Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-6/2024 15.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit razılaşmasına xitam verilməsi, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməs) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit xətti müqaviləsi və kredit razılaşmasına xitam verilməsi, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(119)-9/2023 nömrəli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit xətti müqaviləsi və kredit razılaşmasına xitam verilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 11L000000382 nömrəli kredit xətti müqaviləsinə və xx.xx.2018-ci il tarixli, 011R********** nömrəli kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 171768,04 manat məbləğində kredit borcu, 22403,57 manat məbləğində faiz borcu və 20000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 214171,61 (iki yüz on dörd min yüz yetmiş bir manat 61 qəpik) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 30 manat xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 214171 (iki yüz on dörd min yüz yetmiş bir manat 61 qəpik) borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumunun və 30 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 71 nömrəli evin 65 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 19 iyun 2009-cu il tarixli 11L000000382 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli 11L000000382S saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 230 (iki yüz otuz) ay, məbləği 10000000 (on milyon) ABŞ dolları, bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 % müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli 011R**********S saylı, xx.xx.2020-ci il tarixli 011R**********SA saylı, xx.xx.2020-ci il tarixli 011R**********SB saylı, xx.xx.2020-ci il tarixli 011R**********SD saylı, xx.xx.2021-ci il tarixli 011R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 128231,96 manat ödəmiş, onun 171768,04 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 174 gün üçün hesablanmış faiz borcu 22403,57 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 174 gün üçün hesablanmış cərimə 20000 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu Nəsibbəy Yusifbəyli küçəsi 71 nömrəli evin 65 nömrəli mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin mənzilin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etmədiyindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərci olaraq bank tərəfindən 400 manat ödənilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış “Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 12 sentyabr 2018-ci il tarixli 011L000000382S nömrəli Sazişə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik və əlavələr edilmiş və Cavabdeh1 10.000.000 (on milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Sazişin 1.3-cü bəndinə görə bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 230 (iki yüz otuz) ay müdətinə, 19 avqust 2028-ci il tarixdən gec olmayaraq verilməlidir.
6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli 11R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 "xxxx" QSC tərəfindən aylıq faiz dərəcəsi 1,3333% olmaqla 36 ay müddətinə 300000 manat məbləğində kredit verilmişdir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
7. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.
8. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur.
9. 02 oktyabr 2018-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir.
10. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli 011S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
11. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 29 aprel 2019-cu il tarixli 011R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 aprel 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
12. 29 aprel 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir.
13. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 11 mart 2020-ci il tarixli 011R**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 11 mart 2020-ci il tarixdən aylıq 1,1667% dərəcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 11 mart 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
14. 11 mart 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir.
15. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 29 aprel 2020-ci il tarixli 011R**********SB nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
16. 29 aprel 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir.
17. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 08 sentyabr 2020-ci il tarixli 011R**********SD nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 08 sentyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
18. 08 sentyabr 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir.
19. “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 22 aprel 2021-ci il tarixli 011R**********SE nömrəli sazişin 1-ci bəndinə əsasən 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşması əsasında əsasında verilmiş kreditin qalıq məbləğinə 22 aprel 2021-ci il tarixdən aylıq 1 % dərcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 22 aprel 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
20. 22 aprel 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 aprel 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir.
21. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 13 sentyabr 2018-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 11L000000382 saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyinin icrasının təminatı olaraq Bakı şəhəri Nərimanov rayonu Nəsibbəy Yusifbəyli küçəsi 71 nömrəli evin 65 nömrəli mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
22. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 71 nömrəli evin 65 nömrəli mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir.
23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 71 nömrəli evin 65 mənzili 17 sentyabr 2018-ci il tarixdən 230 ay müddətinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 11L000000382 saylı kredit xətti müqaviləsi göstərilmişdir.
24. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 23 dekabr 2021-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 171768,04 manat məbləğində əsas borcu, 22403,57 manat məbləğində faiz borcu və 20000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 214171,61 manat məbləğində borcu vardır.
25. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş mənzilin qiymətləndirilməsinə dair 23 may 2023-cü il tarixli 0432/22/AB nömrəli hesabatdan göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin real bazar qiyməti 480000 manat, likvid qiyməti 420000 manat təşkil edir.
26. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil yazılı vəsatəti əsasında məhkəmənin 16 avqust 2022-ci il tarixli e-2-2(119)-324/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat, məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizaları təyin olunmuşdur.
27. 09 dekabr 2022-ci il tarixli 9/6633 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşmasının və 29 aprel 2019-cu il tarixli 011R**********S saylı, 11 mart 2020-ci il tarixli 011R**********SA saylı, 29 aprel 2020-ci il tarixli 011R**********SB saylı, 08 sentyabr 2020-ci il tarixli 011R**********SD saylı və 22 aprel 2021-ci il tarixli 011R**********SE saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu əsas borc üzrə 174001,25 manat , faiz borcu üzrə 29406,21 manat olmaqla, ümumilikdə 203.407,46 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır.
28. 05 yanvar 2023-cü il tarixli 10/5961 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 656000 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 590000 manat məbləğində müəyyən edilmişdir.
29. Məhkəmənin 27 yanvar 2023-cü il tarixli e-2-2(119)- 9/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat, təkrar məhkəmə-əmtəəşünaslıq və təkrar məhkəmə-mühəndis-texniki ekspertizaları təyin olunmuşdur.
30. 29 mart 2023-cü il tarixli 9/1391 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşmasının və 29 aprel 2019-cu il tarixli 011R**********S saylı, 11 mart 2020-ci il tarixli 011R**********SA saylı, 29 aprel 2020-ci il tarixli 011R**********SB saylı, 08 sentyabr 2020-ci il tarixli 011R**********SD saylı və 22 aprel 2021-ci il tarixli 011R**********SE saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan borcu əsas borc üzrə 174001,25 manat , faiz borcu üzrə 29406,21 manat olmaqla, ümumilikdə 203.407,46 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır.
31. 25 iyun 2023-cü il tarixli 10/1317-9/1391 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728800 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 656000 manat məbləğində müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
32. Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(119)- 9/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 171768,04 (yüz yetmiş bir min yeddi yüz altmış səkkiz manat 04 qəpik) manat məbləğində əsas borc, 22403,57 (iyirmi iki min dörd yüz üç manat 57 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumu, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində borcun ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin ilkin satış qiymətinin 656000 (altı yüz əlli altı min) manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh1 mənzildən çıxarılması və həmin mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 381,17 (üç yüz səksən bir manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X3 ödənilməsi qət edilmişdir.
33. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit xətti müqaviləsi və kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia 19 iyun 2009-cu il tarixli 11L000000382 nömrəli kredit xətti müqaviləsinə xitam verilməsi hissəsində təmin edilməlidir. İddiaçının nümayəndəsi iddia tələbini “02 oktyabr 2018-ci il tarixdə bağlanmış 011R********** nömrəli kredit razılaşmasına xitam verilməsi” hissəsində müdafiə etmədiyinə görə məhkəmə həmin hissəyə münasibət bildirilməsini zəruri hesab etmir. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 19 iyun 2009-cu il tarixli 11L000000382 saylı kredit xətti müqaviləsi və 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı kredit razılaşması üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı kredit razılaşması üzrə əsas və faiz borcunun Cavabdeh1 tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində 02 oktyabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 23 dekabr 2021-ci il tarixə əsas borcunun 174001,25 manat, faiz borcunun üzrə 29406,21 manat olduğu göstərilmişdir. Lakin iddia tələbində iddiaçı tərəfindən 171768,04 (yüz yetmiş bir min yeddi yüz altmış səkkiz manat 04 qəpik) manat məbləğində əsas borcun və 22403,57 (iyirmi iki min dörd yüz üç manat 57 qəpik) manat məbləğində faiz borcunun, yəni ekspert rəyində göstərilən məbləğdən daha az miqdarda əsas və faiz borcun tutulması tələb olunur. Bu səbəbdən 02 oktyabr 2018-ci il tarixli 011R********** saylı kredit razılaşması üzrə əsas və faiz borcunun tutulmasında göstərilən ekspertiza rəyləri ilə müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, Cavabdeh1 iddia tələbi üzrə 171768,04 (yüz yetmiş bir min yeddi yüz altmış səkkiz manat 04 qəpik) manat məbləğində əsas borc və 22403,57 (iyirmi iki min dörd yüz üç manat 57 qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Bundan başqa iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh2 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından iddia bu hissədə də təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir.
34. Məhkəmə iddianın "20000 (iyirmi min) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 2000 (iki min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Məhkəmə eləcə də hesab etmişdir ki, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəməəmtəəşünaslıq və təkrar məhkəmə-mühəndis-texniki ekspertizalarının nəticəsi olaraq verilmiş 25 iyun 2023-cü il tarixli 10/1317-9/1391 nömrəli ekspert rəyi nəzərə alınaraq ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 656000 (altı yüz əlli altı min) manat göstərilməlidir.
36. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 386.1, 385.1, 442, 448.1, 472.1, 739.1, 739.2, 5.3, 470.1, 472.1, 462.1, 465.2, 319.1 və 269.1-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1, 59.3 və 39.3.3-cü maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4, 9.1-1 və 9.4-cü maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358- 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
37. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(119)-9/2023 nömrəli qətnaməsinin - ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 656000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi və əmlakın ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiymət, həmçinin birinci instansiya məhkəməsində daha əvvəl keçirilmiş ekspertiza rəylərində müəyyən edilmiş likvid qiymətlər nəzərə alınmaqla daha aşağı məbləğdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 656000 manat müəyyən edilməsi hissəsində əsassızdır, ona görə də həmin hissədə qətnamə dəyişdirilməli və əmlakın ilkin satış qiyməti tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiymət, həmçinin birinci instansiya məhkəməsində daha əvvəl keçirilmiş ekspertiza rəylərində müəyyən edilmiş likvid qiymətlər nəzərə alınmaqla daha aşağı qiymətlə müəyyən edilməlidir. Belə ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin qiyməti qarşılıqlı razılıqla 315000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində ilk dəfə qiymətləndirmə təyin edilərək keçirilmiş və "xxxx" MMC-nin rəyinə əsasən əmlakın likvid dəyəri 420000 manat müəyyən edilmişdir. Bundan sonra cavabdehin vəsatətinə əsasən təkrar qiymətləndirmə təyin edilmiş və qiymətləndirmənin keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən əmlakın likvid dəyəri 590000 manat müəyyən edilmişdir. Daha sonra bankın vəsatətinə əsasən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmənin keçirilməsi yenidən Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən əmlakın likvid dəyəri 656000 manat müəyyən edilmişdir. Hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmiş qiymət əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspertlər tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəyində həmin mərkəz tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyi təkrarlamışdır. Əmlakın dəyərinin artmasının səbəbi olaraq da keçən müddət ərzində əmlak bazarında əmlakların qiymətinin artdığını qeyd etmişdir. Bundan başqa qeyd olunmalıdır ki, ipoteka predmeti olan mənzilin çıxarışına əsasən ümumi sahəsi 283.2 m2, yaşayış sahəsi 99.7 m2 yardımçı sahəsi 183.5 m2 olsa da, ekspert mənzilin faktiki sahəsinin 364.4 m2, o cümlədən 12-ci mərtəbə üzrə 178.4 m2, mansard üzrə sahənin 186 m2 təşkil etdiyi qeyd edərək hesablamalarını həmin ölçü üzərindən aparmışdır. Həmçinin qiymətləndirmə və əmlak alqı-satqısına aid internet saytlarında araşdırma apardığı zaman daşınmaz əmlakın alqı-satqı elanları yerləşdirilmiş “əmlak.az”, “yeni əmlak.az” və “bina.az” internet saytlarında oxşar ölçülü və sahəli əmlakların daha aşağı qiymətə (təqribən 430000-460000 manat) satışa çıxarıldığı müəyyən edilmişdir. Həmin sənədlər birinci instansiya məhkəməsinə təqdim edilsə də məhkəmə tərəfindən qiymət verilməmişdir. Hesab edir ki, ekspert tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti şişirdilmiş, obyektiv tədqiqat aparılmamış, nəticədə ipoteka predmetinin bazar və likvid qiyməti düzgün müəyyən edilməmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən təkrar qiymətləndirmə barədə vəsatət verilərkən əmlakın likvid dəyərinin 530000 manat olması qeyd edilmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə əsassız olaraq 3 ekspert rəyi arasından qiyməti ən yüksək olan rəyi əsas götürmüşdür. Ən yüksək qiymətin nəyə görə əsas sübut növü olaraq götürülməsi qətnamədə ümumiyyətlə əsaslandırılmamışdır. Halbuki, məhkəmə digər sübutlara da qiymət verməli idi. Qanunvericiliyin tələblərinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Lakin məhkəmə digər qiymətləndirmə rəyləri ilə müəyyən edilmiş rəyləri mötəbər sübut növü kimi qiymətləndirməmiş, 3 rəy arasında kifayət qədər qiymət fərqlərinin olmasını araşdırmamış, məhz nə üçün sonuncu rəy ilə müəyyən edilmiş qiymətin əmlakın ilkin satış qiyməti olaraq müəyyən edilməsini qətnamədə əsaslandırmamışdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, ipoteka müqaviləsi üzrə tərəflər arasında müəyyən edilmiş qiymət, Heba Consulting MMC tərəfindən müəyyən edilmiş 420000 manat məbləğində likvid dəyər, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmiş 590000 manat qiymətinin mötəbər sübut növü kimi qəbul edilməməsi əsaslandılmamışdır. Həmin hissədə qanunvericiliyin tələblərinə məhkəmə düzgün hüquqi qiymət verməmiş, bununla da iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Lakin məhkəmə digər qiymətləndirmə rəyləri ilə müəyyən edilmiş rəyləri mötəbər sübut növü kimi qiymətləndirməmiş, 3 rəy arasında kifayət qədər qiymət fərqlərinin olmasını araşdırmamış, məhz nə üçün sonuncu rəy ilə müəyyən edilmiş qiymətin əmlakın ilkin satış qiyməti olaraq müəyyən edilməsini qətnamədə əsaslandırmamışdır. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamış, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəyində həmin mərkəz tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəy təkrarlanmışdır. Əmlakın dəyərinin artmasının səbəbi olaraq da keçən müddət ərzində əmlak bazarında əmlakların qiymətinin artdığını qeyd etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmiş qiymət əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspertlər tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər. Ekspert əsassız olaraq həmin mərkəz tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyi eynisi ilə köçürmüş, əlavə olaraq heç bir araşdırma aparmamış, əmlakın qiymətinin 656000 manat müəyyən edilməsinin səbəbini keçən müddət ərzində daşınmaz əmlak bazarında əmlakların dəyərinin artması ilə əsaslandırmışdır.
39. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Komersiya Məhkəməsinin e-2-2(119)-9/2023 saylı, 25 iyul 2023-tarixli qətnaməsini ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 656000 manat müəyyən edilməsi hissəsində dəyişdirərək, əmlakın qiymətinin 800000 manat miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2-2(119)-9/2023 nömrəli qətnaməsində əsaslandığı əmlakın likvid dəyərinin 656000 manat olmasına dair Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi tamamilə bankın sifarişi ilə çıxarılmışdır. Belə ki, ipoteka predmeti olan əmlakın qiyməti daha çox, yəni 800000 manatdır. Ekspertlərin qoyduğu qiymət ipoteka predmeti olan əmlakın real dəyəri deyildir və obyektiv reallığı əks etdirmir. Əmlaka düzgün baxış keçirilməmişdir. Mənzil ipotekaya qoyulandan bəri qiymətər qalxmış, ölkədə inflyasiya olmuşdur. Belə olan halda təbii ki, mənzilin də qiyməti qalxmışdır. Onun əmlakının bazar və likvid dəyərinin az qoyulması hüquqlarını pozmuşdur. Əmlak ekspertləri tərəfindən qiymətlər süni şəkildə azaldılmışdır. Hesab edir ki, bu məsələyə apellyasiya məhkəməsi daha obyektiv baxacaqdır. Hakim ədalətli məhkəmə araşdırıma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Məhkəkəmə öz təşəbbüsü ilə yenidən ekspertiza təyin etməli, dəqiq olaraq qiymət müəyyən etməlidir. Əmlak ekspertləri tərəfindən qiymətlər süni şəkildə azaldılmışdır. Hesab edir ki, bu məsələyə apellyasiya məhkəməsi daha obyektiv baxacaqdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
41. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
42. İddiaçının nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
43. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi hər iki tərəf verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş edərək, ipoteka predmeti olan əmlakın likvid dəyər hissəsini mübahisələndirmişlər. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını mübahisələndirilən hissədə, apellyasiya dəlilləri həcmində yoxlamağı qanunauyğun hesab edir. Qətnamə digər hissədə yoxlanılmır.
Tətbiq edilən hüquq
45. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Maddə 39.3.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 1.0.9. İlkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
46. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, ipoteka predmetinin likvid dəyəri hissəsində düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə həmin hissədə dəyişdirilməli, iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdehlər üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır. İddiaçı qeyd edilən əsaslardan çıxış edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
50. Mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş,…. tələbin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 196716,61 (yüz doxsan altı min yeddi yüz on altı manat 61 qəpik) manat məbləğində borcun ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin ilkin satış qiymətinin 656000 (altı yüz əlli altı min) manat müəyyən edilməsi,… qət edilmişdir.
51. Həmin qətnamədən narazı qalan İddiaçı QSC və Cavabdeh1 apellyasiya şikayəti vermişlər.
52. Göründüyü kimi hər iki tərəf məhkəmə qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmiş miqdarı ilə bağlı hissədə mübahisələndirmişlər.
53. Qeyd edilən məsələyə qiymət verilməsi xüsusi bilik tələb etdiyindən ipoteka predmetinin likvid dəyərinin yoxlanılması məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən, ümumi sahəsi 283,2 m2 olan 71 nömrəli evin 65 nömrəli mənzilə (mansardla birlikdə) yaxın ərazilərdə yerləşən mənzillərin mövcud orta bazar dəyəri təqribən 832600,00 (283,2 m2 x 2940) manat, likvid qiyməti 749300,00 (832600- 10%) manat müəyyən edilir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin ilkin satış qiymətinin 656000 (altı yüz əlli altı min) manat müəyyən edilməsi hissəsində qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
56. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslıdır, ipoteka predmetinin ilkin satış qiyməti olaraq 749300,00 manat məbləğin müəyyən edilməsi əsaslı və işin faktiki hallarına uyğundur. Odur ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(119)-9/2023 nömrəli qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 71 nömrəli evin 65 nömrəli mənzilinin ilkin satış qiymətinin 656000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək mənzilin ilkin satış qiyməti 749300,00 manat müəyyən edilməlidir.
57. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edir. Məhkəmə kollegiyasının qənaətincə iddiaçı tərəfin gətirdiyi dəlillər məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından təmin edilməməlidir.
58. Kollegiya şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi tərəflər arasında ipoteka müqaviləsi 13 sentyabr 2018-ci il tarixdə bağlanmaqla həmin vaxtdan xeyli müddət – altı ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində ölkə ərazisində, daşınmaz əmlak bazarında qiymətlər bir-neçə dəfə armışdır.
59. Bu baxımdan əmlakın ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiymət nəzərə alınmaqla təyin edilməsi ipoteka qoyanın əmlak mənafelərini zərbə altında qoymaqla hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmiş olar.
60. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsindəki araşdırma zamanı iş üzrə əldə edilmiş ekspert rəylərini də ziddiyətli olmaqla mötəbər sübut olaraq qiymətləndirilməsini, həmin rəylərin əldə edildiyi dövrdən hazırki vaxtadək xeyli müddət keçdiyini, qeyd edildiyi kimi daşınmaz əmlak bazarında kəskin qiymət artımı müşahidə edilməklə ipoteka predmeti yerləşən ərazinin Bakı şəhərinin mərkəzi hissəsi olmaqla, statistik təhlillərə görə cari ilin ilk üç ayında mənzillərin qiymətində ötən ilin eyni dövrü ilə müqayisədə 20-25 % artım olduğun nəzərə alaraq, işin faktiki hallarına uyğun hesab etmir.
61. Kollegiya həmçinin, qiymətləndirmə və əmlak alqı-satqısına aid internet saytlarında yerləşdirilmiş oxşar ölçülü və sahəli əmlaklara dair alqı-satqı elanları üzrə qiymətləndirmə aparlımasını əsaslı hesab etmir. Belə ki, hər bir əmlakın öz texnki göstəriciləri olmaqla, mənzilin yerləşdiyi mərtəbə, təmir səviyyəsi, mal-material keyfiyyəti və s. bu kimi xüsusatlar qimyətləndirmə meyarlarına təsir edən göstəricilərdir. Bu baxımdan əmlakın müaynəsi aparılmadan qeyd olunan internet məlumatları üzərindən qiymətləndirmənin aparılması əsaslı hesab edilə bilməz və həmin məlumatların birmənalı, təkzib edilməh sübut olaraq qəbul edilməsi yolverilməzdir.
62. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. MPM-nin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
64. MPM-nin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq apellyasiya şkayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı və cavabdehə aid edilməlidir.
65. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 100 (yüz) manat iddiaçıdan alınaraq X1 hesabına keçirilməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.3, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(119)-9/2023 nömrəli qətnaməsi – Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 71 nömrəli evin, 65 nömrəli mənzilinin ilkin satış qiymətinin 656000 (altı yüz əlli altı min) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 71 nömrəli evin, 65 nömrəli mənzilinin ilkin satış qiyməti 749.300 (yeddi yüz qırx doqquz min üç yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətindən alınaraq SAP (XİİS) hesabı X4 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Apellyasiya şkayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.