Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-397/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə yara nmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun bağlanması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli 2(105)-1091/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı2 ASC tərəfindən borcalan Cavabdeh 60 ay müddətinə, illik 7 faiz ödənilmək şərtilə, 200000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verməyi öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Zami n məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273,3 kv metr ümumi, 84,3 kv metr yaşayış, 189 kv metr yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi İddiaçı2 ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsini n xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273,3 kv metrümumi, 84,3 kv metryaşayış, 189 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipo teka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% ödənilmək şərtilə, 200000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh Zamin ilə həmin tarixdə 053/13/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273,3 kv metr ümumi, 84,3 kv metr yaşayış, 189 kv metr yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Hazırda cavabdehin banka ödənilməmiş 160 921manat 50 qəpik əsas, 375 manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20475 manat 93 qəpik məbləğində cərimə və 10996 manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcu mövcuddur. İddiaçı göstərilən məbləğin ödənilməsi və ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273,3 kv metrümumi, 84,3 kv metryaşayış, 189 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin sa tışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz olaraq bildirmişdir ki, ipoteka müqaviləsi qanunsuz bağlanıb, belə ki həmin evdə onun ailə üzvləri qeydiyyatdadır, amma heç birinin razılığı alınmadan bu müqavilə bağlanıb. Atası yaşlı adam olub, evi ipoteka ilə yüklü edilməsi barədə bağlanmış müqavilənin qanuni əsaslarını bilmədən imzalayıb.
6. Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(027)-51/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 160.921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik məbləğində əsas bo rc, 375 manat 48 qəpik məbləğində faiz borcu, 475 manat 93 qəpik cərimə borcu, 10996 manat 30 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ, cəmi 172769 manat 21 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin tutulub Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış seriya RX № 0080465, Reyestr nömrəsi **********19-10301, Qeydiyyat nömrəsi ********** olan “Çıxarış”a əsasən Hacıyev Aləm Rüstəm oğluna məxsus olmuş Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 273,3 kv metr ümumi, 84,3 kv metr yaşayış, 189 kv metr yardımçı sahəsindən ib arət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 (yüz min) manat müəyyənləşdirilməklə açıq hərrac yolu ilə satılması, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh Ləğv prosesində olan İddiaçı2 ASC-nə olan kredit borcunun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı banka qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmeti olan əmlakın qiyməti tərəflərin razılığa əsasən 100000 manat məbləğində qiymətləndirildiyindən həmin əmlak 100000 manat dəyərində müəyyən edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 442, 443.1, 445.1, 445.2, 279, 448.1, 449.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 39.3.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə bir dəfə iştirak etmiş və pros es zamanı bildirmişdir ki, kredit müqaviləsinə imza atmamış, bundan əlavə ipoteka müqaviləsi qanunsuz bağlanmışdır. Belə ki, Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273,3 kv metrü mumi, 84,3 kv metr yaşayış, 189 kv metr yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evində özü, həyat yoldaşı X1 və övladları X2, X3 və Zamin Pərviz oğlu qeydiyyatda olmuşlar, lakin buna baxmayaraq evin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişlər. Kredit müqaviləsində iki tərəf var: borc verən və borc alan. Əgər özü kredit müqaviləsinə imza etməmişdirsə, borc müqaviləsi mövcud deyil və borc ondan tutula bilməz. Qeydiyyatda olan şəxslər razılıq vermədikləri üçün ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
11. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1460/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 4/1116 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş xx.xx.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinin 1-ci vərəqinin üz tərəfinin aşağı hissəsində olan imza və 2-ci vərəqinin arxa tərəfində “Borc alan” qrafasında olan imza, 18 aprel 2013-cü il tarixli, 053/13 saylı İpoteka müqaviləsinin 2-ci vərəqində “İpoteka qoyan” hissəsində “Borc alan” qrafasında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Z.Məmmədov (sədrlik edən və məruzəçi), F.Məmmədov və İ.Dəmirov) 2(105)-1460/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlinmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) xx.xx.2023-cü il tarixli 2(102)-373/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1460/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir
16. Kassasiya kollegiyasının mövqeyi ondan ibarət olmuşdir ki, kredit müqaviləsi üzrə iddia tələblərinə baxılarkən məhkəmələrin iddia tələbinin və etirazın dəlillərindən asılı olmayaraq mütləq qaydada araşdırmalı olduğu hallar vardır: -kredit müqaviləsinin bağlanıb-bağlanmaması; -həmin müqavilənin etibarlı olub-olmaması, -kredit müqaviləsi üzrə razılaşdırılmış məbləğin həqiqətən verilib-verilməməsi. Kassasiya şikayətinin də dəlili məhz bundan ibarətdir ki, pulun bankın kassasından alınmasını təsdiq edən sənəd – kassa məxaric orderi iş materiallarında mövcud deyildir. Kassasiya şikayətinin həmin dəlili aşağı instansiya məhkəmələrində irəli sürülməsə də, mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsindən əmələ gəldiyindən məhkəmələr etirazın və şikayətin dəlillərindən asılı olmadan həmin halın mövcud olub-olmamasını araşdırmalı idi. İş materiallarında, o cümlədən, iddia ərizəsinə qoşma edilmiş sənədlərin siyahısında (mülki iş, səhifə 5) kassa məxaric orderi müəyyən edilmir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin yaranması anı qeyd edilən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş pul məbləğinin cavabdehə verilməsi ilə yaranır və iddiaçı hüquqi şəxs olduğundan bu hal müvafiq kassa məxaric orderi ilə və yaxud pulun hes abdan-hesaba keçirilməsi barədə sənədlərlə sübut edilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icra edilib-edilməməsinə ətraflı araşdırma aparmadan hüquqi qiymət vermişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023cü il tarixli 2(105)-1091/2023 nömrəli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi) Almaz Süleymanova və Gülnar Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı2 ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaql a öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh kredit müqaviləsinə imza atmamışdır, buna görə də borc müqaviləsi mövcud deyil və borc ondan tutula bilməz. Mübahisəli evdə qeydiyyatda olan şəxslər evin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişlər. Qeydiyyatda olan şəxslər razılıq vermədikləri üçün ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
19. Kredit müqavil əsinin Cavabdeh tərəfindən imzalanmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, birinci apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 4/1116 saylı ekspert rəyi ilə xx.xx.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinin 1-ci vərəqinin üz tərəfinin aşağı hissəsində olan imza və 2-ci vərəqinin arxa tərəfində “Borc alan” qrafasında olan imza, 18 aprel 2013-cü il tarixli, 053/13 saylı İpoteka müqaviləsinin 2-ci vərəqində “İpoteka qoyan” hissəsində “Borc alan” qrafasında olan imzanın Cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdeh və nümayəndəsi ka ssa məxaric orderindəki imzanı mübahisələndirərək orderin Cavabdeh tərəfindən imzalanmadığını bildirmişlər. Mübahisələndirilən halın araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1091/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 4/934 saylı ekspert rəyinə əsasən 2(105)-1091/2023 saylı mülki işin 237-ci vərəqində olan xx.xx.2013-cu il tarixli kassa məxaric orderinin aşağı sol hissədə “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
20. Qeydiyyatda olan şəxslərin razılıq vermədikləri üçün ipoteka müqaviləsinin etibarsız hesab edilməli olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015ci il tarixli qərarına, Mülki Məcəllənin 271.1, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə istinadla əsaslandırmışdır.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirılməli, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdrilməsi üçün əsas kimi qəbul olunmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ekspertizan ın keçirilməsində iştirak edə bilmədiyi üçün məhkəmə kollegiyasından iş üçün əhəmiyyətli halların araşdırılması məqsədilə müvafiq suallar qoymaqla əlavə ekspertizanın keçirilməsi barədə vəsatət vermiş, lakin məhkəmə əsassız olaraq bu vəsatəti təmin etməmişdir. Məhkəmə ekspertin rəyi ilə nəyə görə və hansı xüsusatlara görə razılaşdığını əsaslandırmamış, habelə ekspert rəyində ziddiyyətlərin olub-olmamasını müəyyən etməmiş, ziddiyyətlərin olduğu təqdirdə isə onların nədən ibarət olması araşdırılmamış və müzakirə edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən işə obyektiv baxılması qənaətinə gəlmək mümkün deyildir. O, kredit müqaviləsinə, kassa məxaric sənədinə imza etməmişdir. İş materiallarına iddiaçının əlavə etdiyi sənədlərdəki imzalarla eksperimental nümunə üçün götürülmüş imza nümunəl ərinə adi gözlə baxdıqda da imzaların fərqli olması aşkar görünür. Bununla bağlı təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermişdir, lakin məhkəmə bu ziddiyyətə əhəmiyyət verməyərək vəsatəti təmin etməmişdir. Eyni zamanda ekspert məhkəməyə dəvət edilməmiş və dindirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi X6 tərəfindən etiraz daxil olmuş, etirazda kassasiya şikayəti dəlillərinin əsassız olması qeyd edilməklə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılması xahiş edilmşidir. Tətb Mülki Məcəllə
25. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 18 2-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir
26. Maddə
317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
27. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) ba şqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə
33. Borclu əsas ö hdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
35. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 3 noyabr 2015-ci il tarixli qərarı 36. “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müq aviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyn i zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşıl ıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiy a məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında forma laşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1091/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.