Məhkəmə qərarları › İş №2(102)-396/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-396/2024

24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-396/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-994/2023 saylı, 26 sentyab r 2023cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş X10 Ərizəçi anasıdır. X2 2002-ci ildən 20 noyabr 2020-ci il tarixədək ahıl yaşlarında qulluq etdiyini göstərən ərizəçi anasına ahıl yaşlarında qulluq etdiyi dövrün nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də tələbindən imtina edilmişdir. Bu səbəbdən də ərizəçi 03 mart 1932-ci ildə anadan olmuş və 20 noyabr 2020-ci il tarixdə vəfat etmiş X2 2002-ci ildən 20 noyabr 2020-ci il tarixədək ahıl yaşlarında qulluq etməyi faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 mart 1932-ci ildə anadan olmuş və xx.xx.2020-ci ildə vəfat etmiş X2 2002-ci ildən xx.xx.2020-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X10 03 mart 1932-ci ildə Şəki şəhərində anadan olmuş və xx.xx.2020- ci il tarixdə vəfat etmişdir. 2002-ci ildə anasının 70 yaşı olmuşdur. Həmin vaxtdan, yəni 2002-ci ildən ölən gününədək, yəni xx.xx.2020-ci ilədək ahıl yaşda anası ilə o ünvan 1 ünvanında birlikdə yaşamış və ona qulluq etmişdir. Bu hal Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 n ömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 30 sentyabr 2022-ci il tarixli arayışı və qonşuların iştirakı ilə tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. xx.xx.2020-ci il tarixdən ona yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə o, Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsilə zəruri sənədləri təqdim edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, əmək kitabçasında olan iş stajı və 70 yaşından 88 yaşınadək ahıl anasına qulluq etdiyi dövr nəzərə alınmaqla sosial müavinətin ləğv edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmiş və bildirilmişdir ki, anası X10 vəfat etdiyi üçün ona 2002-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək qulluq etməyiniz məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulduğundan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Göründüyü kimi qurum tərəfindən təqdim etdiyi əmək kitabçasına və digər sənədlərə əsasən sığorta stajı 13 il 11 ay təşkil edir ki, bu da qanunla nəzərdə tutulduğundan azdır. Əgər 2002-ci ildə 2020-ci ilədək qoca, ahıl anasına qulluq etməyi məhkəmə qaydasında təsdiq edilərsə, sığorta stajı qanunla nəzə rdə tutulan sığorta stajını tamamlayacaq və onun yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır.

4. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsində yazılanları müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi İsgəndər Əlizadə ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 izahat verərək göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. İddiaçının ailə üzvlərini də tanıyır. X10 onun müəlliməsi olub. xanımın anasıdır. İsmət xala yaşlı olduğundan tez-tez yaddaşı itirdi uzun həmin vaxtlar qızı Şahnaz ona q ulluq edirdi.

7. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 izahat verərək göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. X3 Əliəkbərovanın anası olmaqla onu uşaq vaxtı görmüşdür. Şahnaz xanımın anası İsmət Rəsulovaya yaşlı olduğundan baxdığın bilibdir

8. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(075)-1072/2023 saylı 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Vəliyev) Ərizəçi 03 mart 1932-ci ildə anadan olmuş və xx.xx.2020-ci ildə vəfat etmiş X2 2002-ci ildən xx.xx.2020-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Ərizəçi X2 2002-ci ildən xx.xx.2020 -ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi anası İsmət Rəsulova ilə birlikdə yaşamalarını bildirsələr də sonuncunun ona qulluq etməsi və ya İsmət Rəsulovanın hər hansı xəstəlikdən əziyyət çəkməsi öz təsdiqini tapmamaqla ona qulluq etməsi sübuta yetirilməmişdir.

10. Brinci instansiya məhkəməsi Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşaraq qeyd etmişdir ki, Ərizəçi 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşaması və X2 baxmasının necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir.

11. Beləliklə məhkəmə Ərizəçi 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşamış və X2 baxmasını təsdiq edilməsinin mümkü nlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına, Azərbaycan Mülki Prosessual Məcəllənin 305.1.1, 307.2.11, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Əri zəçi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarının tələblərini pozmuş, qanunu səhv təfsir etmiş, sübutları əlaqəli şəkildə şərh etməmiş, təqdim edilmiş sübutların qəbul edilməməsini qətnamədə aydın izah etməmiş, dəlilləri cavablandırılmamış, düzgün səbəblərini qətnamədə aydın izah etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

15. Qanunvericiliyin tələbindən də göründüyü kimi Qaydaların 4.1.8-ci yarımbəndində ahıl şəxslərə qulluqetmə müddətinin hesablanması nəzərdə tu tulmuşdur. X5 31 mart 1932ci ildə doğulmuş və 2002-ci ildə onun 70 yaşı, yəni ahıl yaşı olmuşdur. Bu hal məhkəmə tərəfindən də müəyyən olunmuşdur.

16. Məhkəmə iclası zamanı vəsatəti ilə dindirilmiş şahidlər onunla qonşu olduqlarını, mərhum anasını və onu tanıdıqlarını, mərhum anası ilə eyni ünvanda, bir evdə yaşadıqlarını, anasına ölənədək qulluq etdiyini bildirsələr də, məhkəmə şahid ifadələrini, dəlillərini qəbul etməmiş, qəbul etməməyinin də səbəbini qətnamədə əsaslandırmamışdır. Mərhum anası onunla birlikdə ünvan 3 ünvanında yerləşən evdə yaşamışsa, ona o, qulluq etmiş, qayğısına qalmışdır.

17. Tərəfindən məhkəməyə qonşuları X11, X12 və X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt təqdim edilmişdir. Həmin aktda Ərizəçi 2002-ci ildən xx.xx.2020-ci ilədək anası X10 ilə ü nvan 1 ünvanında yaşadığı və ahıl yaşlı anasına baxdığı qeyd edilmişdir. Lakin məhkəmə nədənsə aktı qəbul etməmiş, araşdırımamış, hüquqi qiymət verməmiş və bu aktın sübut kimi qəbul edilməməsinin səbəbini qətnamədə əsaslandırımamış, izah verməmişdir.

18. Göründüyü kimi dəlilləri, sübutları məhkəmə tərəfindən qəbul edilməmiş və qəbul edilməməsinin səbəbi qətnamədə izah edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəmə sinin 31 may 2023-cü il tarixli, e-2(075)-1072/2023 saylı qətnaməsinin ləğv edilməsini və Ərizəçi iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)-1072/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-994/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Hüseynov) apellyasi ya şikayəti təmin edilməmiş Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(075)1072/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclası zamanı vəsatəti ilə dindirilmiş şahidlərin onunla qonşu olduqları, mərhum anasını və onu tanıdıqlarını, mərhum anası ilə eyni ünvanda, bir evdə yaşadıqlarını, anasına ölənədək qulluq etdiyini bildirsələr də, məhkəmənin şahid ifadələrini, qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktı qəbul etməməsinə, anası ilə birlikdə yaşamışsa anasına onun qulluq etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, şahid X1 məhkəmə iclas protokolundakı ifadəsindən göründüyü kimi o, İsmət xala yaşlı olduğundan tez-tez yaddaşının itdiyini, o, xəstə olduğu vaxtlarda Şahnazın ona qulluq etdiyini bildirmiş, digər şahid X11 isə İsmət Rəsulova yaşlı olduğundan ona qızı Şahnaz xanımın baxdığını göstərmişdir. Beləliklə şahidlərin ifadələrindən Ərizəçi məhz 2002-ci ildən 20 noyabr 2020-ci il tarixədək X7 qulluq etməsi müəyyən edilməmişdir. Hansı ki, ərizəçinin məhkəməyə sübut qismində təqdim etdiyi akt da məhz həmin şahidlərin iştirakı ilə tərtib edilmişdir. Həmçinin Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 sentyabr 2022-ci il tarixdə verilmiş arayış iş materialına əlavə edilsə də Ərizəçi 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşaması və X2 baxmasının necə müəyyən edil diyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin sübutları əlaqəli şəkildə şərh etməməsi, təqdim edilmiş sübutların qəbul edilməməsinin qətnamədə aydın izah edilməməsi, dəlillərin cavablandırılmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin təqdim etdiyi bütün dəlillərə qiymət verilmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qə bul edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİ hissələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na, Azərbaycan Respubli kasının MPM-in 14.2, 76.1, 76.2, 77.1, 217.4, 305.1.1, 307.2.11, 308-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Ərizəçi (vəkil-Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-994/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin vəsatəti ilə məhkəmədə dindirilmiş şahidlər ərizəçi ilə qonşu olduqlarını, mərhum anasını və onu tanıdıqlarını, ərizəçinin mərhum anası ilə eyni ünvanda, bir evdə yaşadıqlarını, anasına ölənədək qulluq etdiyini bildirsələr də, birinci instansiya məhkəməsi şahid ifadələrini, mö təbər sübut kimi qəbul etməmiş, qəbul etməməyinin də səbəbini qətnaməsində əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. İşin mübahisəsiz halıdır ki, ərizəçinin mərhum anası onunla birlikdə ünvan 3 ünvanında yerləşən evdə yaşamış, ərizəçi də ona qulluq etmiş, qayğısına qalmışdır. Ərizəçi məhkəməyə qonşuları X11, X12 və X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2023- cü il tarixli akt da təqdim etmişdir. Həmin aktda Ərizəçi 2002-ci ildən xx.xx.2020-ci ilədək anası X10 ilə ünvan 1 ünvanında yaşadığı və ahıl yaşlı anasına baxdığı qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi nədənsə aktı sübut kimi qəbul etməmiş, hüquqi qiymət verməmiş və bu aktın sübut kimi qəbul edilməməsinin səbəbini qətnamədə əsaslandırımamışdır. Ç ox təssüf ki, apellyasiya instansiyası məhkəməsi yenə də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır və öz fərziyələrini əsas hesab edərək, yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiyası baxımından düzgün araşdırma aparmadan, apellyasiya şikayətinin təmin olunmaması haqqında qətnamə qəbul etmişdir.

29. Məhkəmə MPM-in 9.3-cü maddəsində göstərilən vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra etmişdir.

30. İş üzrə tərəflərin təqdim etdiyi sübutlar ümumiyyətlə qanunvericiliyin tələb etdiyi formada araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir.Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir.Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslan dırılmamışdır.Yuxarıda sadalanan maddi hüquq normalarının nəzərə alınmaması və tətbiq edilməməsi buna əyani sübutdur.

31. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi filialı kassasiya şikayətinə qarşı etiraz göndrərək, ərizəçinin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-994/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

33. Maddə

38. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikasının Qanunu

34. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:...21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti...

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının; 4.1-ci bəndinə görə əmək pensi yasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: 1. patronajın təyin edilməsi barədə qərara əsasən; 2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.

37. Maddə

38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qa nunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

39. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

40. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bilet i, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kollegiya b ildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə ərizəçinin kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün işdə iştirak edən şəxslərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşk il etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 2(107)-994/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar