Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3968/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin vəkili Alıyev Cavid Barat oğlunun iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(008)2382/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Z.Rzayev) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilərək, onun 1971-ci ilin avqust ayından 1976-cı ilin avqust ayına qədər Ermənistan SSR-nin Ararat rayonu Xalisa kənd kolxozunda kolxozçu işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2020 saylı, 14 yanvar 2020-c i il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2382/2018 saylı mülki iş üzrə qəbul etdiyi 28 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1954-cü ildə Ermənistan Respublikasının Ararat rayonunun Xalisa kəndində anadan olmuşdur. 1961-ci ildən 1971-ci ilədək Xalisa kənd orta məktəbində təhsil almışdı r.O, orta məktəbi bitirdikdən sonra 1971-ci ilin avqust ayından 1976-cı ilin avqust ayına qədər Ararat rayonunun Xalisa kəndində kolxoçu işləmişdir. 1976-cı ildən 1980-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutuda təhsil almışdır. Oranı bitirdikdən sonra sənədlərini geri istədiyi zaman bildirmişlər ki, atesstatı, əmək kitabçası itmişdir. Bununla əlaqədar təhsilini bitirdikdən sonra təyinatla Ermənistan Respublikasının Ararat rayonunun Şirazlı kənd orta məktəbinə müəllim təyin olunduğu zaman ona yeni əmək kitabçası vermişlər.Onunla kolxozda birgə çalışan vətəndaşlar hal-hazırda Bakı şəhərində yaşayırlar və həmin şəxslər onun həqiqətən kolxozda çalışdığını təsdiq edə bilərlər. Daha sonra Ərizəçi dəqiqləşdirmə barədə ərizə verərək onun 1971-ci ilin avqust ayından 1976-cı ilin avqust a yına qədər Ararat rayonunun Xalisa kəndində kolxozçu işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi və vəkili Alıyev Cavid Barat oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayo n şöbəsinin vəkili Alıyev Cavid Barat oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Ərizəçi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin vəkili Alıyev Cavid Barat oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd e tməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -ARM ******* saylı əmək kitabçasının surətindən görünür ki, X1 Ermənistan Respublikasının Ararat rayonu Xalisa kənd kolxozunda 1957-ci ildən 08.02.1989-cu il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. -ARM ******* saylı əmək kitabçasının surətindən görünür ki, X3 1960-cı ildən 01.01.1989-cu il tarixədək Ermənistan Respublikasının Ararat rayonu Xalisa kənd kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. -ARM ******* saylı əmək kitabçasının surətindən məlum olur ki, X2 20.04.1972-ci il tarixdən 01.01.1989-cu il tarixədək Ermənistan Respublikasının Ararat rayonu Xalisa kənd kolxozunda müxtəlif vəzifələrdə işləmişdir. -EV 271960 saylı diplomun surətindən görünür ki, Ərizəçi 1976- cı ildən 1980-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. -PT ******* saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 01.09.1980-ci il tarixdə Ararat rayonu Şirazlı orta məktəbində müəllim vəzifəsinə təyin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan sübutları araşdıraraq və Mülki Prosessual Məcəllənin 307.1, 307.2.11, 308, 311-ci maddələrinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin 1971-ci ilin avqust ayından 1976-c ı ilin avqust ayına qədər Ararat rayonu Xalisa kəndindəki kolxozda işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu faktı həmin illərdə Ararat rayonu Xalisa kəndindəki kolxozda işləmiş şahidlər təsdiq etmişlər və həmçinin hər hansı obyektiv və ya subyektiv amillərə görə həmin şahid ifadələrini şübhə altına alınması və qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa işin mübahisəsiz halıdır ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanına malik deyil. İş materiallarından görünür ki, maraqlı şəxsin nümayəndəsi bildirmişdir ki, həmin akt məhkəmə qaydasında müəyyən edildiyi təqdirdə ərizəçi pensiya almaq hü ququnu əldə etmiş olur. İş materiallarında olan ərizəçiyə məxsus ******* №-li hərbi biletdən görünür ki, Ərizəçi hərbi xidmətə yararsızdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki ərizənin təmin edilməsi Mülki Prosessual Məcəllənin 308 və 311-ci maddələrinin tələblərinə tam uyğundur və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquq i qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3968/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3968/2020
02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver