Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3972/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoru) QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin uzadılması, hüquq barədə mübahisə, iddianın yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X9 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoru) mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması təl əbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-831/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X2 xx.xx.2008-ci ildə ölmüş, ondan fərdi yaşayış evi, torpaq sahələri, əmanət miras qalmışdır.
2. İddiaçı (bundan sonra – iddiaçı) miras qoyanın oğlu, Cavabdeh (bundan sonra – cavabdeh) nəvəsidir.
3. İddiaçı əvvəllər ayrıca icraatda hazırkı iş üzrə cavabdehə qarşı vərəsəlik üzrə yaşayış evinə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun müəyyən olunması və vərəsələr arasında payların ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiy asının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 ölümündən sonra qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzrlü sayaraq uzadılması, atasından miras qalmış Quba rayonu, Qələdüz kəndində yerləşən evlərin, Torpağa mülkiyyət hüququna dair JN0088 seriyalı, kod 30318038 nömrəli Dövlət aktına əsasən verilmiş 0,29 ha torpaq sahəsinin və Torpağın mülkiyyətə verilməsinə dair JN-043A seriyalı, kod 30318038 nömrəli şəhadətnaməyə əsasən verilmiş 0,20 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsində Quba Asan Xidmət mərkəzinin notariat kontorunu üçüncü şəxs qismində işə cəlb etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası vəfat edənədək ona qulluq etmiş, vəfat etdikdən sonra ondan miras olaraq Quba rayonu, Qələdüz kəndində yerləşən iki mərtəbəli ev, həmin evin yanında 0,20 ha torpaq sahəsində 1986-cı ildə tikdiyi iki mərtəbəli ev, Torpağa mülkiyyət hüququna dair JN-0088 seriyalı, kod 30318038 nömrəli Dövlət aktına əsasən verilmiş 0,29 ha torpaq sahəsi və 1991-1994-cü illərdə banka qoyduğu 80.000 rubl pul vəsaiti qalmışdır. Həmin əmlakla bağlı mübahisələr hələ atasının sağlığında, 2003-cü ildən qardaşı Cəfər Fərzəliyevin vərəsələri Mirzə və Şölə Fərzəliyevlər tərəfindən başlanmışdır. Atası mirasın yarısını ona, yarısını isə Mirzəyə ve rmək istəmişdir. O, ölənə kimi öz iradəsindən dönməmişdir. Atası 2006-cı ildə sovet pasportunu şəxsiyyət vəsiqəsinə dəyişmək üçün təhvil vermişdir. Mirzə və Şölə həmin şəxsiyyət vəsiqəsini və evin digər sənədlərini gizlədərək, atasının son iradəsini həyata keçirməsinə mane olmuşlar. Atasının vəfatından sonra onun bütün yas mərasimlərinin xərcini o, çəkmiş, evdə təmir-bərpa işləri aparmış, torpaq sahəsini əkib-becərmiş və kommunal xərcləri ödəmişdir. Beləliklə o, mirası faktiki olaraq qəbul etmişdir. Dəfn üçün müəyyən edilmiş müavinəti də o almışdır. Atasından miras qalmış, bankda olan əmanət pullarını almaq üçün ona xx.xx.2012-ci ildə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsə də, sonradan notariat kontoruna müraciət etdikdə heç bir sübut tələb etmədən notariat hərəkətlərinin aparılmasında n imtina edilmişdir. Cavabdehin təqsiri üzündən müvafiq sənədlər onda olmadığından və qanunun tələblərini bilmədiyindən mirasın qəbulu üçün vaxtında notariat orqanına müraciət etməmişdir. 2012-ci ildən etibarən miras əmlakla əlaqədar məhkəmə mübahisələri olmuş, bu müddət ərzində saxta vəsiyyətnamə üzə çıxmış və məhkəmə çəkişmələri 2018-ci ilin sonunadək davam etmişdir. Vəsiyyətnamə atasının ağır xəstə olduğu vaxta təsadüf edir, onun kötüyü arxiv sənədlərində aşkar edilmir, o latın əlifbası ilə yazılsa da, vəsiyyət edənin adı və soyadı kiril əlifbası ilə yazılmışdır. Bu da onun saxta olmasına dəlalət edir.
7. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-1493/2019 nömrəli, 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdi r.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı atasından iki yaşayış evi və iki torpaq sahəsi miras qaldığı bildirilsə də, ancaq onun adına Quba rayonu, Qələdüz kəndi ərazisində 0,20 ha torpaq sahəsinin olmasına dair sübut təqdim edilmişdir. İşə sübut kimi əlavə edilmiş digər sənədlər kserosurətlərdən ibarət olmuşdur. İddiaçıya göstərdiyi halları təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilsə də, o, həmin sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, mirası faktiki cavabdeh qəbul etmiş, iddiaçı başqa təsərrüfatda yaşamaqla mirası ümumiyyətlə qəbul etməmişdir. İddiaçının miras mübahisəsi ilə bağlı qaldırdığı əvvəlki iddialar da təmin edilməmişdir.
10. İddiaçı tələbində həm müddətin bərpasını, həm də faktiki olaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xa hiş edərək, bir-biri ilə təzad təşkil edən mövqe irəli sürmüşdür. Belə ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət o halda uzadılır ki, vərəsə həmin müddətdə müəyyən üzrlü səbəblərdən mirası qəbul edə bilmir (məsələn: vərəsənin ondan asılı olmayan səbəblərdən miras qoyanın ölümündən xəbəri olmur, xəstəlik, fors major hallarda və s). Hazırkı işdə isə iddiaçı qeyd edir ki, o, miras əmlakı guya faktiki olaraq qəbul etmişdir. Miras əmlak qəbul edilmişdirsə, niyə görə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılmasına ehtiyac duyulması əsaslandırılmamışdır.
11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə hüquqi əhəmiyyəti olan fakt kimi xüsusi icraat qaydasında baxılır. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır. Lakin hazırkı iş iddia icraatı qaydasında verildiyindən məhkəmə bu işə mahiyyəti üzrə baxaraq qərar qəbul etməlidir. İddiaçı həmin faktların müəyyən edilməsi ilə yanaşı, işə cavabdehi qoşmaqla miras əmlakla əlaqədar mübahisənin olduğunu açıq şəkildə nümayiş etdirmişdir. Həmçinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə cavabdehin bu məsələ ilə əlaqəsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Belə ki, mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır, vərəsənin iradəsi ilə bağlıdır. Kənar şəxslərin burada rolu demək olar ki, mümkün deyildir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitu siyasının 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1145, 1151.1, 1243.1, 1243.2, 1246, 1248.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-831/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və X3) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi faktın müəyyən olunması barədə tələbə iddia icraatı qaydasında baxaraq qərar qəbul etmişdir. Lakin ərizənin aidiyyət qaydalarına riayət edilmədən verilməsinə diqqət yetirməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən hüquqi faktların müəyyən olunması barədə tələb ərizəçinin qeydiyyatda oldu ğu yerə görə verilməlidir. İşdən görünür ki, həm iddiaçı, həm də cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadırlar.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə maraqlı şəxsin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının tələbinə maraqlı şəxsin olduğu yer üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etmiş, tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Belə olan halda iddia tələbi cavabdehin yaşayış yeri üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olduğu halda, Quba Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək, MPM-nin 35.1-ci maddəsinin tələblərini pozmuşdur.
18. Məhkəmə öz mövqeyini MPM-in 4.1, 35.1, 37.1, 44.2.2, 309.1, 385.1.1-ci maddələr inə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aidiyyəti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, MPM-in 309.1-ci maddəsi xüsusi icraatda baxılan işlər üzrə ərizəçiləri nəzərdə tutur. Hazırkı mülki işə isə iddia icraatında baxılmışdır. Ərizəçi və iddiaçı tamamilə ayrı-ayrı hüquqi mənalar kəsb edir. İcraat qaydaları da tam fərqli qaydada müəyyən olunmuşdur. İddia ərizəsinin məzmunu miras qalmış tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsi olduğundan isə həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılmalıdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələ rə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə.
25. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa...
26. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
27. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən e dilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
28. Maddə
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
29. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi...
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarının pozulduğu ilə bağlı mövqeyini MPM-in 309.1-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki baxılan iş üzrə iddiaçı tərəfindən iddia icraatının qaydalarına uyğun olaraq cavabdehə qarşı iddia tələbi irəli sürülmüş, birinci instansiya məhkəməsi tər əfindən işə iddia icraatı qaydasında baxılmışdır. Miras əmlakın qəbulu ilə bağlı vərəsələr arasında mübahisə olduğu, hətta bu mübahisələr üzrə əvvəllər də başqa mülki işlərə baxıldığı üçün MPM-in 259.0.10-cu və 306.4-cü maddələrinə əsasən iddiaçının tələblərinə xüsusi icraat qaydasında baxılması mümkün olmamışdır.
36. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi MPM-in hazırkı mübahisəyə tətbiq edilməli olmayan 309.1-ci maddəsini tətbiq etməklə prosessual qanunvericiliyin tələbini pozmuş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
37. Bununla yanaşı, Məhkəmə kollegiyası hazırkı işin prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün həlli baxımından aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
38. Mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsus i icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.
39. Baxılan iş üzrə iddia tələbi iki hissədən ibarətdir: mirasın qəbul edilməsi müddətinin üzrlü sayılaraq uzadılması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi.
40. Tələbin birinci hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirası onun mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla qəbul edə bilər. Bu iki əsasdan biri üzrə mirası vaxtında qəbul etmiş vərəsə mirası qəbul etmiş say ılır.
41. Mülki Məcəllənin 1248.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən bu cür iddianın təmin olunması üçün vərəsə tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürülməli və bu gecikdirmə üzürlü səbəbdən baş verməlidir. Bu baxımdan istinad olunan maddənin tətbiqi zamanı məhkəmə miras əmlakın iddiaçı tərəfindən həqiqətən müddəti ötürməklə qəbul edilib-edilmədiyini, müddətin nə qədər ötürüldyünü və bunun səbəblərinin üzrlü olub-olmadığını müəyyən etməlidir.
42. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, hazırkı iş üzrə iddiaçı əvvəllər ayrıca məhkəmə icraatı qaydasında hazırkı iş üzrə cavabdehə qarşı mübahisəli əmlaka miras payının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin iddia apelyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
43. Tərəflər arasında miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsinə dair mülki işin olması eyni tərəflər arasında eyni miras əmlakın qəbulu müddətinin uzadılması barədə ayrıca iddia tələbinə baxılmasını istisna edir. Çünki qanunvericiliyin tələblərinə əsasən həmin hal miras paya hüququn yaranması barədə işə baxan məhkəmə tərəfindən yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən qeyd olunan icraat zamanı miras əmlaka pay hüquqlarının yarandığını təsdiq edən, o cümlədən mirasın qəbulu müddətinin üzrlü səbəbdən ötürüldüyü barədə halları sübut etmək yükü mübahisə tərəfinin üzərinə düşür.
44. İddia tələbinin mirasın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, MPM-də xüsusi icraat qaydasında belə ərizələr ə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.
45. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur.
46. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.
47. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir.
48. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir.
49. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).
50. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
51. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edil diyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməlidir. Aparılan icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə bu iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.
52. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə mə hkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.
53. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.
54. Hüquq barəsində mübahi sə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
55. Yuxarıda da qeyd olunduğu kimi hazırkı iş üzrə iddiaçı əvvəllər ayrıca məhkəmə icraatı qaydasında hazırkı iş üzrə cavabdehə qarşı mübahisəli əmlaka miras payının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin tələb üzrə məhkəmə aktları qəbul edilmış və qanuni qüvvəyə minmişdir
56. Buna baxmayaraq birinci instansiya məhkəməsi idd ia tələbinə mahiyyəti üzrə baxmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələyə ümumiyyətlə hüquqi qiymət verilməmişdir.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(105)-831/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.