Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-8/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh5 arasında 2019cu il ## #### tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə çərçivəsində tərəflər arasında ardıcıl olaraq 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 24 ay müddətinə 50.000 manat, 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 24 ay müddətinə 50.000 manat və 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 36 ay müddətinə 47.500 manat kredit verilmişdir. Hər bir kredit razılaşması üzrə aylıq faiz dərəcəsi 1,3333 % müəyyən edilmiş, kreditlərin ödənişi müvafiq ödəniş planlarına uyğun olaraq həyata keçirilməli olmuşdur.
2. Ödəniş planlarına əsasən, borcalan cavabdeh5 öhdəlikləri üzrə son ödəniş tarixləri 2024-cü il ## ###### və 2026-cı il # ##### tarixləri kimi müəyyən edilmiş, həmin planlar borcalanla yanaşı zaminlər tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Sonradan tərəflər arasında 2023-cü il ## #### tarixli sazişlərlə kredit razılaşmalarına və ödəniş planlarına dəyişiklik edilmiş, borcalan kredit qalığını və hesablanmış faizləri yenilənmiş qrafiklər üzrə ödəməyi öz üzərinə götürmüşdür.
3. Kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə cavabdeh1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzil 58 və cavabdeh4 xüsusi mülkiyyətində olan Ismayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və onun üzərində yerləşən 84,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bu hallar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla təsdiq olunmuşdur. Ipoteka müqavilələrində əsas öhdəlik kimi 2019-cu il ## #### tarixli uzunmüddətli kredit müqaviləsi və ondan irəli gələn kredit razılaşmaları göstərilmişdir.
4. Iddiaçı bank tərəfindən cavabdehlərə 2024-cü il ## ### tarixdə göndərilmiş xəbərdarlıq məktublarında kreditlər üzrə gecikdirilmiş ödənişlərin mövcudluğu, əsas borc, faiz və cərimə məbləğləri ətraflı göstərilmiş, müəyyən edilmiş müddətədək borcun ödənilmədiyi halda kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi və borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
5. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2024-cü il ## #### və 2025-ci il ## #### tarixli maliyyə arayışlarından isə cavabdeh5 hər üç kredit razılaşması üzrə əsas borc, faiz və cərimə borclarının mövcud olduğu, borc öhdəliklərinin tam icra edilmədiyi müəyyən olunmuşdur.
6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh4 arasında bağlanmış 2019-cu il # #### tarixli **************** nömrəli, cavabdeh2 ilə bağlanmış 2021-ci il ## #### tarixli **************** nömrəli, cavabdeh3 ilə bağlanmış 2021-ci il ## #### tarixli **************** nömrəli, habelə cavabdeh1 ilə bağlanmış 2022-ci il ## ###### tarixli **************** nömrəli zaminlik müqavilələrinə əsasən, həmin şəxslər borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tam icrasını təmin etmək məqsədilə bank qarşısında borclu ilə birlikdə tam və müştərək məsuliyyət götürmüşlər.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, cavabdeh2 və cavabdeh3 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada - 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 14165,38 manat məbləğində kredit borcu, 1689,91 manat məbləğində faiz borcu və 800,83 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16656,12 manat, - 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 16606,03 manat məbləğində kredit borcu, 2008,4 manat məbləğində faiz borcu və 969,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19583,51 manat, - 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 28695,29 manat məbləğində kredit borcu, 1868,64 manat məbləğində faiz borcu və 700,16 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31264,09 manat, ümumilikdə 67503,72 manat məbləğində borcun; tələbin X1 (bundan sonra – “cavabdeh1”) xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzil 58-ə, (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2), (bundan sonra – “mənzil”) cavabdeh4 (bundan sonra – “cavabdeh4”) xüsusi mülkiyyətində olan Ismayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və 84,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə (bundan sonra – “fərdi yaşayış evi”) yönəldilməsi, ipoteka predmetləri olan mənzilin, torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 67503,72 manat məbləğində borcun, ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh5 iddiaçı ilə bağlanılmış 2019-cu il ## #### tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək kreditin məbləği və müddəti ayrıca kredit razılaşmaları ilə müəyyən edilir. Bu kredit xətti üzrə 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması əsasında cavabdeh 24 ay müddətinə, aylıq 1,3333 % faiz dərəcəsi ilə, ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərti ilə 50.000 manat kredit götürmüşdür. Tərəflər arasında 2023-cü il ## #### tarixli ***R**********S nömrəli sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, zaminlər bu dəyişikliklərlə tanış olaraq imzaları ilə təsdiq etmişlər. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq ödənişləri dəfələrlə yubadıb, ödəməli olduğu kredit və faiz vəsaitlərini 2024-cü il # ###### tarixindən banka qaytarmamışdır. Cavabdeh tərəfindən ümumilikdə 35.834,62 manat ödənilmiş, nəticədə 14.165,38 manat əsas borc qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz kreditin verildiyi tarixdən tam qaytarılana qədər hesablanmış və 2024-cü il ## #### tarixinə 169 gün üçün faiz borcu 1.689,91 manat, 4.2.2-ci bəndə əsasən cərimə borcu isə 800,83 manat təşkil etmişdir. Eyni qaydada, cavabdeh 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit vəsaitini də vaxtında qaytarmamış, 2024-cü il # ###### tarixindən ödənişləri dayandırmış, nəticədə 16.606,03 manat əsas borc, 2.008,40 manat faiz borcu və 969,08 manat cərimə borcu yaranmışdır. Həmçinin cavabdeh 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit üzrə öhdəliklərini yerinə yetirməyərək, 2024-cü il # ###### tarixindən ödənişləri dayandırmış, bu razılaşma üzrə 28.695,29 manat əsas borc, 1.868,64 manat faiz borcu və 700,16 manat cərimə borcu formalaşmışdır. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən, borcalan ödəniş planına əməl etmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan borcu, faizləri və cəriməni tələb etmək hüququ vardır. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər ilə zaminlik müqavilələri bağlanmış, zaminlər bank qarşısında borcalanla birlikdə müştərək məsuliyyət daşımaq öhdəliyini üzərlərinə götürmüşlər. Eyni zamanda kredit öhdəliklərinin təminatı kimi 2021-ci il ## ####, 2022-ci il ## ###### və 2023-cü il ## #### tarixlərində bağlanmış ipoteka müqavilələri əsasında müvafiq daşınar və daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2025ci il ## ###### tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, hesabdan çıxarışlar və iddiaçı ilə cavabdeh cavabdeh5 arasında bağlanmış kredit razılaşmalarının şərtləri nəzərə alınmaqla borc məbləğləri müəyyən edilmişdir: - 2022-ci il ## ###### tarixli, ***R********** nömrəli kredit razılaşması üzrə ekspertiza nəticəsinə görə, cavabdehlərə xəbərdarlıq məktubunun göndərildiyi 2024-cü il ## ### tarixə əsas borc 25.089,59 manat, faiz borcu isə 1.248,90 manat təşkil etmişdir. Bankın maliyyə arayışında göstərilən 2024-cü il ## #### tarixə (xəbərdarlıq məktubundan sonra faiz hesablanmadan) əsas borc 14.135,57 manat, faiz borcu 1.248,90 manat olmuşdur. Eyni məbləğlər qərardadın qəbul edildiyi 2024-cü il # ###### tarixə də müəyyən edilmişdir. - 2022-ci il ## ###### tarixli, ***R********** nömrəli kredit razılaşması üzrə 2024-cü il ## ### tarixə əsas borc 27.073,89 manat, faiz borcu 1.841,02 manat müəyyən olunmuşdur. Maliyyə arayışında göstərilən 2024-cü il ## #### tarixə (xəbərdarlıq məktubundan sonra faiz hesablanmadan) əsas borc 16.416,53 manat, faiz borcu 1.841,02 manat təşkil etmiş, həmin məbləğlər 2024-cü il # ###### tarixə də dəyişməz qalmışdır. - 2023-cü il ## #### tarixli, ***R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərə xəbərdarlıq məktubunun göndərildiyi 2024-cü il ## ### tarixə əsas borc 28.612,27 manat, faiz borcu isə 1.932,92 manat müəyyən edilmişdir. Qərardadın qəbul edildiyi 2024-cü il # ###### tarixə də həmin məbləğlər saxlanılmışdır. - Ekspertiza zamanı müəyyən edilmişdir ki, qeyd olunan kredit razılaşmalarında cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilmiş sənədlərdə cərimə borcunun silinməsini təsdiq edən çıxarışlar mövcud olmadığından, ekspert rəyində suallarda göstərilən tarixlər üzrə cavabdeh cavabdeh5 cərimə borcu hesablanmamışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il ## ##### tarixli */***** nömrəli ekspert rəyinə əsasən, tədqiq olunan mənzilin ümumi sahəsinin 66.80 kv.metr təşkil etdiyini nəzərə alaraq, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, ** nömrəli mənzilin (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47 M2, m2) orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 97000 manat (1453 x 66.80 kv.m), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (97000-10%) 87000 manat məbləğində müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
11. Mütəxəssis MMC-nin 2025-ci il ## #### tarixli ***/E nömrəli mütəxəssis rəyinə əsasən, cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan mənzilin likvid qiyməti 67500 manat, real bazar dəyəri 75000 manat, cavabdeh cavabdeh4 xüsusi mülkiyyətində olan torpaq sahəsinin likvid qiyməti 27000 manat, real bazar dəyəri 30000 manat və fərdi yaşayış evinin likvid qiyməti 9000 manat, real bazar dəyəri 10000 manat, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid qiyməti 36000 manat, bazar dəyəri 40000 manat müəyyən edilmişdir.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdеhlərdən müştərək qaydada - 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 11365,38 manat məbləğində əsas borc, 1216,17 manat məbləğində faiz borcu və 550 manat məbləğində cərimə borcu, - 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 16416,53 manat məbləğində əsas borc, 1535,75 manat məbləğində faiz borcu və 800 manat məbləğində cərimə borcu, - 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 28612,27 manat məbləğində əsas borc, 1868,64 manat məbləğində faiz borcu və 700,16 manat məbləğində cərimə borcu, cəmi 63.446,10 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdеhlərdən müştərək qaydada tutulmalı olan cəmi 63446,10 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan mənzilə və cavabdeh cavabdeh4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılaraq iddiaçıya olan cəmi 63446,10 manat məbləğində pul vəsaitinin ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 67.500 manat, fərdi yaşayış evinin ilkin satış qiymətinin 36.000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – H.Alıyeva).
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “## ###### 2022-ci il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 14165,38 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ## #### 2025-ci il tarixli maliyyə arayışı nəzərə alınaraq 11365,38 manat manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.
14. Belə ki, həmin maliyyə arayışında cavabdeh5 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya cəmi 11365,38 manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur.
15. Bundan başqa iddiaçı 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 16606,03 manat məbləğində və 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 28695,29 manat məbləğində əsas borcun tutulmasını tələb etsə də, həmin məbləğlər 2025-ci il ## ###### tarixli */**** nömrəli ekspert rəyi ilə təsdiq olunmur.
16. Buna görə də, həmin kredit razılaşmaları üzrə əsas borcun tutulması hissəsində 2025-ci il ## ###### tarixli */**** nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə ekspert rəyində qeyd edilən 16416,53 manat məbləğində və 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 28612,27 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.
17. Iddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 2024-cü il ## #### tarixinə 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 1689,91 manat, 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 2008,4 manat, 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 1868,64 manat faiz hesablandığını bildirmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir.
19. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.
20. Buna görə də məhkəmə bildirmişdir ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər.
21. 2024-cü il ## ### tarixli xəbərdarlıq məktublarında 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cavabdehin ödəməli olduğu faiz borcu 1216,17 manat, 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 1535,75 manat, 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 1868,64 manat qeyd olunmuşdur.
22. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 1216,17 manat, 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 1535,75 manat və 2023-cü il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 1868,64 manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə hesab etmişdir ki, kredit razılaşması ödənişlərini gecikdirməsi işin göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır.
24. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cərimə borcu azadılaraq 550 manat, 2022-ci il ## ###### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cərimə borcunun məbləği azaldılaraq 800 manat müəyyən edilərək, həmin kredit razılaşmaları üzrə cərimənin tutulması hissəsində iddia qismən təmin edilməlidir.
25. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “## #### 2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 700,16 məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir.
26. 2019-cu il # #### tarixli **************** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh4, 2021-ci il ## #### tarixli **************** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh2, 2021-ci il ## #### tarixli **************** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh3 və 2022-ci il ## ###### tarixli **************** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh1 kredit alanın uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında borclu ilə birlikdə tam və müştərək məsuliyyət götürdüklərindən, məhkəmə iddianın həmin şəxslərə münasibətdə də təmin edilməsi üçün hüquqi əsasların mövcud olduğu qənaətinə gəlmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, tutmanın ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi barədə tələb MM-in və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
28. Məhkəmə vurğulamışdır ki, ipoteka predmetlərinin likvid qiyməti müəyyən edilərkən Mütəxəssis Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025-ci il ## #### tarixli ***/E nömrəli mütəxəssis rəyi nəzərə alınaraq cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində mənzilin ilkin satış qiyməti 67500 manat, cavabdeh cavabdeh4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 manat olaraq müəyyən edilməlidir.
29. Məhkəmə iddia tələbinin hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsini araşdıraraq müəyyən etmişdir ki, bu məsələ qətnamənin icrası mərhələsində həll olunmalı olduğundan iddia tələbi həmin hissədə əsassızdır və rədd edilməlidir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM“) 269.1, 269.4, 319.1, 385.1, 421.2, 425.1, 427.3, 442.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 743.1-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.341.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
31. Cavabdeh cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə təkrar və ya əlavə ekspertiza və müstəqil qiymətləndirmə təyin edilməsini, tərəflərin rəyinə əsasən müvafiq ixtisaslı şəxslərin seçilməsini, yeni ekspert və qiymətləndirmə rəyləri əsasında iş üzrə yeni qətnamə qəbul edilməsini və ya iddianın tam/qismən rədd edilmisini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən hakim – M.Hüseynov, hakimlər – Z.Məmmədov, A.Hüseynzadə).
33. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər mücərrəd və qeyri-müəyyən xarakter daşımaqla əsassız və qəbulolunmazdır.
34. Cavabdeh borc məbləğini şişirdilmiş hesab etsə də, lakin borcun konkret olaraq hansı hissədə və nə qədər artıq hesablandığını, özünün müəyyən etdiyi nəticələri bildirməmiş, dəlillərini əsaslandıran konkret faktlara istinad etməmişdir.
35. Halbuki, iddiaçı kredit müqavilələri üzrə ümumilikdə 67503,72 manat məbləğində borc hesabladığı və tələb etdiyi halda məhkəmə səylə araşdırma apararaq, eyni zamanda cavabdehlərin vəziyyətini yolverilən həddə qədər yüngülləşdirmək mövqeyindən yanaşaraq həmin borcu 63064,90 manat məbləğinə azaltmışdır.
36. Bundan başqa, cavabdeh cavabdeh5 apellyasiya şikayətində ipoteka predmetlərinin hazırkı bazar qiymətinin daha yüksək olmasını iddia edərək məhkəmə tərəfindən müəyyən olunmuş ilkin satış qiymətlərindən narazılığını ifadə etsə də, lakin məhkəmə kollegiyasının qənaətincə, onun dəlili qanunaziddir. Belə ki, “Ipoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9, 39.3 və 39.3.3-cü maddələrinin birgə təfsiri baxımından məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiyməti kimi onun məhz likvid dəyəri götürülməlidir. Əmlakın likvid dəyəri isə onun bazar qiymətinin açıq bazar şəraitində daha tez satılma imkanı verən həddini ehtiva edir.
37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 2025-ci il ## ###### tarixdən Azərbaycan Qiymətləndiricilər Palatasının Nizamnaməsi qüvvəyə minmiş və Palata rəsmi fəaliyyətə başlamışdır. Eyni zamanda, Azərbaycan Qiymətləndiricilər Palatası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında razılaşmaya əsasən # #### 2025-ci il tarixdən Mərkəzin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaması qərara alınmışdır. Bu da qiymətləndirmə sahəsində ekspertiza fəaliyyətinin Palataya aid edilməsini nəzərdə tutur. Odur ki, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan və peşəkar fəaliyyəti sertifikatlaşdırılmış qiymətləndirmə təşkilatları müvafiq növ ekspertizaların təyin edilməsi haqqında məhkəmə qərardadlarını icra etməyə səlahiyyətli olan qurumlar sayılır. Konkret halda da daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ixtisaslaşan Mütəxəssis Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırkı iş üzrə ipoteka predmetlərinin həm bazar, həm də likvid qiymətləri müəyyən olunmuş, məhkəmə isə “Ipoteka haqqında” Qanuna müvafiq olaraq həmin əmlakların ilkin satış qiymətlərini müəyyən etmişdir.
38. Məhkəmə “Ipoteka haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, cavabdeh ipoteka predmetini müəyyən olunmuş likvid dəyərindən baha almaq istəyən alıcı tapdığı təqdirdə qeyd edilən imkandan istifadə edə bilər.
39. Məhkəmə gəldiyi nəticəni “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3, 39.3, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
40. Cavabdeh cavabdeh5 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri:
41. MM-in 467-ci maddəsi üzrə - Işə baxan məhkəmə tələb edilən cərimənin məbləğini nisbətən azaltmış olsa belə, lakin həmin məbləğ də tənasübsüz surətdə yüksək məbləğdir. Həmçinin, məhkəmə tələb edilən cərimənin məbləğini müəyyən edərkən öz mövqeyini əsaslandırmamışdır. Buna görə də qeyd edilir ki, işə baxan məhkəmə maddi hüquq normasının tələbini pozmuşdur.
42. MPM-in 9, 14, 88-ci maddələri üzrə - Cavabdeh cavabdeh5 Mütəxəssis MMC-nin 2025-ci il ## #### tarixli ***/E nömrəli mütəxəssis rəyinə və 2025-ci il ## ###### tarixli */**** nömrəli ekspert rəyinə istinadən qeyd edir ki, məhkəmə qərar qəbul edərkən əmlakların real bazar dəyərini deyil, likvid dəyərini əsas götürmüşdür. Eyni zamanda, borc məbləği 2025-ci il ## ###### tarixli */**** nömrəli ekspert rəyinə istinadən düzgün hesablanmamışdır. Həmin ekspert rəyi ciddi hüquqi və metodoloji qüsurlar daşıyır, rəqəmlər arasında uyğunsuzluqlar mövcuddur və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ekspertin bank kredit əməliyyatları üzrə xüsusi bilik və peşəkar təcrübəsini təsdiq edən sənədlər təqdim olunmamış, faiz və cərimə hesablamalarında istifadə olunan normativ-hüquqi baza və hesablanma üsulu göstərilməmiş, məlumat bazası və proqram təminatı barədə qeyd edilməmiş, habelə müqavilə şərtləri ilə aparılan hesablamalar arasındakı fərqlər izah olunmamışdır. Bu qüsurlar nəticəsində borc məbləği əsassız şəkildə şişirdilmiş, ipoteka predmetlərinin dəyəri isə əsassız olaraq aşağı göstərilmiş, qətnamə isə obyektiv sübutlara deyil, qüsurlu sənədlərə əsaslanmışdır.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
43. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
44. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
46. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 25. Ipoteka qoyanın hüquq və vəzifələri
25.1. Ipoteka qoyanın aşağıdakı hüquqları vardır: ... 25.1.3. bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək; ...”
“Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; ...”
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası apellyasiya məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
50. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh cavabdeh5 müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin təmin olunan hissədə əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
51. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdeh cavabdeh5 müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
52. Apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın təmin olunan hissədə əsaslı olması qənaətinə gəlmişdir.
53. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.
54. Kassator dəlillərində “borc məbləğinin düzgün hesablanmadığını və.s” qeyd etmişdir. Kassasiya şikayətinin adıçəkilən dəlilləri aşağı instansiya məhkəməsində bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.
55. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
56. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
57. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
58. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.