Məhkəmə qərarları › İş №2(102)-3969/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3969/2020

08.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3969/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X2, Cavabdeh3 vəkili X1, Cavabdeh1 nümayəndəsi X3 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və sair tələbləri barədə” ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” qarşılıqlı iddia tələbinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh3 iddiaçıya məxsus mübahisəli torpaq sahəsindən çıxarılması, Cavabdeh3 üzərinə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulması, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2 5.000 manat mənəvi ziyanın iddiaçının xeyrinə tutulması, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam rədd edilməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən İ.Vəliyev, hakimlər X.Mərdanova və E.Həsənov) xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin Cavabdeh1 və Cavabdeh2 5.000 manat mənəvi ziyanın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən S.Hacıyev, hakimlər Q.Əsgərov və E.Vəliyeva) xx.xx.2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilmiş hissəsində ləğv edilm əsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər E.Şamayev və Ş.Məhərrəmova) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə verdikləri, eyni zamanda Cavabdeh2 həm də ayrıca verdiyi apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəmə si işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 iddiaçıya məxsus mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində dəyişdirmədən saxlasa da çıxarılmalı hissənin koordinatlarını, ölçülərini qəbul etdiyi qətnamədə qeyd etməməklə gələcəkdə qətnamənin icrasını qeyri-müəyyən etmişdir. xx.xx.2019-cu il tarixli ekspert rəyi əsassız olduğundan təkrara ekspertiza kemçırılməsi ilə bağlı məhkəməyə cavabdehlər tərəfindən müraciət edilsə də apelyasiya instansiyası məhkəməsi qeyd edilən rəyi müstəsna sübut kimi qiymətləndirərək təkrar eksperti za təyin etməkdən imtina etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 iddiaçıya məxsus mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində dəyişdirmədə n saxlasa da çıxarılmalı hissənin koordinatlarını, ölçülərini qəbul etdiyi qətnamədə qeyd etməməklə gələcəkdə qətnamənin icrasını qeyri-müəyyən etmişdir. xx.xx.2019-cu il tarixli ekspert rəyi əsassız olduğundan təkrara ekspertiza kemçırılməsi ilə bağlı məhkəməyə cavabdehlər tərəfindən müraciət edilsə də apelyasiya instansiyası məhkəməsi qeyd edilən rəyi müstəsna sübut kimi qiymətləndirərək təkrar ekspertiza təyin etməkdən imtina etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixliqətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin də yişdirilməsi barədə” ərizələr ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və 0,50 ha torpaq sahəsindən (bundan sonra – mübahisəli torpaq sahəsi) Cavabdeh3 çıxarılması, Cavabdeh3 üzərinə inşa etdikləri yüksək təhlükə mənbəyi sayılan yanacaq doldurma məntəqəsində yanacaqların saxlanması üçün nəzərdə tutulan çənlərin ona məxsus torpaq sahəsindən qanunvericiliklə nəzərdə tutulmuş təhlükəsiz məsafədə, yəni 25 metr məsafədə yerləşdirilməsi vəzifəsinin qoyulması, onun mülkiyyətində olan həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsinin Cavabdeh3 üzərinə qoyulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat maddi və 5.000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasındakı razılaşmaya əsasən 29.790 manat pul məbləğinin sərf olunduğunu nəzərə alaraq, mübahisəli 271,8 kv.m torpaq sahəsinin dəyərinin mövcud bazar qiyməti ilə hesablanıb iddiaçılar tərəfindən şifahi müqaviləyə uyğun olaraq görülmüş işlərə sərf olunmuş 29.790 manat puldan hesablanaraq tutulması, 271,8 kv.m torpaq sahəsinin onların adına rəsmiləşdirilməsi, həmin 29.790 manat puldan 271,8 kv.m torpaq sahəsinin pulu çıxıldıqdan sonra, qalan məbləğin iddiaçıdan tutularaq onlara ödənilməsi, iddiaçının əməllərində cinayət tərkibi olduğundan barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə m übahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan 0,50 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətində olan 0.41 ha torpaq sahəsi ilə yanaşı yerləşir. Cavabdeh3 torpaq sahəsinin üzərində inşa edilmiş yanacaq doldurma məntəqəsinin giriş-çıxış yolunun bir hissəsi iddiaçının torpaq sahəsinin üzərində inşa edilmişdir. Hazırda Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsi ilk olaraq digər cavabdehlərin mülkiyyə tində olmuş və həmin dövrdə iddiaçının torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. Daha sonra Cavabdeh2 özünə məxsus payı Cavabdeh1 satmış, 2016-cı ildə isə Cavabdeh1 mülkiyyətində olan əmlak kompleksini Cavabdeh3 sataraq özgəninkiləşdirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan və reyestr nömrəsi **********41 olan çıxarışla 0,50 hektar (faktiki ölçülmüş ərazi 0,4619 hektar), (İddiaçı torpaq sahəsi ilə həmsərhəd qonşu) Cavabdeh3 mülkiyyətinə isə reyestr nömrəsi **********32-12301 olan çıxarışla 0,41 hektar (faktiki ölçülmüş ərazi 0,4464 hektar) torpaq sahəsi mülkiyyətinə verilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,0372 hektarı Cavabdeh3 faktiki istifadəsindədir. İddiaçının mülkiyyətind ə olan 0,50 ha və Cavabdeh3 0,41 ha torpaq sahəsinin çıxarışlara əlavə edilmiş plan-ölçü sənədlərinin dəqiq koordinatları olduğu üçün onların sərhədləri üstüstə düşmür. İşə ikinci baxışda baxan apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi öz təsdiqini tapdığından ilk iddianı Cavabdeh3 iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması və onun üzərinə iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulması hissəsində iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasın da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Qeyd edilənlərə əsasən apelyasiya intansiyası məhkəməsi iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsini illərlə zəbt etməsi iddiaçıya mənəvi ziyan vurmuşdur. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak h üquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiy a edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarında göstərilmi şdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə ma likdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalarının” 13-cü bəndinə görə, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. xx.xx.2019-cu il tarixli ekspert rəyi əsassız olduğundan təkrar ekspertiza keçırılməsi ilə bağlı məhkəməyə cavabdehlər tərəfindən müraciət edilsə də apelyasiya instansiyası məhkəməsi qeyd edilən rəyi müstəsna sübut kimi qiymətləndirərək təkrar ekspertiza təyin etməkdən imtina etməsi barədə kassasiya şikayətlərinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edil miş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Bundan başqa Cavabdeh3 iddiaçıya məxsus mübahisəli torpaq sahəsindən çıxarılması olduğu hissənin koordinatlarının, ölçülərinin qətnamədə qeyd edilməməsinin gələcəkdə qətnamənin icrasını qeyri-müəyyən etməsi barədə kasasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, zəbt olunmuş torpaq sahəsinin dəqiq ölçüləri xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamən in ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar