Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-685/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit xətti müqaviləsi və kredit razılaşmasına xitam verilməsi, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 avqust tarixli 2-2(105)-6/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC və Cavabdeh1 (bundan sonra – “Y. Hacıverdiyev”) arasında bağlanmış 2009-cu il 19 iyun tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsi (bundan sonra – “kredit xətti müqaviləsi”) ilə Cavabdeh1 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış “kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 2018-ci il 12 sentyabr tarixli 011L000000382S nömrəli saziş ilə kredit xətti müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik və əlavələr edilmiş və ona 10.000.000 ABŞ dolları məbləğin də kredit xətti açılmışdır. Sazişin 1.3-cü bəndinə görə, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 230 ay müddətinə, 2028-ci il 19 avqust tarixindən gec olmayaraq verilməlidir.
3. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 2018-ci il 2 oktyabr tarixli 11R********** nömrəli kredit razılaşması ilə Cavabdeh1 "xxxx" QSC tərəfindən aylıq faiz dərəcəsi 1,3333% olmaqla 36 ay müddətinə 300.000 manat kredit verilmişdir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit razılaşmasının: - 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kredit in verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. - 4.2.2-ci bəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. 4. 2018-ci il 2 oktyabr tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 2021-ci il 4 oktyabr olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuş, həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir.
5. İddiaçı QSC və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) arasında bağlanmış 2018-ci il 2 oktyabr tarixli 011S**** ******02 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığını təsdiqləmişdir. 6. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 011R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən, kredit xətti müqaviləsi üzrə 2018-ci il 2 oktyabr tarixində bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 2019-cu il 29 aprel tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 7. 2019-cu il 29 aprel tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 2021-ci il 4 oktyabr olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq olunmuşdur. 8. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 2020-ci il 11 mart tarixli 011R**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən, kredit xətti müqaviləsi üzrə 2018-ci il 2 oktyabr tarixində bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 2020-ci il 11 mart tarixindən aylıq 1,1667% dərəcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 2020-ci il 11 mart tarixli ödəniş pla nına uyğun olaraq banka ödəməlidir. 9. 2020-ci il 11 mart tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 2021-ci il 4 oktyabr olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir. 10. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 2020-ci il 29 aprel tarixli 011R**********SB nömrəli sazişin 1-ci bəndinə əsasən, kredit xətti müqaviləsi üzrə 2018-ci il 2 oktyabr tarixində bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 2020-ci il 29 aprel tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 11. 2020-ci il 29 aprel tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 2021-ci il 4 oktyabr olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq olunmuşdur. 12. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 2020-ci il 8 sentyabr tarixli 011R**********SD nömrəli sazişin 1-ci bəndinə əsasən, kredit xətti müqaviləsi üzrə 2018-ci il 2 oktyabr tarixində bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 2020-ci il 8 sentyabr tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 13. 2020-ci il 8 sentyabr tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 2021-ci il 4 oktyabr olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq olunmuşdur. 14. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 2021-ci il 22 aprel tarixli 011R**********SE nömrəli sazişin 1-ci bəndinə əsasən, kredit xətti müqaviləsi üzrə 2018-ci il 2 oktyabr tarixində bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 2021-ci il 22 aprel tarixindən aylıq 1 % dərəcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 2021-ci il 22 aprel tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 15. 2021-ci il 22 aprel tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 2023-cü il 4 aprel olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq olunmuşdur.
16. İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 2018-ci il 13 sentyabr tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh1 kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyinin icrasının təminatı olaraq Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 saylı evin 65 nömrəli mənzili (bundan sonra – “ipoteka predmeti” ) ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan ipoteka predmetinin Cavabdeh1 xüsusi mülkiyyətində olduğu müəyyən edilmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan ipoteka predmetinin 2018-ci il 17 sentyabr tarixindən 230 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi, əsas öhdəliyin mahiyyəti kimi kredit xətti müqaviləsinin göstərildiyi müəyyən olunmuşdur.
19. İddiaçı QSC tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 2021-ci il 23 dekabr tarixinə İddiaçı QSC-yə 171.768,04 manat əsas borcu, 22.403,57 manat faiz borcu və 20.000 manat cərimə borcu olmaqla, cəmi 214.171,61 manat borcu vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2022-ci il 25 fevral tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - krеdit xətti müqaviləsi və 2018-ci il 2 oktyabr tarixli 011R********** nömrəli krеdit razılaşmasına xitam verilməsi; - cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 171.768,04 manat krеdit bоrcu, 22.403,57 manat faiz bоrcu və 20.000 manat cərimə borcu olmaqla, cəmi 214.171,61 bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 30 manat xidmə t haqqının tutulması; - tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 214.171 borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumunun və 30 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə olunmasını xahiş etmi şdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 2018-ci il 2 oktyabr tarixli 011R********** nömrəli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 manat krеdit götürmüşdür. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 128.231,96 manat ödəmiş, onun 171.768,04 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2021-ci il 23 dekabr tarixinə 174 gün üçün hesablanmış faiz borcu 22.403,57 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 2021-ci il 23 dekabr tarixinə 174 gün üçün hеsablanmış cərimə 20.000 manat təşkil etmişdir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən, krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasın ı təmin еtmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bundan başqa, krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncunun iddiaçı ilə bağladığı 2018-ci il 13 sentyabr tarixli ipoteka müqaviləsi əsasında ipoteka predmetini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
22. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarının rəyləri arasında kəskin fərq olduğunu, ipoteka pred metinin likvid qiyməti müəyyən olunarkən 2023-cü il 5 yanvar tarixli 10/5961 nömrəli ekspert rəyinin nəticəsinin nəzərə alınmasını, mənzilinin ilkin satış qiymətinin 590.000 manat müəyyən edilməsini bildirmişdir. Həmçinin o, 2018-ci il 2 oktyabr tarixli 011R********** nömrəli krеdit razılaşmasının müddəti 2023-cü ilin aprel ayında bitdiyindən, həmin razılaşmaya xitam verilməsi hissəsində iddia tələbini müdafiə etmədiyini qeyd etmişdir.
23. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 2023-cü il 23 may tarixli 0432/22/AB nömrəli hesabatında ipoteka predmetinin real bazar qiymətinin 480.000 manat, likvid qiymətinin 420.000 manat təşkil etdiyi qeyd olunmuşdur.
24. Cavabdeh1 vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəməmühasibat ekspertiz ası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 9 dekabr tarixli 9/6633 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2018-ci il 2 oktyabr tarixli 011R********** nömrəli kredit razılaşmasının və 2019-cu il 29 aprel tarixli 011R**********S nömrəli, 2020-ci il 11 mart tarixli 011R**********SA nömrəli, 2020-ci il 29 aprel tarixli 011R**********SB nömrəli, 2020-ci il 8 sentyabr tarixli 011R**********SD nömrəli və 2021-ci il 22 aprel tarixli 011R**********SE nömrəli əlavə sazişlərin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 2021-ci il 23 dekabr tarixinə (sualda göstərilən tarix) banka olan borcu əsas borc üzrə 174.001,25 manat, faiz borcu üzrə 29.406,21 manat olmaqla, ümumilikdə 203.407,46 manat müəyyən edilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2018-ci il 2 oktyabr tarixli 011R********** nömrəli kredit razılaşması üzrə təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır.
25. Cavabdeh1 vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/5961 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ipoteka predmetinin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 656.000 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 590.000 manat müəyyən edilmişdir.
26. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizası üzrə Azə rbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 29 mart tarixli 9/1391 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2018-ci il 2 oktyabr tarixli 011R********** nömrəli kredit razılaşmasının və 2019-cu il 29 aprel tarixli 011R**********S nömrəli, 2020-ci il 11 mart tarixli 011R**********SA nömrəli, 2020-ci il 29 aprel tarixli 011R**********SB nömrəli, 2020-ci il 8 sentyabr tarixli 011R**********SD nömrəli və 2021-ci il 22 aprel tarixli 011R**********SE nömrəli əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 2021-ci il 23 dekabr tarixinə banka olan borcu əsas borc üzrə 174.001,25 manat, faiz borcu üzrə 29.406,21 manat olmaqla, ümumilikdə 203.407,46 manat müəyyən e dilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2018-ci il 2 oktyabr tarixli 011R********** nömrəli kredit razılaşması üzrə təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır.
27. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 iyun tarixli 10/1317-9/1391 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ipoteka predmetinin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.800 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 656.000 manat müəyyən olunmuşdur.
28. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyul tarixli e-2-2(119)-9/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - Cava bdeh1 ilə iddiaçı arasında bağlanmış 2009-cu il 19 iyun tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinə xitam verilməsi; cavabdehlərdən müştərək qaydada 171.768,04 manat əsas borc, 22.403,57 manat faiz borcu, 2.000 manat cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 105 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 196.716,61 manat pulun iddiaçının xeyrinə tutulması; - cavabdehlərdən tutulmalı olan cəmi 196.716,61 manat pulun ipoteka predmetinin satış qiymətinin 656.000 manat müəyyən edilərək, ona yönəldilməsi və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 196.716,61 manat borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 656.000 manat müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh1 mənzildən çıxarılması və həmin mənzil boşaldılması qət edilmiş; - iddia qalan hissədə təmin olunmamış, cavabdehlərdən müştərək qaydada dövlət nəfinə 381,17 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim – H.Alıyeva).
29. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 kredit xətti müqaviləsi və kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə iddianın kredit xətti müqavi ləsinə xitam verilməsi hissəsində təmin edilməsi qənaətinə gəlmişdir.
30. İddiaçının nümayəndəsi iddia tələbini “2018-ci il 2 oktyabr tarixində bağlanmış 011R********** nömrəli kredit razılaşmasına xitam verilməsi” hissəsində müdafiə etmədiyinə görə məhkəmə həmin hissəyə münasibət bildirilməsini zəruri hesab etməmişdir.
31. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə, maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Cavabdeh2 iddiaçı qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından, iddianın bu hissədə də təmin olunması, tələbin müştərək qaydada ödənilməsi qənaətinə gəlmişdir.
32. İddianın "20.000 manat cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı məhkəmə idd ia həmin hissədə qismən təmin olunması və işin halları nəzərə alınmaqla cərimə məbləğinin azaldılaraq, cavabdehlərdən müştərək qaydada cəmi 2.000 manat məbləğində cərimənin tutulması qənaətinə gəlmişdir.
33. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında bağlanmış müvafiq ipoteka müqaviləsinə əsasən mənzil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. 34. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin sa tış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş təkrar məhkəmə-əmtəəşünaslıq və təkrar məhkəmə-mühəndis-texniki ekspertizalarının nəticəsi olaraq verilmiş 2023-cü il 25 iyun tarixli 10/1317-9/1391 nömrəli ekspert rəyini nəzərə alaraq, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiymətinin 656.000 manat göstərilməsi qənaətinə gəlmişdir. Həmçinin, ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra Cavabdeh1 mənzildən çıxarılmalı və əmlak boşaldılmalıdır.
35. Məhkəmə, iddianın “ipoteka predmeti olan mənzilin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” hissəsini əsaslı hesab etməmişdir. Qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı “İcra haqqında” Qanuna uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia əsassız olmuşdur.
36. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 269.1, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 442, 448.1, 462.1, 465.2, 470.1, 472.1, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.3.3 və 59.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun – “ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 656.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi və ə mlakın ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən olunmuş qiymət, həmçinin birinci instansiya məhkəməsində daha əvvəl keçirilmiş ekspertiza rəylərində müəyyən olunmuş likvid qiymətlər nəzərə alınmaqla, daha aşağı məbləğdə müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
38. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun – “ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 656.000 manat müəyyən olunması” hissəsində dəyişdirərək, əmlakın qiymətinin 800.000 manat miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
39. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 28 iyun tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən, ümumi sahəsi 283,2 m2 olan 71 saylı evin 65 nömrəli mənzilə (mansardla birlikdə) yaxın ərazilərdə yerləşən mənzillərin mövcud orta bazar dəyəri təqribən 832.600,00 (283,2 m2 x 2940) manat, likvid qiyməti 749.300,00 (832.600-10%) manat müəyyən edilmişdir.
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 avqust tarixli 2-2(105)-6/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti isə qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “ipoteka predmetinin ilkin satış qiymətinin 656.000 manat müəyyən olunması” hissəsində dəyişdirilmi ş, həmin mənzilin ilkin satış qiymətinin 749.300 manat müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 100 manatının iddiaçıdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət olunmuşdur (sədrlik edən hakim – A.Süleymanova, hakimlər – F.Məmmədov və L.Rəhimli).
41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, ipoteka predmetinin likvid dəyəri hissəsində düzgün nəticəyə gəlməmişdir.
42. Tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. İddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdehlər üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır. Hər iki apellyator məhkəmə qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmiş miqdarı ilə bağlı hissədə mübahisələndirmişlər. Qeyd olunan məsələyə qiymət verilməsi xüsusi bilik tələb etdiyindən, ipoteka predmetinin likvid dəyərinin yoxlanılması məqsədi ilə apellyasiya məhkəməsi təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
43. Apellyasiya məhkəməsində təyin edilmiş ekspertiza üzrə rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud olmamışdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, kollegiya birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul olunarkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və ipoteka predmetinin ilkin satış qiymətinin 656.000 manat müəyyən olunması hissəsində qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
44. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı olmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti olaraq 749.300 manat məbləğin müəyyən edilməsi əsaslı və işin faktiki hallarına uyğundur.
45. İddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. İddiaçı tərəfin gətird iyi dəlillər məhkəmə araşdırması zamanı toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığından, kollegiya iddiaçının şikayətinin təmin edilməməsi qənaətinə gəlmişdir.
46. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 13 sentyabr tarixində bağlanmaqla həmin vaxtdan xeyli müddət - altı ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində ölkə ərazisində, daşınmaz əmlak bazarında qiymətlər bir-neçə dəfə artmışdır. Bu baxımdan əmlakın ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən olunmuş qiymət nəzərə alınmaqla təyin edilməsi ipoteka qoyanın əmlak mənafelərini zərbə altında qoymaqla hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmiş olar. Eyni zamanda, kollegiya birinci instansiya məhkəməsindəki araşdırma zamanı iş üzrə əldə olunmuş ekspert rəyl ərini də ziddiyyətli olmaqla mötəbər sübut olaraq qiymətləndirilməsini, həmin rəylərin əldə edildiyi dövrdən hazırki vaxtadək xeyli müddət keçdiyini, qeyd olunduğu kimi daşınmaz əmlak bazarında kəskin qiymət artımı müşahidə edilməklə ipoteka predmeti yerləşən ərazinin Bakı şəhərinin mərkəzi hissəsi olmaqla, statistik təhlillərə görə cari ilin ilk üç ayında mənzillərin qiymətində ötən ilin eyni dövrü ilə müqayisədə 20-25 % artım olduğunu nəzərə alaraq, işin faktiki hallarına uyğun hesab etməmişdir.
47. Kollegiya, həmçinin, qiymətləndirmə və əmlak alqı-satqısına aid internet saytlarında yerləşdirilmiş oxşar ölçülü və sahəli əmlaklara dair alqı-satqı elanları üzrə qiymətləndirmə aparılmasını əsaslı hesab etməmişdir. Belə ki, hər bir əmlakın öz texniki göstəriciləri olmaqla, mənzilin yerləşdiy i mərtəbə, təmir səviyyəsi, mal-material keyfiyyəti və s. bu kimi xüsusatlar qiymətləndirmə meyarlarına təsir edən göstəricilərdir. Bu baxımdan, əmlakın müayinəsi aparılmadan qeyd olunan internet məlumatları üzərindən qiymətləndirmənin aparılması əsaslı hesab edilə bilməz və həmin məlumatların birmənalı, təkzib edilməz sübut olaraq qəbul edilməsi yolverilməzdir.
48. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.4, 270.1, 317, 319.1, 385.1 və 386.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9 33, 34.1, 34.1.1 və 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
49. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun – “ipoteka predmetinin ilkin satış qiymətinin 749.300 manat müəyyən olunmuş” hissəsində ləğv edilməsi və işin həmin hissəd ə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 50. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9 və 39.3.3-cü maddələri üzrə - Apellyasiya məhkəməsi əmlakın ilkin satış qiymətini sonuncu ekspertiza rəyinə uyğun olaraq müəyyən edərkən, həmin rəydə çoxsaylı pozuntuların olmasını, rəydə məhkəmə tərəfindən qoyulmuş sualların natamam cavablandırılmasını nəzərə almamış, yekunda əmlakın ilkin satış qiyməti dəyərindən həddindən artıq məbləğdə müəyyən edilmişdir.
51. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erməlidir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərlərinə götürdüyü öhdəliklər, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmuş əmlakın dəyəri, iddiaçı bank tərəfindən təqdim edilmiş əlavə sübutlar və qiymətləndirici rəylərinə düzgün hüquqi qiymət verilməmişdir.
52. MPM-in 103-cü maddəsi üzrə - Sonuncu ekspertiza rəyinin mötəbər sübut qismində qəbul edilib qiymətləndirilməməsinə dair iddiaçının vəsatəti əsassız olaraq təmin olunmamışdır.
53. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qətnamədə iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə ai d edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmənin iş üzrə müəyyən olunan faktlardan irəli gələn nəticələr onda şərh edilməmişdir.
54. Kassator şikayətinin digər məsələlər hissəsində bildirir ki, apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin likvid dəyərinin 749.300 manat müəyyən edilməsi hissəsində əsassızdır. Tərəflər arasında 2018-ci il 13 sentyabr tarixində ipoteka müqaviləsi bağlanarkən, ipoteka predmeti olan mənzilin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 315.000 manat müəyyən olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsində ilk dəfə qiymətləndirmə təyin olunarkən, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən işlə bağlı qiymətləndirmə rəyi verilmiş, mənzilin likvid dəyəri 420.000 manat müəyyən edilmişdir. Daha sonra cavabdehin vəsatəti nə əsasən təkrar qiymətləndirmə təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinə tərəfindən əmlakın likvid dəyərinin 590.000 manat olması barədə 2023-cü il 5 yanvar tarixli rəy verilmişdir. Bu qiymətlə razılaşmayan bank tərəfindən yenidən qiymətləndirmə barədə vəsatət verilmiş, vəsatət təmin edilərək təkrar qiymətləndirmə təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən əmlakın likvid dəyərinin 656.000 manat olması barədə 2023-cü il 25 iyun tarixli rəy verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən əmlakın likvid dəyəri 656.000 manat müəyyən edilmişdir.
55. Qətnamədən iddiaçı bank və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya icraatı zamanı yenidən qiymətləndirmə təyin olunaraq ekspertizanın həyata keçirilməsi yenidən Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 28 iyun tarixli rəyində kifayət qədər uyğunsuzluqlar və pozuntular mövcuddur. Bu pozuntular işə baxan apellyasiya məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə bu hallara əhəmiyyət verməmişdir. İlk olaraq qeyd edilməlidir ki, məhkəmənin ekspertiza təyin olunması barədə qərardadında qoyulmuş suallarla bağlı heç bir araşdırma və tədqiqat aparılmamış, həmin suallar cavablandırılmamışdır. Belə ki, qərardadla ekspert qarşısında mənzilin və mansardın likvid dəyərinin nə qədər olması, qiymətləndirmənin daşınmaz əmlakın texniki pasportunda qeyd olunan ölçülərin nəzərə alınmaqla keçirilməsi, mənzilin hazırki şərait üçün likvid dəyərinin, mansardın hazırki şərait üçün likvid dəyərinin ayrı-ayrılıqda müəyyən edilməsi, mənzilin və m ansardın faktiki vəziyyətdə vahid əmlak olaraq likvid dəyərinin müəyyən olunması barədə suallar qoyulmuşdur. Ekspert daşınmaz əmlak bazarında qiymətləndirilən mənzilə yaxın ərazidən bir mənzil seçərək müqayisəli tədqiqat üsulundan istifadə etmiş, mənzilin mansardla birlikdə likvid dəyərini 749.300 manat olması qənaətinə gəlmiş, qərardadda qoyulan digər suallara, ümumiyyətlə, münasibət bildirməmişdir. Ekspert rəyində qiymətləndirmənin aparılması üçün bir neçə əsas metod olduğunu qeyd etsə də, rəyində yalnız müqayisəli tədqiqat metodundan istifadə edilmişdir. Ekspertiza mərkəzinin rəyi ilə müəyyən olunmuş qiymət əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspert tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir.
56. İpoteka müqaviləsi bağlandıqdan sonra hazıradək ip oteka predmeti olan əmlakın dəyəri Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər.
57. Ekspert tərəfindən qiymətin müəyyən olunması meyarları, qiymətləndirmə metodu təsviri edilməli, xərc metodu, uyğun satışların müqayisəli metodu və s. üsullardan istifadə olunmaqla, konkret əmlakın qiymətləndirilməsində həmin metodlardan necə istifadə edildiyi, göstərilən nəticəyə necə gəlindiyi, həmin ipoteka predmetinin məbləğinin necə alındığı g östərilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olmayaq formada həddindən artıq artırılaraq rəy verilmişdir.
58. Əmlakın dəyərinin müəyyən edilməsi barədə iş materiallarında bir neçə müxtəlif qiymətləndirmə rəyi olsa da, məhkəmə sonuncu rəyi əsas götürmüş, lakin bunun səbəbini qətnaməsində əsaslandırmamışdır. Sonuncu rəydə əmlakın təmir vəziyyəti, material sərfi, aşınma səviyyəsi, texniki sistemlərinin vəziyyəti və s. xüsusiyyətlərini müəyyən etmək mümkün deyil. Şablon ifadələrdən istifadə olunmaqla tərtib olunan rəy əsaslı ola bilməz. Başqa sözlə, qiymətləndirici tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin q iyməti artırılmış, obyektiv tədqiqat aparılmamış, nəticədə ipoteka predmetinin bazar və likvid qiyməti düzgün müəyyən edilməmişdir.
59. Məhkəmə Ekspertizası Mərkəzinin rəyi o zaman əsaslı sayıla bilərdi ki, digər sübutlarla ziddiyyət təşkil etməsin, həmin ərazidə oxşar əmlakların ilkin satış qiymətləri ilə müqayisəli rəy verilmiş olsun. Ekspertiza rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
61. Apellyasiya instansiyası məhkəmə aktını ipoteka predmetinin likvid dəyəri hissəsində yoxlamışdır. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
63. Azərbaycan Respublikasının aşağıdakılar nəzərd ə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə
270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göst ərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”...” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” 64. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məh dudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər (2018ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 33cü və 35-ci maddələr ləğv edilmişdir)” “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1-ci maddədə “yaranması anı” sözləri “yaranmasına əsas verən hallar” sözləri ilə əvəz edilmişdir): 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.1-ci maddədə “vaxtında icra olunmaması” sözləri “icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi” sözləri ilə əvəz edilmişdir.);...” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”
65. Azərbaycan Resp ublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88 -ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 avqust tarixli 2-2(105)-6/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
67. Məhkəmə kollegiyası ilkin olaraq bildirir ki, apellyasiya instansiyası məhkəmə aktını yalnız qanunauyğun olaraq tərəflərin mübahisələndirdikləri hissədə, yəni ipoteka predmetinin likvid dəyəri hissəsində yoxlamışdır. Hazırda kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam, yəni ipoteka predmetinin likvid dəyəri üzrə yoxlanılır (bax yuxarıda § 61).
68. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, kassasiya şikayətinin iş üzrə sonuncu ekspertiza rəyinin əsassız olaraq mötəbər sübut kimi qəbul olunması ilə bağlı və digər dəlillərinə (bax yuxarıda §§ 50-59) münasibətdə qeyd edir ki, kassator şikayətinin dəlillərində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair sonuncu ekspert rəyi ilə razılaşmadığını göstərsə də, həmin rəyin doğruluğunu inkar edən mötəbər sübutlarını apellyasiya məhkəməsində işə baxılarkən təqdim etməmişdir.
69. Belə ki, kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmayaraq, əmlakın likvid dəyərinin daha az olduğu, bu halın isə həmin məhkəmə tərəfindən araşdırılmadığı qeyd edilmişdir. Halbuki, iddiaçı ipoteka predmetlərinin faktiki dəyərinin daha aşağı olması ilə bağlı aşağı instansiya məhkəməsinə dəlilinin doğruluğunu, məhkəmə aktının isə həmin hissədə qüsurlu olmasını təsdiq edən sübut və ya sübut kimi qəbul oluna biləcək mötəbər sənədləri təqdim edə bilməmişdir.
70. Bununla bağlı kollegiya həmçinin bildirir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə müəyyən edilməsi, mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olur.
71. Digər zəruri məqam ondan ibarətdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələblər üzrə işlərə baxılarkən həmin predmetin ilkin satış qiyməti müəyyən edi lməlidir. Hazırkı halda, iş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, müqavilə bağlanan zaman ipoteka predmeti olan əmlakın dəyəri 315.000 manat məbləğində müəyyən olunmuş, işə baxan birinci instansiya məhkəməsi isə ilkin satış qiymətini 656.000 manat müəyyən etmişdir. Apellyasiya şikayətində də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmiş miqdarı ilə bağlı hissə mübahisələndirilmiş, qeyd olunan məsələyə qiymət verilməsi xüsusi bilik tələb etdiyindən, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Keçirilmiş sonuncu - təkrar ekspertiza rəyindən göründüyü kimi, ipoteka predmetinin likvid dəyəri 749.300,00 manat məbləğində müəyyən edilmişdir.
72. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmetinin dəyərinin 315.000 manat olma sını müəyyən edən ipoteka müqaviləsi iş üzrə sonuncu məhkəmə aktı qəbul edildikdən xeyli vaxt - 6 il əvvəl, yəni 2018-ci ildə bağlanmışdır. Belə olan halda, əmlak qiymətlərinin 6 ilə yaxın müddət ərzində sabit məbləğdə qalmadığı, bu müddətdə ölkə ərazisindəki daşınmaz əmlak bazarında qiymətlər bir-neçə dəfə artdığı da nəzərə alındıqda, əmlakın likvid dəyərinin 315.000 manat müəyyən edilməsi ədalətli hesab oluna bilməz. Bu baxımdan əmlakın ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən olunmuş qiymət nəzərə alınmaqla təyin edilməsi ipoteka qoyanın əmlak mənafelərini zərbə altında qoymaqla hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmiş olar. Apellyasiya məhkəməsi tərəfindən də məhkəmə mübahisəsi dövründə əldə olunmuş sonuncu - təkrar ekspert rə yinə istinad edilməklə, ipoteka predmeti olan əmlakın likvid dəyərinin, tərəflərin müqavilədə razılaşdırdıqları 315.000 manat dəyərdən daha artıq – 749.300,00 manat məbləğində müəyyənləşdirilməsi qanuni və ədalətli olmuş, iddiaçı isə ipoteka predmetinin qiymətinin ekspertiza tərəfindən müəyyən olunmuş qiymətdən daha aşağı olmasını təsdiq edəcək mötəbər sübutlarını təqdim etməmişdir.
73. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında da qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
74. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, ekspertin rəyi MPM- in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (bax yuxarıda §65). Göründüyü kimi, ekspert rəyini qiymətləndirmək səlahiyyəti məhkəməyə məxsusdur və iş üzrə sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi sonuncu təyin olunmuş ekspertiza üzrə rəyin mötəbərliyini şübhə altına alan hər hansı halın mövcud olmaması qənaətinə gəlməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir. Həmçinin məhkəmə haqlı olaraq bildirmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
75. Kassatorun ekspert rəyi ilə bağlı onun v əsatətinə apellyasiya məhkəməsi tərəfindən münasibət bildirilməməsinə dair dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməsində həmin vəsatətdə (bax iş v. 169170) qeyd olunanlara münasibət bildirərək ona qiymət vermişdir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qiymətləndirmə və əmlak alqı-satqısına aid internet saytlarında yerləşdirilmiş oxşar ölçülü və sahəli əmlaklara dair alqı-satqı elanları üzrə qiymətləndirmə aparılmasını əsaslı ola bilməz. Belə ki, hər bir əmlakın öz texniki göstəriciləri olmaqla, mənzilin yerləşdiyi mərtəbə, təmir səviyyəsi, mal-material keyfiyyəti və s. bu kimi xüsusatlar qiymətləndirmə meyarlarına təsir edən göstəricilərdir. Bu baxımdan, əmlakın müayinəsi aparılmadan qeyd olunan internet məlumatları üzə rindən qiymətləndirmənin aparılması əsaslı hesab edilə bilməz və həmin məlumatların birmənalı, təkzib edilməz sübut olaraq qəbul edilməsi yolverilməzdir. Göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçının dəlillərinə düzgün və ətraflı qiymət vermiş, kassasiya şikayətinin yuxarıda qeyd olunan dəlili isə əsassız olmuşdur.
76. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahi yyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
77. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş ol sun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
78. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 avqust tarixli 2-2(105)-6/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Q ərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 avqust tarixli 2-2(105)-6/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.