Məhkəmə qərarları › İş №2(102)-3977/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3977/2023

24.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3977/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3977/2023 (Açar sözlər: maneənin aradan qaldırılması, preyudisiya, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3948/2023 nömrəli, 03 iyul 2023- cü il tarixli qətnaməsindən İddiaçı (vəkil X6) tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, 13 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Nümayəndə1 qarşı “Bakı şəhəri, Qəsr küçəsi, ev 13, mənzil 4 ünvanında yerlə şən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/2020 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, X2 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh2 Nümayəndə1 və İddiaçı qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə1 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X1 adından Nümayəndə1 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ No ******* saylı alqı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 iddia tələbinin qalan hissədə, həmçinin X2 İddiaçı və X7rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin o lunmaması, Nümayəndə1 210.000 manat pulun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh1 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması, mənzilə daxil olarkən dəhlizin sol yan divarından, yəni texniki pasport üzrə 1 nömrəli sahəsi 10,3 kv.m. olan otağın divarından cavabdehin açdığı giriş qapısının ləğv edilməsi və divarın bütövlüyünün bərpa edi lməsi, ümumi istifadədə olan həyətin giriş qapısının açarının bir nüsxəsinin, habelə onun mənzilinin giriş qapısının açarının ona təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-in Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanda daşınmaz əmlak mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Cavabdeh1 onun qonşusudur: o, ailəsi ilə ünvan 3 ünvanda yaşayır. Son zamanlar cavabdeh heç bir qanuni əsas olmadan onun mülkiyyət hüquqlarına qəsd etməklə, mülkiyyətində olan mənzildən sərbəst istifadə etməyinə maneələr yaratmaqla məşğul olmuşdur. Belə ki, cavabdeh onu sıxışdırıb zo rla mənzilindən çıxarmaq niyyətinə düşmüş və bu məqsədlə onun öz mənzilinə şərbət giriş-çıxışına problemlər yaratmışdır. Cavabdeh həyətə daxil olmaq üçün nəzərdə tutulan qapının açarlarını ona verməkdən imtina etmiş və bu səbəbdən o, öz mənzilinə daxil olub ondan istifadə edə bilməmişdir. Bundan əlavə, cavabdeh binanın alt hissəsində olan yarımzirzəminin bir hissəsini zəbt etmiş və həmin zirzəmiyə hüquqlarını təsdiq edən hər hansı sənədi olmadığı halda, özbaşınalıq edərək onun mənzilinin texniki pasport üzrə ona məxsus 10,3 kv.m. olan 1 saylı otağa qırış hissəsinin yan tərəfindən divarı uçurub ortadan qanunsuz zəbt etdiyi zirzəmiyə ikinci qırış qapısını açmışdır. Halbuki binanın əsas qırış hissəsində həmin zirzəmiyə daxil olmaq üçün daha əlverişli qırış qapısı olmuşdur. Cavabdehin əsas m əqsədi ona qəsdən problemlər yaratmaq, onu daima narahat edib stress vəziyyətində saxlamaq və bu təzyiqlər sayəsində onu sıxışdırıb mənzilini dəyər-dəyməzə ona satmağa vadar etmək olmuşdur. Bu niyyətinə nail olduğu halda cavabdeh binanı bütövlüklə ələ keçirmiş olur. O, cavabdehin qanunsuz əməllərindən dəfələrlə “İçəri şəhər” qoruğ idarəsinə və polisə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir. Mübahisənin mülki xarakterli olduğunu bəhanə gətirən bu dövlət orqanları son nəticədə ona mülki məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Halbuki cavabdehin hərəkətlərində ən azından özbaşınalıq cinayət əməlinin əlamətləri mövcud olmuş, habelə ona qarşı özbaşınalıq və saymamazlıq etməklə cavabdeh bilə-bilə qəsdən onu təxribata sürükləmişdir. Mübahisəli mənzillərin mülkiyyətçiləri arasında məhkəmələrdə dəfələrlə mənzil mübahisələri olmuş, məhkəmətexniki ekspertizasının rəyləri əsasında mənzillərin sahələri, sərhədləri və qırış-çıxış qapılarının yerləri müəyyən edilmişdir. Yəni bütün mübahisəli məsələlər qanun qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında müəyyən edilmiş və həmin qətnamələr icra məmurları tərəfindən icra edilmişdir. Lakin cavabdeh məhkəmə qətnamələrinə məhəl qoymadan yenidən özbaşınalıq etməyə başlamış, məhkəmədən kənar yeni qaydalar müəyyən etmək niyyətinə düşmüşdür.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabd eh1 ünvan 3 ünvanda yaşayır. ünvan 4isi X3 məxsus olmuşdur. Cavabdehin bibisi qızı Cavabdeh2 mübahisəli mənzilə dair onun anası ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsini və iddiaçının adına verilmiş çıxarışı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində mübahisələndirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Nümayəndə1 və İddiaçı qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edil miş, X2 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh2 Nümayəndə1 və İddiaçı qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə1 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X1 adınd an Nümayəndə1 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ No ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 iddia tələbinin qalan hissədə, həmçinin X2 İddiaçı və X7rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, Nümayəndə1 210.000 manat pulun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-717/2022 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Məhkəmə aktlarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunduğu üçün İddiaçı cavabdehlərə qarşı hazırki tələblərlə məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ olmamışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, mübahisəli ünvan 2 mərhum X1 verdiyi etibarnamə əsasında hərəkət edən Nümayəndə1 tərəfindən öz qızı İddiaçı satılmış, alqı-satqı zamanı alıcının (İddiaçı) ödəməli olduğu pul vəsaitini bilavasitə Nümayə ndə1 notariusun depozit hesabına mədaxil etmiş və sonradan hesabdan məxaric etmişdir. Başqa sözlə, Zemfira Mikayılova (təmsil olunan), Nümayəndə1 özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Nümayəndə1 isə onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mənzili həm də təmsilçisi olduğu qızının adına rəsmiləşdirmiş, mənzilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq Zemfira Mikayılovaya (təmsil olunana) verməmişdir. Bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, Nümayəndə1 faktiki olaraq öz xeyrinə əqd bağlamışdır. Göstərilən hallar isə ünvan 5 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə1 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat o fisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması nəticəsinə gəlməyə əsas olmuşdur.

10. Həmin məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın “mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı irəli sürülən arqumentlər əhəmiyyətli olmamaqla onların əlavə araşdırılmasına ümumiyyətlə zərurət olmamışdır. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Mü lki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

11. İddiaçının mübahisəli mənzilə münasibətdə hər hansı hüququnun müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı “mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması” tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Bu hal isə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsas olmuşdur.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən iddiaçı (Vəkil X4) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, məsələyə xronoji ardıcıllıqla baxıldıqda Zemfira Mikayılova tərəfindən qızı Cavabdeh2 xx.xx.2018-ci il tarixində etibarnamə verilmiş və həmin etibarnamənin verilməsi məqsədləri xüsusi olaraq göstərilmişdir. Belə ki, həmin etibarnamə üzrə Cavabdeh2 anasını "xxxx" BOKT ASC-də təmsil etmək, eyni zamanda vər əsəlik işi üzrə təmsilçilik səlahiyyətlərini həyata keçirməli idi. Cavabdeh2 iddia ərizəsində göstərmişdir ki, Zemfira Mikayılova 2018-ci ilin sonlarında mənzili iddiaçıya bağışlamaq məqsədi ilə notariat kontoruna müraciət etmişdir. Həmin kontorda lazım olan sənədlər barədə Zemfira Mikayılovaya məlumat verildikdə, sonuncu, həm yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün, tanışları olan və mənzillərin alqı-satqısı ilə məşğul olan cavabdeh Nümayəndə1 xahiş etmişdir ki, mənzili iddiaçının adına keçirməkdə onlara yardımçı olsun. Nümayəndə1 razılıq verdiyi üçün Zemfira Mikayılova xx.xx.2018-ci ildə 46 saylı Notariat Ofisində Nümayəndə1 etibarnamə vermişdir. Halbuki, Zemfira Mikayılovanın qızına verdiyi etibarnamə iddia ərizəsində göstərilənlə ri birmənalı şəkildə təkzib etmişdir. Belə ki, həmin etibarnamədən göründüyü kimi, Zemfira Mikayılova etibarnamə verərkən hansı işlərin görülməsi üçün verdiyini dəqiq bilmiş və bunu verilən səlahiyyətlərdə aydın şəkildə ifadə etmişdir. Yəni, məqsəd qeyd edilən əmlakların qızının adına bağışlanılması olmamışdır. Ümumiyyətlə, X5 Əliyevə xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixində etibarnamələr vermişdir. Sonuncu iki etibarnamədə Zemfira Mikayılova öz iradəsini aydın şəkildə ifadə etmiş və ona məxsus qeyd edilən əmlakları satmağı və satışdan əldə olunan pulu almağı etibar etmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixli etibarnamə üzrə olan halları mübahisələndirsə də, bundan əvvəlki etibarnamələrin hansı məqsədlə verilməsinə dair hər hansı fikir bildirməmiş, işə baxan məhkəmələr isə həm in halları ümumiyyətlə araşdırmamışdır. Eyni zamanda, Cavabdeh2, Zemfira Mikayılovaya 2018-ci ilin sonlarında mənzili Cavabdeh2 bağışlamaq məqsədi ilə notariat kontoruna müraciət etdiyini göstərsə də, həmin mənzillərin satılması ilə bağlı münasibətlər 2018-ci ilin əvvəllərində yaranmışdır. Zemfira Mikayılovanın həmin mənzillərin satılması barədə iradə ifadəsi, onun tərəfindən verilmiş etibarnamələrdə aydın şəkildə göstərildiyi kimi, eyni zamanda bu iradə ifadəsi Cavabdeh2 "xxxx" MMC-nin direktoru Nümayəndə1lə bağladığı xx.xx.2018-ci il tarixli Tapşırıq Müqaviləsində də öz əksini tapmışdır. Belə ki, həmin Müqavilənin 1-ci bəndində Cavabdeh2 qeyd edilən mənzillərin satılması üçün bütün zəruri sənədləri almağı, mənzillərin satışını həyata keçirməyi və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etməyi Nümayəndə1 tapşırmışdır. Bu fakt, Cavabdeh2 iddia ərizəsində yazdığı guya ki, “Bundan bir müddət sonra, yəni xx.xx.2018-ci il tarixdə Nümayəndə1 onlara gələrək Zemfira Mikayılovanın şəxsiyyət vəsiqəsini və mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışı Zemfira Mikayılovadan almış və ona tapşırmışdır ki, növbəti gün 46 saylı Notariat Ofisinə getsin. xx.xx.2018-ci il tarixdə o, həmin Notariat Ofisinə getmiş və orada Nümayəndə1 ilə görüşmüşdür. Nümayəndə1 Cavabdeh2 bildirmişdir ki, mənzilin Zemfira Mikayılovanın adından onun adına keçirilməsi üçün o, razılıq sənədi imzalamalıdır. Cavabdeh2 sonuncunun sözlərinə inandığı üçün ona təqdim olunmuş sənədi oxumadan imzalamışdır” arqumentlərini də təkzib etmişdir. Belə ki, həmin tapşırıq müqaviləsi Cava bdeh2 xx.xx.2018-ci il tarixində yazdığı razılıq ərizəsindən xeyli əvvəl bağlanmış və həmin müqavilədə qeyd edilən əmlakların bağışlanılması barədə hərəkətlərin edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Məhz, həmin müqavilə əmlakların satışının, əmlak bazarında alqı-satqı fəaliyyətini həyata keçirən bir MMC vasitəsilə satılmasını nəzərdə tutmuşdur. X9 mənzilləri Cavabdeh2 bağışlamaq niyyətində idisə, o, mənzilləri birbaşa bağışlaya bilərdi. Qızının iddia etdiyi kimi, “yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün, tanışları olan və mənzillərin alqı-satqısı ilə məşğul olan Nümayəndə1 xahiş etmişdir” iddiası tamamilə əsassız olmuşdur. Belə ki, Zemfira Mikayılova mənzilləri bağışlamaq üçün bütün imkanlara malik olmuşdur, hətta mübahisə edil ən mənzillərin alqı-satqı müqavilələri bağlandıqdan sonra Zemfira Mikayılova evinə notarius dəvət etmiş və mülkiyyətində olduğu Qəsr küçəsi 13/80, mənzil 4 ünvanda digər mənzili Cavabdeh1 bağışlamışdır. Bu zaman Cavabdeh2 Bakı şəhəri 6 saylı notariat kontoruna getmiş və mənzilin Cavabdeh1 bağışlanmasına etiraz etməmişdir. Eyni zamanda Zemfira Mikayılova xx.xx.2020-ci il tarixində Cavabdeh1 Baş etibarnamə vermiş, anasının vəfatından sonra, Cavabdeh2 qeyd edilən etibarnamənin etibarsız hesab olunması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, daha sonra isə iddia tələbindən imtina etmişdir. Görünən odur ki, bütün bunlar əvvəlcədən planlanmış bir oyunun parçası olmuş, əvvəl anası tərəfindən əmlakların satılması barədə etibarnamələr verilmiş, satış üçün razılıq ərizələri im zalanmış, daha sonra isə aldadıldıqları yalanı ilə etibarnamələri ləğv edərək, qanuni hərəkətləri qanunsuz göstərməyə çalışmışlar. Eyni zamanda məhkəmə bu faktı da nəzərə almamışdır ki, X2 İddiaçı və X7rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi məhkəmə qərarı ilə təmin edilməmişdir. Bundan başqa, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-717/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarında kifayət qədər aydınlaşdırılmalı olan məsələlər qalmışdır. Qanunvericilik bu çatışmamazlıqların aradan qaldırılması üçün Ali Məhkəməyə kifayət qədər səlahiyyət versə də Ali Məhkəmə bu səlahiyyət dən lazımınca istifadə etməmişdir. Belə olan təqdirdə hazırki iddiaçının Konstitusion hüquqlarını həyata keçirməsi müddətlərini gözləmədən məhkəmənin Ali Məhkəmənin qərarına istinad etməklə iddianı rədd etməsi qanunsuz və ədalətsiz olmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3948/2023 nömrəli, 03 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının adına həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilmişdir və bu fakt nəzərə alınmaql a iddiaçının həmin mənzil ilə bağlı “mülkiyyət hüquqlarının müdafiəsi” barədə tələb irəli sürməsi üçün hazırda subyektiv hüququ olmamışdır.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunanlara münasibətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən qətnamə ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə mindiyindən, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının həmin qərardan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi üçün qanunvericiliklə nəz ərdə tutulan müddətin gözlənilmədən həmin qərara istinad etməsi barədə dəlili də əsassız olmuçdur.

19. Bundan əlavə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, X2 İddiaçı və “X14”ə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi başqa daşınmaz əmlakla – Bakı şəhəri, Qəsr küçəsi, 15 saylı fərdi yaşayış evinin 1 otağı ilə bağlı olmuş, hazırki iş üzrə iddiaçının “mülkiyyət hüquqlarının müdafiəsi” barədə tələb irəli sürdüyü Qəsr küçəsi, ev 13 ünvanında yerləşən 4 saylı mənzil ilə bağlı olmuşdur.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4, 233.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

21. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul o lunmasını xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hər hansı araşdırma aparmadan, sübutları tələb etmədən, apellyasiya şikayətinin dəlilləri üzrə hər hansı hüquqi mövqe bildirmədən, birinci instansiya məhkəməsinin qətnaməsinindəki qanunsuzluqları təkrar etməklə, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. M addə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 0 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.

26. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiya r kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxl anılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarı: 27. “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 76.1. tərəflər in tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstit usiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

44. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

45. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. İddiaçı konkret tələblə məhkəməyə o halda müraciət edə bilər ki, bu onun qanunla qorunan hüquq və azadlıqlarını pozmuş olsun, yaxud maraqlarına toxunsun.

47. Mülki məhkəmə icraatının prinsi pinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

48. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

49. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanm ış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

50. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə1 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmuşdur.

52. Buna görə d ə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması, mənzilə daxil olarkən dəhlizin sol yan divarından, yəni texniki pasport üzrə 1 nömrəli sahəsi 10,3 kv.m. olan otağın divarından cavabdehin açdığı giriş qapısının ləğv edilməsi və divarın bütövlüyünün bərpa edilməsi, ümumi istifadədə olan həyətin giriş qapısının açarının bir nüsxəsinin, habelə onun mənzilinin giriş qapısının açarının ona təhvil verilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması tələbi ilə çıxış etmək hüququ yoxdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə k ollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosess ual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3948/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar