Məhkəmə qərarları › İş №2(102)-3976/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3976/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3976/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2927/2021 nömrəli iş üzrə 10 m art 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Fizuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu, 1975-ci ildən 1993-cü ilin may ayına kimi Fizuli rayonunun "Rusiya" kolxozunda sürücü, 1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın rayonunun Horadiz Avtobazasının nəzdində sürücü kimi işləməsinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Fizuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Fizuli rayonunun "Rusiya" kolxozunda sürücü; 1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın rayonunun Horadiz Avtobazasının nəzdində sürücü kimi işləyərək əmək fəaliyyəti ilə məşğul olmağı faktının məhkəmə qaydasında təsdiq edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi, xx.xx.1954-cü ildə Azərbaycan SSRİ-nin Fizuli rayonunun Horadiz kəndində anadan olmuşdur. 1971-ci ildən 1973-cü ilədək həmin rayonda sıravi kolxozçu olaraq əmək fə aliyyətinə başlamışdır. 1973-cü ildən 1975-ci ilədək Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. 1975-ci ildən 1993-cü ilin may ayına kimi Fizuli rayonunun "Rusiya" kolxozunda sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. 1993-cü ilin may ayından Fizuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə kimi Azərittifaqın Fizuli rayonunun Horadiz Avtobazasında, daha sonra isə 1999-cu ilədək həmin Avtobazanın nəzdində Respublikanın ayrı-ayrı yerlərində səyyar sürücü kimi işləyərək, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bildirir ki, o, əmək fəaliyyətinə başladığı dövrdən adına əmək kitabçası açılmış müvafiq əmək fəaliyyətiylə bağlı zəruri qeydlər həmin əmək kitabçasına qeyd edilmişdir. Lakin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın bir sıra rayonlarını işğal etməsi ilə əl aqədar, 1993-cü ilin avqust ayında Füzuli rayonunun işğalı ilə bağlı məcburi köçkün düşmüşdür. Həmin məlum hadisələr vaxtı əmək kitabçası Fizuli rayonunda qalmışdır və bu səbəbdən sonrakı illərdə sürücü kimi fəaliyyət göstərdiyi iş illəri, əmək fəaliyyətiylə bağlı qeydlər həmin səbəbdən əmək kitabçasına yazıla bilməmişdir. Bildirir ki, o, uzun illər əmək fəaliyyəti ilə məşğul olduğu üçün qanunvericiliyə müvafiq olaraq, ona əmək pensiyasının təyin edilməsi barədə 2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal Rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal Rayon Şöbəsinin 09.07.2019-cu il tarixli, **********2 saylı bildirişi ilə ərizəsi təmin edilməmiş, imtinaya kimi əmək pensiy asının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi bildirilmişdir. Bundan sonra o əmək stajının təyin edilməsi üçün aidiyyəti üzrə işlədiyi təşkilatlardakı məşğulluq qeydləri haqqında arxiv arayışı verilməsinə dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 17 oktyabr 2019-cu il tarixli, 5/1882 saylı məktubu ilə Dağlıq Qarabağ və ətraf rayonlarının işğal altında qaldığı əsas gətirilərək, qeyd arayışın verilməsinin imkan xaricində olması qeyd edilmişdir. Qeyd etmək istəyir ki, onun ümumilikdə 26 illik əmək stajını təsdiq edəcək hüquq müəyyənedici sənə di, yəni vaxtı ilə işlədiyi təşkilatlar üzrə əmək stajının qeyd edildiyi əmək kitabçası işğal altında olan Fizuli rayonunda qaldığından sonrakı illərdə (1993-cü ildən 1999-cu olan dövrlər ərzində) əmək fəaliyyətinə dair qeydlər də həmin əmək kitabçasına yazıla bilməmişdir. O, həmin illərdə həqiqətən əmək fəaliyyəti ilə məşğul olduğunu, qeyd edilən təşkilatlarda işlədiyini hal-hazırda sadəcə həmin dövrlərdə onunla eyni təşkilatlarda işləmiş iş yoldaşlarının şahidliyi ilə təsdiq edə bilər. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbi üzrə ərizənin icraata qəbul edilərək məhkəmə qaydasında araşdırılması, pensiya təminatına əsas verən zəruri əmək stajının olmasına dair hüquqi faktın müəyyən edilməsi üzrə məhkəmə icraatı qaydasında işə baxılması qanunvericiliyin tələblərinə müvafiq olmaqla əda lət və humanizm prinsiplərinə də uyğun olardı.

4. Maraqlı şəxsin nümayəndəsi Lətif İsgəndərov birinci instansiya məhkəməsinin iclasında ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsini buraxdığını bildirmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 28 noyabr 2019-cu il tarixli, 2(004)-7021/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Fizuli rayonunun “Rusiya” kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Fizuli rayonunun “Rusiya” kolxozunda sürücü; 1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın Fizuli rayonunun Horadiz Avtobazasının nəzdində sürücü vəzifəsində işləməsi faktı müəyyən edilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, göst ərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi Azərbaycan SSRİ-nin Fizuli rayonun "Rusiya" kolxozunda işləməsi faktı şahid ifadələri və iş materialları ilə sübuta yetirildiyindən, ərizəçi Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 22 iyul 2020-ci il tarixli, 2(103)-3496/20 nömrəli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)7021/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi pensiya almaq üçün qanunla müəyyən edilmiş yaşa çatmayıb, tələb olunan ümumi iş stajına malik deyil, hüquqi fakt kimi tanınmasını istədiyi əmək stajı müddəti bütövlükdə və ya müvafiq sənədlərlə təsdiq edilən digər əmək stajı ilə birlikdə götürüldükdə belə ona pensiya təyin edilməsi üçün yetərli deyil. Eyni zamanda ərizəçinin sözügedən təşkilatlarda işləməsinə dair mülki iş materiallarında heç bir sübut yoxdur və ərizəçi həmin faktı yalnız şahid ifadələri ilə təsdiq etməyə çalı şır. Bu səbəbdən də ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) 2(102)-5308/2020 nömrəli iş üzrə 24 noyabr 2020ci il tarixli qərarı ilə Ərizəçi kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2(103)-3496/2020 saylı qərardadı ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmədə baxılmalı olmaması əsasına görə işin icraatına xitam verməklə, əslində ərizəçinin Azərbaycan Respublikası Konstit usiyasının 60-cı maddəsi ilə qorunan hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə təminatı hüquqlarını pozub. Belə ki, həmin maddənin İ bəndində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin qərardadda istinad etdiyi digər, yəni ərizəçinin pensiya almaq üçün qanunla müəyyən edilmiş yaşa çatmaması, tələb olunan ümumi iş stajına malik olmaması, hüquqi fakt kimi tanınmasını istədiyi əmək stajı müddətinin bütövlükdə və ya müvafiq sənədlərlə təsdiq edilən digər əmək stajı ilə birlikdə götürüldükdə belə, ona pensiya təyin edilməsi üçün yetərli olmaması hallarına gəlincə isə, kasasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin hallar işə məhkəmədə baxılmalı olmaması əsas ına görə iş üzrə icraata xitam verilməsi üçün deyil, ərizənin rədd edilməsi üçün əsas ola bilər. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 10 mart 2021-ci il tarixli, 2(103)-2927/21 nömrəli qərardadı ilə iş üzrə icraata “1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın rayonunun Horadiz Avtobazasının nəzdində sürücü kimi işləyərək əmək fəaliyyəti ilə məşğul olmağı faktının məhkəmə qaydasında təsdiq edilməsi” hissədə xitam verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 10 mart 2021-ci il tarixli, 2(103)-2927/21 nömrəli qətnaməsi ilə maraqlı şə xs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti hissəsində, yəni “Ərizəçi 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonunun “Rusiya” kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun “Rusiya” kolxozunda sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iş tirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi kassasiya şikayəti verərək qətnamənin ləğv, ərizənin təmin edilməməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində), özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi bu hallan araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Hazırki iş üzrə məhkəməyə şahid qismində dəvət olunmuş adları yuxarıda qeyd olunan şəxslərin verdikləri ifadələr heç bir mötəbər sənədə və sübuta əsaslanmamış, bu da qanunvericiliyin tələblərinin birbaşa pozulması ilə nəticələnən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənəd lər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəm ə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.

21. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

22. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

23. Maddə

308. Məhkəmə hü quqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

24. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəm ələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

29. İş materiallarına əlavə edilmiş AR X5 Filialının 22 oktyabr 2019-cu il tarixli, 32 saylı arayışından görünür ki, Füzuli rayon X2 Avtonəqliyyat müəssisənin 1972-1985-ci illərdə aid sənədləri tamamilə 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq, məhv edilmişdir. Həmin idarənin 1986-1993-cü illərə aid sənədləri arxivə təhvil verilməyib.

30. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, da Ərizəçi kimi, Füzuli rayonunun "Rusiya" kolxozunda işləmişdir. Odur ki, təsdiq edə bilər ki, Ərizəçi həqiqətən də, 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun "Rusiya" kolxozunda sürücü; 1993-cü ilin may ayından 1999-cu ilədək Azərittifaqın rayonunun Horadiz Avtobazasının nəzdində sürücü kimi işləmişdir.

31. Həm birinci instansiya məhkəməsində, həm də birinci apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 1971- ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayının 19-a qədər və 1975-ci ilin noyabr ayından 1993-cü ilin may ayına kimi Fizuli rayonunun "Rusiya" kolxozunda fəhlə işləmişdir. Ərizəçi onunla eyni dövrdə, yəni 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun "Rusiya" kolxozunda sürücü kimi işləmişdir.

32. Birinci apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X 4 ifadəsində göstərdi ki, Ərizəçi onun həm iş, həm də sinif yoldaşı olmuşdur. O, özü 1971-ci ildən 23 avqust 1993-cü ilədək Füzuli rayonunun Horadiz kəndində “Rusiya” adlı kolxozunda sürücü kimi işləmişdir. Ərizəçi onunla eyni dövürdə yəni 1971-ci ildən 1973-cü ilədək Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda sıravi kolxozçu; 1975-ci ildən 1993-cü ilin may ayına kimi Füzuli rayonunun "Rusiya" kolxozunda sürücü kimi işləmişdir.

33. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 07.07.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi iş stajı faktının müəyyən edilməsi ona, yaşa görə əmək pensiyasının təyin edilməsi yox, bu barədə şöbəyə müraciət üçün hüquqi əhəmiyyət daşıyı r. İş materiallarından görünür ki, ərizəçi qanunvericiliklə nəzərdə tutulmuş iş stajı dövrünün (25 il) hamsını şahid ifadələri ilə təsdiq etdirmək üçün müraciət etmişdir. Bu baxımdan, ərizəçinin qeyd etdiyi iş yerlərində və qeyd etdiyi dövrlərdə işləməsi faktı hər hansı hüquqi nəticə yaratmır.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəçinin və şahidlərin verdiyi ifadələr, habelə təqdim olunmuş sübutlarla müəyyən etmişdir ki, Ərizəçi Azərbaycan SSRİ-nin Füzuli rayonun "Rusiya" kolxozunda işləməsi faktı şahid ifadələri və iş materialları ilə sübuta yetirildiyindən, ərizəçi Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bununla belə iş materiallarından aydın olur ki, həmin dövr o nun əmək kitabçasında qeyd edilməmiş, ərizəçi iş stajının bərpası barədə ərizə ilə şöbəyə müraciət etmişdir. DSMF-nin Xətai rayon şöbəsi tərəfindən isə zəruri sənədlər təqdim etmədiyindən onun ərizəsi təmin olunmamış və həmin tələblə müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur 35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığor ta stajı məhkəmə qaydasında müəyyən edilir.

36. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir. Çünki ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir.

37. Apellyasiya kollegiyası maraqlı şəxsin “şahidlərin əmək kitabçalarının məhkəməyə təqdim edilmə” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci apellyasiya baxışı zamanı dindirilmiş şahidlərin işləmələri faktını təsdiq edən müvafiq məhkəmə aktları məhkəməyə təqdim edilmiş və qətnamələrdən həmin şahidlərin “Rusiy a” kolxozunda işləmələri müəyyən edilir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2927/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar