylı Dövlət Aktı üzrə, həm də cavabdehlərə məxsus JN-042 saylı Dövlət Aktı üzrə və JN 043 saylı Dövlət Aktı üzrə müvafiq pay torpaq sahələrini natura halında ölçülərinin yerlərdəki ölçülərə uyğun olması qeyd edilmiş, sonunda isə guya cavabdehlər tərəfindən iddiaçıya məxsus 0,46 ha torpaq sahəsinin tam halda tutularaq natura halında istifadələrində olması qeyd edilmişdir. Nə qədər məntiqsiz, əsassız və izahsız bir rəydir. Heç olmasa, 1-ci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyindən həqiqətə nisbətən uyğunluq var idi ki, iddiaçının pay torpağının sərhədləri ilə cavabdehlərin pay torpağının sərhədləri arasında həmsərhədlik yoxdur. Bununla belə 0,16 ha sahənin cavabdehlərin zəbtində olmasını əsassız olaraq rəyində göstərmişdi. Hər iki ekspertizaların keçirilməsində cavabdehlərin iştirakı təmin edilməmişdir. Əgər onların iştirakı təmin edilsə idi, onlar həmin ekspertlərə göstərərdilər ki, cavabdehə məxsus JN-053 saylı Dövlət Aktı üzrə verilmiş 0,46 ha torpaq sahəsi əslində bir ərazidə deyil, üç ərazidə yerləşir. Yəni, həmin torpağın 0,10 ha sahəsi Şəmkir rayonun Şiştəpə kəndinin şərq tərəfində suvarılan ərazidə, 0,07 ha hissəsi isə Şəmkir rayonun Göyməmmədli kəndinin qərb hissəsindəki ərazidədir. Beləliklə, iddiaçıya məxsus cəmisi 0,46 ha torpaq sahəsinin 0,10 ha+0,07 ha=0,17 ha hissələri kənarda yerləşməsinə görə mübahisəli sahədə qalan yalnız 0,29 sahədir ki, həmin sahənin də sərhədləri cavabdehlərin pay torpaq sahəsinin sərhədlərinə ya xın ola bilməz. Çünki, onların Dövlət Aktlarının nömrələrinə diqqət edilsə görünər ki, 0,42 və 043 saylı aktlarla 053 saylı aktdakı torpaqlar necə qonşuluqda yerləşə bilərlər və biri-birinin sahəsini necə zəbt edə bilərlər? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Xəqani Musayev kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
13. Cavabdeh2 nümayəndəsi Malik Əmikişiyev məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edə n digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə
416. Kassasiya instansiyas ı məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
22. JN-0053 KOD 50409018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003– cü il tarixli, 97 saylı qərarı ilə İddiaçı və onun ailə üzvü olan X4 adına Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.
23. AZ-İ 642043 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04.08.2014-cü il tarixdə ölmüşdür.
24. JN-0042 KOD X saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şəmkir rayon X3 22 iyul 2003–cü il tarixli, 97 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinin adına Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.
25. JN-0043 KOD 50409018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şəmkir rayon X3 22 iyul 2003–cü il tarixli, 97 saylı qərarı ilə Cavabdeh2 və onun ailə üzv lərinin adına Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2019-cu il tarixli, 10309 nömrəli rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində torpaq sahəsi vardır və həmin torpaq sahəsinin İddiaçı verilmiş 0,46 ha torpaq sahəsi ilə ümumi sərhədləri olmadığı müəyyən edilir. JN-0053 KOD 50409018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən və mübahisələndirilən 0,29 ha hissəsinin koordinatları cavabdehlərin istifadəsində olan torpaq sahəsinin 0,16 ha hissəsinin koordinatları ilə üst-üstə düşür.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkə zinin 04.10.2019–cu il tarixli, 10309 nömrəli rəyinə istinad etməklə, iddianı qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X KOD X saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin 0,16 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə qaytarılmasını qət etmişdir. Lakin İddiaçı apelyasiya dəlillərində həmin rəylə razılaşmayaraq, ona məxsus torpaq sahəsinin bütövlükdə cavabdehlər tərəfindən zəbt olunduğunu göstərmişdir.
28. Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2019-cu il tarixli, 10309 nömrəli rəyində birinci sual üzrə tədqiqat zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin İddiaçı verilmiş 0.46 ha torpaq sahəsi ilə ümumi sərhədləri olmadığı müəyyən edilsə də, ikinci sual cavablandırılarkən JN-0053 KOD X saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən və mübahisələndirilən 0.29 ha hissəsinin koordinatlarının cavabdehlərin istifadəsində olan torpaq sahəsinin 0.16 ha hissəsinin koordinatları ilə üst-üstə düşdüyü göstərilmişdir.
29. Ona görə də, məhkəmə kollegiyası XKOD X saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən və iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün 0,29 ha deyil, 0,46 ha təşkil etməsini, iddiaçı ilə cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin ümumi sərhədləri olmadığı halda, həmin torpaq sahələrinin müəyyən hissədə koordinatlarının üst–üstə düşməsinin kifayət qədər aydın olmamasını, bununla da birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyinin tam və aydın olmamasını nə zərə alaraq, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və X1 14.07.2020-ci il tarixli, 262 saylı rəyi əldə edilmişdir.
30. Həmin rəyə əsasən, X saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003–cü il tarixli, 97 saylı qərarı ilə İddiaçı və onun ailə üzvünün mülkiyyətinə verilmiş Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində yerləşən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri həm sənəd üzrə, həm də naturada müəyyən edilmiş, JN–0042 KOD 50409018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003–cü il tarixli 97 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri sənəd üzrə müəyyən edilmiş, JN–0043 KOD 50409018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003–cü il tarixli, 97 saylı qərarı ilə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində 1,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri sənəd üzrə müəyyən edilmişdir. Həm iddiaçı, həm cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrinin naturada müəyyən edilən faktiki ölçüləri həmin torpaq sahələrinin Dövlət Aktında göstərilən ölçüləri ilə uyğundur. İddiaçı məxsus 0,46 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutularaq naturada istifadə edilir.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı məxsus Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində yerləşən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutularaq istifadə edilmiş və iddiaçının öz torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneə yaradılmışdır.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
33. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.