Məhkəmə qərarları › İş №2(102)-3974/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3974/2022

18.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3974/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3974/2022 (açar sözlər: torpaq sahəsindən çıxarılma, məhkəmənin prosessual vəzifəsi) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-80/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli 140 nömrəli sərəncamına əsasən Qusar şəhər sakini İddiaçı radio-televizor təmiri üçün emalatxananın tikintisi altına torpaq sahəsinin seçilməsindən ötrü Qusar şəhərində baxış keçirilmiş, komissiya baxış zamanı həmin obyektin tikintisi üçün Qusar şəhərinin baş planına uyğun olaraq 35-ci kvartalda A.Xammətov küçəsində 4,0x5,0 metr ölçülərində, cəmi 20,0 kv.metr torpaq sahəsini seçmiş və ayrılmasını məqsədə uyğun hesab etmişdir.

2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 20 dekabr 2018-ci il tarixli 2276 nömrəli Qusar şəhər vətəndaşlarına sahibkarlıq v ə kommersiya fəaliyyəti üçün torpaq sahəsinin satılması haqqında Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli, 140 nömrəli sərəncamına dair Arxiv Çıxarışının təsdiq olunmuş surətinə əsasən Qusar şəhər sakini X1 televizor təmiri emalatxanasının tikintisi üçün hər kvadrat metri 5000 manat olmaqla, A.Xammətov küçəsində, cəmi 100000 manat 20 kv.metr torpaq sahsinin satılması, qərarın icrasına və tikinti işlərinin aparılmasına nəzarət edilməsi Tikinti və memarlıq şöbəsinə tapşırılması qərara alınmışdır.

3. Qusar rayon məhkəməsinin 2(029)-471/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsinə əsasən Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli 140 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Quba filialında qeydə alınmı ş 20 dekabr 2018-ci il tarixli 2276 nömrəli arxiv çıxarışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra- cavabdeh) Qusar şəhəri, A.Xammətov küçəsində yerləşməklə ona məxsus televizor təmiri emalatxanasının tikintisi üçün nəzərdə tutulmuş 20 kv.metr torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkardır. Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 1998-ci il tarixli 140 nömrəli sərənamına əsasən ona televizor təmiri ema latxanasının tikintisi üçün Qusar şəhəri, A.Xammətov küçəsində yerləşən 20 kv.metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi ilə yanaşı cavabdehə məxsus torpaq sahəsi də yerləşir.

6. Uzun illərdir ki, iddiaçıya məxsus həmin televizor təmiri emalatxanasının tikintisi çün nəzərdə tutulmuş 20 kv.metr torpaq sahəsini cavabdeh qanunsuz olaraq zəbt edərək istifadə edir. Həmin torpaq sahəsinin qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh torpaq sahəsini könüllü olaraq iddiaçıya qaytarmaq istəmir. Artıq 20 ildən çoxdur ki, iddiaçı qanuni olaraq özünə məxsus torpaq sahəsini cavabdehdən geri ala bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 157.4 və 157.8-ci maddələrinə istinad etmişdir.

8. Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Rafiq Kazımov)

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin tutulması müəyyən olunmamışdır və iddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri: iddia ərizəsinə torpaq sahəsinə dair bütün sənədləri təqdim etmişdir. Birinci instansiya mə hkəməsi həmin sənədləri sadalasa da, cavabdehin torpaq sahəsini zəbt edib-etməməsini, ümumiyyətlə, araşdırımamışdır; iş üzrə müvafiq mütəxəssis və ekspert rəyi alınmalı olduğu halda, birinci instansiya məhkəməsi bunu etməmişdir.

13. Cavabdeh apellyasiya şikayətinə etiraz etmişdir. Etirazın dəlilləri: iddiaçıya satılmış torpaq sahəsi «Ustar» sexindən Xamətov küçəsinə tərəf (yəni şimal istiqamətinə) 4 metr, yol boyu 5 metr olmaqla 20 kv.metrdir. Həmin sahənin təxminən 8 kv.metri A.Xamətov küçəsinin gediş-gəliş hissəsinə və orta təzyiqli, 250 mm diametrlik qaz kəmərinin üzərinə düşür. Buna səbəb o dövrdə dəqiq xəritələrin olmaması olmuşdur. Baş plandan surətin çıxarışı sxematik olaraq əllə çəkilmişdir. Şəhərin baş planı 1985-ci ildə tərtib edilərkən Xamətov küçəsi və kommersiya obyektləri yox idi. Odur ki, iddiaçıya tikinti işlərinin aparılmasına icazə verilməmiş, torpağa alğı-satqı aktı yazılmamış, Dövlət qeydiyyatına alınaraq çıxarış verilməmişdir: cavabdehin özünə məxsus torpaq sahəsi isə Qusar rayon XDS-nin xx.xx.1994-cü il tarixli qərarı ilə X3 verilmiş, Vaqif ərazini mərz nişanları qoyaraq haşiyəyə almış və yarımçıq tikilini xx.xx.2000-ci il tarixində Qəribova Gülnaza satmışdır. Torpaq sahəsini və ərazidə tikilmiş bir otaqlı evi Gülnaz Qəribovadan xx.xx.2004-cı ildə cavabdehin qaynı Ramazanov Cabir satın almış, Cabir isə sonradan ərazidə tikilmiş 2 mərtəbəli yaşayış evini və torpaq sahəsini 27 noyabr 2019-cu il tarixdə bacısı, yəni cavabdehin həyat yoldaşı Afina Fərzəliyevaya bağışlamışdır. Torpaq sahəsi və yaşayış evi Dövlət qeydiyyatına alınaraq çıxarış verilmişdir. Ha zrda (aralıqda boş qalan torpaq sahəsi də əlavə edilməklə) cavabdehin ailəsinə məxsus torpaq sahəsi 665 kv metrdir. Torpaq sahəsinin koordinatları da çıxarışı da vardırş Həm 600 kv.metrə, həm də 65 kv.metrə ayrılıqda çıxarışlar verilmişdir. Həmin torpaq sahəsi «Ustar» sexindən şərqə tərəfdir. Bunlar üst-üstə düşmür və cavabdeh iddiaçının torpağını zəbt etməmişdir; dəfələrlə komissiyalar tərəfindən yerində baxılmış, zəbt etmə halı qeydə alınmamışdır. İddiaçıya hələ 20 il bundan qabaq tövsiyə olunmuşdur ki, torpaq sahəsinin yerinin və ya ölçülərinin dəyişdirilməsi üçün Qusar bələdiyyəsinə müraciət etsin. Bununla əlaqədar olaraq ona dəyişiləcək yerin sxematik planı çəkilərək verilmişdir. O vaxt qüvvədə olan prosedur qaydalara görə ayrılacaq (satılacaq) torpağın sxematik planını baş memar razı laşdırırdı və vətəndaş bunu torpaq almaq üçün ərizə ilə bələdiyyəyə təqdim edirdi. Amma iddiaçı bunu etməmiş, 3-4 il müddətində sxemdə göstərilən yerə vaqon qoyaraq işlətmişdir.

14. Apellyasiya instansiya məhkəməsi iddiaçıya ayrılmış 20 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini aydınlaşdırmaq üçün 09 mart 2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzi 07 yanvar 2022-ci il tarixli məktubla əlavə materialların təqdim edilməməsi barədə vəsatətin təmin edilməməsini əsas göstərib ekspertizanını aparılmasından imtina etdiyini göstərmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-80/2022 nömrəli, iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə)

17. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, iddiaçının vəsatəti əsasında iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş, lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 iyul 2021-ci il tarixli məktubuna əsasən daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki paspport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmaması səbəbindən təhqiqat obyektinə baxış keçirilməsi mümkün olmayacaqdır.

18. Apellyasiya instansiya məhkəməsi qeyd edilən hala əsasən belə qənaətə gəlib ki, iddiaçıya belə bi r sənədlərin məxsus olması iş materiallarından görünmür. İşdə olan sübutlarla cavabdehin iddiaçıya məxsus olduğunu iddia etdiyi torpaq sahəsini zəbt etməsi iş materialları ilə sübuta yetirilmir.

19. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 157.2 və Torpaq Məcəlləsinin 84.1 və 111-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator şikayətdə qeyd edib ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozulub. Belə ki, məhkəməyə əlavə materialların tələb olunması barədə ekspert vəsatəti daxil olmuşdur. Qeyd olunan vəsatətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin, baza məlumatlarının, mübahisəli torpaq sahəsinin koordinatlarının, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin təqdim ediməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis cəlb olunması ilə bağlı müraciət edilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar rəy verilməsi üçün təqdim olunmamışdır. Bu səbəbdən də mütəxəssisin mübahisəli torpaq obyektinə baxışı mümkün olmamışdır. Beləliklə də, apellyasiya instansıyası məhkəməsin tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığdan mübahisənin ədalətli həlli üçün zəruri olan sübutların əldə olumması mümkün olmamışıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulmas ı nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsin in vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

26. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tutulmasının müəyyən edilməməsinə istinad etmişdir. İddiaçı apellyasiya şikayətində məhkəmənin həmin halın müəyyən edilməsi ilə bağlı araşdırma aparmamasını, müvafiq mütəxəssis və ekspert rəyi almamasını dəlil kimi irəli sürmüşdür.

27. İşdən görünür ki, apellyasiya instansiyası iddiaçının həmin dəlili və vəsatəti əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılması üçün zəruri olan əlavə materialların təqdim edilməsi barədə ekspert vəsatətinin təmin edilməməsi əsası ilə ekspertizanın təyin edilməsi barədə qərardadı icrasız saxlamışdır. 28.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 08 dekabr 2021-ci il tarixli məktubundan görünür ki tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə 5 saylı Xaşmaz Ərazi İdarəsini nümayəndəsinin tədqiqat obyektinə təyin olunmuş baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin olunacaqdır. (i.v.119)

29. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən məktuba deyil, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 iyul 2021-ci il tarixli məktu buna istinad edərək (i.v.104) işdə olan sübutlarla cavabdehin iddiaçıya məxsus olduğunu iddia etdiyi torpaq sahəsini zəbt etməsinin sübuta yetirilməməsi qənaətinə gələrək iddianı təmin etməmişdir.

30. Əvvəla, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 iyul 2021-ci il tarixli məktubunda da hüquq müəyyənedici və texniki sənədlər təqdim olunacağı, tərəflərin iştirakını təmin ediləcəyi və tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə məsələyə münasibət bildirməyin mümkün olduğu bildirilib. Buna görə də həmin məktuba əsasən cavabdehin iddiaçıya məxsus olduğunu iddia etdiyi torpaq sahəsini zəbt etməsinin sübuta yetirilməməsi nəticəsinə gəlinməsi düz olmayıb. Bu da göstərir ki, apellyasiya instansiyası məhkəməsi həmin məktubu sübut kimi MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün qiymət verməyib.

31. Bundan başqa, həmin məktublardan da göründüyü kimi, ekspertizanın aradan qaldırılmalı olan səbəblər üzündən baş tutmamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin edilməsi barədə qərardadın sonrakı icrasını təmin etməmiş, tərəflərin tədqiqat obyektinə baxışda iştirakına şərait yaratmadan iddianı rədd etmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi ekspertizanı məhz iddiaçıya ayrılmış torpağın cavabdeh tərəfindən tutulub-tutulması halını müəyyən etmək məqsədi ilə təyin etmişdi.

32. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, apellyasiya məhkəməsi tərəfindən işin konkret halını müəyyən etmək üçün iş üzrə ekspertiza keçirilməsi zəruri bilinib və ekspertiza təyin edilib, belə olan halda, işin həmin halının ekspert rəyi alınmadan müəyyən edilməsi əsası sayıla bilməz.

33. Həmçinin apellyasiya məhkəməsi ekspertizanın baş tutmama səbəbi ilə bağlı hala MPM-in 97.5-ci maddəsi baxımından da qiymət verməmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

35. Mülki Prosessual Məcəllənin 217.1-ci maddə sinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asl ıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

38. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

39. Barəsində kassasiya şikayəti verilən qətnamə isə əsaslılıq və qanunilik barədə prosessual qanunverciliyin müəyyən etdiyi tələblərə cavab vermir.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları ara dan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, iddiaçının dəlilləri ilə bağlı zəruri prosessual tədbirlər görməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-80/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar