Məhkəmə qərarları › İş №2(102)-3971/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3971/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3971/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: dövlət rüsumunun az ödənilməsi, kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması əsasları ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)-3455/2024 nöm rəli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 1 noyabr 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 168.300 manat maddi zərərin, 158.800 manat dəbbə pulu olmaqla, cəmi 327.100 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 28 fevral 2024-cü il tarixli e-2(001)-179/2024 nömrəli qətnaməsi ilə (hakim Səadət Səlimova) id dia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnаmədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 30 iyul 2024-cü il tarixli 2(103)-3455/2024 nömrəli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin olunması, cavabdehdən 130.300 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödə nilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Qətnаmədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)-3455/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mül ki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 407.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir.

8. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. Kass asiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə.

10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

11. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda yuxarıda qeyd olunan prosessual normalara əməl etməklə kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, həmçinin müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunub-olunmamasını yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

14. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tə ləblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödənilmişdir. 15. “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi hə cmində rüsum ödənilməlidir.

16. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş “pul” tələbi ilə bağlı iddianın ümumi qiyməti 327.100 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq Cavabdeh kassasiya şikayəti vermək üçün 308,55 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 190 manat məbləğində dövlət rüsumu ödəmişdir.

17. Bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini bu əsasla geri qaytarmalı idi.

18. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu qanunvericiliyin tələblərinə düzgün riayət edilmədən ödənildiyindən, kassasiya şikayəti icraata qə bul edilə bilməz.

19. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əsaslandırıcı hissəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)-3455/2024 nömrəli qətnaməsi mübahisələndirildiyi halda, şikayətin tələbin qeyd olunduğu nəticə hissəsində tamamilə başqa, kommersiya mübahisəsinə aid Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)-3455/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

20. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, cavabdeh tərəfindən kassasiya şikayətinin tərtib edilməsi zamanı Mülki Pr osessual Məcəlləyə Əlavə 3-də nəzərdə tutulmuş formaya da tam əməl olunmamışdır. Belə ki, kassasiya şikayətinin birinci vərəqəsində Ali Məhkəməyə deyil, Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı qeyd olunmuş, 4-cü vərəqəsində isə Ali Məhkəməyə ünvanlanaraq şikayətin məzmunu təkrarlanmaqla tavtologiyaya yol verilmişdir.

21. Göründüyü kimi hazırki kassasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın olmamaqla, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların ol ması daxildir.

23. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)3455/2024 nömrəli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh kassasiya şikayəti geri q aytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar