Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-829/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi X1, Cavabdeh1, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmtş apellyasiya şiayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC-yə qarşı kredit müqaviləsi borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017AF-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 44301.90 manat əsas borc, 6846.83 manat faiz borcu olmaqla, cəmi borcu 51148.73 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 231 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankının Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 667-2906-2017-AF-X3 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 oğluna 108 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 55909.00 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativi ilə xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh1 Banka 44301.90 manat əsas borc, 6846.83 manat faiz borcu olmaqla, cəmi borcu 51148.73 manat təşkil edir. Cavabdeh1 oğluna kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 borc öhdəliyini icra etmir, buna görə də borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017-AF-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 231 manat dövlət rüsumu, iddia tələbinin həcminin artırılması üçün 17.51 manat dövlət rüsumu, habelə 0.80 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 18, 66 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017AF-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borc 52837.63 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 248,51 manat dövlət rüsumu, habelə 0.80 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 ünvanı açıq hərracdan satılması, mənzilin likvid dəyərinin 43000 manat müəyyən edilməsi, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən ən geci bir ay ərzində əmlakları ilə birlikdə çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" MMC-nin hər birindən 100 manat olmaqla, cəmi 300 manat məbləğində pul tutularaq "xxxx" MMCnin Kapital Bank ASC-nin İnşaatçılar filialı H/h AZ37NABZO**********00000C**********226 SAYLİ hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2656/2022 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(012)- 2656/2022 saylı qətnaməsinin giriş hissəsindən “Cavabdeh2 iştirakı” ifadəsi qətnamədən xaric edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına, tərəflərin izahatlarına, iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə iddianı təmin etmişdir. Məhkəmə AR Mülki Məcəlləsinin 317, 319.1, 319.6-cı, AR «İpoteka haqqında» Qanunun 33, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmədə iddia ərizəsini tam deyil, qismən qəbul etmişdi. Bildirir ki, mənzilin kreditini hər ay cədvəl üzrə vaxtında ödəyirdi. Lakin “COVİD-19” pandemiyası ilə əlaqədar iş yerləri bağlandığı üçün işləyə bilmədi. Başqa yerdən də gəliri olmadı. Həmin səbəbdən "xxxx" ASC-nə kredit borcu yarandı. Hazırda yaşadıqları mənzilin 2021-ci ildən işığı, suyu, qazı kəsilmişdir. Bütün qışı işıqsız, qazsız və susuz qalıblar. Ona görə də məcbur olub, müxtəlif ünvanlarda yaşayan qohumların, tanışların evində qalıblar. Yeganə yaşayış yerləri 1 otaqlı mənzildir və 5 ilə yaxın həmin mənzilə kredit ödəyiblər. Lakin "xxxx" ASC onların çox ağır olan, dözülməz və faciəli həyat şəraitini nəzərə almaq istəmir. Onlara heç bir güzəşt etmək istəmir və yeganə ümidləri olan 1 otaqlı mənzildən onları çıxarmaq istəyir. Bank bu ağır həyat şəraitində onlara öz daxili imkanları daxilində nəzərə alınmaqla heç bir güzəşt etmək istəmir və yeni ödəniş cədvəli vermir. Ona görə də Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya instansiyası məhkəməsində ləğv olunmalı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, yeni ödəniş cədvəli verilməli, həmin cədvəl üzrə ödəniş davam etdirilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, danışıq üçün bankın demək olar ki, bütün filiallarına müraciət ediblər, amma bir nəticə əldə olunmayıb. Bütün filiallar bildirir ki, onların edə biləcəyi bir şey yoxdur. Bank heç bir yardım etmək fikrində deyil. O, borcu ödəməkdən boyun qaçırmır. Amma sözügedən məbləği tam həcmdə ödəmək iqtidarında deyil. Bank yeni qrafik açsa, öhdəliyini mütləq qaydada icra edər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, bank vətəndaşı iş məhkəmənin icraatındadır deyə ümumiyyətlə qəbul etmir. Belə hesab edir ki, bank sadəcə olaraq vətəndaşı evindən çıxarmaqda maraqlıdır və hesab nömərsini də bağlayaraq ödəniş qəbul etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, şikayət ümumiyyətlə əsaslandırılmayıb. Faizin hesablanması məsələsinə gəldikdə faiz qətnamə çıxarılana qədər hesablanır və iddia həcminin artırılması barədə ərizə hazırlıq iclası zamanı təqdim olunub. Burada prosessual pozuntu yoxdur. Cavabdeh ona güzəşt olunması üçün pandemiya dövründə banka heç bir müraciət etməyib. Əgər müraciət etsə idi, digər vətəndaşlar kimi ona güzəşt olunardı. İş məhkəmə müstəvisinə çıxdıqdan sonra hər hansı güzəştdən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 və Cavabdeh3 QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6 maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur.
Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməli, iddia həmin hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2017-ci il tarixli, 667-2906-2017-AF-X3 saylı Təminatlı kredit müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən” "xxxx" ASC “Borcalan”a Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında imzalanmış 29 iyun 2017-ci il tarixli, 7981 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 46770 (qırx altı min yeddi yüz yetmiş) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 29 iyun 2017-ci il tarixli, 7981 №-li Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 1, mərtəbə 8, ümumi sahəsi 40 kv.m ibarət 1 otaqlı 66 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Həmin müqavilənin 5.3, 5.4 və 7.3-cü bəndlərinə əsasən “Borcalan”a kredit 227 ay müddətinə verilir, kreditin müddəti 29 may 2036-cı il tarixdə bitir və kredit üzrə əsas borc və faizlər aylıq 459.70 manat məbləğində bərabər hissələrlə ödənilir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 29 iyun 2017-ci il tarixli, 7981 saylı Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 1, mərtəbə 8, ümumi sahəsi 40 kv.m ibarət 1 otaqlı 66 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 29 iyun 2017-ci il tarixli, 7981 saylı Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 1, mərtəbə 8, ümumi sahəsi 40 kv.m ibarət 1 otaqlı 66 saylı mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 29 iyun 2017-ci il tarixli, 7981 saylı Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 1, mərtəbə 8, ümumi sahəsi 40 kv.m ibarət 1 otaqlı 66 saylı mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. İş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2036-cı il tarixinə kimi hər ay banka 459.70 (sonuncu ay 402.92 manat) manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 arasında bağlanmış 667-xx-xx-2017-AF-X3 saylı zaminlik müqav ilələrindən görünür ki, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə 44301.90 manat əsas borc, 6846.83 manat faiz borcu olmaqla, cəmi borcu 51148.73 manat kredit borcu vardır. İş materiallarında olan 25 iyul 2019-cu il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC «Binəqədi» filialı və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 52000 (əlli iki min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli Çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanı "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 181 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən Azərbaycan Beynəlxalq Bankı ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə daxil olmuşdur. Bununla bağlı bildirilmişdir ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 18 ünvanında yerləşən **********21-05301- 093053 reyestr nömrəli 66 saylı mənzil üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat kredit borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 18 saylı evin 66 saylı mənzilinin bazar dəyəri 45000.00 (qırx beş min) manat, likvid dəyəri 43000.00 (qırx üç min) manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab etmişdir ki, zaminlər Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 bank qarşısında, digər borclu Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar, ona görə də iddia tələbi hər iki cavabdehlərə münasibətdə əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddia tələbi kredit borcu hissəsində təmin edilərək cavabdehlər Cavabdeh1, cavabdehlər Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti olan ünvan 1 ünvanına yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, hərracdan satılandan bir ay sonra Cavabdeh1 əmlakları ilə birlikdə həmin evdən çıxarılmalıdır. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd etmişdir ki, əmlakın likvid dəyəri mütəxəssis rəyi ilə müəyyən edilmiş 43.000 (qırx üç min) manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə istifadə hüquqlarına xitam verilməsinə və alıcıya təhvil verilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, tələb ipoteka predmetinə yönəldildiyindən və bu hissədə iddia təmin edildiyindən iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 231 manat dövlət rüsumu, iddia tələbinin həcminin artırılması üçün 17.51 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 46.45 manat dövlət rüsumu, habelə 0.80 manat xidməti haqqı cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən xx.xx.2017-ci il tarixli, 667-xx-xx-2017AF-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 44301.90 manat əsas borc, 8535.73 manat faiz borcu olmaqla, cəmi borcu 52837.63 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 248,51 manat dövlət rüsumu, habelə 0.80 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 ünvanı açıq hərracdan satılması, mənzilin likvid dəyərinin 43000 manat müəyyən edilməsi, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsindən ən geci bir ay ərzində əmlakları ilə birlikdə çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" MMCnin hər birindən 100 manat olmaqla, cəmisi 300 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsinə dair düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2017-ci il tarixli, 667-2906-2017- AF-X3 saylı Təminatlı kredit müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən” "xxxx" ASC “Borcalan”a Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında imzalanmış 29 iyun 2017-ci il tarixli 7981 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 46770 (qırx altı min yeddi yüz yetmiş) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2036-cı il tarixinə kimi hər ay banka 459.70 (sonuncu ay 402.92 manat) manat ödəməklə qaytarmalıdır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 arasında bağlanmış 667-xx-xx-2017-AF-X3 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə 44301.90 manat əsas borc, 6846.83 manat faiz borcu olmaqla, cəmi borcu 51148.73 manat kredit borcu vardır. 25 iyul 2019-cu il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC «Binəqədi» filialı və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.9 kv/m, yaşayış sahəsi 19.8 kv/m, yardımçı sahəsi 39.3 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 52000 (əlli iki min) manat olaraq müəyyən edilmişdir. Yəni iş materiallarından görünür ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni kredit vermişdir, lakin cavabdehlər tərəfindən həmin kreditin ödənilməsinə dair öhdəlik yerinə yetirilməmişdir Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunverisclk normalarına əsasən iddia tələbi həmin hissələrdə təmin olunmalıdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh1 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, istifadə hüququna xitam verilməsi tələbinə dair iddia mülkiyyətçi tərəfindən qaldırılmalıdır. Hazırkı halda isə mənzili mülkiyyətçisi müəyyən deyildir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra iddiaçı təşkilata təhvil verilməsi barədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə həmin hissədə gəldiyi nəticədə də əsaslı olmamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Lakin “İpoteka haqqında” Qanunla hərracdan satılmış ipoteka predmetinin məhz ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin satılmasına dair hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələblərinə uyğun olaraq təşkil edilərək keçirilməli və həmin hərracda istənilən şəxsin iştirak etmək hüququ vardır. O cümlədən hərracın qalibi kimi yalnız ipoteka saxlayan deyil, hərracda iştirak etmiş başqa şəxs də ola bilər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi fərdi yaşayış evinin iddiaçı təşkilata təhvil verilməsi barədə gəldiyi nəticədə haqlı olmamışdır. Belə olan halda qətnamə qeyd edilən hissədə də ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil veilməsinə dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin borcün ödəilməsinə dair yeni cədvəl tərtib edilməsinə dair dəlilini əsassız sayır. Belə ki, bu, yalnız iddiaçı ilə razılaşdırıldığı halda mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2656/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair hissədə ləğv edilsin. İddia tələbi həmin hissələrdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.