Məhkəmə qərarları › İş №2(102)-3975/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3975/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3975/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(105)-502/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçi rərək, müəyyən etdi Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-7557/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin, 20 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(105)-502/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)7557/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasi ya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayə ti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edil məməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Cavabdeh kassasiya şikayətində maddi hüquq normalarının pozulmasına istinad etməmiş, prosessual hüquq normalarının pozulması kimi Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrini qeyd etmiş, həmin maddələrinin dispozisiyalarını şikayətə köçürmüş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Bununla da, kassator Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu M əcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(105)-502/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar