Məhkəmə qərarları › İş №2(102)-396/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-396/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-396/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyinin mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6113/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh 1 və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, xxxx2014-cü il tarixli xxxxx saylı baş kredit müqaviləsinə əsasən İddiaçı-nin “Şirvan” filialı Cavabdeh1 illik 17 faiz dərəcəsi olmaqla 48 ay müddətinə 270000 manat məbləğində kredit vermişdir.

2. Həmçinin iş materialları müəyyən edilir ki, həmin kreditin təminatı olaraq Cavabdeh3 məxsus fərdi yaşayış evi, Cavabdeh1 məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bu barədə ipoteka müqavilələri bağlanmışdır. 3. xx.xx.2014-cü il tarixli, xx saylı xx.xx.2014-cü il tarixli, xxx saylı Baş Kredit Müqaviləsinə əlavə sazişdən görünür ki, xxxx.2014-cü il tarixli, xxx s aylı Baş Kredit Müqaviləsinə əlavə olaraq x yerləşən Stasionar tipli yanacaq doldurma məntəqəsi və ünvan 3 ünvanında yerləşən 1020 saylı mənzil girov qoyulmuş əmlaka əlavə olunmuşdur. Eyni zamanda Cavabdeh7 məxsus ünvan 3 ünvanında yerləşən 1020 sayı mənzil, Cavabdeh1 məxsus ünvan 4i ünvanında 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv.metr olan qeyri-yaşayış sahəsi də ipotekaya qoyulmuşdur.

4. Eyni zamanda iş materiallarından görünür ki, ipotekaya qoyulmuş əmlaklar onları qoyan şəxslərin xüsusi mülkiyyətində olmuşdur.

5. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəb ərdar etmiş və tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

6. Bununla yanaşı iş materiallarından görünür ki, fərdi yaşayış evində Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində isə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyul 2017-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 27.02.2017-ci il tarixə Cavabdeh1 İddiaçı-yə olan borcu 375528,23 manat məbləğində təşkil edir, o cümlədən əsas kredit borcu 250597,58 manat, faiz borcu 70930,65 manat və cərimə borcu 54000 manat. 8. 14.08.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 250.597,58 manat əsas borcu, 90693,43 manat faiz borcu və 54000 manat dəbbə pulu olmaqla, cəmi 395291,01 manat məbləğində borcu vardır. 9. “xxxx” MMC tərəfindən verilmiş 07 fevral 2017-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh1 məxsus fərdi yaşayış evinin 0,1208 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 65000 manat, Cavabdeh7 məxsus mənzilinin bazar qiyməti 115000 manat, Cavabdeh1 məxsus fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 75000 manat, Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin (yanacaq doldurma məntəqəsinin) 0,30 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 205000 manat təşkil edir.

10. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xxxx.2014-cü il tarixli baş kredit müqaviləsinə əsasən İddiaçı-nin “Şirvan” filialı Cavabdeh1 Əlixan oğluna 270000 manat məbləği ndə kredit vəsaitini verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xxxx.2014-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə 250597,58 manat əsas borcun, 28091,57 manat faiz borcunun, 40765,39 manat cərimə borcunun, cəmi 319.454,54 manat bo rcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 155 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin, cəmi 185 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv.m olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzilə, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakların hərracdan satılması və onların satı şından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xxxx.2014-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə 319454,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 185 manat məbləğində pulun İddiaçı-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv.m olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzilinə, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və mənzillər satıldıqdan sonra ən geci 1 ay ərz ində Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv. m olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və evin boşaldılması, Cavabdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzildən Cavabdeh7 çıxarılması və mənzilin boşaldılması, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evindən Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaiti qeyd olunan xxxx.2014-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması, ipoteka predmetləri olan Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv. m olan fərdi yaşayış evinin, Cavabdeh1 məxsus yerləşən 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv. m olan qeyriyaşayış sahəsinin, Cavabdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzilin, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evinin, Cavabdeh1 məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 xxxx.2014-cü il tarixli, xxx saylı kredit müqaviləsi üzrə 250.597,58 manat əsas borcun, 90.693,43 manat faiz borcunun, 54000 manat cərimə borcunun, cəmi 395291,01 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 155 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin, cəmi 185 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv.m olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv. m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzilə, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməs i, bu əmlakların hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xxxx.2014-cü il tarixli xxxx saylı kredit müqaviləsi üzrə 395291,01 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 185 manat məbləğində pulun İddiaçı-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv.m olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus yerləşən 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv.m olan qeyriyaşayış sahəsinə, Cavabdeh7 məxsus ünvan yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzilinə, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və mənzillər satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv. m olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və evin boşaldılması, Cavabdeh7 məxsus ünvan 6 ünvanında 2 yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzildən Cavabdeh7 çıxarılması və mənzilin boşaldılması, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evindən Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaiti qeyd olunan xxxx.2014-cü il tarixli xxxx saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulma sı, ipoteka predmetləri olan Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv.m olan fərdi yaşayış evinin, Cavabdeh1 məxsus 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv. m olan qeyri-yaşayış sahəsinin, Cavabdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzilin, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evinin, Cavabdeh1 məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-637/2017 saylı 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 250.597,58 manat əsas borcun, 90.693,43 manat faiz borcunun və 10000 manat cərimə borcunun, cəmi 351.291,01 manat məbləğində borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 50 manat rüsumunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv.m olan fərdi yaşayış evinə ilkin satış qiyməti 75000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 məxsus 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv. m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 205000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzilə ilkin satış qiyməti 115000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evinə ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilməklə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 xxxx.2014-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə borclu olduğu 351.291,01 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 80 manat məbləğində pulun İddiaçı-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv.m olan fərdi yaşayış evinə, Cavabdeh1 məxsus 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81,6 kv.m olan qeyri-yaşayış sahəsinə, Cav abdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzilinə, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və mənzillər satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 480,7 kv.m olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2, Cavabdeh7 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 81,3 kv.m olan xüsusi mülkiyyətli mənzildən Cavabdeh7, Cavabdeh3 məxsus ünvan 7 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249,9 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evindən Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıx arılmaları, ipoteka predmetlərinin açıq hərracdan satışından əldə edilmiş vəsaitin xxxx.2014-cü il tarixli xxxx saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıma lıdır.

15. Bundan başqa məhkəmə hesab etmişdir ki, dəbbə pulunun məbləği tənasübsüz olaraq yüksək olduğundan onun məbləği azaldılmalıdır.

16. Həmçinin kredit qaytarılmadığına görə qanuna və ipoteka müqaviləsinə görə ipoteka predmetinə tutma yönəldilməsinə üçün əsas yaranmışdır.

17. Bununla yanaşı qanunda ipoteka predmetinin boşaldılması nəzərdə tutulmadığından iddia həmin hissədə əsassızdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 295, 296.1, 385.1, 386.1, 442, 445, 448.1, 462.1, 465.2, 467, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3.3, 47.4, 59.1, 59.3, 59.4-cü, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyas ı məhkəməsindəki icraat

19. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 apellyasiya şikayətləri vermişlər.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6113/2019 nömrəli iş üzrə 15 may 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-637/2017 saylı 18 avqust 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh7 qarşı təmin olunmuş hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin normaların ı işin müəyyən edilmiş hallarına tətbiq etməklə düzgün olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan 250.597,58 manat əsas borcu, 90.693,43 manat faiz borcu ondan tutulmalı, tutma ipoteka predmeti olan əmlaklara yönəldilməlidir.

22. Bundan başqa iş materiallarından görünür ki, cavabdehlər məhkəmə iclası barədə xəbərdar olunsalar da iclasda iştiraklar təmin etməmişlər, bu da mülki prosessual qanunvericiliyin tələbinə görə işə baxılmasına mane deyildir.

23. Eyni zamanda iş üzrə Cavabdeh1 iddiaçı ilə bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində da ha az borcun yarandığı barədə hər hansı sübutu təqdim etməmişdir. Həmçinin hər iki apellyasiya şikayətində ipoteka predmetlərinin qiymətinin qiymətləndirici tərəfindən real bazar qiymətindən çox aşağı qiymətə qiymətləndirilməsi göstərilsə də, bu halı təsdiq edə biləcək hər hansı sübut da təqdim olunmamışdır. Beləliklə, cavabdehlər öz mövqeyini əsaslandırmaq üçün nəinki müvafiq sübutlar təqdim edə bilmiş, hətta məhkəmə iclasında iştiraklarını belə təmin etməmişlər.

24. Bundan başqa apelyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı cavabdehlərin Bankla bağlanmış kredit müqaviləsinin mübahisələndirilməsi və X3 Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddianın verilməsi ilə bağlı hazırki iş üzrə icraatın dayandırılmasına dair verilmiş vəsatətləri əsassız sayaraq, hazırki mübahisəyə baxılmasının uzadılması məqsədini güddüyündən təmin etməmişdir. Həmçinin Kollegiya qeyd etmişdir ki, hazırki işə apellyasiya qaydasında baxılarkən cavabdehlərin ayrı-ayrı vaxtlarda ayrı-ayrılıqda məhkəmə qətnaməsindən apellyasiya şikayətləri vermələri səbəbindən mülki iş həmin apellyasiya şikayətlərinin mümkünlüyünün yoxlanılması üçün dəfələrlə apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilmişdir ki, bu da cavabdehlərin təqsiri üzündən hazırki işə baxılıb məhkəmə qərarının qəbul edilməsi məsələsini ləngitmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehlər tərəfindən mülki işin icraatının dayandırılması ilə bağlı verilmiş vəsatətləri əsassız sayaraq təmin etməmişdir. Kass asiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC tərəfindən verilmiş 07 fevral 2017-ci il tarixli rəy ilə əmlaklar dəyərindən aşağı qimətləndirilmişdir və ona görə də əsaslı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər h ansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxma qla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh7 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

33. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

34. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçi rməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

35. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

36. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irə li sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

37. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

38. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

39. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (ma ddə 443)

40. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

41. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

42. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)

43. Əgər borclu öhdəliyin lazımın ca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)

44. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

45. Əgər müqavilənin iştira kçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) “İpoteka haqqında” Qanun

46. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33) 47. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

48. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

49. Məhkəmə ipoteka p redmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)

50. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. (maddə 47.4)

51. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. (maddə 59.1)

52. İpoteka qoyulmuş yaşayı ş evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (maddə 59.3)

53. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla bi rlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. (maddə 59.4) Mülki Prossesual Məcəllə

54. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

55. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

56. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

57. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

58. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

59. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. (maddə 416)

60. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 62. “xxxx” MMC tərəfindən verilmiş 07 fevral 2017-ci il tarixli rəyinin əsaslı olmaması ilə bağlı kassa siya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. 63. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

64. Məhkəmə kollegiyası qeyd olunanları nə zərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6113/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar