Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3966/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxxn” İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)5905/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim İ.Burcayev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh1” tərəfindən qanunsuz müdaxilələrə son qoyulması, həmin torpaq sahəsində tikinti işlərinin, o cümlədən yaşayış evinin tikilməsinə, quruculuq abadlıq işlərinin görülməsinə, sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh1”nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi nin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən, məruzəçi), E.Nəbiyev və,R.Qurbanov 2(103)-1086/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(008)5905/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh1”nə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh1 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən qanunsuz müdaxilə edilməsinin cavabdehlərə qadağan olunması b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhərə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulması, həmin torpaq sahəsində tikinti işlərinin, o cümlədən yaşayış evinin tikilməsinə, quruculuq abadlıq işlərinin görülməsinə, sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxxn” İdarəsi apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmamsı barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Apelyasiya məhkəməsi magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə iddiaçının həya tı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən neft kəmərinin gələcəkdə iddiaçının həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən neft kəmərinin gələcəkdə zədələnməsi qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral neft kəmərinin torpaq sahəsinin iddiaçıya verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Prosessual məsələlər: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısı tərəfi ndən İddiaçı müraciətinə cavab olaraq verilmiş H-12-151 saylı, xx.xx.2017-ci il tarixli məktubda göstərilir ki, Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi layihəyə Sabunçu rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılır ki, tikinti işlərinin aparılması üçün tikinti işləri layihəyə uyğun aparılmalı və tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilməlidir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-570/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı tikinti işlərinin aparılmasına qeyri-qanuni müdaxiləyə qadağa qoyulması, tikintinin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə ilk iddiası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı və Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və sair tələblərə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. SOCAR Cavabdeh1 tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş xx.xx.2018-ci il tarixli məktubda göstərilir ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-570/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən qarşılıqllı iddia üzrə iddiaçı olan SOCAR tərəfindən apelyasiya şikayəti verilmişdir. İlk n övbədə qeyd edilməlidir ki, kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi İddiaçınn xüsusi mülkiyyətindədir. Sonuncu həmin torpaqda müvafiq icra hakimiyyətinin razılığı ilə tikinti işləri aparmaq istəsə də, cavabdeh buna maneələr yaradaraq iddiaçının mülkiyyət hüquqlarını müxtəlif formada məhdudlaşdırır. Göründüyü kimi apelyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 152.5-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhərə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulmalı, həmin torpaq sahəsində tikinti işlərinin, o cümlədən yaşayış evinin tikilməsinə, quruculuq abadlıq işlərinin görülməsinə, sahəsnin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh1”nin üzərinə qoyulmalıdır. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxxn” İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3966/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3966/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver