Məhkəmə qərarları › İş №2(102)-3955/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3955/2022

30.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3955/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(107)-422/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Vəkil) şikayəti üzrə işə yazılı icraat qaydasında 30 iyun 2022-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 68.231.65 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 68.261.65 manatın tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 nömrəli qətnaməsi ilə (hakim F.Nəsibov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(0 14)-1298/2021 nömrəli qətnaməsi ləğv edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı «Meqa Sığorta” ASC hüquqi şəxs (VÖEN **********), Cavabdeh (VÖEN **********), həmçinin X1 da fərdi sahibkar statusuna (VÖEN **********) malik olması müəyyən edilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mövcud olmuş münasibətin kökündə məhz kommersiya fəaliyyəti durur. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əssasən hesab etmişdir ki, iddiaçı hüquqi şəxs və əsas tələb üzrə Cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla, hazırki mübahisə onların ayrı-ayrılıqda həyata keçir ilən sahibkarlıq fəaliyyətindən (yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən) irəli gəldiyindən bu mübahisəyə mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı (Vəkil) qərardaddan şikayət verib, Şəki Apellyasiya Məhkəməsinin 2(107)422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olsa da, lakin hazırkı mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İddiaçı tərəfindən işin məhkəmə aidiyyəti düzgün müəyyən edilmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, Şəki Apellyasiya Məhkəməsini n Mülki Kollegyasının 2(107)-422/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı ləğv edilməli, iş məhkəmə aidiyyatı məsələsinin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata ke çirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İşdən görünür ki, iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini subroqasiya qaydasında zərərvurandan tələb edir. Belə ki, 08 avqust 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtomobillə “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobil Bakı-Quba yolunun 11-ci kilometrliyində toqquşaraq yol-nəqliyyat hadisəsinin b aş verməsində Cavabdeh təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 3(105)-525/2021 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı ləğv edilmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 sentyabr 2019-cu il tarixli qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini E.Məmmədovun 31 may 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, həmin iş üzrə təkrarən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyun 2020-ci il tarix li qərarda onun əməlində inzibati xəta olması müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçının idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtobucun mülkiyyətçisi X2r, Cavabdeh həmin avtobusu fiziki şəxs Salamov Rövşən tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli yol vərəqəsinə əsasən idarə etmişdir. Belə olan halda, mübahisənin aidiyyət məsələsinin həll edilməsi üçün cavabdehin delikt törədilən zaman həmin avtobusla sahibkar kimi sərnişindaşıma fəaliyyətini həyata keçirməsi, yoxsa, sürücü qismində əmək funksiyalarının icrası ilə bağlı avtobusu idarə etməsinin aydınlaşdırılması böyük əhəmiyyət kəsb edir. Çünki yuxarıda qeyd edilən Plenum Qərarının 14-cü bəndində bu barədə xüsusilə vurğulanmışdır ki, deliktdən irəli gələn mübahisələrdə kommersiya hüqu qi şəxsi olmayan subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Buna görə də, hazırki iş üzrə apellyasiya məhkəməsinin yalnız subyekt tərkibinə istinad etməklə mübahisənin Kommersiya məhkəməsinə aid olması barədə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının he ç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş məhkəmə aidiyyatı məsələsinin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxılarkən mübahisənin cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olub- olmadığı aydınlaşdırılmalı və bundan sonra hazırki mübahisəyə məhkəmə aidiyyəti müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1, 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-422/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı ləğv edilsin, mülki iş məhkəmə aidiyyatı məsələsinin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar