Məhkəmə qərarları › İş №2(102)-3965/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3965/2022

19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3965/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin boşaldılması və istifadə hüququna xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətdə olan yaşayış sahəsinin boşaldılması və ondan istifadə hüququna xitam verilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(105)-640/2022 nömrəli mülki iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2(004)294/2016 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh3 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Xidməti MMC-yə, Yasamal Rayon İcra Şöbəsi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – iddiaçı və ya Bank) qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin (bundan sonra mübahisəli mənzil) satılması ilə bağlı hərrac, hərracın yekunları barədə 27 iyun 2014-cü il tarixli, 55/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanılmış 27 iyun 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində Bankın mübahisəli mənzilə mülkiyyət hüququ barədə qeydiyyat və onun əsasında verilmiş “çıxarış”ın ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmaqla mənzilin satılması ilə bağlı yenidən açıq hərrac keçirilməsi qət edilmişdir. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 42/1-2 saylı, 11 sentyabr 2019-cu il tarixli protokoluna əsasən Cavabdeh3 məxsus mübahisəli mənzili Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-58-7H saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Bankın 10939 saylı, xx.xx.2019-cu il tarixli məktubunun icrasına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən hərracda alıcı hazırkı iş üzrə iddiaçı Banka satılmış, hazırda mübahisəli mənzil Bankın mülkiyyətindədir.

3. Cavabdehlər Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 (RPİ) ünvanında, Cavabdeh2 və Cavabdeh1 isə mübahisəli mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən çıxarılması, həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bankın mülkiyyətində olan əmlakın boşaldılması üçün cavabdehlərə xx.xx.2021-ci il tarixli, HD-05/21 nömrəli məktub göndərilmiş, lakin heç bir nəticə verməmişdir. Cavabdehlərin həmin yaşayış sahəsində qeydiyyatda olması ev üzərində iddiaçının mülkiyyət hüququnun sərbəst istifadəsinə maneə törədir.

6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e2(012)-2739/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən çıxarılması, Cavabdeh2 və Cavabdeh1 mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, qətnamənin Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 7 (yeddi) manat hissəsinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Banka ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Banka heç bir aidiyyətı yoxdur, cavabdehlər mənzilin əvvəlki sakinidirlər və onların həmin mənzildə qalması mülkiyyətçinin maraqlarına ziddir.

8. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh3 mübahisəli mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsi hissəsində gəldiyi nəticə ilə bağlı qeyd etmiş dir ki, cavabdeh RPİ-nin ünvanında qeydiyyatda olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.4, 157.5, 178.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.4-ci, "İpoteka haqqında” Qanunun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə r mülkiyyətçinin ailə üzvləri qismində yaşayış sahəsindən istifadə hüququnu əldə etmiş və yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Belə olan halda Mülki Məcəllənin 228.5-ci maddəsinə müvafiq olaraq onların sözügedən mənzildən yaşayış və istifadə hüquqları saxlanılmalı idi. Məhkəmə tərəfindən mənzildən yaşayış və istifadə hüququna və qeydiyyatına xitam verilməsi qət edilmiş cavabdehlərin mənzildə qeydiyyatının əsasları araşdırılmamışdır. Cavabdehlər mülkiyyətçinin ailə üzvləri qismində yaşayış sahəsindən istifadə hüququnu əldə etmiş və yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Belə olan halda onların sözügedən mənzildən yaşayış və istifadə hüquqları saxlanılır. Məhkəmə tərəfindən cavabdehlərin hərracın yekunlarına dair protokolun tərtib olunmasından əvvəl mülkiyyətçinin ailə üzvləri qismində yaşayış sahəsində istifadə hüququnun yaranmaması halına dair hər hansı bir sübut tələb olunmamışdır. Məhkəmə tərəfindən Mülki Məcəllənin 27.1, 228-ci maddələri, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1, 2-ci və 5-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 sentyabr 2020-ci il tarixli Qərarınn müddəalarına zidd qətnamə qəbul edilmiş, həmin müddəalarda tələb olunan hallar araşdırılmamış, bu işin hallarına zidd olan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-640/2022 nömrəli iş üzrə 15 ma rt 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqla qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır, Cavabdeh3 mübahisələndirilən ünvanda qeydiyyatda deyil, iddiaçı onun istifadə hüququnun olması və həmin mənzildə yaşaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllən in 146.1, 146.2, 152.1,152.5, 157.2, 157.4, 157.5, 178.1, "İpoteka haqqında” Qanunun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və MPMin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı verilmiş etirazda kassasiya şikayətini n rədd edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə

13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə

29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə

20. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olma qla).

21. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüq uqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.

27. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunu

28. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3, 59.3.1-ci və 59.3.2-ci maddələr).

29. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar (ipoteka hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya). Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ipoteka ilə yüklü edilmiş və sonradan həmin hüquqdan istifadə edilməklə açıq hərracdan satılmış yaşayış sahələrinin əvvəlki mülkiyyətçilərinin və sakinlərinin həmin yaşayış sahəsindən çıxarılmaları barədə məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, məhz “İpoteka haqqında” Qanunla tənzimlənir.

43. Həmin Qanunun 59.4-cü maddəsinin tərəflər arasında ipoteka hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-640/2022 nömr əli mülki iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar