Məhkəmə qərarları › İş №2(102)-3962/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3962/2019

14.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3962/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi,iddiaçının vəkili katibliyi, İddiaçı, vəkili X5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma tələbinə dair, eyni zamanda iddiaaçılar Cavabde h2, Cavabdeh1,Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7, və üçüncu şəxs Cavabdeh3 cavabdeh İddiaçı və Bakı şəhəri 37 saylı notariat kontoruna, və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, qeydiyyatın ləğvi barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nuriyev) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, P8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3, Cavabdeh2, P8, Cavabdeh4, Cavabdeh5 Vladislavovna, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri ************************ nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilmiş, onların həmin mənzildən çıxarılmaları, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və S.Hacıyev) Nizami rayon məhkəməsinin 03 avqust 2016-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 28 iyul 201 8-ci il tarixli qərarı ilə (sədrlik edən M.Əhmədova, hakimlər Ə.Əhmədov və V.İbayev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Vəliyev, hakimlər X.Mərdanova və E.Həsənov) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 17 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Ə.Rüstəmov, hakimlər G.Quliyev və Ə.Nurməmmədov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Eyni zamanda digər bir icraatda qəbul edilmiş Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 iyun 2018-cı il tarixli qətnaməsi ilə (sədrlik edən M.Sadıqov) iddiaçı Cavabdeh2 nın və qeyrilərinin cavabdeh İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, qeydiyyatın ləğvi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 ilə İddiaçı arasında 25 iyun 2012-ci il tarixdə Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanaraq reyestrdə 4Ə/2-282 nömrə ilə qeyd edilmiş Bakı şəhəri, ************************* saylı mənzilinin alqı-satqısına dair AN-İ ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, **************************** saylı evin 24 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 25 iyul 2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmasına dair RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. İşə yeni apellyasiya baxışında hər iki iş bir icraatda birləşdirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışınski, hakimlər Z.Əliyev və R.Eyvazov) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh2, X3, X8, Cavabdeh6, Cavabdeh7 və müstəqil tələb irəli sü rən üçüncü şəxs Cavabdeh3 cavabdehlər İddiaçı, Bakı şəhəri 37 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab olunması, qeydiyyatın ləğvi” tələbinə dair iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLLİLƏRİ Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, P8,Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 03.05.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2, P8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 onun mülkiyyətində olan Bakı şəhəri ************************* nömrəli evin ******* nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iş material larından görünür ki, iddiaaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7, və üçüncu şəxs Cavabdeh3 cavabdeh İddiaçı və Bakı şəhəri 37 saylı notariat kontoruna, və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, qeydiyyatın ləğvi barədə iddia vermişdir. İşə üçüncü apellyasiya baxışında hər iki iddialar üzrə işlər bir icraatda birləşdirilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri ***************************** saylı 1 otaqlı mənzildən ibarətdir. Mənzilin mülkiyyətçisi Cavabdeh3 olmuşdur. Eyni zamanda İnna və X4 Lubovna, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 R8 ailə üzvüləri olmaqla həmin məmzildə pasport qeydiyyatındadılar. R8 ilə İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 25 iyul 2012ci tarixli alqı-satqı müqaviləsnə əsasən sonuncu mübahisə predmeti olan mənzili almış və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Müqavilə bağanarkən R8 ailə üzvləri olan yuxarıda adları sadalanan şəxslərin razılığı alınmamışdır. Belə ki, müqavilə bağlanarkən 67 saylı MKİS-nin verdiyi 01 iyun 2012-ci il tarixli arayışa əsasən mənzildə R8 başqa heç kim qeydiyyata olmamışdır. İddiaçı bildirir ki, mənzili qanunla müəyyən olunmuş qaydada almışdır. 67 saylı MKİS-i tərəfindən şəhv verilmiş arayışın ona aidiyyatı yoxdur. Ona görə də mülkiyyətçi və onun ailə üzvləri mənzili tərk etməlidirlər. R8 bildirir ki, bağladığı müqa vilə forma etibarı ilə alıq-satqı müqaviləsi olsa da həmin müqaviləni İddiaçı aldığı borcun təminatı olaraq bağlamışdır. Borcun əksər hissəsini qaytarmışdır. Ona görə də İddiaçı iddiası rədd edilməlidir. R8 ailə üzvləri bildirirlər ki, mülkiyyətçinin ailə üzvləri olduqları və mənzildə qeydiyyatda olduqları halda alıq-satqı müqaviləsinin bağlanması zamanı onların razılıqları alınmamışdır. Bununla yanaşı alıq-satqı müqaviləsi bağlanarkən digər qanun pozuntularına da yol verilmişdir. Ona görə də həmin müqavilə etibarsız sayılmalıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququları itirilməklə mübahisəli mənzildən çıxarılması hissəsində hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi mübahisəli mənzilə dair alıq-satqı müqaviləsi 25.07.2011-cı ildə bağlandığı və İddiaçı R. Postarnakovanın və onun ailə üzvlərinin mənzildən çıxarılmasına dair iddianı 03.05.2016-cı ildə verdiyi halda mülkiyyətçinin ailə üzvləri alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddianı 04 dekabr 2017-ci ildə vermişlər. Azərbaycan Respublikası MM-nin 354-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi R8 ailə üzvləri mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürmüşlər. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin müqavilənin etibarsızlığı barədə iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdir ilmədən saxlamışdır. Bununla yanaşı işin halları ilə müəyyən olunur ki, R8 mübahisə predmeti olan mənzili ailə üzvlərinin istifadə hüququları ilə yüklü şəkildə satmışdır. Çünki sonuncuların mübahisə predmeti olan mənzilə istifadə hüquqları olmuşdur və onlar alqı-satqı müqaviləsinin bağlanmasına yazılı razılıq verməmişlər. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi mülkiyyətçi məznildə istifadə hüququları olan şəxslərin razılığı olmadan mülkiyyətində olan əşya üzərində sərəncam vermək hüququna malikdir. Eyni zamanda həmin Məcəllənin 152.5-ci maddəsinin tələblərinə görə mülkiyyətç i mülkiyyətində olan əşya barəsində qanunla və ya müqavilə ilə müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində sərəncam verə bilər. Beləliklə işin halları və sadalanan maddi-hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, mübahisə predmeti olan mənzil R8 ailə üzvlərinin istifadə hüququları ilə yüklü şəkildə satılmışdır. İddiaçı bu hala etirazı ondan ibarətdir ki, o, mənzilin yüklü şəkildə satılmasndan xəbərdar olmamışdır. Ona görə də bu halla bağlı onun məsuliyyəti yoxdur və hüquqları məhdudlaşdırılmamalıdır. MM-nin 572.1-ci maddəsinin tələblərinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymət inin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Göründüyü kimi hazırkı işdə satıcı Cavabdeh3 mübahisəli mənzili satarkən həmin məznilin yüklülüyü barədə İddiaçı məlumatlandırılmadığından sonuncunun hüququ vardır ki, ona üçüncü şəxslərin hüquqları ilə yüklü əşya verildiyinə görə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinini ləğvini və ya qiymətin azaldılmasını tələb etsin. Yəni alıcının daşınmaz əçyanı əldə edərkən əşyanın yüklülüyündən məlumatlı olmaması ona hüquq vermir ki, hər hansı bir kompensasiya ödəmədən şəxsləri istifadə hüquqularına malik olduğu mənzildən çıxarsın. İşin göstərilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, R8 ailə üzvl əri olan Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququları itirilməklə onların mübahisəli mənzildən çıxarılması hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Şərh edilənləri və Azərba ycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququları itirilməklə mübahisəli mənzildən çıxarılması hissəsində hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar