Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3972/2021 12.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3972/2021 (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsi olan mənzildən çıxarılma və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-168/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən v erilmiş kassasiya şikayəti üzrə işə 12 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 26 noyabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin XXX rayon Mənzil Kommunal İstismar sahəsi ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya, cəmi üç nəfərdən ibarət ailə üzvlərinə ünvan 2 otaqlı mənzil verilmişdir. 23 yanvar 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İ stismar Departamentinin XXX rayon Mənzil Kommunal İstismar sahəsi ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya, cəmi beş nəfərdən ibarət ailə üzvlərinə ünvan 2 otaqlı mənzil verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi mənzil İstismar Departamenti tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli, 11 55 saylı məktubundan görünür ki, ünvan Komitə tərəfindən 26 noyabr 2012-ci il tarixdə İddiaçı, arvadı X3 və qızı X2 verilmiş və X9 2018-ci ilin yanvar ayında vəfat etdiyi üçün XXX müvafiq orqan tərəfindən nənəsi Cavabdeh2 himayəsinə verilmişdir. Cavabdeh2 nəvəsi XXX himayəyə götürdüyü üçün Komitəyə müraciət edərək XXX nömrəli mənzilə qeydiyyata alınmasını xahiş etmişdir. Cavab deh2 ərizəsi müvafiq komissiya tərəfindən araşdırılaraq ünvan qeydiyyatdan çıxarılaraq bina XXX yerləşən XXX nömrəli mənzilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi mənzil İstismar Departamenti tərəfindən verilmiş 30 avqust 2019-cu il tarixli, 606 saylı məktubdan görünür ki, Şuşa rayonundan məcburi köçkün Cavabdeh2 XXX rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş ünvan qeydiyyata alınması faktı üzrə daxili araşdırma aparılaraq yanlışlığa yol verilmiş və yaranan yanlışlığın aradan qaldırılması üçün Şuşa rayonundan məcburi köçkün Cavabdeh2 ünvan qeydiyyatdan çıxarılaraq ilkin olaraq qeydiyyatda olduğu ünvan təkrar qeydiyyata alınması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi mənzil İs tismar Departamenti tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli, 339 saylı məktubun məzmunundan görünür ki, ünvan Komitə tərəfindən 26 noyabr 2012-ci il tarixdə İddiaçı, arvadı X3 və qızı X2 verilmişdir. Şuşa rayonundan məcburi köçkün Cavabdeh2 ünvan mənzilindən qeydiyyatdan çıxarılaraq ilkin olaraq qeydiyyatda olduğu ünvan mənzilinə təkrar qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsi olan mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan yerləşən 2 otaqlı mənzildən çıxarılmaları və onun həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə mərhum X9 ilə ailə qurmuşdur. Nikahlarını 22 yanvar 2011-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə nikahdan 31 avqust 2011-ci il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. XXX ilə aralarında olan nikah Şuşa Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, daha sonra isə XXX 18 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. X12 ilə nikahda olduqları zaman Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 26 noyabr 2012-ci il tarixli B-6 nömrəli xüsusi təyinatla yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkün ailəsi kimi onlara ünvan yerləşən 2 otaqlı mənzil verilmişdir. Həmin mənzilin orderində onun X12nın və qızı XXX adları qeyd edilmişdir. X10 ilə aralarında olan nikah pozulduqdan sonra o, X12nın və qızı XXX rahat yaşamaları üçün məcburi köçkün ailəsi kimi onlara verilmiş mənzili onların istifadəsinə verərək özü müvəqqəti olaraq valideynlərinin yanında yaşamağa başlamışdır. Lakin mərhum XXX vəfatından sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı XXX öz yanlarında saxlamışlar və məcburi köçkün kimi onlara verilmiş həmin mənzili öz nəzarətlərində saxlamışlar. Öz mənzilləri olmasına baxmayaraq ona aid olan mənzildə yaşamağa davam etmişlər və onun həmin mənzilə daxil olmağına imkan verməmişlər. Hazırda o, qızı XXX dövlət tərəfindən onlara verilmiş mənzildə yaşamaq istəyir. Lakin cavabdehlər buna mane olurlar. Hazırda azyaşlı qızı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Qeyd olunmalıdır ki, Cavabdeh1 və ailə üzvlərinə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 23 yanvar 2013-cü il tarixli 5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkün ailəsi kimi ünvan yerləşən 2 otaqlı mənzil verilmişdir. Həmin mənzil də hazırda cavabdehlərin ixtiyarındadır. O, artıq bundan sonra ona və qızına aid olan mənzildə yaşamaq istəyir. Ağcabədi Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Ləzimov, iş № 2(017)-14/2020) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsi olan mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağcabədi rayonunda məcbu ri köçkünlər üçün inşa edilmiş xüsusi təyinatlı yaşayış sahəsi kimi İddiaçı verilmiş ünvan çıxarılması, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin XXX rayon Mənzil Kommunal İstismar sahəsi ilə iddiaçı arasında bağlanmış 26 noyabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya, cəmi üç nəfərdən ibarət ailə üzvlərinə ünvan 2 otaqlı mənzil verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və Q.Kərimov, iş № 2(106)-168/2021) cavabdehlər Cavabd eh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsi olan mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-14/2020 saylı, 21 may 2020-ci il tarixli qətnaməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri apelyasiya şikayətində mərhum qızları XXX vəfatından sonra Şuşa Rayon İcra Hakimiyyəti başçısının 15 fevral 2019-cu il tarixli, 16 saylı sərəncamı ilə baba və nənəsi kimi 31 avqust 2011-ci il təvəllüdlü X1 qəyyumları təyin edilmələrini bu səbəbdən də nəvələri XXX Azərb aycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 26 noyabr 2012-ci il tarixli B-6 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkün ailəsi kimi İddiaçıanın ailə üzvlərinə verilmiş ünvan yerləşən 2 otaqlı mənzildə baxdıqlarını göstərsələr də, nə səbəbdən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 23 yanvar 2013-cü il tarixli 5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkün ailəsi kimi onlara verilmiş ünvan yerləşən 2 otaqlı mənzildə yaşamamaları, azyaşlı XXX də həmin mənzildə baxmamalarına hər hansı münasibət bildirməmişlər və bununla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmişlər. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 və Cavabdeh2 (vəkil X5) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-168/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə qərar qəbul edilməsini xahiş edirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zama n o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin y aşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetiri lmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqq əti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi. ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Həmin Qaydaların 3.6-cı hissəsində göstərilmişdir ki, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...əsasında məcburi köçkün ailəsi kimi İddiaçıanın ailə üzvlərinə verilmiş ünvan yerləşən 2 otaqlı mənzildə baxdıqlarını göstərsələr də, nə səbəbdən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 23 yanvar 2013-cü il tarixli 5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkün ailəsi kimi onlara verilmiş ünvan yerləşən 2 otaqlı mənzildə yaşamamaları, azyaşlı XXX də həmin mənzildə baxmamalarına hər hansı münasibət bildirməmişlər və bununla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmişlər.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına y ol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-168/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3972/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3972/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver