Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3974/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2943/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ilə Cavabdeh 3 fevral 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 21 may 2020-ci il tarixdə nikahları pozulmuşdur.
3. İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili alğı-satqı müqaviləsi əsasında X2 37600 manata almışdır. Həmin mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini iddiaçı ilə nikaha daxil olanadək, yəni xx.xx.2017-ci il tarixli daşınmaz ə mlakın alğı-satqı müqaviləsi əsasında 35.000 manata X1.
5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sorğuya verilmiş cavabına əsasən İddiaçı adına xx.xx.2018-ci il tarixdə hər hansı bir xarici valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair sadələşdirilmiş bəyannamənin rəsmiləşdirilməsi qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İlkin İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilərək, çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20A ünvanında yerləşən 19 saylı mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi, bu xitamın cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilərək, mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İlkin iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır, 25 ildir ki, İsveçrə dövlətində yaşayır. Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları yoxdur. Lakin rəsmi nikaha daxil olmadan öncə cavabdeh özünə aid bir evin olmadığını və kirayədə yaşamaq istəmədiyini bildirərək ayrı bir mənzilin alınmasını israrla tələb etmiş, mənzil alınmadığı təqdirdə ailəsinin bu nikaha icazə verməyəcəyini bildirmişdir. Beləliklə xx.xx.2018-ci il tarixdə (rəsmi nikaha daxil olmadan 4 gün öncə), Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı öz hesabın dan 23.600 Frank (kurs 1.16 Avro ilə 20.344 avro) pulu çıxararaq, özü ilə Bakı şəhərinə gətirmişdir (bankdan rəsmi çıxarış mövcuddur). Həmin zamana olan məzənnə ilə 20.344 avro Azərbaycan manatı ilə 38.000 manat edirdi. xx.xx.2018-ci ildə tərəflər rəsmi nikaha daxil olurlar. Bundan 2 gün sonra yəni xx.xx.2018-ci il tarixdə 52 saylı DNK-nun 4Ə/124 reyestr nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, mənzil 19-da yerləşən 43.8 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin alğı-satqısı baş tutur, (mənzil təqribi 38.600 manata alınmışdır). Mənzilin alğı-satqı prosesində özü iştirak edib və mənzilin dəyərini özü ödəyib. xx.xx.2018-ci il tarixdə DƏDRX-də mənzilin çıxarışı onun adına rəsmiləşdirilmişdir. Mənzil təmirsiz idi. Mənzilin təmirinə də xərclənən pul vəsaiti özü tərəfindən ödənilmişdir. O, İsveçrədə yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 5.771 frank və 1500 avro, 2000 ABŞ dolları pul vəsaitini bankdan çıxararaq, ayrı-ayrı vaxtlarda, qısa müddət ərzində Cavabdeh göndərmişdir. Yəni, mənzilin satın alınmasından əlavə, mənzilin təmirinə də xərclənən pul vəsaiti onun şəxsi hesabından ödənilmişdir. Nikahları xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-673/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20, mənzil 19 da qeydiyyatdadır və orada yaşayır. Cavabdehlə həm rəsmi, həm faktiki bütün qohumluq münasibətləri bitmişdir. Lakin özünə məxsus əmlakdan istifadə edə bilmir və sərəncam verə bilmir. Belə olan halda mülkiyyət hüquqları məhdudlaşır, məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisəli mənzil birgə nikah müddətində rəsmiləşdirilsə də, həmin əmlakın ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət deyildir. Belə ki, həmin əmlak həm də ər-arvadın, yəni mövcud halda Cavabdeh və onun nikahı dövründə onların ümumi gəliri hesabına əldə edilməmişdir.
8. İlkin iddia üzrə Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, qarşı tərəfin iddia ərizəsində iddiaçının Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı hesabından 23.600 frank pulu çıxararaq özü ilə Bakı şəhərinə gətirməsi (bankdan rəsmi çıxarışın mövcud olması qeyd olunaraq) qeyd olunsa da, iddia ərizəsinə həmin çıxarış əlavə edilməmişdir. İddia ərizəsində qeyd olunduğu kimi 23.600 frank pulun, yəni 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə ölkəyə gətirilməsi üçün «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» ilə rəsmiləşdirilməsi barədə sənəd təqdim edilməlidir, Qanunun həmin tələblərinin yerinə yetirilməməsi, yəni qeyd olunan məbləğin bəyannamədə göstərilmədən ölkə ərazisinə gətirilməsi isə cinayət məsuliyyəti yaradır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğ ölkəyə gətirilərkən bəyan edilməsi barədə sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddia ərizəsində mənzilin təmirinə xərclənən pul vəsaitinin İsveçrədə yerləşən “Glamer Kantonalbank”dakı hesabından 5.771 frank və 1500 avro, 2000 ABŞ dolları pul vəsaitini ayrı-ayrılıqda qısa müddət ərzində ona göndərilməsi qeyd olunsa da, mənzil alındığı xx.xx.2018-ci il tarixdən sonra iddiaçı tərəfindən ona qe yd olunan məbləğlər göndərilməmişdir. Həmin hal onun bank kartına mədaxil olmuş məbləğlərlə bağlı çıxarışla da təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınaraq, həmin əmlakın 2/3 pay nisbətində bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikaha xx.xx.2018-ci il tarixdə girsə də, fakitiki olaraq xx.xx.2017-ci il tarixdə toyları olmuş və faktiki olaraq həmin tarixdən də ər-ar vad münasibətində olmuşlar. Rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi, keçmiş həyat yoldaşının Türkiyə Cümhuriyyətinin vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə bağlı olmuşdur. İddiaçı Bilal oğlu ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha girdikdən sonra xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili almışlar. Belə ki, ailə qurmamışdan öncə valideynləri rəhmətə getmiş, valideynlərindən qalan mənzil qardaşı X3 və onun mülkiyyətinə keçmişdir. Ailə qurduğuna görə keçmiş həyat yoldaşının evi olmadığından ev almaq məqsədilə valideynlərindən qalan Bakı şəhəri, Xətai rayonu G.Şıxlinski küçəsi 8-ci döngə, ev 20 a mənzilin özünə aid hissəsini 35.000 manata xx.xx.2017-ci il tarixdə, yəni faktiki nikahdan 1 ay sonra satmışdır. Bundan başqa, ailə qurduğuna görə keçmiş həyat yoldaşı ilə planlaşdırdıqları kimi onun yaşadığı ölkəyə gedəcəklərindən işdən çıxdığına görə xx.xx.2018-ci il tarixdə 1545 manat da işdənçıxma müavinəti almışdır. Həmçinin, toylarından da 2000 manatadək pul yığılmışdır. Faktiki nikahdan, yəni xx.xx.2017-ci il tarixdən 1 ay sonra xx.xx.2017-ci il tarixdə özünə məxsus evi satması, həmçinin rəsmi nikahdan öncə işdən çıxma müavinəti alması, mübahisəli mənzili isə rəsmi nikahdan 3 gün sonra alması iddia ərizəsinə əlavə etdiyi sənədlərlə, həmçinin məhkəməyə gələcək şahid ifadələri ilə sübut olunur. Beləliklə, mənzilin alınması üçün mənzilin ümumi dəyərinin 21.000 manatı onun tərəfindən, qalan hissəsi isə iddiaçı tərəfindən ödənilmişdir. Mənzilin dəyərinin çox hissəsinin onun tərəfindən ödənilməsinə baxmayaraq, iddiaç ının adına almaqda məqsədləri onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyi olmuşdur. Bundan başqa, mənzil tam təmirsiz olduğundan mənzil təmir olunanadək 2-3 ay müddət qardaşının evində yaşamışlar. Evin təmiri də özünün vəsaiti ilə həyata keçirilmiş, hətta evin əşyalarının alınması üçün özünə məxsus zinət əşyalarından da satmış və özünə məxsus evin satış pulu, işdənçıxma müavinəti və toydan yığılan pullar hesabına evi alıb və təmir etdirmişlər.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4529/2021 nömrəli, 5 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti e v 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı payları müəyyən edilməklə, mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməməsi barədə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mübahisəli mənzilin yalnız onun vəsaiti hesabına əldə olunması və təmir olunmasını iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
13. Qarşılıqlı iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh qeyd olunan mənzilin onun hesabına təmir olunmasını göstərərək, mənzilin üzərində payların qeyri-bərabər müəyyən olunmasını xahiş etsə də, tələbini əsaslandıra bilməmişdir.
14. Qarşılıqlı iddianın təmin edilən hissəsində məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakın tərəflər arasında qeyri-bərabər bölünməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcud olmamasını nəzərə alınmaqla, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı payları müəyyən edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü, Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.2, 36.3, 37.1, 37.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qarşılıqlı iddiaya dair hissəsinin ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) 2(103)-10502/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə Cavabdeh Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 20A, 19 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən mənzilin t ərəflərin ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi işin mübahisələndirilən halıdır.
20. Məhkəmə kollegiyası hesab edib ki, həm ilk, həm də qarşılıqlı iddiaların düzgün və obyektiv həlli üçün ilk növbədə mübahisəli mənzilin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmaması araşdırılmalıdır. Tərəflərin verdikləri izahatlardan görünür ki, həm ilk, həm də qarşılıqlı iddiaçı mənzilin faktiki olaraq birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilmədiyini qəbul edirlər. Belə ki, ilk iddiaçı ümumiyyətlə, həmin vəsaitin hamısının ona məxsus olduğunu, mənzilə görə ödənilmiş məbləği mənzil əldə edilməmişdən bir neçə gün əvvəl İsveçrədə öz bank hesabından çıxararaq Bakıya gətirdyini və burada Azərbaycan manatına çevirərək mənzili əldə etdiyini bildirir. Qarşılıqlı id diaçı isə mübahisəli mənzili əldə etməmişdən təxminən üç ay əvvəl qardaşı ilə birlikdə paylı mülkiyyətlərində olan mənzilin özünə aid ½ hissəsini satdığını və əldə etdiyi vəsaitin 21.000 manatını bu evin alınmasına sərf etdiyini bildirmişdir. Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, hazırkı mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyət hesab edilməsi üçün ilk növbədə həmin əmlakın birgə nikah müddətində, daha sonra isə tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməlidir.
21. Qeyd edildiyi kimi, tərəflər nikaha xx.xx.2021-ci ildə daxil olmuşlar, mübahisəli mənzilin alğı-satqı müqaviləsi isə xx.xx.2021-ci ildə rəsmiləşdirilmişdir. Göründüyü kimi, təqvim hesabı ilə mübahisəli mənzil tərəflə r nikaha daxil olduqdan iki gün sonra əldə edilmişdir, bu səbəbdən də mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmiş hesab edilməlidir.
22. Buna baxmayaraq, iş materiallarından da göründüyü kimi, həmin mənzilin alqısatqısı ilə bağlı notariat hərəkətləri xx.xx.2021-ci ildə başlanmış, mənzilin dəyərinin tam ödənilməsi də xx.xx.2021-ci ildə, tərəflərin rəsmi nikaha daxil olduqları gün həyata keçirilmişdir. Tərəflər özləri də mənzilə görə ödənilmiş pul məbləğinin onların birgə vəsaiti olmadığını, bu vəsaiti nikaha daxil olmamışdan əvvəl əldə etdiklərini bildirmişlər.
23. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməmişdir.
24. Yaranmış vəziyyətdə mənzilin əldə edilməsinə sərf edilmiş vəsaitin 21.000 manat hissə sinin ona məxsus olmasını sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Bununla bağlı qarşılıqlı iddiaçı mübahisəli mənzilin alınmasından təxminən üç ay əvvəl özünə 1⁄2 payla məxsus olan mənzildəki payının satışından gəlir əldə etməsinə və əldə etdiyi həmin gəlirdən 21.000 manat vəsaitin mübahisəli mənzilin alınmasına sərf etməsinə istinad etmişdir.
25. İş materialları ilə həqiqətən də, qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2017-ci ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8ci döngə, 20A saylı fərdi yaşayış evinin özünə aid hissəsini 35.000 manata satdığı müəyyən olunur. Lakin qarşılıqlı iddiaçı bu alğı-satqıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
26. Məhkəmə kollegiya işin hallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab etdir ki, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin ilk İddiaçı ilə qarşılıqlı iddiaçı Cavabdeh ümumi gəlirləri hesabına əldə edilməsi sübut olunmur. Bu səbəbdən mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti deyil, ilk İddiaçı mülkiyyəti hesab edilməlidir və iddia tələblərinə hüquqi qiymət verilərkən bu hal nəzərə alınmalıdır.
27. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında nikah münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verildiyindən, habelə mənzildən istifadə ilə bağlı tərəflərin arasında hər hansı başqa razılaşma olmadığından, qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququnu itirmiş hesab edilməlidir».
28. Eyni əsaslarla məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin tərəflərin birgə əmlakı olması məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən həmin mənzilə pay hüququnun müəyyən edilərək bölünməsinə dair qarşılıqlı iddia tələbi əsassız olmuşdur.
29. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin, 32.1, 32.2.2, 36.1, 36.3, 37.1-ci, Mülki Məcəllənin 157.1, 157.2, 225.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012- ci il tarixli qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dai r» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə edilmədiyini hesab edərək, yekunda belə bir əsassız və qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsinə yol vermişdir. Məhkəmə sözügedən qətnaməsində tam yalnış olaraq göstərmişdir ki, tərəflər özləri də mənzilə görə ödənilmiş pul məbləğinin onlar ın birgə vəsaiti olmadığını, həmin vəsaiti nikaha daxil olmamışdan əvvəl əldə etdiklərini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu mövqe iş üzrə mövcud olan faktiki hallara, məhkəməyə təqdim edilmiş sübutlara uyğun olmamaqla yanaşı tərəflərin faktiki münasibətlərinə də uyğun gəlmir. Belə ki, məhkəməyə sözügedən mübahisəli mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edildiyinə dair sübutlar, təsdiqedici sənədlər təqdim edilmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-3005/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ə.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellysiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərə k işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
33. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü sayılırdı. Bu baxımdan cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmışdır və bu hüququn yaranması üçün başqa razılaşmanın olmasına ehtiyac yox idi. Ailə münasibətinin (iddiaçı ilə ər-arvad olmanın) mövcudluğu bu hüququn yaranması üçün qanuni əsas idi. Mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi isə birmənalı olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasına əsas vermir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması hüququ məhkəmə tərəfindən araşdırılmamış, işin həlli üçün əhəmiyyəti olan bütün hallar müəyyən edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin “mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməməsi” əsası ilə mənzilin tərəflərin birgə əmlakı sayılmasından imtina etməsi barədə gəldiyi nəticə üzrə işin halları tam araşdırılmamışdır.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.
36. Kassasiya məhkəməsi öz mövqeyini Mənzil Məcəlləsinin 30, 30.1, 30.2, 30.4, Mülki Mə cəllənin 14, 152-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5778/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı ilk iddiasının təmin olunması, Cavabdeh Xətai rayonu, Gəncə prospekti, ev № 20 “a”-da yerləşən 19 №-li mənzildən istifadə hüququna xitam verildiyi müəyyən olunması və onun həmin mənzildən çıxarılması, Cavabdeh qarşılıqlı iddiasının rədd olunmasını qət etmişdir.
38. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qarşılıqlı iddiası əs assızdır. Birinci, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin mənasına görə, mənzilin yalnız nikah müddətində əldə edilməsi onun ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün kifayət deyil, mənzil həm də ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Alqı-satqı müqaviləsi nikahdan 2 gün sonra bağlansa da, ödəniş qəbzindən görünür ki, mənzilin qiyməti nikahın qeydə alındığı gün - xx.xx.2018-ci ildə ödənilib. Ərarvadın məhz nikahın qeydə alındığı gün 37.600 manat ümumi gəlir əldə etdiyini təsdiq edən sübut yoxdur. Mənzilin qiyməti nikahın qeydə alındığı gün İddiaçı tərəfindən ödənildiyinə görə hesab olunur ki, 37.600 manat İddiaçı özünə məxsus olan puldur. İkinci, nikahın qeydə alındığı gün İddiaçı tərəfindən satıcıya ödənilmiş 37.600 manat pulun hər hansı hissəsinin Cavabdeh tərəfindən İddiaçı verildiyini təsdiq edən sübut yoxdur. Məhkəmə yalnız Cavabdeh sözlərinə əsaslanaraq onun İddiaçı pul verdiyini müəyyən edə bilməz. Alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 ay əvvəl – xx.xx.2017-ci ildə Cavabdeh özünə məxsus evi 35.000 manata satıb. Lakin bu fakt öz-özlüyündə Cavabdeh satışdan əldə etdiyi pulu İddiaçı verdiyini təsdiq etmir. Üçüncü, əgər Cavabdeh mənzilin əldə edilməsi üçün pul vermişdirsə, mənzili öz adına ala və ya müqavilədə İddiaçı ilə yanaşı birgə alıcı kimi qeyd edilməsini tələb edə bilərdi. Cavabdeh mənzilin nəyə görə İddiaçı adına əldə edilməsinin ağlabatan səbəbini izah edə bilmir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh mənzilin əldə edilməsi üçün pul verməyib. Dördüncü, İddiaçı 37.600 manat pulun özünə məxsus olduğunu sübut etməli de yil. Çünki alqı-satqı müqaviləsinə və qəbzə görə, pul satıcıya məhz İddiaçı tərəfindən ödənilib. Əgər kimsə həmin pulun İddiaçı məxsus olmadığını iddia edirsə, onun özü pulun başqa şəxsə məxsus olduğunu sübut etməlidir. Cavabdeh həmin pulun özünə məxsus olduğunu sübut edə bilmədiyinə görə, hesab olunur ki, 37.600 manat pul İddiaçı məxsusdur. Beləliklə, mənzil ər-arvadın ümumi birgə mülkiyyəti deyil, ona görə də qarşılıqlı iddia təmin edilə bilməz.
39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının ilk iddiası əsaslıdır. İddiaçı (mülkiyyətçi) ilə Cavabdeh (keçmiş ailə üzvünün) arasında ailə münasibətlərinə xx.xx.2020-ci il tarixli qətnamə ilə xitam verildiyinə görə, həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh mənzildən istifadə hüququna Mənzil Məcəlləsinin 30.4-cü ma ddəsinə əsasən xitam verilib. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə məhkəmə qərarına əsasən saxlanılması imkanı müəyyən edilsə də, belə qərarın qəbul edilməsinə zərurət yoxdur. Birinci, Cavabdeh özünü yaşayış sahəsi ilə təmin etməyə imkan olmadığını təsdiq edən sübutları birinci instansiya məhkəməsinə tədim etməyib. İkinci, nikahın pozulmasından, yəni istifadə hüququna xitam verilməsindən 2 ildən artıq vaxt keçib, Cavabdeh bu müddətdə mənzildən istifadə edib. Yəni Cavabdeh istifadə hüququna xitam verilməsinə baxmayaraq onun mənzildən istifadə imkanı faktiki olaraq 2 il ərzində saxlanılıb. Cavabdehin mənzildən istifadə hüququna xitam verilib və hazırda onun mənzildə yaşaması mülkiyyətçi İddiaçı iradəsinə ziddir. İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən cavabdehin mənzildən çıxarılmasını tələb etməyə haqlıdır.
40. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə dair hesab etmişdir ki, mənzil ərarvadın ümumi birgə mülkiyyəti olmadığı üçün qarşılıqlı iddia təmin edilə bilməz.
41. Apellyasiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 32.1, Mənzil Məcəlləsinin 30.4, Mülki Məcəllənin 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
42. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi mövqe düzgün və iş üzrə mövcud olan faktiki hallara uyğun olmamaqla yanaşı tərəflərin faktiki münasibətlərinə də uyğun gəlmir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə məhkəməyə sözügedən mübahisəli mənzilin tərəflərin umumi gəlirləri hesabına əldə edildiyinə dair sübut təqdim edilmişdir. Belə ki, mənzilin ümumi dəyəri 37.600 manat təşkil etmiş, həmin məbləğin 21.000 manat hissəsi Cavabdeh tərəfindən, qalan hissəsi isə İddiaçı tərəfindən ödənilmişdir. Sonradan həmin mənzilin təmiri üçün zəruri xərclər də mənzildə yaşadığı dövrdə (Qeyd olunmalıdır ki, hazırki tarixədək Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olmaqla orada yaşayır və onun həmin mənzildə istifadə hüququ vardır.) Cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda ünvan 1 ünvanında yerləşən mənzilin tərəflərin birgə nikah müddətində onların ümumi gəlirl əri hesabına – mənzilin dəyərinin 21.000 manat hissəsinin Cavabdeh, qalan hissəsinin isə İddiaçı tərəfindən ödənilərək əldə edildiyi müəyyən edilir. Bu hal da onu deməyə əsas verir ki, sözügedən mübahisə predmeti olan mənzil tərəflərin ümumi gəlirləri hesabına əldə edilmişdir.
44. Bundan başqa mübahisli mənzilin tərəflərin rəsmi nikahda olduqları dövrdə əldə olunması mübahisəsizdir. Lakin məhkəmə həmin mübahisəli mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə olunması ilə bağlı bütün faktları tam, hərtərəfli şəkildə müəyyən etmədən yalnış olaraq əks mövqeyə, yəni həmin mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edilmədiyi qənaətinə gəlmişdir. Bu isə iş materiallarında mövcud olan işin faktiki, eyni zamanda hərtərəfli şəkildə araşdırılmalı olan halları ilə müəyyən edilmədiyindən a pellyasiya instansiyası məhkəməsinin gəldiyi və düzgün olmayan bu mövqeyi ilə razılaşmaq qanuni və əsaslı olmazdı. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul etməklə, cavabdehin qanunla müəyyən edilmiş hüququnun həyata keçirilməsini məhdudlaşdırmış, başqa bir sözlə həmin hüququnu pozmuşdur.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-506/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, apellysiya instansiya məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
46. Məhkəmə kollegiyası mövqey ini belə əsaslandırmışdır ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi Cavabdeh mənzildən çıxarılması barədə iddianı təmin edərkən, cavabdehin bu normaya əsasən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını araşdırmamış, yalnız iddiaçının nümayəndəsinin izahatına əsaslanaraq nikahın pozulmasından, yəni istifadə hüququna xitam verilməsindən 2 ildən artıq vaxt keçməsini, Cavabdeh bu müddətdə mənzildən istifadə etməsi kimi qiymətləndirərək yekun nəticəyə gəlmişdir. Halbuki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması, bu barədə tələbin olub-olmamasında asılı olmayaraq məhkəmə tərəfindən araşdırılmalı və həll edilməlidir.
47. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Resp ublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli qərardadında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidir lər”.
48. Göründüyü kimi cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması hüququ məhkəmə tərəfindən araşdırılmamış, işin həlli üçün əhəmiyyəti olan bütün hallar müəyyən edilməmişdir.
49. Kassasiya instansiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin “mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməməsi” əsası ilə mənzilin tərəflərin birgə əmlakı sayılmasından imtina etməsi barədə gəldiyi nəticə üzrə də işin halları tam araşdırılmamışdır.
50. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Ailə hüquq münasibə tlərini yaradan önəmli hüquqi fakt olan nikah kişi ilə qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağladığı azad və könüllü ittifaqıdır. Nikahın bağlanması faktı ilə ər və arvadın şəxsi və əmlak xarakterli subyektiv hüquqları və vəzifələri yaranır.
51. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə əsasən isə ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
53. Kassasiya instansiyası qarşılıqlı iddianın əmlakın bölünməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, yuxarıda qeyd olunduğu kimi tərəflər 20 sentyabr 2017-ci il tarixdə faktiki ailə quraraq ər-arvad münasibətinə girmiş, nikahlarını 03 fevral 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh faktiki olaraq 20 sentyabr 2017-ci il tarixdə ailə qurmalarını təsdiq edən sübut kimi məhkəməyə, iddiaçı ilə aralarında toyun keçirilməsi haqqında vide odisk (i.v.92.) təqdim etmişdir. Cavabdeh iddiaçı ilə faktiki ailə qurduqdan, toy məclisindən sonra – lakin nikahları rəsmiləşdirilənə qədər, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 35.000 manata satmışdır. Mübahisə predmeti olan mənzil isə xx.xx.2018-ci il tarixdə alınmış, mənzilin pulu xx.xx.2018-ci il tarixdə İddiaçı adından ödənilmişdir. Tərəflərin nikahı 21 may 2020-ci il tarixdə pozulmuşdur.
54. Göründüyü kimi tərəflərin mübahisəli mənzilin alqı-satqısına qədər, ailə qurmaqla bağlı qəti niyyətə əsaslanan münasibətlərinin formalaşması şübhə doğurmur. Bu hal isə həmin dövrdə onların mənzil almaq üçün birgə hərəkət etmək barədə razılığa gəl mələrini real və inandırıcı edir. Mübahisəli mənzilin alınması ilə bağlı 400 manat məbləğində behin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli beh müqaviləsinin (i.v.91) satıcı ilə cavabdehin qardaşı Kamran İsgəndərovla bağlanması isə bununla bağlı şübhələri tamamilə aradan qaldırır. İşin halları, cavabdehin mənzilin alınması üçün vəsait qoymaq iqtidarında olmasını da təsdiq edir. Belə ki, cavabdeh özünə məxsus mənzili xx.xx.2017-ci il tarixdə 35.000 manata satmış, həmçinin cavabdehə xx.xx.2018-ci il tarixdə əmək haqqı ilə bağlı 1.545 manat ödəniş edilmişdir. Cavabdeh həmin sübutları da məhkəməyə təqdim etmişdir. (i.v. 30-34) Bununla belə apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında araşdırma apararaq sübutları düzgün qiymətləndirməməklə, həqiqət in müəyyən olunması üçün zəruri addımlar atmamışdır. 55. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsin in həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
56. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı rədd etməklə bağlı gəldiyi nəticəni o məntiqlə əsaslandırmışdır ki, iddiaçı 37.600 man at pulun özünə məxsus olduğunu sübut etməli deyil. Çünki alqı-satqı müqaviləsinə və qəbzə görə, pul satıcıya məhz iddiaçı tərəfindən ödənilib. Əgər kimsə həmin pulun iddiaçıya məxsus olmadığını iddia edirsə, onun özü pulun başqa şəxsə məxsus olduğunu sübut etməlidir. Cavabdeh həmin pulun özünə məxsus olduğunu sübut edə bilmədiyinə görə, hesab olunur ki, 37.600 manat pul iddiaçıya məxsusdur. Bir sözlə məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh mənzilinin alğı-satqsınıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini sübut edə bilməmişdir. Yarandığı zaman təməli qarşılıqlı etibara əsaslanan ailə və ər-arvad münasibətlərinin mövcud olduğu iddiaçı və cavabdehin arasındaki münasibətlərə, apellyasiya instansiya məhkəməsinin şəxsi mülahizələrə əsaslanan, tamami lə başqa münasibətlərdə olan şəxslərə tətbiq edilməli məntiqi ilə yanaşıb qiymət vermək düzgün deyildir.
57. Tərəflər arasında rəsmi nikah kontraktı və ya başqa yazılı razılaşma mövcud olmamışdır. Bununla belə apellyasiya məhkəməsi cavabdehin mübahisəli mənzilin alınması üçün ödənilmiş pulun (və ya onun bir hissəsinin) məhz onun öz mənzilini satmaqdan əldə etdiyi vəsait olduğunu hansı sübutlarla təsdiq edə bilməsini açıqlamamışdır. Həmdə sual doğuran hal odur ki, qarşılıqlı etibara əsaslanan ailə bağları ilə bir-birinə bağlı olan, mənzil almaq üçün birgə hərəkət etmək haqqında razılığa gəlmiş şəxslərdən yuxarıda qeyd olunan halı təsdiq edən hansı sübutları tələb etmək mümkündür? İşə baxmış məhkəmə bu cür sübutu məhz hansı məlumatlarda görürdüyünü açıqlamaqla MPM-nin 14-cü maddəsində nəzərd ə tutulmuş vəzifələrdən çıxış etməklə cavabdehə bu cür sübutu təqdim etməyi təklif etməmişdir. Həmçinin tərəflərin birgə nikahda olduqları dövründə mənzilə görə iddiaçı tərəfindən ödənilmiş pul məbləğı, onun arvadı olmuş cavabdeh tərəfindən mübahisələndirildiyi halda, iddiaçının 37.600 manat pulun özünə məxsus olduğunu sübut etməli olmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi yanlışdır.
58. Bu baxımdan işin hallarına nəzər salındıqda ümumiyyətlə görünür ki, iddiaçı mübahisəli mənzilin alınması üçün ödədiyi pulu xx.xx.2018-ci il tarixdə İsveçrədə bankdan çıxardığı 23.600 Frankın, ekvivalentinə uyğun 38.000 manat pul olduğunu bildirmişdir. Cavabdeh iddiaçının bu sübutunu qəbul etməmiş və belə bir mövqe bildirmişdir ki, iddiaçı həmin pulu Azərbaycan Respublikasına həqiqətən d ə gətirmişdirsə gömrük bəyannaməsini təqdim etməlidir.
59. Bu halda məhkəmə tərəflərlə bu dəlili müzakirə etməli, mənzilin alınması üçün ödənilən məbləğin məhz xaricdə bankdan çıxardığı məbləğ olmasını təsdiq edən sübutu təqdim etməyi təklif etməli, yaxud bu halı əlavə sübut olmadan qəbul olunmasını əsaslandırmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi, əvvəlki apellyasiya məhkəməsi tərəfindən yol verilmiş səhvi təkrarlamaqla, iddiaçının nümayəndəsinin izahatında qeyd olunan pulun gömrük sərhəddindən keçirilməsi barədə sübutların saxlanılmaması haqqında fikirlərini dinləsə də, izahatda qeyd olunanlara qətnamədə münasibət bildirməmiş, nəyə görə iddiaçının xx.xx.2018-ci il tarixdə İsveçrədə bankdan çıxardığı 23.600 Frankın məhz mənzilin alınmasına sərf olunan pul olması ilə bağlı əsas landırma aparmamışdır. Halbuki qeyd olunan valyutada pul məbləğinin Azərbaycan Respublikasına gömrük sərhəddindən keçirilməklə, yaxud banklar və ya poçt rabitəsi vasitəsilə köçürməsinin sübuta yetirilməsi hazırki mübahisənin həlli üçün xüsusi əhəmiyyət həsb edir. İddiaçı tərəfindən qarşılıqlı iddianı təkzib etmək üçün mövqeyini əsaslandıran mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir.
60. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi X5 16/1 saylı, 3 mart 2016cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması” Qaydalarında qeyd olunmuşdur ki, 2.1 Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici va lyutanı və xarici valyutada qiymətli kağızları nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. 2.3. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50.000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. 2.4. Bu Qaydaların 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasında n çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.
61. Həmçinin cavabdehin, rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi barədə dəlillərinin araşdırılması iş üzrə əhəmiyyət kəsb etdiyi halda, apellyasiya instansiya məhkəməsi qeyd olunan dəlilləri də araşdırmadan yekun qərar qəbul etmişdir. Belə ki, cavabdeh rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbini keçmiş həyat yoldaşının Türkiyə Respublikasının vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə əlaqələndirmişdir. Həqiqətən də iddiaçının sənədləşmə işlərində yubanmanın olması tərəflərin rəsmi nikaha toydan 4 ay sonra girmələri ilə təsdiq olunmaqla yanaşı və mənzilin alqı-satqısının da yaxın tarixlər olmaqla üst-üstə düşməsi ilə diqqəti cəlb edir. Göründüyü kimi sadalanan dəlillərin araşdırılmaması cavabdehin bununla bağlı söylədiyi fikirlərin həqiqəti əks etdirməməsi barədə apellyasiya məhkəməsində birtərəfli mövqenin formalaşması ilə nəticələnmişdir.
62. Kassasiya instansiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və pro sessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki üşüncü icraat
63. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2943/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayətini qismən təmin edilmiş, birinci instansiya Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İd diaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilərək çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 (ikidə bir) hissədə Cavabdeh, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməsi təmin edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.
64. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilsə də, tərəflərin ümumi gəlirləri hesabına əldə edilməmiş, mənzilin alınmasına hər iki tərəfin özünə məxsus şəxsi vəsaitləri sərf olunmuşdur. İşə baxan birinci instansiya məhk əməsi göstərilən halları araşdırmamış, mənzilin yalnız birgə nikah dövründə alındığını nəzərə alaraq ailə məcəlləsinin müvafiq müddəalarına istinad etməklə qətnamə qəbul etmiş, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə tərəflər arasında yaranmış münasibətlərə Mənzil Məcəlləsinin müvafiq müddəalarını tətbiq etməli olduğu halda, bunu etməmişdir.
65. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin əldə olunmasında hansı tərəfin nə qədər vəsait sərf etməsini iş materiallarında olan sübutlarla müəyyənləşdirmək mümkün olmadığından tərəflərin həmin daşınmaz əmlak üzərində payları bərabər müəyyən edilməlidir. Mübahisəli mənzilin tərəflərin ümumi mülkiyyətində olması ilk iddia üzrə iddiaçının “mənzildə n çıxarılma” tələbinin təmin edilməsini, habelə Cavabdeh yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması məsələsinə qiymət verilməsini istisna edir.
66. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1, 213.2, 213.3-cü maddələrinə və digər hüquq normaları istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
67. İlkin iddia üzrə İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
68. Şikayət onunla əsaslandırılmışdır ki, mövcud olan iddiada mübahisəli mənzil birgə nikah müddətində rəsmiləşdirilsədə, həmin ə mlakın ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət deyildir, belə ki, həmin əmlak həm də ər-arvadın, yəni mövcud halda Cavabdeh və H. Çetin nikahı dövründə onların ümumi gəliri hesabına əldə edilməyibdi. Bakı Apellyasiya Məhkəməsinin 3-cü icraatı ilə çıxarılan xx.xx.2023-cü il tarixli qərarda məhkəmənin mövqeyi belə olmuşdur ki, ilk iddia üzrə Cavabdeh iddiaçı ilə faktiki ailə qurduqdan, toy məclisindən sonra, lakin nikahları rəsmiləşdirilənə qədər, yəni xx.xx.2017ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 35.000 manata satmışdır. xx.xx.2018-ci il tarixli alqı-satqı ilə İddiaçı adına alınan Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin alınmasında 21.000 manat pulu həmin vəsaitdən ödəmişdir. Necə olur ki, noyabr ayının 10-da satılan mənzildən əldə olunan vəsait üstündən 4 ay keçdikdən sonra mübahisəli mənzilin alınmasında sərf olunur? Həmin vəsaitin 4 ay ərzində başqa istiqamətlərə və tələbatlara xərclənməməsi və məhz mübahisəli mənzilin alınmasınadək toxunulmamasına dair bir mötəbər sübut mövcud deyil (sırf Aytənin sözləri) Amma İddiaçı alqı-satqıdan 3 gün öncə öz şəxsi hesabından məhz mübahisəli mənzilin dəyəri qədər şəxsi vəsaitini çıxarması və 3 gün sonra məhz mübahisəli mənzilin onun adına alınması və rəsmiləşdirilməsi sübut kimi və mübahisəli mənzilin həqiqi alıcısı kimi qiymətləndirilmir? AR Ali Məhkəməsinin 2-ci kassasiya icraatı zamanı 2(102)-506/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında məhkəmə daha öncəki qərarları lə ğv edib, bir sıra göstərişlər verərək işi yenidən apellyasiya məhkəməsinə göndərmişdir. Həmin araşdırılan məsələlərdən biri də ondan ibarətdir ki, İddiaçı, Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 23.600 Frank ( kurs 1.16 Avro ilə 20.344 avro) pulu çıxarsa da, Azərbaycan respublikasının daxilinə gətirməsi araşdırılsın. Bununla baglı apellyasiya məhkəməsi bildirir ki, X7 sorgu ünvanlanmışdır, həmin məbləğin heç bir gömrük bəyannaməsi ilə qeydə alınması cavabı alınmışdır. Hömətli kollegiyanın nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı olaraq tərəfimizdən hələ ilk instansiya məhkəməsindən söyləyirik ki, sözügedən vəsait böyük Avro kupirləri ilə iddiaçının özündə keçirilmişdir. Yəni, misal çəkərək fikrimizi daha dəqiq izah etsək, İddiaçı üzərində keçirilən pul vəsaiti 200.000 və daha çox Avro deyil idi, iş materiallarında da mövcud olan bank çıxarışlarından da göründüyü kimi 20.000 Avro idi. Hansı ki, mübahisəli evin tam dəyərini ödəyirdi, yəni 38.000 manat (bank çıxarışlarında bir də baxın). Cavabdeh qeyd edir ki, onun keçmiş həyat yoldaşım İddiaçı bu pulun bir qismini Azərbaycana gətirmişdir. Gəlin, bir anlıq həmin kazusu canlandıraq. Əgər, İddiaçı 20.000 deyil, yəni evin dəyəri 10.000-i gətiribdirsə nəyə görə dünyanın ən təhlükəsiz olan İsveçrə ölkəsində öz şəxsi bank hesabından 10.000 yox, 21.000 çıxardırdı? Axı o, pulu çıxartdıqdan dərhal sonra Bakı şəhərinə uçurdu və burda bir müddət qalacaqdı. Belə olan halda ən mətiqlisi, doğrusu və təhlükəsizi öz pulunu elə bank hesabında saxlamaq deyildi ki? Hamı görməz dən gəlir, ən böyük o faktı ki, İddiaçı Bilal oğlu məhz evin dəyəri qədər pulu öz şəxsi hesabından çıxarıb Bakıya gəlib. Nə az, nə çox məhz eyni vəsaiti sadəcə manatla deyil, bu mümkün də deyildi, çünki həmin bank xaricdədir. Belə olan halda Bakı Apellyasiya məhkəməsi bu faktın, yəni vəsaitin Azərbaycana daxil olması, və ya evin alınmasında pulun məhz İddiaçı tərəfindən tam şəkildə ödənilməsinə dair hər hansı bir sübut təqdim edin dedikdə, iddiaçı tərəf 5 ildən sonra yeganə sübut təqdim edə bilərdi, o da şahid. O, şahid ki, İddiaçı son illər ərzində Bakıya gəldiyində hər zaman qarşılanır, otellərə yerləşdirmiş, müxtəlif restoranlar və səfalı yerlərlə tanış edən azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı İntiqam Süleymanov idi. Bundan əlavə X8 ilə Aytənin toyunda iştirak etmiş, Hacı Bakıya düşərkən məhz İntiqam qarşılmış, həmin gün də yəni, Hacının gətirdiyi avronu manat məzənnəsinə dəyişdirilməsində Hacı məhz İntiqamın avtomobili ilə onun iştirakı ilə həmin pulları dəyişdirmişdir. Çünki, o İntiqama inanırdı və İntiqamın vasitəsilə daim yaşamadıgı ölkədə aldanmaq istəmirdi. İntiqam Süleymanov məhkəmə zalında Aytən tərəfindən də tanındı, və İntiqamın da söylədiyi ki, Hacı məhz İntiqamla pulları dəyişdirib öz təsdiqini tapdı. Habelə, İntiqam məhkəmə zalında da qeyd etdi ki, evin bütün dəyərini tam ödəməklə İddiaçı almışdır, bunu hamı bilir, mən də bilirəm. Çünki, mənzilin alqı-satqısında mən də iştirak etmişəm. Beləliklə, yeganə aydınlaşdırılmayan məqam o idi ki, İddiaçı evin alınmasında 4 gün əvvəl öz şəxsi bank hesabından tam evin dəyəri qədər olan vəsaiti çıxarıb Ba kıya gətirərək, mübahisəli mənzili alıbmı, öz təsdiqini tapmışdır. Belə olan halda, mənzilin dəyərinin İddiaçı tərəfindən ödənildiyi mübahisəsizdir. Yuxarıda da qeyd etdiyimiz kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir. Münasibətlərinə xitam verildiyinə görə, keçmiş ailə üzvü ilə yəni aralarında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin ya şayış sahəsindən istifadə hüququ saxlanmır. Buna görə də Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20, mənzil 19 da yerləşən 43.8 kv.m ibarət olan, 2 otaqlı mənzildə istifadə hüququna xitam verilərək iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Qarşı tərəf isə öz etirazını, yəni İddiaçı tərəfindən evin alınmasına xərclənən tam vəsəit deyil, məhz bir qismini verməsini, yəni, təkzibini əsaslandıra bilmir, sübuta yetirə bilmir. Cavabdeh Aytən evin alınmasından 4 ay öncə ata evinin satılmasını, həmin mənzilin satılması nəticəsində ona çatan payı(əgər ona ümumiyyətlə pay verilibsə) məhz üstündən 4 ay keçdikdən sonra mübahisəli mənzilin alınmasına həmin vəsaiti İddiaçı verməsini heç bir sübutla yəni, nə yazılı, nə şifahi heç bir sübutla təsdiq edə bilmir. Amma Apellyasiya Məhkəməsi b elə qənaətə gəlir ki, 4 ay əvvəl ata yurdu satılması nəticəsində vəsaitdən Aytənin də payı olub, və 4 ay sonra həmin vəsait toxunulmadan mübahisəli mənzilin alınmasına sərf olunub. Sual yaranır. Hansı mötəbər sübutlara əsaslanaraq, bu nəticəyə gəlinir? Və əgər Aytənin söylədiyi kimi evin dəyərinin çox hissəsini o ödəyibsə, nəyə görə ev İddiaçı adına rəsmiləşdirilir? Bir anlıq fərz edək, onlar yəni, tərəflər hər biri əgər mübahisəli evin dəyərinin bir qismini ödəyirdisə, elə həmin evi paylı mülkiyyət olaraq da ala bilərdilər, hələ-hələ əgər vəsaiti çox qismini arvad ödəyərsə.
69. Kassator həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin kobud şəkildə pozduğu prosessual normalardan biri də məhz MPM-nin 88-ci maddəsidir. Beləki, əgər məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam yanaşırdısa, nəyə görə iddiaçının rəsmi təqdim etdiyi sənədlərin (evin alınmasından 3-4 gün öncə götürülmüş) sübut kimi qiymət verməyib, 4 ay öncə satılan evin vəsaitini heç bir sübut olmadan cavabdeh tərəfindən evin alınmasına ödədiyi kimi qəbul edir? Axı məhkəmə sübutlara qərəzsiz yanaşmalıdır. Habelə, İddiaçı tərəfindən alqı-satqının baş verdiyi gündən 3-4 gün öncə çıxartdığı vəsait və məbləği bəlli oldugu halda, daha sonra şahid Süleymanov İntiqamin ifadəsi ilə təsdiqlənən xüsusatlar hansılar ki, təsdiqləyir ki, tam vəsaiti HacıÇetin ödəmişdir və mənzil HacıÇetinin adına rəsmiləşdirilmişdir. Üzərindən səthi keçilir. Bəyəm həmin normaya görə rəsmi sənədlər və şahid ifadələri sübut deyil ki? Və yaxud cavabdeh Aytənin öncəki məhkəmələrdə Bakıdakı ev İddiaçı adına, gələcəkdə Türkiyə də ev alarıqsa o da mənim adıma olacaq idi ifadələri, apellyasiya məhkəməsində isə Aytən tam ziddiyyətli ifadə verərək, “ev kişinin adına olar” kimi ifadələri heç kəsin diqqətini cəlb etmədi. Daha önəmlisi isə odur ki, xx.xx.2017-ci il tarixdə satılan ev də elə Aytənin öz adına idi, əgər evin dəyərinin çox hissəsini Aytən ödəyirdisə bu dəfə alınan evi öz adına rəsmiləşdirməyə ona nə mane oldu? (bəlkə, evin tam dəyərini İddiaçı ödəməsi?!) Sadaladığımız bu faktiki xüsusatlar təqdim olunan sübutlara qərəzli yanaşılmasını və obyektiv qiymət verilməməsi deyil ki?! - Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
70. Kasator hesab etmişdir ki, işə baxan məhkəmə kollegiyası işdə mövcud olan sübutların, və işin faktiki ha llarını qərəzli və obyektiv baxdığından, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara əsaslanmır, bu da özü özlüyündə yalnış qətnamənin çıxarılmasına səbəb olmuşdur b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
71. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
72. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
73. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
74. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mü lkiyyətdir.
75. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.
84. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddianın obyekti olan daşınmaz əşya tərəflərin ümumi mülkiyyətidir və əşya üzərində onların bərabər payı müəyyən olunmalıdır.
85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və ilkin iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
86. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hall ar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
88. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
89. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2943/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.