Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3963/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3963/2023 (Açar sözlər: torpaq sahəsindən çıxarılma, keçid yolunun bağlanması və metal torun sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X28 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X8 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, keçid yolunun bağlanması və metal torun sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-463/2023 nömrəli, 06 iyun 2023-cü il ta rixli qətnaməsindən İddiaçı1 (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh (hazırki iş üzrə cavabdeh) cavabdehlər X15 (hazırki iş üzrə İddiaçı1) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon Şöbəsinə qarşı “torpaq sahəsinə keçid yolunun açılması, dövlət aktının etibarsız hesab edilməsi, plan-ölçü sənədlərinin hazırlanması və sair” tələbinə dair iddiası üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X13 Balakən rayonunun Katex kəndində 283,82 kv.m. həyətyanı torpaq sahəsinə dair verilmiş A №206262 saylı və 515,54 kv.m. həyətyanı torpaq sahəsinə dair verilmiş A №-206263 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, X13 və onun ailə üzvlərinə - Cavabdeh, X2, X10 və X5 Balakən rayonu Katex kəndində 1,53 ha torpaq sahəsi verilməsinə dair JN-1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi, A №-206263 saylı və A №-206262 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən verilmiş 515,54 və 283,82 kv.m həyətyanı torpaq sahələrinə mərhum X12 adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi, 1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonunun Katex kəndində verilmiş 1,53 ha torpaq sahəsinə X13, Cava bdeh, X3, X11 və X5 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
2. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyy at tarixli Çıxarışa əsasən, Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1, fərdi yaşayış evinin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı1, X9, İddiaçı2, X1, X6, X7 və X4 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 30 mart 2022-ci il tarixli, 10/1069 saylı rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyes trindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X9, İddiaçı2, X1, X6, X7 və X4 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin naturada ölçülərinin 0,175 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X9, İddiaçı2, X1, X6, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0,0250 ha hissəsinin istifadə edildiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rə yinə əsasən, İddiaçı1, X9, İddiaçı2, X1, X6, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olundu. Keçid yolun başlanğıc hissəsində 6,1 metr, son hissəsində 5,8 metr, uzunluğu 47 metr olmaqla keçid yolunun açıldığı müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, keçid yolunun bağlanması və metal torun sökülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, xüsusi mülkiyyət hüququ əsası nda onlara məxsus olan 0,20 ha torpaq sahəsinin 0,0250 ha hissəsindən çıxarılması, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hissəsində 6,1 m., son hissəsində 5,8 m., uzunluğu 47 m. olmaqla açdığı keçid yolunun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onların ailəsinin ümumi birgə mülkiyyətində Balakən rayonu Katex kəndində 0,20 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələri vardır. Torpaq adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq DƏDRX-in ərazi idarəsi tərəfindən çıxarış da verilmişdir. Balakən rayonu Katex kənd sakini Cavabdeh uzun illərdir ki, torpaq sahələrini qanunsuz zəbt edərək ora metal tor çəkib qanunsuz olaraq gediş-gəliş yolu kimi istifadə edir. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2011-ci il tarixli qətnaməsinin qət etdiyi hissəsində torpaq sahəsinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Sözügedən qətnamənin qət etdiyi hissəsində elə bir qeyd yoxdur ki, Cavabdeh keçid yolu onların xüsusi mülkiyyətində olan torpaq sahəsindən verilsin. Cavabdeh keçid yolu kimi qanunsuz olaraq zəbt edib istifadə etdiyi torpaq sahəsi isə qanuni olaraq DƏDRX-nin ərazi idarəsi tərəfindən onlara verilmiş çıxarışa əsasən onların xüsusi mülkiyyətindəki torpaq sahəsidir. Dəfələrlə Cavabdeh torpaq sahələrini qanunsuz zəbt etdiyi barədə xəbərdarlıq etsələr də, xəbərdarlıqlarına məhəl qoy madan və torpaqlarından qanunsuz istifadə edərək, onların mülkiyyət hüquqlarını pozur. Onlar həm kəndli, həm qohum, həm də qonşu olduqları üçün bu mübahisəni məhkəmə səviyyəsinə çatdırmaq istəməmişlər. Lakin artıq cavabdeh xoşluqla qanunsuz hərəkətindən vaz keçmədiyi üçün onlar da bu qanunsuzluğa son qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər.
6. Balakən Rayon Məhkəməsinin 2(019)-36/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,0250 ha hissəsindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ mütəxəssis rəyinə əlavə edilən sxemdə göst ərilən) çıxarılması, Cavabdeh tərəfindən həmin 0,20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hissəsində 6,1 m., son hissəsində 5,8 m., uzunluğu 47 m. olmaqla açılmış keçid yolunun bağlanması, iş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən hazırkı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-yə mütəxəssis xərci kimi ödənilmiş 311 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
7. Biri nci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh, RX seriyalı, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən koordinatlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0,20 ha həyətyanı torpaq sahəsinin 0,0250 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia təmin edilməklə, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0,20 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0,0250 ha (mütəxəssis rəyinə əlavə edilən sxem) hissəsindən çıxarılmalı, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tə rtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal tor sökülməli, başlanğıc hissəsində 6,1 m., son hissəsində 5,8 m., uzunluğu 47 m. olmaqla açılmış keçid yolu bağlanmalıdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 213.1, 213.2, 213.6, 214.1, 238.1, 238.2, 238.3, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 116.2, 117.1, 118.1, 119.1, 124.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instan siya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2012-ci il tarixli qətnaməsi ilə X13 Balakən rayonunun Katex kəndində 283,82 kv.m. həyətyanı torpaq sahəsinə dair verilmiş A №206262 saylı və 515,54 kv.m. həyətyanı torpaq sahəsinə dair verilmiş A №-206263 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, X13 və onun ailə üzvlərinə - Cavabdeh, X2, X10 və X5 Balakən rayonu Katex kəndində 1,53 ha torpaq sahəsi verilməsinə dair JN-1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi, A №-206263 saylı və A №-206262 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən verilmiş 515,54 və 283,82 kv.m. həyətyanı torpaq sahələrinə mərhum X12 adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi, 1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonunun Katex kəndində verilmiş 1,53 ha torpaq sahəsinə X13, Cavabdeh, X2, X10 və X5 torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının Azərbaycan Respublik ası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmişdir. Sözügedən qətnamə 06 aprel 2012-ci il tarixdə qanuni qüvvəyə minərək icra olunması üçün Balakən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Balakən rayon icra və probasiya şöbəsi qətnamənin icra edilməsi üçün bütün hərəkətləri etmiş, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasını təmin etmişdir. Buna görə də Balakən rayon icra və probasiya şöbəsi Balakən Rayon Məhkəməsinin 2(019)45/2012 nömrəli, 24 yanvar 2012-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatla Balakən Rayon Məhk əməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-282/2013 nömrəli, 05 avqust 2013-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2012-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən q arşılıqlı mənafelər nəzərə alınmalıdır.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-968/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-36/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi apellyatorun ekspert rəyi ilə razılaşmaması ilə bağlı qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tut ulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, bu xarakterli mübahisələrin həllində digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıd ır. Hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat:73236483 14 Qətnamədən cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 15 Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. 16 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-141/2023 nömrəli, 23 yanvar 2023-ci il tarixli qərarı ilə (hakimlər – Zaur Əliyev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. 17 Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Mülki Məcəllənin 175ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bil ər. Göründüyü kimi, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçilərinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdırma əsaslarından biridir. Baxılan işdə mübahisəli sahədən cavabdehin özünə məxsus iki ayrı torpaq sahəsini birləşdirən yol kimi istifadə etməsinə dair məhkəmə aktı və aidiyyəti dövlət orqanının ona verdiyi plan-cizgi sənədləri mövcuddur. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər Xətimə Xodayevaya və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırdığı iddia üzrə torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının adı çəkilən Komitənin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmişdir. Məhkəmə iş üzrə gəldiyi bu nəticəni həm də Mülki Məcəllənin 175.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin qətnamə icra edilməklə bu iş üzrə iddiaçılara məxsus torpaq sahəsindən mübahisəli sahə yol kimi ayrılmış, daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahələrinə dair tərəflərə verilmiş plan-cizgi sənədlərində sözügedən hissə şərti işarələrlə və yazılı qeydlərlə keçid yolu kimi xüsusi olaraq göstərilmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə iddiaçıların mülkiyyət hüququna müdaxilənin qanuni olubolmaması baxımından həmin halları müzakirə etməmiş və iş üzrə əhəmiyyəti olan bu xüsusa tlara hüquqi qiymət verməmişlər. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Baxış zamanı hazırkı iş üzrə mübahisənin Balakən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə həll edilmiş mübahisə ilə (tərəflər, tələblər və əsaslar baxımından) eyni olubolmaması müzakirə edilməli və nəticəsinə görə müvafiq qənaətə gəlinməlidir. İşə mahiyyəti üzrə baxılması nəticəsinə gəlindiyi təqdirdə isə yuxarıda göstərilən hallar nəzərə alınmaqla, iddiaçıların mülkiyyət hüququna müdaxilənin qanuni olub-olmamasına qiymət verilməli, həmin hüququn məhdudlaşdırılması qanuni sayıldığı təqdirdə iddiaçıların sahib olduqları qanuni təminatlar (keçid ayrılmasının əvəzinin kompensasiya ilə ödənilməsi hüququ) da izah olunmaqla müb ahisə üzrə əsaslandırılmış yekun qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-463/23 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi (X25 (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Elçin Mehdiyev) ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal torun sökülməsi, iddiaçıların birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin mütəxəssis rəyinə əlavə edilən sxemdə göstərilən və başlanğıc hissəsində 6,1 m., son hissəsində 5,8 m., uzunluğu 47 m. olmaqla açılmış keçid yolunun Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş eni 4 (dörd) metr olan hissəsi istisna olmaqla qalan hissələrdə keçid yolu bağlanılaraq Cavabdeh həmin hissədən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
19. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüq uqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ümumi birgə mülkiyyət hüququ ilə iddiaçıların mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin 0,0250 ha torpaq sahəsi cavabdeh tərəfindən keçid yolu kimi istifadə edilir. İddiaçılar bu istifadəni mülkiyyət hüquqlarına qanunsuz müdaxilə kimi qəbul edir, cavabdeh isə məhkmə qərarına və daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınmış plan-cizgi sənədlərinə istinad edərək həmin yoldan qanuni şəkildə istifadə etdiyini ifadə edir. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Daha sonra tələb keçidin nisbətən az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçilərinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdırma əsas larından biridir. Hazırki işdə mübahisəli sahədən cavabdehin özünə məxsus iki ayrı torpaq sahəsini birləşdirən yol kimi istifadə etməsinə dair məhkəmə aktı və aidiyyəti dövlət orqanının ona verdiyi plan-cizgi sənədləri mövcuddur. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı1 və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırdığı iddia üzrə torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının adı çəkilən Komitənin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmişdir. Məhkəmə iş üzrə gəldiyi bu nəticəni həm də Mülki Məcəllənin 175.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin qətnamə ic ra edilməklə bu iş üzrə iddiaçılara məxsus torpaq sahəsindən mübahisəli sahə yol kimi ayrılmış, daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahələrinə dair tərəflərə verilmiş plan-cizgi sənədlərində sözügedən hissə şərti işarələrlə və yazılı qeydlərlə keçid yolu kimi xüsusi olaraq göstərilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, ümumi birgə mülkiyyət hüququ ilə iddiaçılara məxsus 0,20 ha torpaq sahəsinin bir hissəsindən keçid yol kimi cavabdehin istifadəsi qanunidir. Lakin bununla yanaşı Məhkəmə qeyd edir ki, cavabdehin keçid yolu kimi istifadə etdiyi sahənin ölçüləri aidiyyəti dövlət orqanının verdiyi plan-cizgi sənədlərində göstərilən ölçülərə uyğun deyil. Belə ki, sözügedən sənədlərdə keçid yolunun 4 metr enində olduğu qeyd olunsa da, işdə olan mütəxəssis və ekspert rəylərinə əs asən cavabdehin keçid yolu kimi istifadə etdiyi sahənin faktiki ölçüləri 0,0250 ha təşkil edir. Göründüyü kimi, cavabdeh, rəsmi sənədlərə əsasən ona keçid yolu kimi ayrılmış 4 metr enində torpaq sahəsindən deyil, başlanğıc hissəsində 6,1 m., son hissəsində 5,8 m., uzunluğu 47 m. olmaqla açılmış keçid yolundan istifadə edir. Bununla da təsdiq olunur ki, cavabdeh eni 4 metr istisna olmaqla, qalan hissədə iddiaçılara məxsus torpaq sahəsini zəbt etmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, başlanğıc hissəsində 6,1 m., son hissəsində 5,8 m., uzunluğu 47 m. olmaqla açılmış keçid yolunun Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş eni 4 metr olan hissəsi istisna olmaqla qalan hissələrdə keçid yolu bağlanılaraq cavabdeh həmi n hissədən çıxarılmalı, həmin sahədə çəkdiyi metal tor isə sökülməlidir.
23. Məhkəmə kollegiyası eyni zamanda Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən iddiaçılara məxsus torpaq sahəsindən cavabdehə ayrılmış keçid yolunun müqabilində iddiaçıların cavabdehdən kompensasiya tələb etmək hüququnun yaranmasını da qeyd etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 175.1, 175.4, 175.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hazırki mübahisəyə Mülki Məcəllənin 175-ci maddəsini tətbiq etməklə, eyni zamanda Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2011-ci il tarixli qətnaməsini nəzərə almaqla iddianı qismən təmin etmişdir. Bu maddənin tələbləri düzgün tətbiq edilməmişdir. Belə ki, qeyd olunan maddədən müəyyən olunur ki, mülkiyyətçinin öz torpaq sahəsindən ictimai yola keçidi yoxdursa müəyyən qonşunun sahəsindən ona keçid verilməlidir. Lakin hazırki baxılan işdə mübahisəli sahədən ictimai yola keçid üçün deyil cavabdehin özünə məxsus iki ayrı torpaq sahəsini birləşdirən yol kimi istifadə etməsi müəyyən edilir. Balakən Rayon Məhkəməsinin 2(019)-45/2012 nömrəli, 24 yanvar 2011-ci il tarixli qətnaməsində torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolun açılması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi qət olunmuşdur. Həmin qətnamənin qət etdi hissəsində Cavabdeh keçid yolunun onların xüsusi mülkiyyətində olan torpaq sahəsindən verilməsinə dair hər hansı qeyd yoxdur. Bu baxımdan hansı səbəbdən iddiaçıların torpaq sahəsindən keçidin verilməli olması qətnamədə əsaslandırılmamışdır. Eyni zamanda, belə bir keçidin verilməsi üçün 175-ci maddədə bir sıra şərtlər müəyyən edilmişdir. Hər şeydən əvvəl bir sıra qonşuların torpaq sahələrinin əhatəsində olan sahədən keçidin hansı qonşunun sahəsindən verilməsinin xüsusi qaydaları vardır. Belə keçid o qonşunun sahəsindən veriməlidir ki, həmin sahə digər sahələrlə müqayisədə daha münasibdir və keçidin oradan keçməsi həmin sahənin mülkiyyətçisinin mənafeyinə digərilərinə nisbətən daha az zərər vurur. Bu zaman hər iki tərəfin mənafeyi nəzərə alınmalıdır. Sahəsindən zəruri yol və birləşdirici xətlər keçəcək qonşuya müvafiq kompensasiya ödənilməlidir. X27 Məhkəməsi 175-ci maddənin yuxarıda qeyd olunan tələbləri baxımından hər hansı araşdırma aparmamış, keçidin məhz hansı sahədən verilməli olması, keçid verilməsi üçün hansı sahələrin mövcud olması və mövcud sahələrdən hansının daha münasib olması müəyyən edilməmiş, nəticədə bu maddəni hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Digər tərəfdən iddiaçıya da hər hansı kompensayiya verilməmişdi r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
34. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
35. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ö dənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
36. Maddə
110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
37. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəx slər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxs lərin izahatları ilə müəyyən edilir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Hakim. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
51. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kasasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilmədiyi hissədə qicmən mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin qismən, mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bundan əvvəl işə baxmiş kassasiya instansiyası məhkəməsi tərəfindən qoyulmuş göstərişlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 175-ci maddənin tələbləri baxımından hər hansı araşdırma aparmaması, keçidin məhz hansı sahədən verilməli olması, keçid verilməsi üçün hansı sahələrin mövcud olması və mövcud sahələrdən hansının daha münasib olmasının müəyyən edilməməsi, nəticədə həmin maddəni hazırki mübahisəyə düzgün tətbiq etməməsi, iddiaçıya da hər hansı kompensayiya verilməməsi barədə dəlillərinə münasib ət bildirərək qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iddiaçının kassasiya şikayətində göstərilən həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı cavab verilmiş, eyni zamanda Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən iddiaçılara məxsus torpaq sahəsindən cavabdehə ayrılmış keçid yolunun müqabilində iddiaçıların cavabdehdən kompensasiya tələb etmək hüququnun yaranmasını da qeyd etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin sonuncu dəlili ilə bağlı onu da qeyd edir ki, iddiaçılar hazırki iş üzrə iddia tələblərində, yol kimi istifadə etdiyi torpaq sahəsinə görə cavabdehdən kompensasiya tələb etmədiklərindən, məhkəmələrin iddia tələbindən kənara çıxmaqla iddiaçılara hər hansı kompensayiya verilməsi barədə qərar qəbul etmələri mümkün ola bilməzdi.
56. Məhkə mə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edi lmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-463/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.