Məhkəmə qərarları › İş №2(102)-3977/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3977/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3977/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “XXX” X1rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, 2(104)-1102/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 16 noyabr 2022-ci il tarixli müqavilə ilə “XXX” X5 Birliyi su istehlakçısı İddiaçı 70 ha taxıl sahəsinin suvarılmasını öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi verilən suyun həcmindən asılı olaraq, hər ay ödəməli olan vəsaitin əvvəlcədən 30 faizini avans formasında, qalan hissəsini isə sonrakı ayın 5-dək ödəyir. Fövqəladə hallarda bu sazişlə nəzərdə tutulan öhdəlikləri icra etmək və ya lazımi qaydada icra etmək mümkün olmayıbsa, tərəflərdən heç biri sazişi pozmuş tərəf kimi hesab olunmur və bunun üçün məsuliyyət daşımır. 2. 30 noyabr 2022-ci il tarixli su ayrıcından götürdüyü su jurnaldan çıxarışdan görünür ki, “XXX” S.İ.B tərəfindən İddiaçı və X3 17 noyabr 2022-ci il və 18 noyabr 2022-ci il tarixl ərdə hər biri 40 l/san, 19 noyabr 2022-ci il, 20 noyabr 2022-ci il, 21 noyabr 2022-ci il, 22 noyabr 2022-ci il, 23 noyabr 2022-ci il, 24 noyabr 2022-ci il, 25 noyabr 2022-ci il, 26 noyabr 2022-ci il, 27 noyabr 2022-ci il, 28 noyabr 2022-ci il, 29 noyabr 2022-ci il, 30 noyabr 2022-ci il və 31 noyabr 2022-ci il tarixlərdə hər biri 70 l/san miqdarında su verilmişdir.

3. XXX S.İ.B tərəfindən verilmiş çıxarışdan görünür ki, 22 may 2023-cü il tarixdə sahənin suvarılması üçün 849,999 manat və 350,001 manat suyun dəyəri hesablanmışdır. 07 dekabr 2023-cü il tarixdə 300 manat, 19 oktyabr 2023-cü il tarixdə 300 manat, 19 oktyabr 2023-cü il tarixdə 500 manat, 22 may 2023-cü il tarixdə 400 manat, 22 may 2023cü il tarixdə 150 manat, 22 may 2023-cü il tarixdə 470 manat, 02 sentyabr 2020-ci il tarixdə 200 manat pul ödənilmişdir. 4. "xxxx" ASC-nin X4 İdarəsinin 31 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, 2022-ci il dənli bitkilərin payız suvarılması üçün noyabr ayının 16-da Ağstafaçay su anbarından suvarma suyu açılmışdır və suvarma 13 dekabr 2023-cü il tarixə kimi davam etmişdir. 14 dekabr 2022-ci il tarixdən etibarən Ağstafaçay su anbarından suvarma suyunun verilişi dayandırılmışdır.

5. X7 Mərkəzi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, 2024-cü il biçim mövsümündə buğda bitkisi üzrə rayonda orta məhsuldarlıq 34,2 sentner, 1 kiloqram buğdanın bazar qiyməti 0,38-0,42 qəpik olmuşdur. Eyni zamanda, iddiaçı 40 ha torpaq sahəsində 1 kq 0,70 qəpik olmaqla 10780 manat dəyərində 15400 kq əkin üçün buğda toxumu əkmişdir. 6. 23 noyabr 2024-cü il tarixli malla rın fiziki şəxslərə təhvil-qəbul qəbzindən görünür ki, İddiaçı 40 ha torpaq sahəsində 1 kq 0,70 qəpik olmaqla 10780 manat dəyərində 15400 kq əkin üçün buğda toxumu almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh “XXX” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70 ha taxıl sahəsinin quraqlıqdan məhv olması səbəbindən ona dəymiş zərərə görə 140525 manatın (15780 manat xərc + 124745 manat əldən çıxmış fayda) və dövlət rüsumu üçün ödənilmiş 442 manatın, cəmi 140967 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Ağstafa rayonuXXX kəndində əkdiyi 70 ha taxıl sahəsinin suvarılması üçün suyun əkin suyunun verilməsinə dair cavabdeh “XXX” S.İ. B. ilə 16 noyabr 2022-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqavilənin cavabdeh təşkilat müqavilə müddətində onun əkin altında qalan suvarılan sahəsinə qrafikə uyğun olaraq suvarma suyu vermək öhdəliyini üzərinə götürmüşdür. Ona inanıb 70 ha sahədə taxıl əkmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, ona əkin suyunu verməmiş və nəticədə 70 ha sahədə əkilmiş taxıl məhv olmuşdur. 20 iyul 2023-cü il tarixli tərtib olunmuş və Ağstafa rayonXXX Bələdiyyəsi,XXX kənd İƏD-si nümayəndəsi və digərləri tərəfindən də tərtib olunmuş AKT-la sübut olunur ki, sözügedən 70 ha sahədə əkilmiş xırda dənli buğda bitkisi yararsız olduğuna görə biçilərək məhsul götürülməsi mümkün olmamışdır. Qəbzdən də görünür ki, 1 kq 0,70 qəpik olmaqla 10780 manat dəyərində 15400 kq əkin üçü n buğda toxumu əkilmişdir. Əkilmiş taxılın məhsul verməsi 1 ha 36,5 sentnerdir, 70 ha taxıl sahəsindən 255,5 ton taxıl götürülməsi deməkdir. Bundan əlavə 70 ha taxıl sahəsinin şumlanması, torpağın malalanması üçün traktora, fəhlələrə 5000 manat xərc çəkilmişdir.

9. Ağstafa Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2(015)-765/2024 nömrəli qətnaməsi ilə (hakim N.Abbasov) iddianın qismən təmin edilməsi, cavabdeh “XXX” X5 Birliyindən 46780 manat məbləğində maddi ziyanın, 41 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin alınıb, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin suvarılmaması nəticəsində 70 ha sahədə əkilmiş taxıl məhv olması barədə məhkəməyə sübut kimi fotoşəkill ər təqdim etmişdir. Şəkillərdən görünür ki, sahədə xırda dənli bitki yararsız vəziyyətdədir. Qurumuş və məhsul verməmişdir.

11. Məhkəmə, xırda dənli bitkinin yararsız vəziyyətə düşməsinin susuzluqdan olması barədə iddiaçının mövqeyini əsaslı hesab edir. Açıq-aşkar görünür ki, əkilmiş buğda sulanmaması səbəbindən yararsız vəziyyətə düşmüşdür. Taxıl sahəsinə su verilməsini müqavilə əsasında həyata keçirilməsini cavabdeh öz üzərinə götürmüşdür.

12. İş üzrə cavabdeh 2023-cü ildə iddiaçının onlara pul köçürməsini, torpaq sahəsinin suvarılmasını həyata keçirilməsini, həmin halın rəsmiləşdirilməsini, lakin iddiaçının akta imza etməməsini bildirmişdir. Cavabdeh suyun verilməsini jurnaldan çıxarışlarla təsdiq olunmasını bildirərək, həmin sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim olunmuş a ktlara da baxış keçirilən zaman iddiaçının aktları imzalamaması faktları aşkar olunmuşdur. İşi təhvil alan iddiaçı olan şəxsin imzaları həmin jurnalda mövcud deyildir. Jurnal birtərəfli qaydada tərtib olunmuşdur ki, məhkəmə bu sənədi “suyun verilməsinin təsdiq edəcək” mötəbər sübut kimi qəbul etməmişdir.

13. Digər tərəfdən, cavabdeh ikinci mövqedən çıxış edərək bildirmişdir ki, anbarda su olmadığı üçün iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün su ilə təmin etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin bu mövqeyi də inandırıcı və əsaslı görünmür. Belə ki, müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallardan hər hansının birinin baş verməsinə dair tərəf sübut təqdim etməlidir. Belə bir sübutu cavabdeh tərəf təqdim edə bilməmişdir.

14. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçı ya dəymiş ziyana görə cavabdeh mülki məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü işlərin görülməsi barədə öhdəliyi icra etməmiş və icra etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

15. Cavabdeh iddiaçının 70 ha sahədə deyil, 40 ha sahədə taxıl əkməsini bildirərək bu barədə məhkəməyə sübut təqdim etmişdir. İddiaçı isə 70 ha sahədə taxıl əkməsini iddiada qeyd etmişdir.

16. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozması nəticəsində İddiaçı 40 ha torpaq sahəsində taxıl əkməsi və həmin taxıl su verilməməsi səbəbindən yararsız vəziyyətə düşmüşdür. Müqavilədə 70 ha sahə göstərilsə də, rəsmi sənədlərdən görünür ki, iddiaçı faktiki 40 ha sahədə taxıl əkmişdir. Hazırda da taxıl əkini ilə bağlı dəymiş ziyanı tələb edir. Taxıl əkini də 40 ha olduğundan ona uyğun ziyan müəyyən edilməlidir.

17. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iş üzrə cavabdeh “XXX” X5 Birliyi İddiaçı 36000 manat dəyərində taxıl sahəsinə vurulmuş ziyanlığı və buğda toxumu üçün ödənilmiş 10780 manat məbləğində maddi ziyanı qaytarmaq öhdəliyi daşıyır. Ona görə də iddiaçının taxıl sahəsinə dəymiş 36000 manat və buğda toxumu üçün ödədiyi 10780 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

18. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 41 manat dövlət rüsumu və 400 manat mediasiya xərci ödənilmişdir.

19. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci Mül ki Prosessual Məcəllənin 76.1, 76.2, 101.3, 106.1, 106.3, 124.1, 216-220-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Həmçinin, cavabdeh “XXX” X5 Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, 2(104)-1102/2025 nömrəli qətnaməsi ilə (hakim F.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Muradov və M.Mustafayev) İddiaçı tərəfindən veri lmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “XXX” X5 Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2(015)-765/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdeh “XXX” X1rşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsində əkilmiş taxılın tələf olması sübuta yetirilsə də, həmin təqsirin cavabdehin qanunsuz hərəkətləri(sizliyi) nəticəsində törədilməsi sübuta yetirilməmişdir.

24. Belə ki, məhkəmə kollegiyasının araşdırılması ilə müəyyən olunmuşdir ki, su verilməsi ilə bağlı tərəflər arasında mü qavilə iddiaçı taxıl məhsulu biçəndən bir müddət sonra müraciət olunub akt tərtib olunmuşdur. Baxmayaraq müqavilənin şərtinə görə taxıl biçilməmiş yazılı məlumat verilməli idi. 20 iyul 2023-cü il tarixli aktdan görünür ki, həmin akt tərtib edilərkən cavabdeh təşkilatın nümayəndəsi iştirak etməmişdir.

25. İddiaçı tərəf ona dəymiş maddi ziyanın cavabdeh tərəfindən törədilməsini bildirmiş, lakin tələbini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Əksinə, iş materiallarından müəyyən edilmişdir ki, müqaviləyə əsasən suvarma suyunun verilməsi başa çatdıqdan sonra istifadəçi tərəfindən suyun dəyəri hər dəfə ödəni lmişdir. Bu hal da sübut edir ki, suvarma suyunun verilməsində heç bir problem olmamış, iddiaçıya ziyan cavabdeh tərəfindən su verilməməsi əsası ilə dəyməmişdir.

27. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

28. Apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən onlar 2022-2023-cü illər ərzində iddiaçıya 70 ha. əkin altında olan sahəyə suvarma suyu verilməli idi. Tərəflər arasında olan müqavilənin 1.3-cü maddəsində sifarişçiyə üzrlü səbəb olmadan müqavilədə göstərilən miqdardan az su verildikdə, yaxud heç verilmədikdə, icraçı ilə sifarişçi arasında yaranmış mübahisələrə, o cümlədən sifarişçiyə dəymiş zərərlə əlaqədar olaraq məsələlərə sifarişçinin iştirakı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə yerli icra hakimiyyəti orqanları tərəfindən yerində birgə baxmaq və onlarla birgə tədbirlər görmək nəzərdə tutulmuşdur. Təbii şəraitdən asılı olaraq suvarma normaları, verilən suyun həcmi və müddəti tərəflərin razılığı ilə dəyişə bilər.

29. Göründüyü kimi, iddiaçının istifadəsindən olan əkin sahələrinin suvarma suyundan yanması ilə əlaqədar cavabdeh təşkilata və mü vafiq icra hakimiyyəti orqanına vaxtında heç bir müraciət daxil olmamışdır. Bu işin mübahisəsiz halıdır.

30. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfin şikayətləri taxıl biçinindən iki ay sonra cavabdeh tərəfə şifahi bildirilmiş və dörd ay sonra isə Suvarma Sistemləri İdarəsinə müraciət edilmişdir.

31. Göründüyü kimi, iddiaçıya suyun verilməməsi əsası ilə ziyan dəymişdirsə, onlar bu barədə Ağstafa rayon İcra Hakimiyyətinə müraciət etməli idi. Bu halda yerində DAİM, İcra Hakimiyyəti, sığorta təşkilatı, Suvarma Sistemləri İdarəsi və cavabdeh təşkilatının nümayəndələrinin iştirakı ilə müvafiq akt tərtib olunaraq, dəymiş ziyan müəyyən olunmalı idi. Bu barədə mülki işdə heç bir sübut yoxdur.

32. Cavabdeh təşkilatın nümayəndəsinin iş vərəqə 158-160-cı səhifəsində olan etirazında və məhkəm ə kollegiyasının iclasında izahatında - iddiaçı tərəf sığortadan pul alınması məqsədilə ondan saxta sənəd istəmiş - o da öz növbəsində belə bir halın mümkün olmadığını bildirmişdir.

33. İşdə olan sənədlərdən görünür ki, iddiaçının əkin sahələri suvarılmış, 2022-ci ilin payız ayından 2023-cü ilin dekabr ayına kimi su cədvəlləri tərtib olunmuşdur. İddiaçı tərəfindən isə sudan istifadə edilməsi ilə bağlı heç bir narazılıq, müraciət və ya tərəflərin iştirakı ilə akt tərtib edilməmişdir.

34. Bundan başqa, iddiaçı və onun həyat yoldaşı 2023-cü ilin avqust ayında taxılı biçib götürəndən 1 ay 15 gün sonra cavabdehin nümayəndəsinin yanına gəlib ondan torpağın susuzluqdan yanması ilə bağlı sənəd tələb etmişlər. Baxmayaraq ki, iddiaçının 70 ha. əkin sahəsinə müqaviləyə əsasən su verilmiş, iddiaçı tər əfindən sudan istifadəyə görə 9 dəfə ödənişlər edilmişdir. Su verildikdən sonra qeyd olunan ödənişlərin iddiaçı tərəfindən cavabdeh təşkilatın hesabına köçürülməsi barədə işdə mübahisə yoxdur.

35. Bundan başqa, XXX S.İ.B-in su aldığı X4 İdarəsinin 31 oktyabr 2023-cü il tarixli 355 saylı cavab məktubu ilə İddiaçı bildirilmişdir ki, 2022-ci il dənli bitkilərin payız suvarılması üçün noyabr ayının 16-da Ağstafaçay su anbarından suvarma suyu açılmış və 13 dekabr 2023-cü il tarixə kimi davam etmişdir. 14 dekabr 2023-cü il tarixdən Ağstafaçay su anbarından suvarma suyunun verilişi dayandırılmışdır.

36. Baxılan işdə bir daha sübut olunur ki, iddiaçıya aid 70 ha əkin sahəsinə suvarma suyunun verilməsində heç bir problem olmamış, yəni, iddiaçıya zənn etdiyi ziyan cavabdeh təşkilat tərəfindən su ver ilməməsi əsası ilə dəyməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.1, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, 2(104)-1102/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 385.1, 442, 1096.1, 1096. 2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1,88-ci maddələrinin tələbləri pozulmuşdur.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəlikləri ilə bağlı maddi hüquq normalarına uyğun olaraq mübahisəni həll etməli olduğu halda, bunu etməmiş, yəni məhkəmə tərəflərin arasında olan müqavilə üzrə yaranan öhdəlikləri cavabdeh tərəfindən pozulması, onların bu öhdəliklərin pozulması nəticəsində iddiaçıya zərər dəydiyini sübutlara düzgün qiymət verməmişdir. İddiaçının suyun dəyərini ödədiyini sübut edən heç bir sənəd yoxdur. Məhkəmə işdə tərəf olmayan şəxs tərəfindən digər suvarma suyu üçün ödənilmiş qəbzi iddiaçı tərəfindən suvarma suyunun dəyərinin ödənilməsi kimi qiymət verməklə haqlı olmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş su jurnalında Ələkbər Həbibova əkin suy u verildiyi qeyd edilmişdir. Ağstafa RİH-nin 27 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 05 may 2023-cü il tarixində Ağstafa RİH-yə daxil olmuş müraciət əsasında əkin sahəsinə 100 l/san suvarma suyu verilmişdir. Yəni, iddiaçı əkin suyunun verilmədiyi üçün artıq şikayət etmişdir.

41. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

42. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

45. Azərbayca n Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində təqdim olunan sübutları qiymətləndirilmiş və yekun nəticəyə gəlinmişdir (bax bənd 23-36). Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

49. Belə ki, iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş və məhkəmənin topladığı sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət veri lmiş, bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmamışdır.

50. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətin ə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 03 sentyabr 2025-ci il tarixli, 2(104)-1102/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar