Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3963/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alğı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-9 5/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 29.12.2015-ci il tarixli, 626 saylı alğı-satqı müqaviləsinə əsasən “Satıcı” – iddiaçı “KİA optima” markalı, sedan tipli, 2015-ci il buraxılışlı, G4KEFH176022 mühərrik nömrəli, KNAGN412BG5662427 ban nömrəli, ağ mirvari rəngli, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – mübahisəli avtomobil) faizsiz olaraq “Alıcıya” – cavabdehə satmağı, “Alıcı” isə həmin avtomobilin dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq ilkin ödəniş kimi 6200 manat, əlavə xərclərə görə 3800 manat, qalan məbləği isə 36 ay müddətinə hər ay 1006 manat, ödənişin sonuncu ayında isə 996,53 manat ödəməyi öhdələrinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli avtomobil istifadəsində olduğu müddətdə bir neçə inzibati xəta törətmiş, həmin xətalara görə ümumilikdə 1310 manat cərimə yığılmış və həmin məbləğ MMC tərəfindən ödənilmişdir. Bundan başqa, cavabdeh 2016-cı ilin oktyabr ayında avtomobili sərxoş vəziyyətdə idarə edərək qəza törətmiş və avtomobilə ciddi ziyan dəymişdir. Avtomobilə cavab dehin təqsiri nəticəsində ziyan dəydiyindən cavabdeh özü təmir etdirmişdir. Lakin avtomobili lazımi səviyyədə təmir etdirmədiyindən MMC avtomobili yenidən təmir etdirmiş və təmir xərcləri 4070 manat təşkil etmişdir. Cavabdeh atomobilin dəyərindən ümumilikdə 27046 manat ödəmiş, hazırda onun 15360,54 manat məbləğində əsas borcu qalmışdır. Cavabdeh ödənişləri 620 gün gecikdirdiyi üçün ona 6237,20 manat cərimə və 62000 manat icarə haqqı hesablanmışdır. Ödəniş cədvəlində avtomobilin dəyəri 30200 manat olaraq yanlışlıqla qeyd edilmişdir. Belə ki, aylar üzrə ödənişlərin məbləği ilkin ödənişlə toplandığı halda avtomobilin dəyərinin müqavilədə göstərildiyi kimi 42406,54 manat olması öz təsdiqini tapır (iddia tələbinə əlavə edilmişdir). Cavabdeh qarşılıqlı iddia verərək 29 dekabr 2015-ci il tarixli 626 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nisyə alğı-satqı müqaviləsi üzrə alınmış avtomobilin təmiri üçün ödənilmiş 8158 manatın və kasko sığortası adı ilə alınmış 3800 manatın avtomobilə görə nəzərdə tutulmuş ödənişə daxil edilməsi, avtomobilin dəyərinin tam ödənilmiş hesab olunması və avtomobilin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi artırılmışdır). Qarşılıqlı iddia tələbi onunla əsalandırılmışıdır ki, o, MMC-dən nisyə alğı-satqı müqaviləsi əsasında dəyəri 30200 manat olan mübahisəli avtomobili ilkin ödəniş olaraq 5905 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 6200 manat ödəməklə almışdır. Eyni zamanda 29 dekabr 2015-ci il tarixdə avtomobilin kasko sığorta olunması üçün 3800 manat məbləğində əlavə pul ödəmişdir. Hə min avtomobil 2016-cı ilin oktyabr ayında qəzaya düşən zaman avtomobilin MMC tərəfindən sığorta olunmadığı müəyyən olunmuşdur. Yaranmış mübahisənin genişlənməməsi üçün qarşılıqlı razılığa gələrək həmin avtomobilin təmir xərcinin satıcıya ödənilməli olan pulla əvəzləşdirilməsi və ondan "kasko" sığorta adı ilə alınmış 3800 manat məbləğində pulun onun tərəfindən həmin avtomobilə görə satıcıya ödəniş kimi qəbul edilməsi barədə razılığa gəlmişlər və 2017-ci ilin may ayının 19-da əvvəlki müqavilənin şərtlərini dəyişən yeni iki illik müqavilə bağlayaraq avtombilin dəyərini 30200 manat məbləğində müəyyən etmişlər. Sığorta haqqı adı ilə ondan alınmış 3800 manat və təmir üçün onun tərəfindən ödəniləcək 8158 manatın 30200 manatdan çıxılmaqla 2019-cu ilin may ayının 19-dək ödəyib qurtarması barədə raz ılığa gəlmişlər. Müqavilə bağlanan vaxt o, əlavə müqaviləni MMC-dən götürməmişdir. Həmin müqavilə əsasında o, 2018-ci ilin yanvar ayınadək MMC-yə müəyyən məbləğdə pul ödəmiş və 2018-ci ilin mart ayında evakuatorla avtomobili razılaşma əsasında Bakı şəhərində yerləşən "xxxx"-ə aparmışdır. "KİA SERVİS"-də "qüsur aktı" əsasında təmir üçün xərc 8162,58 manat müəyyən edilmiş və o həmin məbləği "xxxx"-ə MMC-nin adından ödəmişdir. Onun iddiaçıya həmin vaxtdan borcu qalmadığı halda, əvvəllər olan gecikmələrinə görə 5000 manat cərimə ödəməli olduğu bildirilərək, ona etibarnamə verməyi dayandırmışlar. Avtomobil Beyləqan şəhərində Beyləqan rayon polis şöbəsinin yol polisi əməkdaşları tərəfındən saxlanılaraq polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilmiş və ondan müqavilə şərtinə uyğun olaraq 1 9 may 2019-cu il tarixədək borcunu ödəməsi tələb olunmuşdur. Yeni müqavilənin müddətinin bitməsindən 3 gün sonra, 22 may 2019-ci ildə avtomobili Beyləqan rayon polis şöbəsinin müvəqqəti duracağından götürərək Bakı şəhərinə aparmışlar. MMC səhlənkarlıq edərək avtomobili "kasko" sığorta etdirməməsi nəticəsində sığorta ödənişinin ödənilməməsinə görə onun həmin avtomobilin təmiri üçün ödədiyi 8158 manat və həmin sığorta üçün ondan alınmış 3800 manat avtomobil üçün ödənişə aid edilməli, həmin avtomobil dəyəri tam ödənilmiş hesab edilməklə onun mülkiyyətinə verilməlidir. Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək göstərmişdir ki, MMC-nin məhkəməyə təqdim etdiyi 29 dekabr 2015-ci il tarixli 626 saylı alğı-satqı müqaviləsi rəsmi reyestrdə qeydə alınmalı olan əşya barəsində bağlandığı üçün o notarial qaydada təsdiqlənməli idi. Eyni zamanda həmin müqavilənin 4.1-ci bəndində avtomobilin qiyməti barədə razılıq olmadığı halda, həmin bəndin üzərinə sonradan avtomobilin qiymətinin 42406,54 manat olması əlavə edilmişdir. Halbuki, müqavilənin 12.8ci bəndinə əsasən bu müqavilənin mətnində dəyişikliklər tərəflərin yazılı razılığı ilə edilə bilərdi. Müqavilə predmeti olan avtomobil rəsmi reyestirdə qeydə alınmalı olan daşınar əmlak olduğundan onun alğı-satqısına dair müqavilə notariat qaydasında təsdiq olunduğu andan etibarlı olur. Hesab edir ki, ilk növbədə ilkin iddianın əsasını təşkil edən müqavilənin etibarlılığı məsələsi araşdırılmalı, sonra isə tərəflərin həm iradə ifadəsi təfsir edilməli, onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlaba tan mühakimə əsasında müəyənləşdirilməlidir. Belə ki, bağlanmış müqavilə şərtləri əslində rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakın nisyə alğı-satqısından çox, lizinq müqaviləsinin şərtlərinə oxşayır, lakin bu müqavilə üzrə lizinq münasibətləri istisna olunur, çünki lizinq müqaviləsi əmlakdan istifadə müqaviləsidir, lizinq müqaviləsində nəzərdə tutulmuş mükafat da məhz həmin əmlakdan istifadəyə görə ödənilən haqdır. Bu müqavilə üzrə isə onlar əmlakdan müvəqqəti istifadə ilə bağlı deyil, onun nisyə alğı-satqısı barədə razılığa gəlmişlər. Eyni zamanda həmin əqdin nisyə alğı-satqı müqaviləsi olmasını nəzərə alaraq avtomobilin dəyərinin 24000 manat qaldığı halda, onun üzərinə 12000 manat gəlməsi heç bir qanuni əsaslara söykənmir. Belə ki, ödənilməmiş 24000 manat məbləğin üzərinə faiz gəlməsi barədə heç bir razılıq olmayıb, eyni zamanda "Satıcının" illik 28 faiz kredit vermək səlahiyyəti olmayıb. Həmin məbləğ heç bir qanuni əsas olmadan avtomobilin qiymətinə əlavə edilərək onu ağır vəziyyətə salmış, nəticədə onun ödənişlərlə bağlı problemləri yaranmışdır. Müqavilədə avtomobilin qiymətinin 24000 manat qalan hissəsinə heç bir qarşılıqlı razılaşma olmadan faiz tətbiq edərək 12000 manat artırılması mülki qanunvericiliyin tələblərinə əsasən əsassız varlanma kimi qiymətləndirilməlidir. MMC-nin nümayəndəsinin etiraf etdiyi kimi onun tərəfindən 3800 manat "kasko" sığorta üçün ödənilmiş haqq ancaq daxili sığorta üçün ödənilmişdir, lakin avtomobil sərxoş vəziyyətdə idarə olunduğu zaman qəzaya uğradığına görə həmin avtomobili təmir etməmişlər. Hesab edir ki, bu mülki məsuliyyətdə n yayınmaq üçün bir bəhanədir, həmin avtomobilin sərxoş idarə olunması sübuta yetirilməyib və onların sığorta fəaliyyəti göstərmələri üçün heç bir hüquqları yoxdur, sadəcə həmin vaxt onlar həmin məbləği alsalar da, hansısa məqsədlə avtomobili "kasko'' sığorta etdirməmişlər və nəticədə mülki hüquq pozuntusu törədərək ona zərər vurmuşlar. Qeyd olunanlara əsasən cavabdeh hesab etmişdir ki, alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, müqavilə predmeti olan avtomobilin dəyəri tam ödənilmiş hesab edilməli və avtomobil onun mülkiyyətinə verilməlidir. İmişli Rayon Məhkəməsinin (hakim Qurban Hacıyev) 2(036)-104/2020 nömrəli iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək cavabdehdən 5360,54 manat əsas borc, 1000 manat dəbbə pulu (cərimə) və 30 manat məbləğin də dövlət rüsumu olmaqla, cəmi 6390,54 manat məbləğində pulun tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh 29.12.2015-ci il tarixli, 626 saylı alğı-satqı müqaviləsinə əsasən avtomobilin dəyərindən ilkin ödəniş 6200 manat, 29.08.2017-ci il tarixədək 20 ay üzrə hər ay 1006 manat, 29.09.2017-ci il tarixdə isə 726 manat, cəmi 27046 manat ödəmiş, hazırda onun MMC-yə 15360,54 manat məbləğində əsas borcu vardır. (42406,54 - 6200 - 20120 726 = 15360,54) İşdə olan 13.06.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mübahisə predmeti olan avtomobili həmin tarixdə 10000 manat qarşılığında X1, lakin həmin məb ləği cavabdehin qalıq borcundan çıxmamışdır. Belə olan halda avtomobilin satışından əldə olunan 10000 manat məbləğində vəsait cavabdehin əsas borcundan çıxılmalı və onun əsas borcu 5360,54 manat məbləğində müəyyən edilməlidir. (15360,54 10000 = 5360,54) Məhkəmə dəbbə pulunun tutulması ilə bağlı hissədə, cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 6237,20 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını, o cümlədən hesablanmış dəbbə pulunun 5360,54 manat məbləğində əsas borca görə deyil, 15360,54 manat məbləğində əsas borc üzrə hesablandığını nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə ilk iddia tələbinin cavabdehdən geci kdirilmiş borca görə hər gün üçün 100 manat olmaqla cəmi 62000 manat məbləğində kirayə haqqının MMC-nin xeyrinə tutulması ilə bağlı qeyd etmişdir ki, tələbin bu hissədə hüquqi əsası yoxdur. İddia tələbinin cavabdehdən törətdiyi inzibati xətalara görə ödənilmiş maddi ziyan olaraq 1310 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən törədilmiş inzibati xətalar üzrə cərimə məbləğlərinin və onlara hesablanmış dəbbə pulunun iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə təsdiq olunmadığından, onun cavabdehə qarşı geriyə tələb (reqres) hüququ yoxdur. İddia tələbinin avtomobilin təmiri ilə bağlı sərf edilmiş 4070 manat pulun tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi qüsur aktından görünür ki, həmin akt hər hansı bir müstəqil ekspert və ya avtoservis mərkəzi tərəfindən deyil, məhz MMC-nin özü tərəfindən tərtib olunmuş və həmin akt MMC-nin direktoru tərəfindən imzalanmışdır. Lakin MMC-nin direktorunun avtomobil təmiri və onun ehtiyyat hissələrinin satışı üzrə mütəxəssis olması və qüsur aktını tərtib etmək səlahiyyətlərini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. O cümlədən məhkəməyə təqdim olunmuş 30.06.2019-cu il tarixli məxaric orderindən görünür ki, 4070 manat məbləğində vəsaiti iddiaçı özü özünə ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, məxaric orderi yalnız hər hansı təşkilatdan məxaric olunan (çıxarılan, başqa təşkilata ödənilən) vəsaitlər üzrə tərtib olunur, təşkilatın özü özünə ödəniş etməsi ilə bağlı tərtib etdiyi məxaric orderinin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə qarşılıq lı iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, cavabdeh mübahisə predmeti olan avtomobilin təmiri üçün ödədiyi 8158 manatın avtomobil üçün ödənilməli ödənişə aid edilməsini və həmin məbləğin onun qalıq borcundan çıxılmasını xahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh 2016-cı ilin oktyabr ayında avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “KİA MOTORS” Servis Mərkəzinin qüsur və təmir aktlarına əsasən avtomobilə 8162,66 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın ödənilməsi barədə rəsmi sənəd olmasa da, dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi iddiaçının nümayəndəsinin etirafedici izahatları ilə öz təsdiqini tapmışdır. Lakin avtomobilə cavabdehin təqsiri nəticəsində maddi zərər vurulduğundan məhkəmə hesab etmişdir ki, həmin maddi zərər in ödənilməsi cavabdehin özünə aid edilməli və iddia tələbi həmin hissədə rədd olunmalıdır. Qarşılıqlı iddia tələbinin avtomobilin sığorta edilməsi üçün cavabdehin ödədiyi 3800 manat pulun avtomobil üçün ödənilməli ödənişə aid edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh bu tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlar təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinin digər hissələri, yəni avtomobilin dəyərinin tam ödənilmiş hesab edilməsi və avtomobilin onun mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh avtomobilin dəyərini tam ödəməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Qeyd edilənərə əsasən məhkəmə qarşılıqlı iddia tələbinin tamamilə rədd edilməsi qənaətinə gəlmişdir. İddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin rədd edil məsi hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın qismən təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsi, həmin hissədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Nüsrət Mirzəyev sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 5360,54 manat əsas borc, 10 00 manat dəbbə pulu (cərimə) və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6390,54 manat məbləğində pulun tutulub iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli avotmobilin nisyə alğı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin 650-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Lakin tərəflər arasında olan razılaşma və onların sonrakı hərəkətlərindən görünür ki, müqavilə tərəflərinin iradə ifadəsinin sərbəstliyi prinsipinə uyğun olaraq tərəflər öhdəlik münasibətlərinin icrasına yönəldilmiş hərəkətlər etmiş və heç bir tərəf müqavilənin etibarsızlığını irəli sürməmişdir. Məhkəmə qeyd etmişdir ki, 13.06.2019-cu il tarix li mədaxil qəbzi və iddiaçı tərəfin izahatı ilə müəyyən olunduğu kimi iddiaçı mübahisəli avtomobili həmin tarixdə 10000 manata X3 adlı şəxsə satmışdır. Belə olan halda iddiaçının müxtəlif əsaslar gətirməklə, yəni mübahisə olunan avtomobilin cavabdehin sahibliyində olduğu müddət ərzində icarə haqqının ödənilməsi, habelə aralarındakı razılaşmaya istinad etməklə dəbbə (cərimə) pulunun hesablanmaqla ödənilməsi tələbi qanuni və əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmin normaya istinad edərək qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş seçim hüqu qundan istifdə etməklə iki hərəkətdən birini etməli olduğu halda, yəni nisyə verilmiş malın ödənilməsi və ya ödənilməmiş malın qaytarılması tələblərindən birini irəli sürmədən, mübahisə olunan avtomaşını öz mülkiyyətinə qaytardıqdan sonra, əlavə olaraq həmin avtomobilin alğı-satqı müqaviləsinə görə ödənilməmiş 15360,54 manat pulun ödənilməsi tələbi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə 29.12.2015-ci il tarixli, 626 saylı alğı-satqı müqaviləsi bağladıqdan sonra iddiaçı ilə aralarında olan razılaşmaya əsasən əvvəlki müqavilənin şərtlərindən fərqli yeni alğı-satqı müqaviləsinin bağlanmasına dair istinad etdiyi halı təsdiq edən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona g örə də, qarşılıqlı iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsi və ilk iddia tələbinin tam təmin olunması barədə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun apellyasiya şikayətinin təmin olunmayan hissədə ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzərinə ödənişləri tam etməmiş, onun 15360,54 manat borcu qalmışdır. Bundan başqa cavabdeh avtomobili istifadə etdiyi müddətdə yazılmış cərimələrə görə iddiaçı 1310 manat pul ödəmiş və ziyana düşmüşdür. Əlavə olaraq cavabdehin idarə etdiyi avtomobil təmirsiz olduğundan iddiaçı tərəfindən avtomobilin təmirinə görə 4070 manat pul ödənilmişdir ki, bu pul da cavabdehdən tutularaq iddaçıya ödənilməlidir. Cavabdeh avtomobilin ödənişini 29.09.2017-ci 11 tarixdən 28.05.2019-cu 11 tarixədək, 620 gün istifadə edərək ödəniş etmədiyindən 1006,00 manat məbləğinin 1 faiz məbləğində cərim ə, yəni 6237,20 manat məbləğində cərimə hesablanmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən cavabdeh aylıq ödənişinin gecikdirdiyi hər gün üçün ödəməli olduğu ödənişin 1 faizi məbləğində cərimə ödəməlidir. Cavabdeh avtomobilin ödənişini 29.09.2017-ci il tarixdən 28.05.2019-cu il tarixədək, 620 gün istifadə edərək təhvil verdiyi günədək ödəniş etmədiyindən, rgecikdirdiyi hər gün üçün 100 (bir yüz manat) manat məbləğində icarə haqqı, yəni 62000 manat məbləğində icarə haqqı hesablanmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən cavabdeh hər aylıq ödənişi gecikdirdiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 100 manat məbləğində icarə haqqı ödəməlidir.çMəhkəmə bu halları nəzərə almayaraq iş üzrə ilk iddia tələbinin təmin olunmayan hissələrində səhv nəticəyə gəlmişdir. Ca vabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, avtomobilin satıldığı şəxs X3 MMC-nin təsisçisidir və həmin avtomobili dəyərindən çox aşağı qiymətə sənədləşdiriblər. Halbuki MMC öz internet səhifəsində 2012-ci ilin avtomobillərini 24-25 min manata satılması barədə elan yerləşdiriblər. Eyni zamanda avtomobilin təmiri üçün “KİASERVİS”ə ödənilmiş pulun da onun tərəfindən ödənilməli olması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Beləki həmin hadisə üzrə onun təqsiri sübuta yetirilməyib və bu barədə İmişli Rayon Məhkəməsinin qərarı var və həmin qərar məhkəməyə təqdim edilmişdir. 2017-ci ilin sentyabr ayının 29-dan sonra ödəniş etməməyi barədə qeyd etmək lazımdır ki, 2017-ci ilin noyabr ayında 2000 manat, 2018-ci ilin yanvar ayında isə 2000 manat pulu həmişəki kimi iddiaçının menece rinin adına göndərmiş, lakin həmin qəbzlər digər sənədlərlə birlikdə avtomobildə olduğuna və avtomobil ondan xəbərsiz polisdən götürülən zaman maşında qaldığına görə o, məhkəməyə təqdim edə bilməmişir. Donradan apellyasiya məhkəməsinə təqdim etsə də, məhkəmə bu hala obyektiv qiymət verməmişdir. Məhkəmə nəyə görə iddiaçının müqavilə üzrə istinad etdiyi halları mənə qarşı əsaslı hesab etdiyini, həmin müqavilənin isə mənim istinad etdiyim hissəsinin əsassız hesab etdiyini qətnamədə əsaslandırmamışdır, bununlada həmin qətnamənin kassasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Beləki həmin müqaviləyə yazılı olaraq edilmiş və hər iki tərəfdən təsdiq edilmiş dəyişikliyə əsasən(həmin müqavilənin 1.1 və 1.2–ci bəndi) müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və müqavilə üzrə müəyyən edilmiş qiymət nəzərə alınmır, belə olan halda avromobilin faktiki qiyməti və mənim ödədiyim məbləğlər nəzərə alınmalı idi, lakin apellyasiya məhkəməsi bu hala qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. K assasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnamənin ilk iddia tələbinin rədd edilən hissədə, cavabdeh isə qarşılıqlı iddia tələbinin rədd edilən hissəsi ndə mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı müasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərt ləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 1310 manat inzibati cərimənin əvəzinin və 6237,20 manat borcu gecikdirməyə görə cərimə tələbinin rədd edilən hissələrində ləğv edilməli və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti isə təmin olunmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, apellyasiya instansiyas ı məhkəməsi ilk iddia tələbinin rədd edilən hissələrində və qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş, qeyd edilən hissələrdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, ilk iddia üzrə iddiaçının tələbi aşağıdakı kimidir: 1) Müqavilə üzrə avtomobilin ümumi məbləğinin ödənilməmiş 15360,54 manat məbləğində əsas borc; 2) Avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində hesablanmış 62000 manat icarə ha qqı tələbi. 3) Avtomobilin qəzaya uğraması nəticəsində iddiaçı tərəfindən təmir edilməsinə görə - təmir xərcləri 4070 manat; 4) Avtomobilin cavabdehin istifadəsinə olduğu müddət ərzində inzibati xətalara görə yazılmış cərimələrin iddiaçı tərəfindən ödənilmiş məbləğin əvəzi qismində - ümumilikdə 1310 manat; 5) Cavabdeh tərəfindən ödənişlərin 620 gün gecikdirildiyi üçün hesablanmış 6237,20 manat cərimə; Cavabdehin qarşıqlı iddia tələbləri isə aşağıdakı kimidir: 1) Tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi; 2) Nisyə alğı-satqı müqaviləsi üzrə alınmış avtomobilin təmiri üçün ödənilmiş 8158 manatın və kasko sığortası adı ilə alınmış 3800 manatın avtomobilə görə nəzərdə tutulmuş ödənişə daxil edilərək avtomobilin dəyərinin tam ödənilmiş hesab edilməsi və avtomobilin onun m ülkiyyətinə verilməsi. Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdeh arasında 29.12.2015-ci il tarixli mübahisəli avtomobilin alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı mübahisəli avtomobili cavabdehə verməyi, cavabdeh isə həmin avtomobilin dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq ilkin ödəniş kimi 6200 manat, əlavə xərclərə görə 3800 manat, qalan məbləği isə 36 ay müddətinə hər ay 1006 manat, ödənişin sonuncu ayında isə 996,53 manat ödəməyi öhdələrinə götürmüşlər. İşin mübahisələndirilməyən digər halı mübahisəli avtomobil cavabehin istifadəsində olarkən yol nəqliyyat hadisəsi baş vermiş, sonradan avtomobil iddiaçıya verilmiş və ididaçı tərəfindən digər şəx sə 10000 manat satılmışdır. Məhkəmə ilk iddia tələbinin avtomobilin ümumi məbləğinin ödənilməmiş 15360,54 manat məbləğində əsas borc hissəsi (1 hissə) ilə bağlı qeyd edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 600.4-cü maddəsinə əsaslanmaqla iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə cavabdeh avtomobilin ödənişini 29.10.2017-ci il tarixdən dayandırmış, tərəflər arasında olan müqavilə münasibətləri pozulmuş və avtomobil iddiaçı tərəfindən başqa şəxsə satılmışdır. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bi lər. İddiaçı MMC qanunla müəyyən edilmiş seçim hüququndan istifdə etməklə iki hərəkətdən birini, yəni ödənilməmiş avtomobilin qaytarılmasını özü təin etmiş, həmin avtomaşını cavabdehdən alaraq üçünü şəxsə satmışdır. Belə olan halda iddiaçının avtomobilin nisyə alğı-satqısı barədə müqaviləyə görə qalan 15360,54 manat pulun cavabdehdən tələb etmək hüququ istisna olunur. Məhkəmə kollegiyası tərəflərin müqavilənin ləğv edilməsini xahiş etməməsi ilə bağlı qeyd edir ki, iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsi əsaslandırılarkən müqavilənin xitamı (ləğvi) xahiş edilmiş, bu barədə Mülki Məcəllənin normalarına istinad olunmuş, lakin ərizənin nəticə hissəsində məhkəmədən bu barədə qətnamənin qəbul edilməsi tələb edilməmişdir. MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştir ak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin işdən görünür ki, cavabdeh ödənişləri dayandırmış, avtomobil iddiaçıya verilmiş, sonradan isə başqa şəxs satılmış, faktiki laraq tərəflər olan müqavilə münasibətləri bitmişdir. Ona görə də, iddiaçı müqavilə üzrə avtombilin tam dəyərini tələb etməkdə haqlı olmamış, məhkəmə bu hissədə ilk iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə ilk iddia tələbinin avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində hesablanmış 62000 manat icarə haqqının ödənilməsi ilə bağlı (2-ci hissə) qeyd edir ki, işə baxan məhkəmələr bu hissədə tələbin hüquqi əsasının olmamasına görə rədd etməkdə düzgün nəticəyə gəlmişlər. Belə ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsidir. Onlar arasında nisyə alğı-satqı müqa viləsində irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdehin avtomobilin istifadəsinə görə iddiaçıya icarə haqqı ödəməli olması barədə tərəflər arasında hər hansı bir razılaşmanın olması müəyyən edilmir. Məhkəmə avtomobilin qəzaya uğraması nəticəsində iddiaçı tərəfindən təmir edilməsinə görə 4070 manat pulun ödənilməsi bağlı birinci instansiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır (3 hissə). Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının bu hissəsi ilə bağlı təqdim etdiyi sübutu mötəbər hesab etməmişdir. İddiaçı kassasiya şikayətində məhkəmənin bu hissələrlə bağlı (1-3 hissələr) hansı maddi və ya prosessual hüquq normalarının pozulması əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qarşılıqlı iddia tələbi ziddiyətlidir. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, lakin sonradan ödədiyi məbləğlərin müqavilədə nəzərdə tutulmuş avtomobilin ümumi dəyərinə aid edilərək avtomobilin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Ümumiyyətlə tərəflər aradında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Daşınar əmlak olan avtomobilin alğı-satqı müqaviləsi rəsmi reyestrdə qeydə alınmasa da, bağlanmış müqavilə tərəflərin ir adə ifadəsinə uyğun olmuş, tərəflər müqavilənin şərtləri üzrə hərəkətlər edərək iddiaçı avtomobili cavabdehin istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə ilkin ödəniş, sonradan isə bir müddət aylıq ödənişlər etmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin avtomobilin təmiri üçün ödənilmiş 8158 manatın və kasko sığortası adı ilə alınmış 3800 manatın avtomobilə görə nəzərdə tutulmuş ödənişə daxil edilərək avtomobilin dəyərinin tam ödənilmiş hesab edilməsi və avtomobilin onun mülkiyyətinə verilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh həmin məbləğləri başqa iddia tələbi əsasında tələb edə bilər (əsassız varlanma, müki hüquq pozuntusu nəticəsində dəymiş ziyan və s.). Hazırda tərəflər arasında müqavilə münasibətləri faktiki olaraq pozulmuş və mübahisəli avtomobil iddiaçıya qaytarılaraq başqa şəxsə satılmışdır. Ona görə də, cavabdehin həmin ödənişlərin avtomobilin dəyərinə aid edilməsi barədə tələbi rədd etməklə məhkəmələr düzgün nəticəyə gəlmişdir. Cavabdeh avtomobilin qiyməti ilə bağlı tərəflər arasında yeni müqavilənin bağlanmasını qeyd etsə də, bu barədə birinci instansiya məhkəməsi və ya apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim edə bilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası ilk iddia tələbinin avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xətalara görə yazılmış cərimələrin iddiaçı tərəfindən ödənilmiş məbləğin əvəzi qismində - ümumilikdə 1310 manat pulun (4 hissə) və cavabdeh tərəfindən ödənişlərin 620 gün gecikdirildiyi üçün hesablanmış 6237,20 manat cərimənin (5-ci hissə) rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, hər iki tələbin əsası tərəflər arasında bağlanmmış müqavilənin şərtlərindən irəli gəlir. Borcun gecikdirilməsinə görə cərimə pulunun tutulması müqavilənin 4.3-cü bəndində və inzibati xətalara görə yazılmış cərimələrin ödənilməsi isə müqaviləinn 7.1-ci bəndində nəzərdə tutulmuşdur. Tərəflər arasında olan müqavilə münasibətləri faktiki olaraq pozulsa da, müqavilə ləğv edilməmiş, etibarsız hesab edilməmişdir. Eyni zamanda hər iki tələbin əsası müqavilənin qüvvədə olduğu müddətdə yaranmışdır. Belə ki, inzibati cərimələr cavabdehin avtomobil istifadəsində olarkən yazılmış və cavabdeh ödənişləri gecikdirməsi nəticəsində müqavilə şərtlərinə əsasən cərimə borcu hesablanması nəzərdə tutulmuşdur. İş üzrə cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsi mübahisəsizdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi avtomobilin cavabdehdə olduğu müddətdə müqavilə üzrə ödənişlərin gecikdirilməsi və nəticədə müqavilənin qeyd edilən bəndinə görə cərim ə pulunun tələb edə bilməsinə düzgün hüquqi qiymət verməmiş, bu barədə məhkəməyə hər hansı sübutun təqdim edilməyini qeyd etmişdir. Ona görə də, işə yenidən baxan məhkəmə müqavilənin həmin şərtini də nəzərə alaraq avtomobilin iddiaçıya hansı tarixdə qaytarılmasını müəyyən etməklə cərimə pulunun hansı tarixə qədər hesablanmasını müəyyən etməli və tələbin bu hissəsinə müqavilənin şərtləri və Mülki Məcəllənin 462-467-cı maddələrinin tələbləri baxımından hüquqi qiymət verməlidir. Məhkəmə tələbin inzibati xətalara görə yazılmış cərimələrin ödənilməsi ilə bağlı qeyd edir ki, mübahisəli avtomobilin cavabdehin istifadəsində olan zaman inzibati xəta törədilməsi mübahisəsizdir. Bu barədə sənədlər işə əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin cərimələrin iddiaçı tərəfindən ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsinin şərtlərinə görə, həmin cərimələrin ödənilməsi öhdəliyi cavabdehin üzərinə düşür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin cərimələrin ödənilməsini sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi bu hissədə sübutetmə yükünü düzgün bölüşdürməmişdir. Mübahisəli avtomobilin cavabdehin istifadəsinsə olan zaman inzibati xəta törədilməsi və müqavilə şərtlərinə görə həmin cərimələrin cavabdeh tərəfindən ödənməli olması mübahisəsizdir. Belə olan halda həmin cərimələrin iddiaçı tərəfindən ödənilibödənilməməsindən asılı olmayaraq iddiaçı mülkiyyətində olan (sonradan başqa şəxs satılan) avtomobilə görə yazılm ış cərimələrin pulunu tələb etməkdə haqlıdır. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddia tələbinin 1310 manat inzibati cərimənin əvəzinin və 6237,20 manat borcu gecikdirməyə görə cərimə tələbinin rədd edilən hissələrində gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olma q üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-95/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi ilk iddia tələbinin 1310 manat inzibati cərimənin əvəzinin və 6237,20 manat borcu gecikdirməyə görə cərimə tələbinin rədd edilən hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.