Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-398/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 və Cavabdeh1 vəkili Nümayəndə1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)10308/2019 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi X7, vəkili Vəkil1, Cavabdeh1 və vəkili Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MTK Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, sonradan isə xx xxxxx 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx xxxxx 2016-cı il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə yaxın dostluq münasibətlərində olduğu Cavabdeh2 məsləhəti və təqdimatına əsasən "İddiaçı" MTK ilə Cavabdeh1 arasında xx xxxxx 2016-cı il tarixli müqavilə bağlanmışdır. Belə ki, "İddiaçı" MTK Bakı şəhərinin Yasamal rayonu Şərifzadə küçəsi ərazisində yüksək mərtəbəli yaşayış evinin tikintisini layihələşdirmiş, həmin layihə müvafiq dövlət orqanlarında təsdiq olunmuşdur. Lakin, tikintiyə başlamaq üçün maliyyə vəsaiti çatışmırdı. Ona gör ə də bəzi dost-tanışlara müraciət edərək tikintiyə maliyyə cəhətdən kömək istənilib. Məhz belə bir anda Cavabdeh2 təkidi ilə Cavabdeh1 qəbul etdi. Onunla belə bir razılaşma əldə olunmuşdur ki, tikintiyə 150000 manat pul ödəyir və "İddiaçı" MTK Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ərazisində tikəcəyi yüksək mərtəbəli binadan 950 kv.metr qeyri yaşayış sahəsi pay qismində ona verilir. Cavabdeh1 qeyd olunan şərtlərlə müqavilə bağlamağa razılaşdı. O, pulu 1 həftəyə ödəməyə söz verdi. Lakin həmin vaxt ərzində pul ödənilmədi. Bundan sonra o cavabdehi yenidən qəbul etdi və təcili pul lazım olduğunu bildirdi. Cavabdeh1 Əlı oğlu cavabında qeyd etdi ki, o hansısa bir bankdan külli miqdarda pul götürmək istəyir. Lakin bankdan pulu o, şərtlə verirlər ki, banka "İddiaçı" MTK ilə bağlanmış müqavil ə və həmin müqavilə üzrə pulun MTK-ya odənilməsi nəticəsində MTK-dan pay əldə olunmasını təsdiq edən arayış verməlidir. “İddiaçı" MTKnın rəhbərliyi təcili pul lazım olduğun, bu şəxsin müsbət xarakterizə olunduğunu, özünün də olduqca inamlı danışdığını nəzərə alaraq 1 manat da pul ödənişi, olmadığı halda onunla rəsmi müqavilə bağladı və dərhal da cavabdehə 150000 pulun tam ödənilməsi barədə maliyyə arayışı verildi. Buna baxmayaraq Cavabdeh1 öz vədinə əməl etmədi və qeyd olunan sənədləri əldə etdikdən sonra yoxa çıxdı. Bundan sonra bir dəfə də olsun "İddiaçı" MTK ilə əlaqə saxlamamış və pulu ödəyib-ödəməyəcəyi barədə məlumat verməmişdir. Cavabdeh2 da onunla əlaqə saxlaya bilmədiyini bildirdi. Bundan sonra Cavabdeh1 onu aldatdığını anladı. "İddiaçı" MTK-da pul ödənişləri ciddi mühasibat sənəd ləri ilə aparılır. Belə yaşayış sahəsinin pay verilməsinə dair "İddiaçı" MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilənin və xx xxxxx 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Vətəndaşlar tərəfindən yaşayış və ya qeyri-yaşayış sahələri alınarkən onlardan alınan pul mühasibatlığa daxil olur və mühasibatlıq həmin şəxslərə müvafiq ödəniş qəbzləri verir. Cavabdeh1 bu cür qəbz verilməmişdir. Bu da onun göstəricisidir ki, əslində heç bir pul ödənilməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 571 saylı yaşayış binasından Cavabdeh1 950 kv.metr qeyri işdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 cavabdeh "İddiaçı" MTK-ya, X3, X11 qarşı xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyri-yaşayış sahəsinin tam mülkiyyətinə verilməsinə dair İddiaçı MTK ilə müqavilə bağlamışdır. Həmçinin, MTK tərəfindən xx.xx.2016-cı il tarixli 30 saylı maliyyə arayışı verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinə görə MTK-ya 150000 manat ödənmişdir və onun MTKya borcu yoxdur. Həmçinin ilkin iddiada adı göstərilən Cavabdeh2 nə Cavabdeh1, eyni zamanda, Cavabdeh1 isə öz növbəsində Cavabdeh2 tanımır. İlkin iddiada qeyd edilir ki, guya Cavabdeh1 maliyyə arayışını alanda n sonra «xxxx». Əslində isə vəziyyət tam tərsinədir. Cavabdeh1 dəfələrlə MTK-ya gedib və xxx telefon vasitəsilə danışıb və görüşüb. Lakin hər dəfə xxx məsələni həll edəcəyinə söz versə də, vədinə əməl etməyib. Sual oluna bilər ki, «Bəs Cavabdeh1 nə üçün xxx əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib hissəsinin olub-olmamasının yoxlanılması üçün müvafiq orqanlara müraciət etməyib?». Bu sualın cavabı odur ki, Cavabdeh1 xxx tutulması deyil, əmlakının onun adına rəsmiləşdirilməsi və pullarının qaytarılması əhəmiyyətlidir. MTK-nın rəhbəri X5 isə hazırda üzə çıxmır. Hazırda Cavabdeh1 mübahisəli qeyri yaşayış sahəsini öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Lakin müraciətinə şifahi olaraq bildirilmişdir ki, həmin binanın bir inci mərtəbəsi 1250 kv.metr qeyri-yaşayış sahəsi bütövlükdə 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cu il tarixli, 2-1(81)-5236/2014 saylı qərarı ilə X2 adına rəsmiləşdirildiyi üçün qeydiyyat aparıla bilməz. Binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 1250 kv.metretrdir. Göstərilən hal DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Bununla bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-5236/2014 saylı qərarının surəti Cavabdeh1 təqdim edilmişdir. Qeyd edilən məhkəmə qərarı Cavabdeh1 maraqlarına toxunduğundan, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 2-1(81 )- 5236/2014 saylı iş üzrə üçüncü şəxs qismində cəlb etməklə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2- 1(81)-5236/2014 saylı qərarının Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edərək, həmin hissədə işə Cavabdeh1 iştirakı ilə yenidən baxılması və iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə ərizə təmin edilərək Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü ıl tarixli, 2-1(81)-5236/2014 saylı qərarı ləğv edilmiş və Cavabdeh1 həmin işə üçüncü şəxs qismində cəlb edilmişdir, iş materialları ilə tanış olduqda 1-ci mərtəbə ilə bağ lı məhkəmə qərarının qəbul edilməsinə əsas olacaq hər hansı müqavilənin işdə olmadığı müəyyən edilmişdir. Ərizəyə baxılması üçün təyin edilən məhkəmə iclasına iddiaçı tərəf nə gəlməmiş, nə də hər hansı müqaviləni göndərməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, qarşı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, ərizəyə baxılması ilə bağlı məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir. Həmin ərizəyə isə Nizami Rayon Məhkəməsinin 2(007)-4071/2018 saylı xx.xx.2018-ci il tarixli bildirişini əlavə etmişdir. Bundan sonra məlum olmuşdur ki, İddiaçı MTK hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.20 18-ci il tarixli, **********45 saylı məktuba əlavə edilmiş sənədlərlə məlum olmuşdur ki, “İddiaçı" MTK ilə X8 arasında ünvan 1də inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metr olan qeyriyaşayış sahəsinin pay kimi verilməsinə dair xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə mövcud olduğu halda Cavabdeh1 adına eyni yerin 2016-cı ildə müqavilə ilə başqa şəxsə ayrılması barədə müqavilə bağlanması özü cinayət əməlidir. Ona görə də, MTK-nın rəhbərliyi və o cümlədən bu hadisədə birgə iştirakçı kimi çıxış edən hər bir şəxsin barəsində xüsusi qərardad qəbul edilməli və X5nın adına verilmiş 2006-cı il tarixli müqavilə etibarsız hesab edilməlidir, ilk iddia ərizəsi əsassızdır və “İddiaçı" MTK ilə X8 arasında binanın birinci mərtə bəsində yerləşən bütün qeyri-yaşayış sahəsinə aid bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə etibarsız hesab edilməlidir. Belə ki, MTK-nın rəhbəri və xxx kürəkən qaynana olmaqla hakimiyyətdən sui-istifadə edilməklə bağlanmış müqavilədir. Bundan başqa, mübahisəli qeyri-yaşayış sahəsi xxx adına məhkəmə qərarı əsasında rəsmiləşdirilsə də, məhkəmə qərarının qəbul edilməsinə əsas olmuş müqavilə iş materiallarına əlavə edilməmişdir. Bu isə xxx adına olan müqavilənin sonradan tərtib edildiyini təsdiq edir. Qeyd olunanlara əsasən ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı MTK ilə X8 arasında ünvan 1də inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metr olan qeyri-yaşayış sahəsinin pay kimi verilməsinə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 2(007)-325/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasından Cavabdeh1 950 kv.metr qeyri-yaşayış sahəsinin pay verilməsinə dair “xxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilə və xx xxxxx 2016-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Cavabdeh1 cavabdeh “xxxx” MTK-ya, X3, X11 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (ha kimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, V.Həsənov və Fuad Talışinski) xx xxxxxx 2019-cu il tarixli 2(103)-10308/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı "İddiaçı" MTK-nın Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxx 2016-cı il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsinə dair ilk iddia ərizəsi və Cavabdeh1 cavabdeh "İddiaçı" MTK-ya, X3, X11 qarşı xx xxxxxxxx 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi X7 və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ilkin iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh1 və vəkili Nümayəndə1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin Cavabdeh1 iddiaçı "İddiaçı" MTK-ya, X3, X11 qarşı xx xxxxxxxx 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbin rədd edilməsi hissəsində qismən ləğv edilməsi və İddiaçı MTK-nın əməllərində cinayətin əlamətləri olduğu üçün cinayət işinin başlanması üçün müvafiq hüquq-mühafizə orqanlarına məlumat verməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayən dəsi X7 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh1 məhkəmə iclaslarında pulun ödənilməsi müqabilində ona kassa mədaxil orderinin verildiyini qeyd etməmiş və ya həmin sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 verdiyi izahatlarla onun özü tərəfindən məhkəməyə gətirilmiş şahidlərin verdiyi ifadələr arasında, eləcə də şahidlərin özlərinin ifadələri arasında kəskin ziddiyyətlər vardır. Bu hal isə sübut edir ki, Cavabdeh1 özünün və şahidlərinin verdiyi izahat və ifadələr, Cavabdeh1 ilə "İddiaçı" MTK arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilə işin əsl hallarını əks etdirmir. Həmin sübutlarla müqavilənin formal olaraq, görüntü yaratmaq üçün bağlanmış bir əqd olması, maliyyə arayışının isə həmin müqaviləyə “müəyyən hüquqi don geyindirmək” məqsədi il ə tərtib olunmuşdur. "İddiaçı" MTK mübahisələndirilən qeyri-yaşayış sahəsinin 1 kv.metr. sahəsini cəmi 158,8 manata Cavabdeh1 satmışdır. 2016-ci il tarix üçün şəhərin mərkəzində (Bakı şəhəri Yasamal rayonu) qeyri-yaşayış sahəsinin 1 kv.metr. sahəsini cəmi 158,8 manata satılmağı inandırıcı ola bilməz. Halbuki, həmin qeyri yaşayış sahəsinin 1 kv.metr. sahəsi X12ma 450 manata satılmışdır. İddiaçı MTK-nin Cavabdeh1 bu qədər güzəştə getməsinin səbəbi yalnız həmin müqavilənin bağlanılmasının formal xarakter daşıması olmuşdur. Cavabdeh1 ilə İddiaçı MTK-nın rəhbərliyi arasında işgüzar danışıqlar olmuşdur. Belə ki, Cavabdeh1 və onun oğlu xxx ilə İddiaçı MTK-nın rəhbər şəxslərindən olan X5 arasında müəyyən müqavilə öhdəliyi vardır. Həmin müqavilə öhdəliklərinin yaranma səbəbi başqa bir iddia tələbin in predmetidir. Hazırki mübahisə ilə bağlı isə Cavabdeh1 qeyri-yaşayış sahəsinə dair müqavilə bağladıqdan təxminən 1-2 ay sonra bildirmişdir ki, bankdan kreditin götürülməsi mümkün olmadığından bağlanmış müqaviləni ləğv edilməsi barədə ərizə verəcəkdir. Tərəflər arasında olan xoş münasibətə etibar olunaraq və güvənilərək həmin ərizə ondan tələb edilməmişdir. Daha sonra Cavabdeh1 və onun oğlu X5 ilə MTK-nın rəhbər şəxsləri arasında müəyyən münaqişələr yarandığından həmin şəxslər MTK rəhbərliyinə qarşı digər müqavilə öhdəlikləri ilə bağlı ümumi məhkəmələrə müraciət etmiş, hazırki mübahisə edilən müqaviləyə istinad edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhz Cavabdeh1 qarşı hazırki iddianın qaldırılmasına səbəb onun İddiaçı MTK-ya qarşı 1 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinə 3-cü şəxs qismində işə cəlb edilməsi barədə ərizəsi səbəb olmuşdur. Belə ki, xxx ilə İddiaçı MTK arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 hazırki iddia ilə mübahisə etdiyi qeyri-yaşayış sahəsi nın sahibliyinə və istifadəsinə verilmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin qeyri-yaşayış sahəsinə X5nın mülkiyyət hüququnun qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuş, X5nın həmin sahəyə mülkiyyət hüququ qeydiyyata alınaraq ona çıxarış verilmiş və hazırda X5nın mülkiyyətindədir. Cavabdeh1 hesab etmişdir ki, məhkəmənin sözügedən qərarı onun hüquqlarına toxunmuş və bu səbəbdən qərarın ləğv olunması və inzibati işə 3-cü şəxs qismində cəlb edilməsi b arədə məhkəməyə ərizə vermişdir. Həmin ərizənin verilməsi ilə bağlı hesab edilmişdir ki, İddiaçı MTK-nın hüquqları pozulmuş və bu səbəbdən hazırki iddia qaldırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi qənaət üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Cavabdeh1 və vəkili Nümayəndə1 Cavabdeh1 müqavilə əsasında İddiaçı MTK tərəfindən verilməli olan qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı MTK-nın təsisçisi X9 qaynanası olan X2 həmin qeyri-yaşayış sahəsinin öz adına özəlləşdirilməsi ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırdığı zaman təqdim etdiyi sənədlər sırasında İddiaçı MTK ilə X8 arasında bağlanmış x x.xx.2006-cı il tarixli müqavilə təqdim edilməmişdir. Bu da onu təsdiq edir ki, həmin müqavilə sonradan tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İddiaçı MTK X8 ilə bağlanmış müqavilənin həqiqətən də bağlanmasını təsdiq edən heç bir sübutu -məsələn müqavilələrin qeydiyyat jurnalını və ya məhkəmənin Cavabdeh1 qarşı tətbiq etdiyi normaya əsasən X5 tərəfindən qeyri-yaşayış sahəsinə görə pay haqqının ödənilməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqdim etmədiyi halda məhkəmə həmin müqaviləni etibarlı hesab etmişdir. Müqavilənin tarixinə gəldikdə isə müqavilə İddiaçı MTK tərəfindən tərtib edildiyi və müqavilənin qeydiyyat jurnalı məhkəməyə təqdim edilmədiyi halda həmin müqaviləyə istənilən tarix qoyula bilərdi. Eyni zamanda əgər İddiaçı MTK X8 arasında 2016-cı ildə artıq belə bir müqavilə mövcud idisə o zaman İddiaçı MTK bilərəkdən eyni qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə müqavilə bağlamaqla həmin şəxsin külli miqdarda pul vəsaitini ələ keçirmək niyyətini güdmüşdür. Bu hərəkətlər isə AR CM-nin 178-ci maddəsinin (dələduzluq) tələbləri altına düşür və əməldə cinayətin əlamətləri olduğu halda məhkəmə tərəfindən cinayət işinin başlanması üçün müvafiq hüquqmühafizə orqanlarına məlumat verilməlidir. İddiaçı MTK Cavabdeh1 150000 manat məbləğini alaraq əvəzində maliyyə arayışı verməyinə və Cavabdeh1la onun arasında qeyri-yaşayış sahəsinin satılmasına dair müqavilə olmasına baxmayaraq hər vəchlə müqavilə öhdəliklərini icra etməkdən yayınır, üstəlik bilərəkdən, qərəzli şəkildə Cavabdeh1 İddiaçı MTK-nə ödədiyi 150000 manat məbləğini qanunsuz olaraq mənimsəməyə çalışır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 və vəkili Nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. H ÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 354.2-ci maddələrinə istinadən gəldiyi nəticələrə əsasən ilk iddia üzrə İddiaçı MTK xx xxxxx 2016-cı il tarixli müqaviləni imzalayarkən, həmin müqavilənin etibarsızlığına əsas hesab etdiyi hallarla bağlı bilmişdir, yəni məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarında yalnız əqdlərin etiba rsız hesab edilməsi nəzərdə tutulmuşdur. Maliyyə arayışı isə əqd deyildir. İddiaçının könüllü şəkildə səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmiş maliyyə arayışı mövcuddur və onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticələrə əsasən isə Cavabdeh1 İddiaçı MTK ilə X8 arasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metretr olan qeyri-yaşayış sahəsinin pay kimi verilməsinə dair bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələb irəli sürsə də, həmin əqdin etibarsız əqd olmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə göstərilən nəticələrinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, xx xxxxx 2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən "İddiaçı" MTK Bakı şəhərinin Yasamal rayonunun, Şərifzadə küçəsində 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 950 kv.metr qeyri yaşayış sahəsini pay qismində Cavabdeh1 verir. Müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri bir kv.metr sahə üçün 158 manat təyin edilir. Cəmi 950 kv.metr sahə üçün 150000 manat t əşkil edir. xx xxxxx 2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş arayışın məzmunundan görünür ki, Cavabdeh1 950 kv.metr olan qeyri yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Bu arayış xx.xx.2016-cı il tarixli müqavilənin tərkib hissəsidir. Həmçinin işin materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X11 xx.xx.2016-cı il tarixinədək 30000 ABŞ dolları məbləğində borc pul faizsiz vermək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X11 xx.xx.2016-cı il tarixinədək 95000 ABŞ dolları məbləğində borc pul faizsiz vermək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X11 58000 ABŞ dolları məbləğində bor c pul faizsiz vermək barədə öhdəlik götürmüşdür. 1 saylı Bakı inzibati-İqtisad Məhkəməsindən təqdim edilmiş materiallardan aydın olur ki, xx xxxxxxxx 2006-cı il tarixli qeyri yaşayış sahəsinin alqı-satqısı müqaviləsi əsasında X5ya satılmış 1250 kv.metretr qeyri-yaşayış sahəsinə dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə 1 saylı Bakı inzibati-İqtisad Məhkəməsinin 2-1(81)5236/2014 saylı işi üzrə qəbul edilmiş xx.xx.2014-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı Cavabdeh1 ərizəsi üzrə inzibati işə baxılır. Beləliklə də işin materiallarından görünür ki, ilk iddiaçı Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyriyaşayış sahəsinin tam mülkiyyətinə verilməsinə dair İddiaçı MTK ilə bağladığı müqaviləni və həmi n tarixli 30 saylı maliyyə arayışın qanuniliyini, qarşılıqlı iddiaçı isə «İddiaçı” MTK ilə X8 arasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metretr olan qeyri-yaşayış sahəsinin pay kimi verilməsinə dair bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli müqavilənin qanuniliyini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın predmeti olan qeyri-yaşayış sahəsinə dair müqavilənin etibarsızlığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan kəsici müddətin ötürülməsi ilə, qarşılıqlı iddianı isə qarşılıqlı iddiaçının əqdin etibarsız əqd olmasını əsaslandıra bilməməsi əsası ilə rədd etməklə fa ktiki olaraq mübahisəni həll etməmiş, eyni sahəyə dair iki müqavilənin hüquqi qüvvəli olmasına bir növ şərait yaratmaqla ziddiyyət yaratmışdır. Halbuki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Kons titusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakim əsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il tarixli qərarı) Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2.) prinsiplərindən isə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması (maddə 6.1.7), pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 6.1.8) Bundan əlavə, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi xx xxxxxxxx 2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi əsasında X5ya satılmış 1250 kv.metretr qeyri-yaşayış sahəsinə dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə 1 saylı Bakı inzibati-İqtisad Məhkəməsinin 2-1(81)5236/2014 saylı işi üzrə qəbul edilmiş xx.xx.2014-cü il tarixli qərarının xx.xx.2018-ci il tarixdə ləğv edilməsi ilə bağlı Cavabdeh1 ərizəsi üzrə inzibati işə baxılmasını qətnaməsində əks etdirsə də, həmin iş üzrə icraatın hansı mərhələdə olub-olmamasını aydınlaşdırmamış, eləcə də, sözügedən məhkəmə qərarının əsasında X5nın 1250 kv.metretr qeyriyaşayış sahəsinə dair xx.xx.2015-ci il tarixdə çıxarış aldıqdan sonra həmin sahəni nümayəndəsi X9 vasitəsilə 2016-cı ildə Cavabdeh2 Həsən oğluna satması, sonuncunun da sözügedən sahəni 2018ci ildə X1, sonuncuların adına həmin sahəyə dair «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»lar verilməsinə diqqət yetirməyərək onları hazırki iş üzrə cəlb edilməsinin zəruriliyini müzakirə etməmişdir. Belə ki, işin materiallarından görünür ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi sahə hazırda xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müq aviləsinə əsasən xx.xx.2018-ci il tarixdən X4 mülkiyyətindədir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi "İddiaçı" MTK-nın mübahisəli sahəyə dair Cavabdeh1 ilə xx xxxxx 2016-cı il tarixli müqavilə bağlayarkən həmin sahəyə dair X5nın adına artıq xx xxxxxxxx 2006-cı il tarixli qeyri - yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin mövcudluğuna hüquqi qiymət verməmiş, həmçinin də Cavabdeh1 verilən qeyri-yaşayış sahəsinin dəyərinin müqavilə üzrə bir kv.metr sahə üçün 158 manat təyin edilərək 950 kv.metr sahə üçün 150000 manat təşkil etməsinin həmin dövr üçün bazar qiymətlərinə uyğun olub-olmamaqla inandırıcı görünməsinə də lazımi hüquqi qiymət verməmişdir. Kollegiya daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Cavabde h1 X11 qarşı pul tələbinə, sonuncunun isə ilk iddiaçıya qarşı kredit müqavilələrinin etibarsızlığı ilə bağlı qəbul edilmiş Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin məzmununa, eləcə də, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 tərəfindən X11 verilən pulların təminatı kimi mənzillərin və mübahisə predmet olan qeyri-yaşayış sahəsinə müqavilələrinin verilməsi ilə bağlı şahid ifadələrinin məzmununa diqqət yetirməmiş, qeyd edilən qətnamənin qanuni qüvvəsini alıb-almamasını yoxlamamış, iş üzrə şahid ifadələrinə həm sözügedən qətnamə ilə, həm də hazırki işin araşdırılmış və müəyyən edilmiş faktiki halları baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, il k iddia üzrə müqavilənin bağlanmasından və maliyyə arayışının verilməsindən 2 il 6 ay sonra məhkəməyə iddia ərizəsi verilməsi zamanı kəsici müddət tətbiq edilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddətin keçməsinin əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb etməsinə diqqət yetirilməlidir. Belə ki, həmin maddə qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya b ilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir və bu müddət keçdikdən sonra şəxs qeyd edilən hüququnu itirir (Ali Məhkəmənin Bülleteni 2017-ci il № 4) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Bununla belə məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əqdlərin etib arsızlığı ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2-ci maddələrinə istinad etsə də, qarşılıqlı iddiaçının mübahisələndirdiyi əqdin etibarsız əqd olmasını əsaslandıra bilməməsi kimi nəticəsi özü tərəfindən əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mülki qanunver icilik müddəalarının tətbiqi (təfsiri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmamasını nəzərə almamışdır. Belə ki, məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ənvacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası A li Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərb aycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayətləri qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunmas ı üçün Azərbaycan Respublikası MPMnin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələb ləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi X7, vəkili Vəkil1, Cavabdeh1 və vəkili Nümayəndə1tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)10308/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-398/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-398/2020
22.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver