Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3956/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına qarşı (Cavabdeh2 və “xxxx” MMC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə aid hüquqi sənədlərin verilməsi öhdəliyinin yerinə yetirilməsi, mənzilin verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunmaq öhdəliyi, protokol və çıxarışın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyev a Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və üçüncü şəxs xxxnun vəkili X5 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)952/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili X9 oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş binalardan xxx-ya ayrılmış yeni 5 saylı tikilinin ünvan 2saylı mənzilin ilkin hüquqi sənədlərin (protokoldan çıxarış qərarının) ona verilməsi öhdəliyinin yerinə yetirilməsinin xxx-nın (xxx mənzillərin bölüşdürülməsi komissiyasının) üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsində araşdırma zamanı Cavabdeh2 və “xxxx” MMC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinin əlavə verərək, ünvan 1 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş binalardan xxx-ya ayrılmış ünvan 1 saylı mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-678/2018 nömrəli q ətnaməsi ilə (hakim N.A.Bağırov) iddia tələbi təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-10248/2018 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənov - sədrlik edən və məruzəçi, hakimlər X.A.Mərdanovadan və İ.Ş.Vəliyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-678/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2375/2019 nömrəli qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həm in məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8397/2019 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımov - sədrlik edən və məruzəçi, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-678/2018 nömrəli qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, ünvan 2 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş binalardan Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına ayrılmış yeni ünvan 1 saylı mənzilin ilkin hüquqi sənədlərinin (protokoldan çıxarış qərarı) İddiaçı verilməsi öhdəliyinin yerinə yetirilməsinin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (Mənzillərin Bölüşdürülməsi Komissiy asının) üzərinə qoyulması və həmin mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7213/2019 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və üçüncü şəxs xxxnun kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-952/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, hakimlər E.Q.Nəbiyev və R.Ə.Qurbanovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-678/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X9 oğlu kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-952/2020 nömrəli qətnaməsininləğv edilərək, iş üzrə iddianın təmin olunması və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi hüquq normaları səhv tətbiq edilmiş, nəticədə iddiaçının qanunla qorunan mənzillə təminat hüququ pozulmuşdur. Belə ki, Azər baycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarında və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsində xxx ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən xx xxxx 2017-ci ildə mənzillərin bölüşdürülməsinə dair püşk atma keçirilməsi və bu püşk atma nəticəsində ünvan 1mərtəbəsində sahəsi 99 kv.m. olan 27 saylı mənzilin iddiaçının payına düşməsi faktı mübahisə edilməyən dəlil və fakt kimi təsdiq və etiraf edilmişdir. Qeyd edilən mövqelər Bakı Apelyasiya Məhkəməsi tərəfindən araşdırıldıqda iddiada irəli sürülən faktiki hallarının iddia tələbinin qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmadığı qeyd edilmiş və bu iddiaçının xxx yataqxanasında xx xxxxxx 2003-cü ildə yataqxana orderində Dövlət İqtisad Universitet inin əməkdaşı olduğu halda xxx-nin işçisi kimi yerləşməsi ilə əlaqələndirilmişdir. Həmin order xxx-nın səlahiyyətli şəxsləri tərəfindən verilmiş rəsmi sənəddir. X7 Universitetinin yazılı xahişi ilə iddiaçıya xxx-nın Aspirantlar yataqxanasında yaşayiş yeri verilmişdir. Bundan başqa iddiaçının həyat yoldaşı tam ştat vahidilə 2003-cü ildən xxx-da işləyən şəxsdir. İddiaçının ailəsinə mənzil növbəliyi əsasında xxx-da mənzil verilməsi yataqxana sakini olan xxx-da işləyib-işləməməyindən asılı olmayaraq başqa yaşayış yeri olmayan, sakinlər üçün ilk növbədə verilməsi üçün tikilmiş binadır. xxx tərəfindən 2017-ci ilin oktyabr ayında iddiaçını orderlər-çıxarış təqdim edilmə siyahısından çıxarılmasının əsası kimi onun 0,5 ştatda işləməsi göstərilmişdir. Lakin mənzillərin verilməsi barədə Bakı şəhəri İ cra Hakimiyyətinin qərarında, 2006-cı ilin mənzillərin bölüşdürülməsi komissiyanın arayışında xx xxxxxx 2012-ci il tarixli müqavilədə tikilən bu mənzillərin Aspirantlar yataqxanasında yaşayan xxx-da işləyən işçilər və sakinlərin ailə üzvləri üçün verildiyi qeyd edilir. Sənədlərdə heç bir halda mənzillərin bölgüsünün yalnız ştat vahidləri üzrə aparılacağı, yəni ya tam ştatla və yaxud 0,5 ştatla işçilərə verilə bilməsi öz əksini tapmamışdır. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən iş üzrə onun izahatı alınmamışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs xxxnun vəkili X5 izahatında, habelə məhkəməyə təqdim ol unmuş yazılı etirazlarında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasında nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhk əmələr tərəfindən müəyyən edilmiş işin hallarına görə xxx X8 tərəfindən həmin qurumun yataqxana və Mənzil Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 01 nömrəli protokoluna əsasən verilmiş xx.xx.2003-cü il tarixli 45 nömrəli orderlə xxx İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi İddiaçı (ailə tərkibi 2 nəfər) xxx-nın ünvan 3 ünvanında yerləşən yataqxanasında yaşayış sahəsi 22,5 kv.m olan 21 “a” saylı mənzil ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “xxx Aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2012-ci il tarixli 564 nömrəli Sərəncamına əsasən xxx-nın xx.xx.2012-ci il tarixli 06-10-280 saylı razılıq məktubu, “xxxx” MMC-nin xx.xx.2012-ci il tarixli 01/07.12 saylı müraciəti və tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə nəzərə alınaraq, ünvan 4 ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələşdirilməsi həmin cəmiyyətə icazə verilmişdir. Sifarişçi xxx ilə podratçı “xxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli podrat müqaviləsindən aydın olur ki, podratçı, ünvan 5 ünvanında xxx-ya məxsus yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasının inşası üçün BŞİH-nin sərəncamı əsasında xxx-ya məxsus 0.66 ha torpaq sahəsində 1 ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının layihə sənədlərinə və müqavilənin şərtlərinə uyğun olaraq tikintisini öz öhdəsinə götürmüş, müqavilənin 1.2-ci bəndində binanın layihə-smeta sənədlərinin hazırlanmasını və binanın tikintisini podratçının öz hesabına həyata keçirəcəyi, 1.3-cü bəndində xxx-ya məxsus qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi üzərinə götürdüyü, 1.4-cü bəndində mənzillərin tikintisi başa çatdıqdan sonra BŞİH tərəfindən təsdiq olunmuş ayrıc aktı əsasında ayrılmış 0,66 ha torpaq sahəsinin və podratçının vəsaiti hesabına inşa olunmuş bütün tikinti sahələrinin müvafiq dövlət orqanlarında özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsinin sifarişçi tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. İş materiallarından həmçinin aydın olur ki, xx.xx.2012-ci il tarixli podrat müqaviləs ində sifarişçiyə ayrılacaq mənzillərin sayı və girişin nömrəsi göstərilmədiyindən tərəflər arasında yaranmış anlaşılmazlıqların tənzimlənməsi məqsədilə müqavilənin ayrılmaz hissəsi hesab edilən podrat müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələr protokolu tərtib edilmiş, protokolun 1-ci bəndinə əsasən müqavilədə qeyd olunan ünvanda “xxxx” MMC-nin vəsaiti hesabına tikilməkdə olan yaşayış kompleksində 5000 kv.m-in ödənişsiz əsaslarla xxx-ya verilməsi, 2-ci bəndinə əsasən xxx-ya veriləcək mənzillərin yerləşdiyi mərtəbə, otaqların sayı, ümumi və yaşayış sahələri göstərilməklə təsdiq edilmiş siyahısının MMC tərəfindən xxx-ya təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan və adı çəkilən yataqxanada yaşayan bir sıra şəxslərin tərtib etdikləri akta görə, xxx İqtisadiyyat İnstitutun un böyük elmi işçisi, yataqxanada qeydiyyatda olan və yaşayan İddiaçı həqiqətən 54 xxx əməkdaşı ilə birlikdə xx.xx.2017-ci il tarixində xxx ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanındakı yataqxananın ərazisindəki yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və xxx-da işləyən elmi işçilərin xxx-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsində iştirak etmiş, ona püşkatma zamanı ünvan 1 ünvanındakı bir bloklu yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 99 kv.m sahəyə malik 27 saylı mənzil düşmüşdür. İddiaçı məhz sözügedən püşkatmanın nəticələrinə istinadla müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, həmin püşkatma nəticəsində onun ailəsinin payına düşmüş 27 saylı mənzilə aid sənədlərin ona verilməm əsinin, habelə mənzilin digər şəxsə ayrılmasının qanunsuz olduğunu irəli sürmüşdür. İddiaçının apelyasiya şikayətini rədd edən apelyasiya instansiyası məhkəməsi iş materiallarına hüquqi qiymət verərək və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyinə istinad edərək hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Hansı ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yənidispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Qeyd edilən maddi hüquq normalarından göründüyü kimi yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçıya həmin yataqxanada otaq verilərkən o, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin işçisi olmuş, yalnız 2013-cü ildə xxx İqtisadiyyat İnstitutunda işləməyə başlamışdır. Azərbaycan Milli Elmlər X4 xx xxx 2017-ci il tarixli 8/21 nömrəli və xx.xx.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2 nömrəli protokolundan Çıxarış”dan görünür ki, mənzil qanunvericiliyinin tələblərinə əsasən xxx-nın ünvan 1 ünvanında yerləşən aspirantlar yataqxanasında qeydiyyatda olan daimi və fasilələrlə yaşayan, mənzillə təmin edilməməsi qərara alınan sakinlərin siyahısında İddi açı da adı qeyd olunmuşdur. xxx Rəyasət Heyətinin xx xxx 2017-ci il tarixli 8/21 nömrəli və xx.xx.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının xx xxxxxxxx 2017-ci il tarixli 3 nömrəli protokolu”ndan görünür ki, xxx Rəyasət Heyətinin xx xxx 2017-ci il tarixli 8/21 nömrəli və xx xxxx 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “xxx ilə “xxxx” MMC arasında xxx-nın ünvan 1 ünvanında yerləşən Aspirantlar yataqxanasının ərazisində yeni yaşayış evlərinin tikintisi barədə bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqaviləyə uyğun olaraq, “xxxx” MMC tərəfindən xxx-ya ayrılmış mənzillərin mənzil qanunvericiliyinə uyğun olaraq xxx-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan tam şta tla işləyən əməkdaşlarına bölüşdürülməsi qərara alınmışdır. xxx Rəyasət Heyətinin xxx-nın əməkdaşlarının mənzil təminatı haqqında xx xxxxxxxx 2017-ci tarixli 10/12 saylı qərarına əsasən “xxx-nın xx xxx 2017-ci il tarixli, 8/21 nömrəli və xx xxxx 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış xxx-nın mənzillərin bölüşdürülməsi komissiyası”nın “xxxx” MMC tərəfindən ayrılmış mənzillərin xxx-nın Aspirantlar yataqxanasındakı qeydiyyatda olan, yaşayan və qeydiyyatda olub yaşamayan əməkdaşlarına bölüşdürülməsinə dair xx xxxxxxxx 2017-ci il tarixli 1 nömrəli və xx xxxxxxxx 2017-ci il tarixli 3 nömrəli protokolları təsdiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xxx-nın RəyasətHeyətinin xx.xx.2017-ci il tarixli 8/21 nömrəli və xx xxxx 2017-ci il tarixli 9/23 saylı qərarları ilə yaradılmış Mənzillərin bölüşdürülməsi Komissiyasının xx.xx.2017-ci il tarixli iclasının qərarına əsasən ünvan 1rayonu, ünvan 1 küçəsi 12 ünvanında yerləşən Aspirantlar yataqxanasında qeydiyyatda olan, daimi və fasilələrlə yaşayan, xxx-nın elmi müəssisə və təşkilatlarında 0,5 ştat vahidi ilə işləyən sakinlərin (ailələrinin) mənzillə təmin edilməməsi qərara alınmış, adıçəkilən komissiyanın xx.xx.2017-ci il tarixli 3 nömrəli qərarına görə isə, “xxxx” MMC tərəfindən xxx-ya ayrılmış 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 99 kv.m olan 2 otaqlı, 27 nömrəli mənzil Cavabdeh2 5 nəfərdən ibarət ailəsinə ayrılmış, həmin qərar Azərbaycan Milli Elmlər X1 xx.xx.2017-ci il tarixli 10/12 saylı qərarı ilə təsdiq edilmiş və mənzilə dair Cavabdeh2 ilə “xxxx” MMC arasında müvafiq müqavilə bağlanı lmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 36-cı bəndinə əsasən X3 mərkəzi aparatı və onun strukturuna daxil olan elmi müəssisə və təşkilatları, regional elmi bölmə və mərkəzləri, elmi, elmi xidmət, xidmət və sosial xidmət müəssisələri Akademiyanın vahid sistemini təşkil edir; 39-cu bəndinə əsasən Akademiyanın ali idarəetmə orqanı X2; 62-ci bəndinə görə isə, X6 Akademiyanın vəzifələrini və funksiyalarını həyata keçirən kollegial icra orqanıdır. Beləliklə, Akademiyanın vəzifələri və funksiyaları ilə bağlı qərar qəbul etmək səlahiyyəti Rəyasət Heyətinə məxsus olmaqla Rəyasət Heyətinə rəhbərliyi Akademiyanın prezidenti həyata keçirir. X3 müvafiq qərarı ilə xxx-nın işçilərinə tikiləcək binadan mənzillərin ayrılması məsələlərin həll edilməsi ilə bağlı mənzillərin bölüşdürülm əsi komissiyası yaradılmış, komissiya tərəfindən yataqxana sakinlərinin mənzillə təmin edilməsi üçün püşkatma keçirilsə də, həmin püşkatma ilə bağlı komissiya tərəfindən hər hansı qərar qəbul olunmamış və belə qərar X6 tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası izah edir ki, iddiaçının mübahisələndirilən mənzillə əlaqədar hər hansı hüquqları yaranmadığından, ona dair üçüncü şəxs Cavabdeh2 verilmiş sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər фnormativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətl ərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarına və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən əvvəl qəbul edilmiş hüquqi mövqeyə uyğun olmuş, iş üzrə prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır. Nəhayət qeyd olunmalıdır ki, iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işin bütün faktiki hallarının araşdırmamasına və sübutlara düzgün hüquqi qiymət verilməməsinə istinad etsə də, Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Odur ki, məhkəmə kollegiyası apelyasiya insta nsiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili X9 oğlu tərəfindən verilmiş kasasiya şikayətitəmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-952/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3956/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3956/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver