Məhkəmə qərarları › İş №2(102)-3973/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3973/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3973/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş üzrə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı; İkinci iş üzrə: iddiaçı X qızının cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı; Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Xqızına və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, müqavilənin etibarsız sayılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, vəkili x oğlunun, x qızının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən x İsa qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında mübahisə Cavabdeh2 MMC tərəfındən xyaşayış massivi ünvanında inşa edilmiş 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzillə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Birinci iş üzrə İddiaçı Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC tərəfındən xyaşayış massivi ünvanında inşa edilmiş 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102, 4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzilin onun sahibliyinə verilməsinin “Meqa-Siti Holdinq“ MMC-nin üzərinə qoyulması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirmişdir ki, iddia tələbində göstərilən mənzil əvvəllər Cavabdeh2 MMC tərəfındən 25.05.2010-cu il tarixdə X1, R.Mehbalıyevə verilmiş 25.08.2012-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri onun tərəfindən“ tam ödənilmişdir. Rauf Mehbalıyev 14.03.2014-cü il tarixli ərizəsi ilə Cavabdeh2 MMC-yə müraciət edərək, həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 MMC tərəfındən xyaşayış massivi ünvanında inşa edilmiş 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı həmin mənzil ə dair İddiaçı ilə 14 mart“ 2014-ci il tarixində cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış alğı-satqı müqaviləsi əsasında cavabdehin inşa etdiyi 01 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı mənzilə hər kvadrat metri üçün 352 AZN olmaqla, ümumi 36045 (otuz altı min qırx beş) manat ödəməklə mənzil almışdır. Mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənildiyi üçün ona həmin MMC tərəfindən 14.03.2014-cü il tarixli maliyyə arayışı da verilmişdir. Mənzil ona təhvil verilmiş, mənzili yerində qəbul etmişdir. Sonradan həmin mənzilə X7 iddia etməsini güman edərək, Yasamal rayon Məhkəməsində X7 Cavabdeh2 MMC-yə qarşı iddiası üzrə müstəqil tələb irəli sürmüşdür. Məhkəmə gedişində ona məlum olmuşdur ki, Cavabdeh1 83 saylı mənzilə iddia edir. Belə oldu ğu təqdirdə onun mənzili 87 saylı olduğu üçün, Cavabdeh1 isə mənzili 83 saylı olduğundan Cavabdeh1 qarşı iddiasının olmadığından, o işin ayrıca icraata ayrılmasını xahiş etmişdir. Ona görə də, hazırkı iddiası üzrə Cavabdeh2 MMC tərəfındən xyaşayış massivi ünvanında inşa edilmiş 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzilin onun sahibliyinə verilməsinin “Meqa-Siti Holdinq“MMC-nin üzərinə qoyulması və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Birinci iş üzrə cavabdeh “X18“ MMC-nin nümayəndəsi bildirmişdir ki, həqiqətən də İddiaçı xyaşayış massivi ünvanında inşa edilmiş 1 saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzilinin dəyərini Cavabdeh2 MMC-yə ödəmişdir, ona görə də iddianı etiraf edərək iddianın təmin edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim H.Səfərov) 02 oktyabr 2017-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, xyerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı, 87 saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi və həmin mənzilə dair maneələrin aradan qaldırılması Cavabdeh2 MMC-yə həvalə edilmiş, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “X18” MMCdən alınıb İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı 14 mart 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 MTK-nın inşa etdiyi Bakı şəhəri, xyerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 (üç) otaq lı mənzilin dəyərini İddiaçı tamamilə ödəmişdir, heç bir borcu yoxdur. Mənzili təmir etdirib, yaşamaq üçün lazım olan şəraiti yaradmışdır.

7. İkinci iş üzrə iddiaçı x qızı cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC ilə X10 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8. x qızı tələbini onunla əsaslandırmışdır ki, 09 aprel 2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında alğı-satqı müqaviləsi bağlanılmış və MMC tərəfindən xyaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzi l iddiaçı tərəfindən alınmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 0.1 kv.m üçün 550 manat olmaqla, cəmi 56320 manat pul vəsaiti tam şəkildə MMC-yə ödənilmişdir. 2010-cu il tarixdən bu günədək mənzil iddiaçının istifadəsində və sahibliyindədir. Mənzildə aparılmış təmir işlərinə 30000 manat vəsait xərclənilmişdir. 2017-ci ilin sentyabr ayının axırlarında qonşular vasitəsi ilə öyrənilmişdir ki, cavabdeh İddiaçıya məxsus mənzillə eyni mərtəbədə yeləşən digər 3 otaqlı mənzilin təhvil verilməsi barədə Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin binanın 12- ci mərtəbəsində yalnız iki ədəd 3 otaqlı mənzil var. Mənzillərdən birinin nömrəsi 83, iddiaçıya məxsus mənzilin nömrəsi 87-dir. Cavabdeh İddiaçı məhkəməyə müraciət edərək, 87 saylı mənzilin ona təhvil verilmə sini xahiş etmiş, məhkəmə isə iddia tələbini təmin etmiş və mənzil üzərində istifadə və sahiblik hüququnun pozulması barədə qətnamə qəbul etmişdir. Cavabdeh İddiaçı iddia edir ki, guya X10 adlı şəxslə MMC arasında 25 may 2010-cu il tarixdə iddiaçıya məxsus mənzilə dair alğı-satqı müqaviləsi bağlanmış və 2014-cü ildə satıcının razılığı ilə mənzil yenidən ona satılmışdır. 25 may 2010-cu il tarixli müqavilə əslində 25 avqust 2012-ci il tarixdə bağlanmış müqavilə olmuşdur. Belə ki, MMC-nin arxiv sənədlərində X10 ilə bağlanmış müqavilənin tarixi 2012-ci il kimi göstərilir. Həmçinin cavabdeh İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilədə satıcı qrafasında göstərilən imza saxtalaşdırılmışdır. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzil 2010-cu il tarixdən dəyəri ödənil məklə iddiaçının istifadəsində və sahibliyində olduğu üçün MMC-nin həmin mənzil barəsində hər hansı 3-cü şəxslər müqavilə bağlamaq hüququ olmamışdır. Belə müqavilələr etibarsızdır.

9. İkinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər x İsa qızı və "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, x İsa qızı ilə "xxxx" MMC arasında bağlanmış 09.04.2010-cu il mənzil alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. X10 tələbini onunla əsaslandırmışdır ki, 87 nömrəli mənzil 25 may 2010-cu il tarixində onun mülkiyyətində olmuş və o, həmin mənzilə giriş qapısı qoymuşdur. Lakin cavabdeh x İsa qızı həmin mərtəbədə pilləkan qəfəsindən solunda yerləşən 83 nömrəli mənzili 11.11.2013-cü ildə almış və orada təmi r işləri apararaq 2015-ci il tarixindən həmin mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinin tələblərinə əsasən “Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər”. Belə olan halda Musayeva (Mustafayeva) Şahanə İsa qızının cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia tələbi əsassızdır və müddəti keçmişdir. X10 "xxxx" MMC ilə 25 may 2010-cu il tarixində mənzil alğı-satqı müqaviləsi bağlamış və sözügedən mənzil 25 avqust 2012-ci il tarixində ona yerində göstərilərək təhvil verilmiş və tərəfindən həmin mənzilin giriş qapısı qoyulmuşdur. Qeyd edir ki, sözügedən 87 nömrəli mənzilə görə hesablanmış dəyəri tam olaraq ödənilmişdir. Cavabdeh tərəfində n “Meqa-Siti Holdinq“MMC sözügedən mənzili onun sahibliyinə və istifadəsinə təhvil vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 14 mart 2014-cü il tarixində onun razılığı əsasında sözügedən mənzilin ilkin hüquqverici sənədləri İddiaçı adına sənədləşdirilmiş və cavabdeh şirkətin iştirakı ilə sözügedən mənzilin razılaşdırılmış dəyəri İddiaçı tərəfindən ona ödənilmişdir. Qeyd edir ki, həmin vaxt cavabdeh "xxxx" MMC-nin rəhbərliyinin iştirakı ilə 87 nömrəli mənzil tərəfindən İddiaçı təhvil verilmişdir. Ona məxsus olan 87 nömrəli mənzil pilləkan qəfəsindən foye meydançasına baxanda həmin mərtəbənin sağ tərəfində yerləşən ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 87 nömrəli mənzildir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh olan x qızına məxsus ümumi sahəsi 102,4 kv.m-dən ibarət ola n mənzil pilləkan qəfəsindən foye meydançasına baxanda solda yerləşən mənzildir və həmin mənzilin giriş qapısının açarları isə x İsa qızındadır. Belə olan halda hesab edir ki, ilkin iddiaçı olan x İsa qızının “Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin tələblərinə əsasən '“mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.” Qeyd edir ki, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 25 may 2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, o, 25 avqust 2012-ci il tarixində sözügedən mənzilin dəyərini tam ödəmiş və cavabdeh şirkətə bo rcunun olmaması barədə maliyyə arayışı almışdır. Belə ki, həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. 14 mart 2014-cü il tarixində isə razılıq ərizəsi ilə mülkiyyətində olan 87 nömrəli mənzili İddiaçı cavabdeh şirkətin razılığı və iştirakı ilə satmışdır. İlkin iddiada iddiaçı qarşılıqlı iddiada cavabdeh x qızı 2013-cü ildə 83 nömrəli mənzilin dəyərinin tam ödəməsi barədə maliyə arayışı almışdır. Həmin Məcəllənin 392.2-ci maddəsində deyilir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh x qızı ilə onun arasında heç bir hüquq subyekti yoxdur. Belə ki, onunla cavabdeh x İsa qızı arasında hər hansı müqavilə bağlanmayıb. Azərbaycan Respublikası Mülki qanunvericiliyinə görə müqavilə azad tərəflərin razılığı əsasında bağlanır, lakin qanunvericiliyə zidd olmamaq şərti ilə Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinin tələblərində göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2013-cü ildə təsdiq olunmuş AZS ***-**** nömrəli Nəqliyyat“ infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi haqqında standartın 4.10.1-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarında mənzillərin ünvanı NİO-nun adından, binanın giriş nömrəsindən, mərtəbə nömrəsindən v ə mənzilin mərtəbə üzrə nömrəsindən ibarət olur. 4.10.2-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarında mənzilin mərtəbə üzrə nömrəsi həmin mərtəbəyə qalxan pilləkanın yuxarı hissəsindən baxanda pilləkan meydançasının solundan başlayaraq, saat əqrəbi istiqamətində ardıcıl nömrələmə qaydasında mənzil nömrə verməklə formalaşır. Bildirir ki, ona məxsus 87 nömrəli mənzil pilləkən meydançasının sağ tərəfində, cavabdehin mənzili isə sol tərəfində yerləşir və hər birinin giriş qapısının açarları özlərindədir. Digər tərəfdən Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsində göstərilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hesab edir ki, cavabdeh x İsa qızının İddiaçı və "xxxx" MM C-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia qaldırması tamamıilə əsassız və qanuna ziddir. Belə ki, müqavilə yalnız müqavilənin bağlanmasında iştirak edən tərəflərdən birinin tələbi ilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsində qeyd edilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hesab edir ki, 87 nömrəli mənzili 2014-cü il 14 mart tarixində onun mülkiyyətində olmuşdur. Belə ki, o, sözügedən mənzilə dair sərəncam vermək hüququna malik olmuşdur. Sözügedən 87 nömrəli mənzili İddiaçı 2014-cü il 14 mart tarixində cavabdeh "xxxx" MMC-nin iştirakı və razılığı ilə satmışdır. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan x qızının İddiaçı və "xxxx" MMCyə qarşı “Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi onun mülki hüquqlarını pozur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 21 dekabr 2018-ci il tarixli, Xnömrəli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində 1 saylı yaşayış binasının 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 87 nömrəl i, 3 (üç) otaqlı mənzillə bağlı Cavabdeh2 MMC ilə X10 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələr etibarsız hesab edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiası rədd edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə X10 arasında“ 25 may 2010cu il tarixdə və İddiaçı ilə 14 mart 2014-cü il tarixdə bağlanmış müqavilələrin qanunvericiliyin tələblərinə uyğun olmadan bağlanması müəyyən edilmişdir. Bu ilk növbədə məhkəmə xəttşünaslıq ekspertizasının "xxxx" MMC və İddiaçı arasında olan 14 mart 2014-cü il tarixli alqısatqı müqaviləsində və onun adına verilmiş 14 mart 2014-cü il tarixli 219 nömrəli maliyyə arayışında “X18 MMC-nin direktoru” qrafasındakı imza – X13 tərəfindən yox, başqa şəxs tər əfindən icra olunması ilə, həmçinin də iş materiallarında Cavabdeh2 MMC ilə X10 arasında eyni yaşayış sahəsinə dair 25.05.2010-cu il və 25.08.2012-ci il tarixlərdə bağlanmış müqavilələrin mövcudluğu ilə təsdiq edilir. "xxxx" MMC və İddiaçı arasında olan 14 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsində «direktor» qrafasındakı imzanın – X13 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması isə belə bir müqavilənin əsil həqiqətdə mövcud olmamasının təsdiqi olmaqla, Cavabdeh2 MMC ilə X10 arasında da bağlanmış 25.05.2010-cu il tarixli müqavilənin qanunauyğunluğunu kifayət qədər əsaslandırılmış şəkildə şübhə altına almasına əsas yaradır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat (birinci iş üzrə)

13. Birinci iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tari xli qətnaməsindən x İsa qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov) 22 yanvar 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, X saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat 16. x İsa qızı Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etm işdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadıyev) X nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qərarı ilə x qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzil barədə 25.05.2010-cu il tarixində "xxxx" MMC ilə X10 arasında müqavilə bağlamağa satıcının hüququ olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil 09.04.2010-cu il tarixində x qızına satılmışdır. İstər 25.05.2010-cu il tarixli, istərsə də 14.03.2014-cü il tarixli müqavilələr bağlanarkən mübahisə li mənzilin x qızına satılmasına dair 09.04.2010-cu il tarixli müqavilənin qüvvədən düşməsinə dair hər hansı bir amil mövcud olmamışdır. Lakin işə baxan məhkəmə tərəflər arasında olan hüquq mübahisəsinə hüquqi qiymət verərək bunu nəzərə almamış, nəticədə tətbiq edilməli olan hüquq normasını deyil, tətbiq edilməli olmayan hüquq normasını tətbiq etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. İkinci iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, X saylı qətnaməsindən İddiaçı“ apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

20. İkinci iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, X saylı qətnaməsindən Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 da apellyasiya şikayəti ver ərək, qətnamənin ləğv edilərək, x İsa qızının iddiasının rədd edilməsi, onun iddiasının isə təmin olunmasını xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) 14 oktyabr 2019-cu il tarixli, 2X nXı ilə iddiaçı x İsa qızının cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər x İsa qızı və "xxxx" MMC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) 28 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə ikinci iş üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, X saylı qətnaməsi iddiaçı x İsa qızının iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı x qızının cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı Cavabdeh2 MMC ilə X10 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmiş, ikinci iş üzrə Bakı şəhəri Yasama l rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)- 2629/2018 saylı qətnaməsi cavabdeh İddiaçı 133 manat ekspertiza xərcinin tutulması hissəsində ləğv edilmiş, ikinci iş üzrə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, birinci iş üzrə üçüncü şəxs x İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, X saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 606,52 (133+126+61,52+186+100) manatın 303,26 (üç yüz üç manat iyirmi altı qəpik) manatı x İsa qızından, 303,26 (üç yüz üç manat iyirmi altı qəpik) manatının X4 alınıb X3 müvafiq hesabına keçirilməsi qət edilmişdir. “““ “““““

23. Apellyasiya instansiyası məhkəməsi işdəki ekspertiza rəylərinə və digər sübutlara istinadən mövqeyini belə əsaslandırmışdır ki, x İsa qızının hüquqları xyaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində, 102,4 kv.m olan, 83 saylı mənzillə bağlı olduğu halda, onun xyaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində, 102,4 kv.m olan, 87 saylı mənzillə bağlı müqavilələri mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi mübahisəli mənzillə bağlı Cavabdeh2 MMC ilə Rauf Mehbalıyev və İddiaçı arasında bağlanmış müqavilələri etibarsız hesab edərkən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 24. x qızı kassasiya şikayəti verərək qətnamənin ləğv, "xxxx" MMC ilə X10 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi, İddiaçı "xxxx" MMC-yə qarşı "xxxx" MMC tərəfindən xyaşayış massivi ünvanında inşa edilən 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı 87 saylı mənzilin İddiaçı sahibliyinə verilməsinin “Meqa-Siti Holdinq“MMC-nin üzərinə qoyulması və maneələrin aradan qaldırılması barədə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qəra r qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin X saylı iş üzrə 28.10.2020-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya qaydasında ləğv edilməlidir. Belə ki, məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, X saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, x İsa qızı mübahisə predmeti olan mənzilə aid müqavilənin və maliyyə arayışının əslini məhkəməyə təqdim etməmiş, İddiaçı onun istifadəsində olan mənzilin pilləkan meydançasından sağda yerləşən 87 saylı mənzil olduğunu, x İsa qızının sahibliyində və istifadəsində olan mənzilin 83 saylı mənzil olduğunu göstərmişdir. İddiaçının nümayən dəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında mübahisəli mənzilin iddiaçının sahibliyində və istifadəsində olduğunu göstərmişdir. İzahatlara əsasən müəyyən olunur ki, həm iddiaçının, həm də 3-cü şəxsin sahibliyində binanın 12-ci mərtəbəsində yerləşən bir mənzil var, mübahisə həmin mənzillərin nömrəsi ilə yaranmışdır. x İsa qızının binanın 12-ci mərtəbəsində 83 saylı mənzilində yaşadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, x İsa qızının 87 saylı mənzillə bağlı iddiası əsassızdır. Bu səbəbdən həmin hal yenidən mübahisələndirilə bilməz. İş materiallarına əlavə edilmiş, qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin X saylı iş üzrə 02.10.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 MMC tərəfindən xyaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsind ə yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 83 saylı, 3 (üç) otaqlı mənzil X8 verilməsi qət edilmiş, qeyd edilən mənzil şəxsə təhvil verildiyi üçün iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən binanın hər mərtəbəsində sahəsi 102,4 kv.m-dən ibarət olan yalnız iki mənzil var ki, həmin mənzillərdən də biri məhkəmə qətnaməsi ilə başqa şəxsə verilmişdir. Həmçinin Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını apar an ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin rəylər əsasında müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci işin 1-ci cildinin 101-ci vərəqəsindəki “09 Aprel; x; 1; 12-ci; 102,4; 3(üç); 87; 102,4; 12-ci; 3(üç); 550; 56.320; Əlli min üç yüz iyirmi manat; 100% Ödənişlə” yazılar ilə 102-ci vərəqəsində “6.2 Alıcı” qrafasındakı “ x qızı” yazılar-öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Göründüyü kimi, x qızı ilə 09 aprel 2010-cü il tarixdə "xxxx" şirkətinin direktoru X13 arasında bağlanmış alğı-satqı müqaviləsinin birinci vərəqəsində olan əlyazması və ikinci vərəqəsində olan əlyazması müxtəlif ş əxslər tərəfindən icra olunmuşdur. Bundan əlavə, ekspert rəyinə əsasən tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci səhifəsində olan əlyazılan, 2-ci səhifəsindəki “Direktor Məmmədov E.A“ sözlərinin qarşısındakı imza və “Alıcı” qrafasındakı imza, həmçinin 11.11.2013-cü il tarixli maliyyə arayışındakı Cavabdeh2 MMC-nin direktoru sözlərinin qarşısındakı imza ilə həmin müqavilənin “alıcı” qrafasındakı “ x İsa qızı” yazıları və maliyyə arayışındakı “11.11 187 Musayeva- Mustafayeva Şəhanə İsa 12 102,4 3 (üç)” yazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 2.1 Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci və 2-ci vərəqələri bir-birindən lüminisensiya qabiliyyətlərinə və 1 kv.m-ə düşən çəkilərinə gör ə fərqlənirlər. 2.2 Tədqiq olunan 11.11.2013-cü il tarixli maliyyə arayışının vərəqəsi və 09 aprel 2010-cu il tarixli müqavilənin 2-ci vərəqəsi lüminisensiya qabaliyyətlərinə və 1 kv.m-a düşən çəkilərinə görə eynidirlər. Göründüyü kimi, x qızı ilə 09 aprel 2010-cü il tarixdə "xxxx" şirkətinin direktoru X13 arasında bağlanmış alğı-satqı müqaviləsi və maliyyə arayışında olan yazıları fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci və 2-ci vərəqələri bir-birindən lüminisensiya qabiliyyətlərinə və 1 kv.m-ə düşən çəkilərinə görə fərqlənirlər. Tədqiq olunan 11.11.2013-cii il tarixli maliyyə arayışının vərəqəsi və 09 aprel 2010-cu il tarixli müqavilənin 2-ci vərəqəsi lüminisensiya qabaliyyətlərinə və 1 kv.m-a düşən çəkilərinə görə eynidirlər. Belə olan h alda kollegiya hesab edir ki, x qızı ilə 09 aprel 2010-cü il tarixdə "xxxx" şirkətinin direktoru X13 arasında bağlanmış alğı-satqı müqaviləsinin 1-ci vərəqi dəyişdirilmişdir. Belə ki, müqavilənin ikinci vərəqi ilə maliyyə arayışı eynilik təşkil edir. Apellyasiya instansiya məhkəməsi qeyd olunanları əsas tutaraq belə ehtimal edir ki, "xxxx" MMC tərəfindən x qızının adına verilmiş 09 aprel 2010-cü il tarixli müqavilə saxtalaşdırıldığı üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin x qızının İddiaçı verilmiş mənzilə aid müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur. Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə Cavabdeh2 MMC-nin ofisindən vətəndaşlarla bağlanmış mü qavilələrin surətləri götürülmüşdür. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 ilə Cavabdeh2 MMC arasında bağlanmış 25 may 2010-cu il tarixli müqavilənin surətinin əldə edilməsi üçün verilmiş sorğu nəticəsində Cavabdeh2 MMC tərəfindən verilmiş müqavilədə həmin müqavilənin birinci səhifəsində müqavilənin tarixi 25 avqust 2012-ci il kimi qeyd edilmişdir. Bu faktın sübuta yetirilməsi, tərəflərin məhkəmə və qanun qarşısında bərabərlik prinsipinin təmin edilməsi üçün apellyasiya instansiya məhkəməsi qarşısında vəsatət qaldıraraq X10 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin (əgər həqiqətən də belə bir müqavilə mövcuddursa, tərəflərə müqavilənin əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, təqdim edə bilmədilər) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilməsini xahiş edilsə də, məhkəmə nədənsə vəsatəti təmin etmədi. Lakin məhkəmə x qızı ilə Cavabdeh2 MMC arasında bağlanmış 09.04.2010-cu il tarixli müqavilənin birinci səhifəsinin dəyişdirildiyi qənaətinə gələrkən bunun kim tərəfindən edildiyini, belə bir faktın olması barədə məhkəmədə hər-hansı bir sübutun olmadığı halda, həmin müqaviləyə mötəbər sübut kimi hüquqi qiymət verilməsinin mümükün olmadığını bildirsə də, iş materiallarında X10 ilə Cavabdeh2 MMC arasında eyni mənzillə aid bağlanmış 2 fərqli tarixə olan (bir müqavilədə tarix 25 avqust 2012-ci il, digərində isə 25 may 2010-cu il qeyd edilmişdir) müqavilənin olmasına baxmayaraq həmin müqaviləyə mötəbər sübut kimi hüquqi qiymət vermişdir. Həmçinin məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərkən mülki prosessual hüquq nor malarının tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Buna baxmayaraq məhkəmə 25 may 2010-cu il (25 avqust 2012-ci il) tarixli müqaviləyə hüquqi qiymət verərkən qanunvericiliyin qeyd edilən tələbini pozmuşdur. Həmçinin məhkəmə x qızı ilə Cavabdeh2 MMC arasında bağlanmış 09.04.2010-cu il tarixli müqavilənin dəyişdiri ldiyini bildirsə də, iş materiallarında həmin müqavilənin ləğv və ya etibarsız hesab edilməsi barədə hər-hansı bir sübutun olmadığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak edən x qızının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

28. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili x oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkə mə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4. Etibar sız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə

405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

39. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

40. Maddə 421.2. Tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müq aviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.“

43. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüq uqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 48. 09 aprel 2010-cü il tarixdə "xxxx" şirkətinin direktoru X13 ilə iddiaçı x İsa qızı arasında bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, MMC tərəfindən xyaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı 87 saylı mənzil iddiaçı tərəfindən alınmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 0.1 kv.m üçün 550 manat, müqavilənin ümumi məbləği 56320 manat müəyyən edilmişdir. 49. "xxxx" MMC-nin direktoru X13 tərəfindən iddiaçı x İsa qızının“adına verilmiş 11.11.2013-cü il tarixli, 187 saylı maliyyə arayışının surətindən görünür ki, onun Yasamal rayonu, Yeni Yasamal yaşayaış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin dəyərini tam ödəyib, şirkətə borcu yoxdur. 50. 25 may 2010-cu il tarixdə "xxxx" MMC-nin direktoru X13 ilə X10 arasında bağlanmış alğı-satqı m üqaviləsinin surətindən görünür ki, MMC tərəfindən xyaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil onun tərəfindən alınmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 0.1 kv.m üçün 450 manat, müqavilənin ümumi məbləği 46.080 manat müəyyən edilmişdir 51. "xxxx" MMC-nin direktoru X13 tərəfindən X5 adına verilmiş 25.08.2012-ci il tarixli, 88 saylı maliyyə arayışının surətindən görünür ki, onun Yasamal rayonu, Yeni Yasamal yaşayaış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin dəyərini tam ödəyib, şirkətə borcu yoxdur.

52. X5 Meqa-Siti Holdinq” şirkətinin direktoru X11 adına ya zdığı 14.03.2014-cü il tarixli ərizəsindən görünür ki, o, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 21 mərtəbəli binanın 12-ci mərtəbəsi 3 otaqlı mənzili (özünə məxsus) İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. ““““““““““ 53. 14 mart 2014-cü il tarixdə "xxxx" şirkətinin direktoru X13 ilə İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin surətindən görünür ki, MMC tərəfindən xyaşayaış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.mdən ibarət olan 3 otaqlı mənzil onun tərəfindən alınmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 0.1 kv.m üçün 352 manat, müqavilənin ümumi məbləği 36.045 manat müəyyən edilmişdir. 54. "xxxx" MMC-nin direktoru X13 tərəfindən İddiaçı adına verilmiş 14 mart 2014-cü i l tarixli 219 saylı maliyyə arayışının surətindən görünür ki, onun Yasamal rayonu, Yeni Yasamal yaşayaış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin dəyərini tam ödəyib, şirkətə borcu yoxdur. ““““““““““

55. Cavabdeh2 MTK-nın arayışına əsasən Cavabdeh2 MMC-də 1 saylı yaşayış binasında 87 saylı mənzilin sahibi İddiaçıdur. Təmirə başlanması üçün razılıq verilmişdir. 56. "xxxx" MMC-nin təsisçisi M.A.Zeynalovun “Attorney ənd Consalting“ MMC-nin direktoru Nail Qafarova ünvanladığı 28.10.2017-ci il tarixli məktubun surətindən və məhkəməyə ünvanladığı 18.04.2018-ci il tarixli iddia ərizəsi ilə bağlı ərizəsindən görünür ki, “Meqa-Siti Holdinq“MMC ilə x qızı arasında bağlanmış 09 aprel 2010-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən xyaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 87No-li 3 otaqlı mənzil 56.320 manata X9 İsa qızına satılmışdır. Hal-hazırda qeyd olunan mənzil x qızı tərəfindən tam təmir olunmuşdur. Həmin mənzilə aid başqa bir müqavilə qanunsuz və əsassızdır. İddia tələbini qəbul edirlər.

57. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2018-ci il tarixli 27293 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(004)-2629/2018 nömrəli mülki işin 47-48-ci səhifələrində "xxxx" MMC və X2 adlarından olan 9 aprel 2010-cu il tarixli alqı-satqı müqaviləsində “7. Tərəflərin imzaları” hissəsində “Direktor Məmməd ov.E.A“ sözlərinin qarşısındakı imza və 46-cı səhifələrində olan 11 noyabr 2013-cü il tarixli 187 nömrəli maliyyə arayışında “X18 MMCnin direktoru” qrafasındakı imza – X13 tərəfindən icra olunmuşdur. ““““““““““

58. Həmçinin, ekspertizaya təqdim edilmiş, 2(004)-8458/2017 nömrəli mülki iş materiallarında 53cü səhifələrində "xxxx" MMC və İddiaçı adlarından olan 14 mart 2014-cü il tarixli alğı-satqı müqaviləsində “7. Tərəflərin imzaları” hissəsində “Direktor Məmmədov.E.A“ sözlərinin qarşısındakı imza və 51-cı səhifələrində olan 14 mart 2014-cü il tarixli 219 nömrəli maliyyə arayışında “X18 MMC-nin direktoru” qrafasındakı imza – X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

59. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(004)-8352/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı x qızının Cavabdeh2 MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 MMC-nin inşa etdiyi Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı 87 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması qət olunmuşdur. ““““““““““

60. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli,X saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, X saylı qətnaməsindən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasam al rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, X saylı qətnaməsi ləğv edilərək, iddiaçı x qızının Cavabdeh2 MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik hüququnun tanınması tələbinə dair iddiası rədd olunmuşdur. ““““““““““

61. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, X saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, X“ saylı qətnaməsindən iddiaçı x qızı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, X“ saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 62. ““Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin“82.3-cü maddəsinə əsasən,“bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir.“ Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştir ak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin“ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəm ə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşıs ı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13“ fevral“ 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir“ və“ səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. ““““““““““ 65. “Brumaresku Rumıniyaya qarş ı” 28 oktyabr 1999-cu il tarixli qərarda Avropa“ İnsan Hüquqları Məhkəməsi göstərmisdir“ ki,“ hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki,“ məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.“““

66. Hazırkı mülki iş üzrə işdə iştirak edən şəxslər olan x İsa qızı, İddiaçı və "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsi qəbul olunarkən, 2(103)- 8040/2018“ saylı mülki iş üzrə işdə iştirak edən şəxslər olduğundan, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, X“ saylı qətnaməsi həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb edir. ““““““““““

67. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 3 1 iyul 2018-ci il tarixli, X“ saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, x İsa qızı mübahisə“ predmeti olan mənzilə aid müqavilənin və maliyyə arayışının əslini məhkəməyə təqdim etməmiş, İddiaçı onun istifadəsində olan mənzilin pilləkan meydançasından sağda yerləşən 87 saylı mənzil olduğunu, x İsa qızının sahibliyində və istifadəsində olan mənzilin 83 saylı mənzil olduğunu göstərmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında mübahisəli mənzilin iddiaçının sahibliyində və istifadəsində olduğunu göstərmişdir. İzahatlara əsasən müəyyən olunur ki, həm iddiaçının, həm də 3-cü şəxsin sahibliyində binanın 12-ci mərtəbəsində yerləşən bir mənzil var, mübahisə həmin mənzillərin nömrəsi ilə yaranmışdır. x İsa qızının binanın 12-ci mərtəbəsində 83 saylı mənzilində yaşadığı m üəyyən olunduğundan, məhkəmə hesab edir ki, x İsa qızının 87 saylı mənzillə bağlı iddiası əsassızdır.

68. Göründüyü kimi, birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə iddiaçı x İsa qızının xyaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı 83 saylı mənzildə yaşaması qüvvədə olan və preyudisial əhəmiyyət daşıyan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2(103)-8040/2018 saylı qətnaməsi ilə müəyyən olunmaqla, həmin hal yenidən mübahisələndirilə bilməz.

69. Bundan əlavə apellyasiya mərhələsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 05 fevral 2020-ci il tarixli, 864 saylı rəyinə əsasən

1. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci işin 1-ci cildinin 4 7-48-ci vərəqələrində Cavabdeh2 MMC ilə X5 adına olan 25 may 2010-cu il tarixli müqavilənin 2-ci vərəqində “Direktor: Məmmədov E.A.” qrafasındakı imza-X13 tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim olunmuş mülki işin 2-ci işin 1-ci cildinin 101-ci vərəqəsindəki “09 Aprel; x; 1; 12-ci; 102,4; 3(üç); 87; 102,4; 12-ci; 3(üç); 550; 56.320; Əlli min üç yüz iyirmi manat; 100% ödənişlə” yazılar ilə 102-ci vərəqəsində “6.2 Alıcı” qrafasındakı “ x qızı” yazılar-öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 70. “Apellyasiya mərhələsində keçirilmiş sənədlərin texniki ekspertizasının 12 fevral 2020-ci il tarixli 863 saylı rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 25.05.2010- cu il tarixdə X10 arasında bağlanmış, Cavabdeh2 MMC ilə 09 aprel 2010-cu il tarixd ə x İsa qızı arasında bağlanmış və Cavabdeh2 MMC ilə 14 mart 2014-cü il tarixli İddiaçı arasında bağlanmış müqavilələrin üzərlərindəki möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərlərində birbaşa vurulmuşdurlar.

2. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 25.05.2010-cu il tarixdə X10 arasında bağlanmış, X18” MMC ilə 09 aprel 2010-cu il tarixdə x İsa qızı arasında bağlanmış müqavilələrin üzərlərindəki “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti X18” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər.

3. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 25.05.2010-cu il tarixdə X10 arasında bağlanmış, X18” MMC ilə 09 aprel 2010-cu il tarixdə x İsa qızı arasında bağlanmış müqavilələrin üzərlərindəki “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti X18” məzmunlu möhür əksləri, Cavabdeh2 MMC ilə 14 mart 2014-cü il tarixli İddiaçı arasında bağlanmış müqavilənin üzərindəki möhür əksi ilə eynilik təşkil etmirlər.

4. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 25.05.2010-cu il tarixdə X10 arasında bağlanmış, Cavabdeh2 MMC ilə 09 aprel 2010-cu il tarixdə x İsa qızı arasında bağlanmış müqavilələrin üzərlərindəki “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti X18” məzmunlu möhür əksləri, şərti sərbəst nümunəsi qismində (cild İ, iş 1 səhifə 17-ci vərəqində) təqdim edilmiş müqavilənin üzərindəki möhür əksi ilə eynilik təşkil edirlər.

5. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 14 mart 2014- cü il tarixli İddiaçı arasında bağlanmış müqavilənin üzərindəki “Azərbaycan Re spublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti X18” məzmunlu möhür əksi, şərti sərbəst nümunəsi qismində (cild İ, iş 2, səhifə 122-ci) təqdim edilmiş “Ərizə“nin üzərindəki möhür əksi ilə eynilik təşkil edir.

6. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 09 aprel 2010-cu il tarixdə x İsa qızı arasında bağlanmış müqavilənin birinci və ikinci səhifəsinin tərtibat qaydalarında fərq müəyyən olunmadı. ““““““““““ “

71. Apellyasiya mərhələsində keçirilmiş sənədlərin texniki ekspertizasının 02 mart 2020-ci il tarixli 1121 saylı rəyindən görünür ki, 1.1 Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilədəki və 11.11.2013-cü il tarixli maliyyə arayışındakı bütün çap mətnlərinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə printerlərdən istifadə olunan eyni rəng ləyici maddələrə aiddirlər. 1.2. Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci səhifəsində olan əl“ yazıları, 2-ci səhifəsindəki “Direktor E.A“ sözlərinin qarşısındakı imza və “Alıcı” qrafasındakı imza, həmçinin 11.11.2013-cü il tarixli maliyyə arayışındakı Cavabdeh2 MMC-nin direktoru sözlərinin qarşısındakı imza, rəngləyici maddələrinin kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 1.3. Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin “alıcı” qrafasındakı “ x İsa qızı” yazıları və 11.11.2013-cü il tarixli maliyyə arayışındakı “11.11 187 x 12“102,4 3 (üç) yazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 1.4 Tədqiq olunan 09 aprel 2010cu il tarixli müqavilənin 1-ci səhi fəsində olan əlyazıları, 2-ci səhifəsindəki “Direktor Məmmədov E.A“ sözlərinin qarşısındakı imza və “Alıcı” qrafasındakı imza, həmçinin 11.11.2013-cü il tarixli maliyyə arayışındakı Cavabdeh2 MMC-nin direktoru sözlərinin qarşısındakı imza ilə həmin müqavilənin “alıcı” qrafasındakı “ x İsa qızı” yazıları və maliyyə arayışındakı “11.11 187 x 12“102,4 3 (üç)” yazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 2.1 Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1ci və 2-ci vərəqələri bir-birindən lüminisensiya qabiliyyətlərinə və 1 kv.m-ə düşən çəkilərinə görə fərqlənirlər. 2.2 Tədqiq olunan 11.11.2013-cü il tarixli maliyyə arayışının vərəqəsi və 09 aprel 2010-cu il tarixli müqavilənin 2-ci vərəqəsi lüminisensiya qabaliy yətlərinə və 1 kv.m-a düşən çəkilərinə görə eynidirlər.

3. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan 09 aprel 2010-cu il tarixli x İsa qızı arasında bağlanmış müqavilədəki çap mətnlərinin və əl yazılarının icra olunma tarixini müəyyən etmək mümkün olmadı. ““““““““““

72. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-tikinti ekspertizasının 19 may 2020-ci il tarixli, 865 saylı rəyindən görünür ki, 1. xyaşayış massivi ünvanında inşa edilmiş 1 saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzili nömrələnmə qaydasına uyğun olaraq, 83 No-li olduğu müəyyən edilir. 2. x İsa qızının yaşadığı 87 saylı mənzil nömrələnmə qaydasına uyğun olaraq 83 saylı mənzil olduğu müəyyən edilir.

73. Apellyasiya kollegiyası hesab etmiş dir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin rəylər əsasında müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci işin 1- ci cildinin 101-ci vərəqəsindəki “09 Aprel; x; 1; 12-ci; 102,4; 3(üç); 87; 102,4; 12- ci; 3(üç); 550; 56.320; Əlli min üç yüz iyirmi manat; 100% ödənişlə” yazılar ilə 102-ci vərəqəsində “6.2 Alıcı” qrafasındakı “ x qızı” yazılar-öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.“

74. Göründüyü kimi, x qızı ilə 09 aprel 2010-cü il tarixdə "xxxx" şirkətinin direktoru X13 arasında bağlanmış alğı-satqı müqaviləsinin birinci vərəqəsində olan əlyazması və ikinci vərəqəsində olan əlyazması müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 75. “Bundan əlavə ekspert rəyinə əsasən tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci səhifəsində olan əlyazıları, 2-ci səhifəsindəki “Direktor Məmmədov E.A“ sözlərinin qarşısındakı imza və “Alıcı” qrafasındakı imza, həmçinin 11.11.2013-cü il tarixli maliyyə arayışındakı Cavabdeh2 MMC-nin direktoru sözlərinin qarşısındakı imza ilə həmin müqavilənin “alıcı” qrafasındakı “ x İsa qızı” yazıları və maliyyə arayışındakı “11.11 187 x 12“102,4 3 (üç)” yazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 2.1 Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci və 2-ci vərəqələri bir-birindən lüminisensiya qabiliyyətlərinə və 1 kv.m-ə düşən çəkilərinə görə fərqlənirlər. 2.2 Tədqiq olunan 11.11.2013-cü il tarixli maliyyə arayışının vərəqəsi və 09 aprel 2010-cu il tarixli müqavilənin 2-ci vərəqəsi lüminisensiya qabaliyyətlərinə və 1 kv.m-a düşən çəkilərinə görə eynidirlər.

76. Göründüyü kimi, x qızı ilə 09 aprel 2010-cü il tarixdə "xxxx" şirkətinin direktoru X13 arasında bağlanmış alğı-satqı müqaviləsi və maliyyə arayışında olan yazıları fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci və 2-ci vərəqələri bir-birindən lüminisensiya qabiliyyətlərinə və 1 kv.m-ə düşən çəkilərinə görə fərqlənirlər. Tədqiq olunan 11.11.2013-cü il tarixli maliyyə arayışının vərəqəsi və 09 aprel 2010-cu il tarixli müqavilənin 2-ci vərəqəsi lüminisensiya qabaliyyətlərinə və 1 kv.m-a düşən çəkilərinə görə eynidirlər. “““““““““

77. Belə olan halda kollegiya hesab etmişdir ki, x qızı ilə 09 aprel 2010-cü il tarixdə "xxxx" şirkətinin direktoru X13 arasında bağlanmış alğı-satqı müqaviləsinin 1-ci vərəqi dəyişdirilmişdir. Belə ki, müqavilənin ikinci vərəqi ilə maliyyə arayışı eynilik təşkil edir.

78. Qeyd olunanlar birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin arxivində olan X saylı mülki iş materiallarından çıxarışdan bir daha müəyyən olunur. Həmin mülki işin 4-cü vərəqəsində olan 12.09.2017-ci ildə imzalanmış iddia ərizəsində iddiaçı x qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi “Vəkil1 11 noyabr 2013- cü il tarixdə Cavabdeh2 MMC ilə aralarında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanaraq, cavabdeh tərəfindən xyaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzili satın aldığını, müqavilənin 2.2-ci bəndinə əsasən, bir kvadrat metrinə görə 550 manat olmaqla, 56320 manat pul vəsaitini tam şəkildə cavabdehə ödədiyini, ona 11.11.2013-cü il tarixli, 187 saylı maliyyə arayışı verildiyini qeyd etmişdir. Həmin mülki işin 7-9-cü vərəqələrində olan iddia ə rizəsi və maliyyə arayışı iş materiallarından çıxarılmış, lakin nömrələnmə 6-10 qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. x qızı 04.12.2017-ci ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qərardadından şikayət verərək, 11 noyabr 2013-cü il tarixli müqavilə əsasında xyaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin ona təhvil verilməsi və mənzil üzərində sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bir daha qeyd etmişdir. Bundan sonra x qızı 20.12.2017-ci il tarixdə iddia tələbində dəqiqləşmə aparması barədə ərizəsində müqaviləsinin tarixin i 09 aprel 2010-cu il, mənzilin nömrəsini 87 kimi qeyd etmişdir.

79. Kollegiya hesab etmişdir ki, yuxarıda qeyd olunanlar x qızının müqaviləsinin 11.11.2013-cü il tarixli olmaqla, hazırkı müqavilənin birinci vərəqəsinin dəyişdirilərək, tarixi “09 aprel 2010-cu il” və mənzilin nömrəsi “87” kimi qeyd olunmuşdur. Qeyd olunan hal, ekspert rəyləri ilə də müəyyən olunur.

80. Bundan əlavə birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsindən götürülmüş və lazımi qaydada təsdiq olunmuş Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 avqust 2010-cu il tarixli 2- 1(103)345/10 saylı qərarında görünür ki, xyaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində, 102,4 kv.m olan mənzillə bağlı X5 adı qeyd ol unmuşdur.

81. Kollegiya qeyd etmişdir ki, əgər x qızının müqaviləsi X5 müqaviləsindən əvvəl bağlanmışdırsa, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 avqust 2010-cu il tarixli 21(103)345/10 saylı qərarında onun adı qeyd olunmalı idi. Lakin qərarda qeyd olunan hal müəyyən olunmur.

82. Bütün bunlarla yanaşı ekspert rəyi ilə müəyyən olunur ki, xyaşayış massivi ünvanında inşa edilmiş 1 saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzili nömrələnmə qaydasına uyğun olaraq, 83 No-li olduğu müəyyən edilir. x İsa qızının yaşadığı 87 saylı mənzil nömrələnmə qaydasına uyğun olaraq 83 saylı mənzil olduğu müəyyən edilir. 83. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “““““““““

84. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

85. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiym ətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir.

86. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə iddiaçı x İsa qızının hüquqları xyaşayış massivi Talıblı küçəsi ndə inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində, 102,4 kv.m olan, 83 saylı mənzillə bağlı olduğu halda, onun xyaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində, 102,4 kv.m olan, 87 saylı mənzillə bağlı müqavilələri mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Odur ki, birinci instansiya məhkəməsi x İsa qızının iddiası əsasında xyaşayış massivi Talıblı küçəsində 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 87 nömrəli, 3 (üç) otaqlı mənzillə bağlı Cavabdeh2 MMC ilə X10 arasında bağlanmış 25 may 2010cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələri etibarsız hesab edərkən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. x İsa qızının subyektiv hüququnun olmamasına görə iddiasının rədd olunduğu halda, müstəqil tələb irəli sürən 3-cü şəxsin kəsici müddətin tətbiqi barədə ərizəsinə münasibət bildirilməsinə zərurət yaranmır.

87. Apellyasiya instansiyası məhkəməsi birinci iş üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(004)-8458/2017 saylı qətnaməsindən üçüncü şəxs x İsa qızı tərəfindən verilmiş şikayətə əsasən qeyd etmişdir ki, iddiaçının hüquqları 83 saylı mənzilə aid olmaqla, o, 83 saylı mənzildə yaşadığından, 87 saylı mənzillə bağlı onun hüquqları olmadığından, onun dəlilləri əsaslı deyil. “

88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

89. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

90. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

91. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar