Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3957/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-265/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 sentyab r 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. ünvan 1 ünvanda 450 kv.m. torpaq sahəsində 1954-cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26,5 kv.m., ümumi sahəsi 45,5 kv.m.-dən ibarət yaşayış evi xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X1 məxsus olmuş, xx.xx.1992-ci il tarixdə onun tərəfindən İddiaçı (bundan sonra - cavabdeh) 25000 manata satılmış, xx.xx.1992-ci il tarixdə həmin evə dair sonuncunun adına qeydiyyat vəsiqəsi verilmişdir.
2. Yevlax şəhəri, Nəbati küçəsindəki 374 kv.m. torpaq sahəsində yerləşən 18 nömrəli ev iddiaçının atası X3 məxsus olmuş, o, 20 yanvar 1993-cü ildə ölmüşdür.
3. Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 450 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 351,89 kv.m, yaşayış sahəsi 195.41 kv.m, köməkçi sahəsi 156,48 kv.m. olan 8 otaqlı ev atasından iddiaçının qardaşı X7 miras qalmış, 07 noyabr 2001-ci ildə həmin əmlaka dair sonuncuya qeydiyyat vəsiqəsi verilmişdi.
4. Yevlax rayon Aqrara İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə verilmiş JN-3618A kod 90101002 olan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Yevlax şəhər sakini X7 ailə üzvləri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə 0,05 hektar torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin üzərində yaşayış sahəsi 65,5 kv.m olan ev mövcud olmuşdur.
5. Yevlax şəhəri, Əli Bayramov küçəsindəki X6 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kv.m. yaşayış, 156,48 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi xx.xx.2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində X6 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 evdən dərhal çıxarılmaları, evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ev onun xüsusi mülkiyyətində olmuş, buna dair onun adına xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər onun evini zəbt edərək, sökmüş, evini hissələrə ayırmaqla satmışlar.
8. Məh kəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır, hazırda cəza çəkmə müəssisəsində cəza çəkir, əvvəllər ünvan 1 ünvanda iddiaçıya məxsus ev olmuşdur, buna dair iddiaçı 1992-ci ildə adına qeydiyyat vəsiqəsi də almışdır, 1994-cü ildə iddiaçının qardaşı, cavabdehlərin atası (həyat yoldaşı) mərhum Paşa həmin evi sökərək yerində özünə ev tikmiş və həmin vaxtdan da ailəsi ilə birlikdə orada yaşayırlar. Hesab edirlər ki, Paşa 1994-cü ildə həmin evi sökərək yerində özünə ev tikdiyindən evə görə onlara dəymiş ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh1 iddia ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı onun qaynıdır, qaynı uzun illərdir ki, narkoti k aludəçisidir, mübahisəli ünvanda illər əvvəl köhnə balaca tikili olmuş, mərhum həyat yoldaşı 1994-cü ildə iddiaçı ilə aralarındakı danışığa-razılığa əsasən həmin tikilini sökərək, yerləşdiyi torpaq sahəsində, hazırda onların yaşadığı ikimərtəbəli 2 saylı evi tikmiş, həmin vaxtdan da onlar ailəliklə həmin evdə yaşayırlar, evin çıxarışı da həyat yoldaşının adınadır. Elə həmin illərdə sökülmüş köhnə evinin əvəzinə Paşa iddiaçıya Yevlax şəhərində binadan 2 otaqlı mənzil almış, iddiaçı ailəsi ilə birlikdə uzun illər orada yaşamış, sonradan həmin mənzili sataraq Bakı şəhərinə köçmüşlər, hazırda iddiaçı cəza çəkmə müəssisəsində cəza çəkməkdədir. Həyat yoldaşı Paşa sağ olan zaman onların münasibəti yaxşı olmuş, Paşa bir qardaş kimi həmişə həm maddi, həm də mənəvi cəhətdən iddiaçıya dayaq olmuş, Paşa rəhmətə gedəndən sonra iddiaçı fürsətdən istifadə etməyə başlayaraq, onlardan pul almaq üçün hazırkı əsassız iddianı qaldırmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında digər Cavabdeh3 da oxşar məzmunlu izahat verərək, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, onlarda olan sənədlərə əsasən və araşdırmalarla müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanda əvvəlcə olan ev sökülmüş, sonradan yerində yeni ev tikilmiş və İdarə tərəfindən həmin evə dair çıxarış yeni evi tikmiş X6 adına verilmişdir. Göstərilənlərə ə sasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2(039)-505/2020 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin edilməmişdir.
13. Məhkəmə tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, ünvan 1 ünvanda bir otaqlı ev 1994-cü ildə sökülərək yerində X6 adına verilmiş sənədlərdə (çıxarışda) göstərilmiş fərdi yaşayış evi tikilmişdir. Mübahisəli ünvanda faktiki olaraq hazırda iddiaçıya məxsus olan hər hansı fərdi yaşayış evi mövcud deyildir. İddiaçı tərəf isə 1994-cü ildən iddiaçıya məxsus evin söküldüyünü təsdiq etsə də, həmin vaxtdan indiyə qədər məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan şəkildə izah edə, əsaslandıra bilməmişdir.
14. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, hazırkı iddia əsassız olduğundan, iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən hazırkı iddia ilə bağlı tələb hüququ üzrə iddia müddəti ötürüldüyündən onun iddiası təmin edilməməlidir.
15. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisəyə səbəb olan tikili ilə bağlı hadisələr 1992-1994-cü illərdə baş verdiyindən hazırkı mübahisəyə xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllə tətbiq olunmalıdır.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 73, 76, 77, 82-ci maddələrinı istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qət naməsi çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə proseslərində cavabdehlər ona məxsus olan evi sökdürərək satılmasını etiraf etmişlər. İşin materiallarında onun adına olan evin çıxarışı təqdim edilib. Cavabdehlə r həmin çıxarış üzrə evi sökərək tamamilə yox ediblər. Evin texniki pasportu var. Həmin texniki pasportda evin mövcud forması, sxemi və koordinatları vardır. Həmin ev sökülərək başqa yerdə tikilmiş, sonra isə yenidən tikilmiş ev də sökülərək onların həmin evə girməmələri üçün tamamilə satılmışdır. O, vurulan ziyanla bağlı müvafiq ekspertizanın keçirilməsini istəmişdir. Məhkəmə vermiş olduğu vəsatətlərinin birini belə təmin etməmişdir. Onun əmlakı razılığı və icazəsi olmadan sökülüb, tamamilə satılmışdır. Həyətdə iki fərdi yaşayış evi var. Onun evi və ona aid torpaq sahəsinin cavabdehlərə heç bir aidiyyətı yoxdur. Bütün bunları məhkəmə yerində evinə baxmaqla aydınlaşdıra bilərdi. Ona aid olan çıxarışın döngə və nöqtələrinin cavabdehlərlə heç bir bağlılığı yoxdur. Qeyd etdiyi halları yerli m əhkəməyə vermiş oİduğu vəsatətlərinin biri təmin edilsəydi, müəyyən etmək mümkün idi. Çünki evin konkret yeri, bu gün də cavabdehlərə aid deyil. Məsələ ondan ibarətdir ki. cavabdehlər onun evini sökərək başqa bir ev tikib. Bu tikilən evin də qardaşı X6 adında olan evlə heç bir bağlılığı yox idi. Həmin evdə o və ailəsi yaşayıblar. O, tutulandan sonra isə bu evi də sökərək üzərində bir daş belə qoymamışlar. Nəticə etibarilə, bütün bunlar onların evdən çıxarılmalarına hesablanmışdır. 19. "xxxx" MMC-nin 18 mart 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanda 1954-cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi 45.5 kv.m-dən ibarət, 1994-cü ildə sökülmüş fərdi yaşayış evinin mülki işin 88-89 vərəqlərində olan texniki pasportda göstərilən tikint i materiallarının aşınma dərəcəsi nəzərə alınmaqla yenidən bərpa edilməsinə (ustanın əmək haqqı və sərf olunacaq materiallarla birlikdə) 19288manat vəsait müəyyən edilir.
20. Mingəçevir şəhəri "xxxx" MMC-nin Cavabdeh3 müraciəti əsasında verdiyi fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə 12 may 2021-ci il tarixli rəyində göstərilmişdir ki, 1994-cü ildə sökülmüş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həmin vaxta qiyməti 3000 manat olmuşdur. 21. "xxxx" MMC-nin İddiaçı nümayəndəsi Nümayəndə müraciəti əsasında verdiyi daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı 16 may 2021-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 2 ünvanda 1954 cü ildə tikilmiş bir mərtəbəli bir otaqlı yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi 45.5 kv.m-dən ibarət 1994-cü ildə isə sökülmüş fərdi ya şayış evinin fərdi yaşayış evinin tikinti norma və qaydalarının tələblərinə uyğun smetası hesablanmışdır və təmir-bərpa işləri üçün çəkilməli xərcin yekun qiyməti 16960,73 manat müəyyən edilmişdir.
22. Şəki şəhər Salman Mümtaz küçəsində fəaliyyət göstərən "Evim İnşaat" tikinti materialları mağazasının tikinti mütəxəssisi X4 verdiyi rəydə göstərilmişdir ki, yuxarıda göstərilən 1954-cü ildə tikilmiş və 1994-cü ildə sökülmüş 7.1*7.7 metr ölçüdə olan evin bərpa edilməsi üçün 9000-11000 manat vəsait lazımdır.
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(107)-67/2021 saylı qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ayaz Mahmudov) iddiaçı tərəfindən verilmiş apell yasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlərdən 16960,73 manat dəymiş ziyana görə, 190 manat hüquqi xidmətə görə ödənmiş pul və 30 manat dövlət rüsumu 24 avqust 2019-cu ildə ölmüş X5 miras qalmış və cavabdehlər tərəfindən qəbul edilmiş Yevlax şəhəri Əli Bayramov küçəsindəki mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kv.m yaşayış, 156,48 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və qəbul edilmiş digər miras əmlaklar hesabına alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
24. Məhkəmə tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, ünvan 1 ünvanda bir otaqlı ev 1994-cü ildə sökülərək yerində X6 adına verilmiş sən ədlərdə (çıxarışda) göstərilmiş fərdi yaşayış evi tikilmişdir.
25. Məhkəmə, həmçinin araşdırmalar əsasında müəyyən etmişdir ki, mübahisəli ünvanda faktiki olaraq hazırda iddiaçıya məxsus olan hər hansı fərdi yaşayış evi mövcud deyildir. İddiaçı tərəf isə 1994-cü ildən iddiaçıya məxsus evin söküldüyünü təsdiq etsə də, həmin vaxtdan indiyə qədər məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan şəkildə izah edə-əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia əsassız olduğundan, iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən hazırkı iddia ilə bağlı tələb hüququ üzrə iddia müddəti ötürüldüyündən onun iddiası təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq hesab etmişdir k i, birinci instansiya məhkəməsi iddianı tamamilə rədd edərkən evin sökülməsi nəticəsində dəymiş ziyanla bağlı tələbi və hüquqi yardıma görə ödənilmiş 190 manat tələbini də təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 4 nömrəli ünvanda mövcud olmuş və X9 tərəfindən sökülmüş ev İddiaçı mülkiyyətində olmuşdur. Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 2 nömrəli ünvanda olan 8 otaqlı ev X7 20 yanvar 1993-cü ildə ölmüş ataları X2 miras əmlak kimi vərəsəlik qaydasında keçmişdir.
27. Kollegiya bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddia müddətinin ötməsinə, eyni zamanda iddianın əsaslı olmamasına istinad etmişdir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə əsaslı iddianı iddia müddəti keçdiyi halda iddia müddəti tət biq etməklə rədd etməkdə haqlıdır. Əsassız iddiaya gəlincə isə iddia tələbinin qanuni əsası olmamasına istinad edilməklə iddia rədd edilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hər iki hala istinad etməklə gəldiyi nəticəsi düzgün deyildir.
29. Kollegiya qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli hüquq münasibətləri 1994cü ildə yarandığından mübahisənin həllinə xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin maddələri tətbiq edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 24 avqust 2019-cu ildə ölm üş cavabdeh X9 borcunu etiraf edən konkret hərəkətlər etmişdir ki, onun nəticəsi olaraq İddiaçı ona qarşı öldüyü vaxta qədər iddia ilə məhkəməyə müraciət etməmişdir. X6 24 avqust 2019-cu ildə ölməsi ilə vərəsəlik açılmış, X5 miras qalmış əmlaklar, o cümlədən Yevlax şəhəri Əli Bayramov küçəsindəki mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kv.m. yaşayış, 156,48 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi miras əmlak kimi cavabdehlər tərəfindən qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası tərəflərin təqdim etdikləri rəyləri, ekspertin rəyini və mütəxəssisin qiymətləndirməsini əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, Azərbaycan Respublikası "xxxx" MMC-nin rəyi işin hallarına daha çox uyğundur və inandırıcıdır.
32. Məhkəmə kollegiyası i ddia tələbinin cavabdehlərin ünvan 1 evdən dərhal çıxarılmaları hissəsində təmin edilməsini qeyri-mümkün hesab etmişdir. Çünki iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi evin mövcud olmadığı onun verdiyi iddia ərizəsindən, işə əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir. Həmin iddianın “evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın” 16960,73 manatdan artıq hissəsini də təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
33. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Re spublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 81, 442, 452, 454, MPM-in 14.2, 76.1, 76.2, 76.3, 77.1, 88-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
34. Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdehin əri mərhum Paşa Orucovun borcunu etiraf etməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Paşa Orucov heç bir qarşılıq gözləmədən qardaşına (iddiaçıya) maddi və mənəvi dayaq olub. Apellyasiya məhkəməsi bunu mübahisəyə hüquq münasibətlərinin yarandığı vaxt da qüvvədə olan Mülki Məcəllənin iddia müddətinə dair müddəalarını deyil, sonradan qüvvəyə minmiş Mülki Məcəllənin iddia müddətinə dair müddəalarını tətbiq etmək üçün edib. Bununla da MPM-in 217.2-ci maddəsinin tələbləri pozulub. Mübahisəli evin söküldüyü 1994-cü ildən məhkəməyə müraciət edildiyi vaxtadək keçən 27 ilə yaxın müddət ərzində iddiaçının harada yaşaması, onun Yevlax şəhərində yerləşən mənzildə yaşayıb-yaşamaması, həmin mənzilin kimin mülkiyyətində olması, iddiaçının nə səbəbdən 1994-cü ildən Paşa Orucovun öldüyü 24 avqust 2019-cu il tarixə qədər məhkəməyə müraciət etməməsi araşdırlmayıb. X6 adına Çıxarış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, Yevlax şəhəri, Ə.Bayramov küçəsi, 4 saylı evə dair iddiaçının adına olan çıxarış isə alqı-satqı müqaviləsi əsasında verilmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) xx.xx.2021-ci il tarixli, 2(102)-5474/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır.
37. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iddiaçının qardaşı X6 borcunu etiraf edən konkret hərəkətlər etməsini göstərsə də, bu hərəkətlərin nədən ibarət olmasını, nə vaxt baş verməsini aydınlaşdırmamış, bu halı hansı sübuta əsasən müəyyən etdiyini göstərməmişdir. Baxmayaraq ki, apellyasiya məhkəməsi həmin hərəkətlə rin məhz konkret olmasını qeyd etmişdir.
38. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi bir tərəfdən X6 borcunu etiraf edən konkret hərəkətlər etməklə iddia müddətinin axımının kəsilməsinə və etirafdan sonra müddətin axımının davam etməsinə, digər tərəfdən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə istinad etmişdir. Lakin qətnamədən görünmür ki, apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına istinad etməklə iddiaçının tələbinə iddia müddətinin şamil olunması nəticəsinə, ya da əksinə, şamil olunmaması nəticəsinə gəlmişdir. Halbuki belə mövqe əsaslı sayıla bilməz. Çünki məhkəmə tələbi iddia müddətinin şamil edilmədiyi tələblərə aid edirsə onda ümumiyyətlə iddia müddəti tətbiq edilməməlidir, belə olan halda müddətin axımının başlaması, kəsilməsi, dayanması və yenidən axımının davam etməsi kimi halların araşdırlmasına zərurət də qalmır.
39. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf evin iddiaçının razılığı ilə sökülməsini, bunun müqabilində iddiaçıya mənzil alınmasını bildirmiş, iddiaçının nümayəndəsi də birinci instansiya məhkəməsində evin iddiaçının razılığı ilə sökülməsini etiraf etmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi cavabdehin etirazının əsasını təşkil edən bu dəlilləri yoxlamamışdır. Baxmayaraq ki, bu dəlillərə qiymət verilməsi həmin hissədə iddianın obyektiv və qanuni həlli, eləcə də qətnamənin əsaslılığı baxımından müh üm əhəmiyyət kəsb etmişdir.
40. Məhkəmə kollegiyası öz mövqeyini MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə istinadla əsaslandırılmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
41. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Rövşən Rəfiyev) xx.xx.2022-ci il tarixli, 2(107)-265/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
42. Məhkəmə kollegiyası Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, bi rinci instansiya məhkəməsi mübahisələndirilən hissədə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və MPM-in tələblərini nəzərə alaraq iddianın maddi ziyanla bağlı hissəsini düzgün olaraq iddia müddəti tətbiq etməklə təmin etməmişdir.
43. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı tərəf sökülən evlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Tərəflər arasında mübahisəyə səbəb olan tikili ilə bağlı mübahisə 1994-cü ildə baş verdiyindən hazırkı mübahisəyə xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəlləni tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
44. Məhkəmə kollegi yası şikayətin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, mübahisəli evin 1994-cü il tarixdə sökülməsini, iddiaçı tərəfə ev almaq şərti ilə tərəflər evin sökülməsi ilə bağlı razılığa gəldiyini iddiaçının nümayəndəsi məhkəmə iclasında təsdiq etmişdir.
45. Həmçinin iddiaçı cavabdehlərdən sökülmüş evlə bağlı özünə dəymiş zərərə görə pul məbləği istəyir. Yəni sökülmüş evin yerində ev tikilib-tikilməməsinin tələbin mahiyyətinə hər hansı bir aidiyyəti yoxdur.
46. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarına, xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 77, MPMin 76-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsinə dair yeni məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, 1994-cü il tarixində evin sökülməsindən söhbət gedə bilməz. Onun yaşadığı və mülkiyyətində olan fərdi yaşayış evi 2004-cü ildə tamamilə sökülərək onun yanında sökülmüş materiallardan hazırda həyətdə olan ikinci ev tikilmiş, o da həbsdə olduğu dövrdə bu yaşadığı ev də tamamilə sökülərək satılmışdır. Qardaşı ona ev alacağını inandıraraq, sökülmüş evinin yerindən bir az kənarda ev tikdirmiş və onları orada saxlamışdır. Bu səbəbdən qardaşının s ağlığında olduğu dövrdə mübahisələri olmayıb. İddiaçı tərəfindən müddət ötürülməyib. Mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş norması ilə, yəni 73-cü maddəsi ilə nizamlana bilməz. Məhkəmə heç bir əsas olmadan onların evlərini 1994-cü ildə söküldüyünü əsaslandırmağa çalışmışdır. Ona ziyan vurulub və həmin ziyan ödənilməlidir. Vurulan ziyan 2004-cü ildə başlanmış və bitmişdir. Ona görə də mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları illə baxılıb, hüquqi qiymət verilməli idi. Məhkəmə tərəfindən ona münasibətdə mülki hüquq normaları açıq-aşkar pozulmuşdur. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllə
49. Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
50. Maddə
77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Mülki Prosessual Məcəllə
51. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndi rdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kass asiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
62. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla, onlara qiymət verilə bilməz.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-265/2022 nömrəli mülki iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.